İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə154/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   150   151   152   153   154   155   156   157   ...   168

 
312
Canı  -  İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonu  ərazisində  kənd. Alagöz çayının yaxınlığında yerləşirdi. Kəndin adı .erməni mənbələrində 
Cani, Cani yuxarı kimi də qeyd edilir (415, s.92). 
Kənddə 1873 - cü ildə 86 nəfər, 1886-cı ildə 169 nəfər, 1897-ci ildə 221 nəfər, 1904cü üdə 
160nəfər, 1914 - cü ildə 176 nəfər, 1916-cı ildə 282 nəfər yalnız Azərbaycanlı yaşamışdır (415, s.92-
93, 162-163). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz qalaraq deportasiya olunmuşdur. Yalnız 
indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərindən sağ qalanları ata-baba 
yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 77 nəfər, 1926-cı ildə 78 nəfər, 1931-ci ildə 111 nəfər 
yalnız azərbaycanlı yaşamışdır (415, s.92-93, 162-163). 1940-cı illərdə kənd sakinləri - azərbaycanlılar 
SSRİ hökumətinin xüsusi qərarı ilə kənddən çıxarılmış və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.  
Toponim Canı şəxs adı əsasında yaranmışdır. «... vaxtilə Xələcistandan farsa köçmüş xələclərin 
şahılı tayfasının rəisi (Kələntəri və ya kəndxudası) Canı  ağanın  ətrafında birləşmək üçün toplanan 
tayfa və qəbilələr Qaşqay adı altında böyük bir el birliyinə çevrilmişdir...» Canı ağa Qaşqay elinə təyin 
edilmiş ilk elbəyidir (142, s.74-75). Antropotoponimdir. Quruluşca sadə toponimdir. 
Cantəpə - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) 
rayonunda qışlaq.  İki hissədən ibarət olmuş, Polad Ayrım kəndinin yaxınlığında yerləşirdi. 1931-ci 
ildə Dilican rayonun inzibati-ərazi bölgüsünə daxil idi (415, s.32). 1926-cı ildə birinci Cantəpədə 4 
nəfər, ikinci Cantəpədə 24 nəfər azərbaycanlı yaşamışdır (415, s.32-33). 1930 - cu illərdə  ləğv 
edilmişdir.  
Toponim türk dilində «yan, tərəf» mənasında işlənən can sözünə (299, s.640) «kiçik dağ» 
mənasında işlənən təpə sözünün qoşulması yolu ilə  əmələ  gəlmişdir. Orotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Canfida - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) 
rayonunda kənd. Rayon mərkəzindən 9 km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. «İrəvan 
əyalətinin icmal dəftəri»ndə Canfəda kimi (143, s.47), Qafqazın 5 verstlik xəritəsində Canfida 
formasında (348, s.81) qeyd edilmişdir. XVIII əsr mənbəyində göstərilir ki, kənddə oğuzların reyhanlı 
tayfası (238, s.187) yaşamışdır (143, s.47).  
Kənddə 1831-ci ildə 283 nəfər, 1873 - cü ildə 999 nəfər, 1886-cı ildə 1165 nəfər, 1897-ci ildə 
1071 nəfər, 1908-ci ildə 1172 nəfər, 1914 - cü ildə 1244 nəfər, 1916-cı ildə 1384 nəfər (415, s.64-65, 
140-141), 1918-ci ildə 1318 nəfər (309, s.221), 1919cu ıldə 1815 nəfər (415, s.140-141) yalınz 
azərbaycanlı yaşamışdır. 1919 - cu ilin sonlarında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri - 
azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuş (309, s.221) və 1915-1918-
ci illərdə Türkiyənin Alaşgerd, Samson vilayətlərindən köçürülən ermənilər kənddə yerləşdirilmişdir 
(85, s.120). İndi ermənilər yaşayır. 
Carğan - Tiflis quberniyasının Loru-Borçalı  qəzasında, indiki Barana (Noemberyan) rayonu 
ərazisində  qışlaq. Ləmbəli kəndinin yaxınlığında yerləşirdi. 1930 - cu illərdə  Ləmbəli kəndinə 
birləşdirilmişdir.  
Toponim türk dilində «dərə», «yarğan», «sıldırım dərə,uçurum» mənasında işlənən car sözünə 
(339, s.178-179) –ğan  şəkilçisinin artırılması yolu ilə  əmələ  gəlmişdir. Carğan müasir Azərbaycan 
dilində işlənən yarğan sözünün fonetik variantıdır.Türk dillərində, o cümlədən Azərbaycan dilində c~y 
səsəvəzlənməsi qanunauyğun haldır (car~yar, col~yol, cer~yer; 369, s.55). Relyef əsasında yaranan 
düzəltmə toponimdir. 
Carcaris - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) 
rayonunda kənd. Rayon mərkəzindən 12 km məsafədə yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun 
tərkibində olmuşdar. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»fidə Cərcəyis kəndi 
adında qeyd edilmişdir (143, s.175). 15 mart 1972-ci ildə yaradılan Alagöz (Araqadz) rayonunun 
tabeliyinə verilmişdir. İndi ermənilər yaşayır.  
Toponim Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və  şivələrində «vəl  əvəzində  xırmanda 
istifadə edilən dəmir dişli kənd təsərrüfatı aləti mənasında işlənən carcar sözünə (8, s.455) -is 
topoformantının artırılması ilə düzəlmişdir. Bu döyüm aləti əsasən düzən yerlər üçün xarakterik olmuş 
və iş prosesində vəldən əvvəl işlədilmişdir (Г.Дж.Джавадов.Об орудиях молотьбы <<джарджар>> 
в  Азербайджана,Доклады  АН  Азерб.ССР,т.XXXII,  № 1976, c. 101-106). Toponim peşə, sənət 
mənasında işlənən carcaris sözü əsasında formalaşmışdır. 


 
313
Ceyranlı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) 
rayonu ərazisində kənd. Arpaçayın sağ qolu olan Muradtəpəsu çayının yanında yerləşirdi. Qafqazın 5 
verstlik xəritəsində qeyd edilmişdir (348, s.81).  
Kənddə 1873 - cü ildə 91 nəfər, 1886-cı ildə 84 nəfər, 1897-ci ildə 92 nəfər, 1904 - cü ildə 123 
nəfər, 1914 - cü ildə 135 nəfər, 1916-cı ildə 150 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, $.90-91, 
158-159). Kənd 1918-ci ildə erməni təcvüzünə  məruz qalmış  və sakinləri qırğınlarla deportasiya 
olunmuşdur. 1920-ci ildə  kənd ləğv edilmişdir.  İndi xaraba kənddir. Toponim Azərbaycan dilində 
heyvan anlayışı bildirən ceyran sözünə -lı  şəkilçisini artırmaqla  əmələ  gəlmişdir. Zootoponimdir. 
Quruluşca düzəltmə toponimdir. 
Cəbəçili - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. 
Rayon mərkəzindən 6 km məsafədə yerləşir. Zəngibasar rayonu təşkil edilənədək Qəmərli (Artaşat) 
rayonunun tərkibində olmuşdur. 1590-cı ildə  tərtib edilmiş  «İrəvan  əyalətinin müfəssəl dəftəri»ndə 
(143, s.160), Qafqazın 5 verstlik xəritəsində (348, s.78) qeyd edilmişdir. Mənbələrdə  лəndin adı 
Cəbəçəlli şəklində də göstərilir (415, s.50). Kənddə 1831-ci ildə 275 nəfər, 1873 - cü ildə 252 nəfər, 
1886-cı ildə 254 nəfər, 1897-ci ildə 264 nəfər, 1904 - cü ildə 355 nəfər, 1914 - cü ildə 575 nəfər, 1918-
ci ildə 355 nəfər, 1919 - cu ildə 240 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.50-51, 130-131; 309, 
s.216). 1918-1919 - cu illərdə kənd ermənilərin təcavüzünə məruz qalmış və sakinləri - azərbaycanlılar 
1919 - cu ildə tamamilə deportasiya olımaraq Türkiyədən köçürülən ermənilər burada 
yerləşdirilmişdir.  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ 
qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 101 nəfər, 1926-cı ildə 
115 nəfər, 1931-ci ildə 131 nəfər azərbaycanlı yaşamışdır (415, s.50-51, 130-131). SSRİ hökumətinin 
xüsusi qərarı ilə azərbaycanlılar 1948-1949 - cu illərdə tarixi-etnik torpaqlarından deportasiya edilərək 
Azərbaycana köçürülmüş  və xäricdən köçürülən ermənшlər yerləşdirilmişdir.  İndi burada ermənilər 
yaşayır.  
Toponim qapıqulu türk tayfasına mənsub olan cəbəçi nəsil adına (İslam Ansiklopedisi, 
İstanbul, 1993, cilt 7, s.182) mənsubluq bildirən - li şəkilçisinin qoşulmasından  əmələ  gəlmişdir. 
Patronim toponimdir. Quruluşca düzəltmə toponimdir.  
Erm. SSR AS RH-nin 27. II. 1960-cı il fərmanı ilə  лəndin adı  dəyişdirilib Crahovid 
qoyulmuşdur. 
Cəngi təpə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) 
rayonunda kənd. Rayon mərkəzindən 12 km məsafədə, Abaran çayının yanında yerləşir. 1972-ci ilə 
kimi Abaran rayonunun tərkibində olmuşdur. 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonu 
yaradıldıqdan sonra Abaran rayonunun tərkibindən çıxarılıb Alagöz (Araqadz) rayonunun inzibati - 
ərazi bölügüsünə daxil edilmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.81).  
Toponim «meşə Örtüyü olmayan dağ», «meşəsiz dağ» mənasında işlənən cəngi sözü ilə (339, 
s.178) təpə sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Vardablur qoyulmuşdur. 
Cəngi təpə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) 
rayonunda dağ. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.81). Oronim türk dilində «meşə 
örtüyü olmayan dağ» mənasında işlənən cəngi sözü (339, s.178) əsasında əmələ gəlmişdir. Mürəkkəb 
oronimdir. 
Cənnətli - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. 
Rayon mərkəzindən 12 km şimal-şərqdə, Gərni çayının sahilində yerləşir. Erməni mənbələrində 
лəndin adı Cahadlu formasında da qeyd edilir (415, s.50).  
Kənddə 1831-ci ildə 59 nəfər, 1873 - cü ildə 173 nəfər, 1886-cı ildə 189 nəfər, 1897-ci ildə 219 
nəfər, 1904 - cü ildə 184 nəfər, 1914 - cü ildə 228 nəfər, 1916-cı ildə 260 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.50-51, 130-131). 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz 
qalaraq deportasiya olunmuşdur. Xaricdən köçürülən ermənilər burada yerləşdirilmişdir. Burada 1922-
ci ildə 78 nəfər, 1926-cı ildə 100 nəfər, 1931-ci ildə 114 nəfər azərbaycanlı yaşamışdır (415, s.50-51, 
130-131). SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1949 - cu illərdə  kənddə yaşayan 
azərbaycanlılar zorla tarixi torpaqlarından Azərbaycana köçürülmüşdür.  İndi ermənilər yaşayır. 
Toponim nəsil adı əsasında yaranmışdır. Patronim toponimdir. Quruluşca sadə toponimdir.  
Erm. SSR AS RH-nin 2. III. 1940-cı il fərmanı ilə  лəndin adı  dəyişdirilib Lancazat, 21. X. 
1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Zovaşen (Gölkənd) qoyulmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə