İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə143/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   139   140   141   142   143   144   145   146   ...   168

 
290
H 
  
Haqqıxlı - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) 
rayonunda kənd. Rayon mərkəzindən 14 km məsafədə yerləşir. 1930 - cu ilin axırlarına kimi, Dilican 
rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində  kəndin adı Haxkıxlı, Haxkıxlı türki (Türk 
Haxkıxlısı - İ.B.) formalarında qeyd edilmişdir (415, s.32). 
Kənddə 1897-ci ildə 372 nəfər, 1904 - cü ildə 347 nəfər, 1916-cı ildə 450 nəfər, 1919 - cu ildə 
121 nəfər azərbaycanlı yaşamışdır (415, s.32-33, 114-115). 1919 - cu ilin mart ayında kəndin sakinləri 
ermənilərin təcavüzünə məruz qalmış və deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti 
qurulduqdan sonra sağ qalan haqqıxlılar kəndlərinə dönə bilmişlər.  
Burada 1922-ci ildə 306 nəfər, 1926-cı ildə 331 nəfər, 1931-ci ildə 412 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.32-33, 114-115). 1988-ci ilin noyabr ayının axırlarında ermənilər kəndə  təcavüz 
etmiş, sakinləri Ermənistan dövlətinin göstərişi ilə deportasiya olunmuşdur.  İndi burada ermənilər 
yaşayır.  
Toponim türk mənşəli haqqıxlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca 
düzəltmə toponimdir.  
Erm.SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Vurğun (Azərbaycan 
şairi S.Vurğunun şərəfinə), Ermənistan prezidentinin 19.V.1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək 
Hovk qoyulmuşdur. 
Hallavar - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. 
Rayon mərkəzindən 17 km cənub-qərbdə, Yuxarı Kilsə və Heydərli kəndləri arasında, Hallavar çayının 
yanında, Pəmbək çayının sağ sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, 
s.55).  
Kənddə 1831-ci ildə 111 nəfər, 1873 - cü ildə 625 nəfər. 1886-cı ildə 664 nəfər, 1897-ci ildə 
913 nəfər, 1908-ci ildə 1062 nəfər, 1914 - cü ildə 445 nəfər, 1916-cı ildə 781 nəfər, 1919 - cu ildə 455 
nəfər azərbaycanlı yaşamışdır (415, s.52-53, 130-131). 1919 - cu ilin martında kənd erməni təcavüzünə 
məruz qalmış  yə azərbaycanlılar qırğınlarla tamamilə deportasiya olunmuşdur.  İndiki Ermənistanda 
sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar öz ata-baba torpaqlarına qayıda 
bilmişdir. Burada 1922-ci ildə 644 nəfər, 1926-cı ildə 709 nəfər, 1931-ci ildə 902 nəfər (415, s.52-53, 
130^131), 1987-ci ildə 276 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında 
azərbaycanlılar qırğınlarla Ermənistan dövləti tərəfindən qovulmuşlar. İndi burada ermənilər yaşayır.  
Toponim, fikrimizcə, türk dilində «müxtəlif rəngli, «müxtəlif rəngli bitki və torpaq olan 
düzənlik» mənasında işlənən ala sözünə (365, s.129130; 339, s.44) «möhkəmləndirilmiş istehkamı 
olan kənd, qala, bənd» mənasında işlənən var sözünün (339, s.113) birləşməsi yolu ilə  əmələ 
gəlmişdir. Toponimin əvvəlindəki «h» səsi artırılmış  səsdir. Belə ki, Azərbaycan dilində  bəzi saitlə 
başlanan sözlər tələffüzdə «h» səsi əlavə edilmiş formada dəyişir: araba-haraba, açar-haçar, elə-helə və 
s. Yəni söz

də səsartırma hadisəsi baş verir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Hamamlı - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd. İndiki Ermənistanda inzibati 
rayon. Pəmbək vadisində, , Pəmbək çayının yuxarı axarında yerləşir. Rayonun ərazisi IIII-V əsrlərdə 
Quqark  əyalətinin Taşir qəzasına daxil olmuşdur. VI-XI əsrlərdə  ərəblərin işğalı altında olmuş, XII-
XIII  əsrlərdə  Səlcuq türklərinin hakimiyyəti altına keçmişdir. XIV-XVIII əsrlərdə monqol-tatarların 
tabeliyində olmuşdur. Rayon ərazisi 1801-cı ildə Rusiya tərəfindən işğal edilmiş, XIX əsrdə yeni 
yaradılan inzibati ərazi bölgüsünə  əsasən  İrəvan quberniyasının Aleksandropol qəzasının tərkibinə 
verilmişdir.  İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra Loru-Pəmbək qəzasına daxil 
olmuşdur (Erməni Sovet Ensiklopediyası, II c., İrəvan, 1985, s.75; 85, s.331). «İrəvan əyalətinin icmal 
dəftəri»ndə ' (143, s.132), Qafqazın 5 verstlik xəritəsində (348, s.14) qeyd
 
edilmişdir. 1937-ci ilə kimi 
Qarakilsə (Quqark) rayonunun tərkibində olmuşdur.  
Q.Qeybullayevin yazdığına görə IX əsrin ortalarında alban hökmdarının adı Hamam (Xamam) 
olmuşdur (287, s.464). Onda bu qənaətə  gəlmək olar ki, Hamamlı toponimi Hamam şəxs adına 
mənsubluq bildirən -lı şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Düzəltmə 
toponimdir. 
1937-ci il dekabrın 31-də Hamamlı adlı rayon yaradılmışdır. Erm.SSR AS RH-nin 26.IX.1949 
- cu il fərmanı ilə rayonun, eləcə də kəndin adı dəyişdirilib Spitak qoyulmuşdur. 


 
291
Hamamlı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kərid. Abaran 
çayının sahilində yerləşirdi. «İrəvan  əyalətinin icmal dəftəri»ndə (143, s.114), Qafqazın 5 verstlik 
xəritəsində (348, s.14) qeyd edilmişdir.  
Kənddə 1873 - cü ildə 340 nəfər, 1886-cı ildə 353 nəfər, 1897-ci ildə 445 nəfər, 1908-ci ildə 
600 nəfər, 1914 - cü ildə 636 nəfər, 1916-cı ildə 526 nəfər, 1918-ci ildə 208 nəfər , 1919 - cu ildə 360 
nəfər azərbaycanlı yaşamışdır (415, s.22-23, 106-107; 309, s.219). 1919 - cu ilin mart-aprel aylarında 
azərbaycanlılar ermənilərin təcavüzünə  məruz qalaraq deportasiya olunmuşdur.  İndiki Ermənistanda 
sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata yurdlarına dönə bilmişdir. Burada 
1922-ci ildə 96 nəfər, 1926-cı ildə 88 nəfər, 1931-ci ildə 151 nəfər yalnız azərbaycanlılar yaşamışdır 
(415, s.22-23, 106-107). SSRİ Nazirlər Sovetini xüsusi qərarı ilə 1948-53 - cü illərdə azərbaycanlılar 
zorla Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir, İndi xaraba kənddir.  
IX əsrin ortalarında yaşamış alban hökmranının adı Hamam olmuşdur (287, s.464). Fikrimizcə, 
Hamamlı toponimi Hamam şəxs adına mənsubluq bildirən -lı  şəkilçisinin artırılması  əsasında  əmələ 
gəlmişdir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Haramlı - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda 
kənd.  
Kənddə 1831-ci ildə 17 nəfər, 1873 - cü ildə 46 nəfər, 1886-cı ildə 63 nəfər, 1897-ci ildə 79 
nəfər, 1904 - cü ildə 84 nəfər, 1914 - cü ildə 102 nəfər, 1916-cı ildə 103 nəfər (415, s.82-84, 152-153), 
1918-ci ildə 162 nəfər (309, s.218) yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə  kənd ermənilərin 
təcavüzünə  məruz qalaraq sakinləri qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur 
(309, s.221). İndiki Ermənistanda sovejt hökuməti qurulandan sonra kəndi tərk etmiş 
azərbaycanlalırdan sağ qalanlar ata-baba torpaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 22 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.152-153). 1923-1924 - cü illərdə  kənddə yaşayan azərbaycanlılar 
sıxışdırılaraq ata-baba torpaqlarından qovulmuş  və  kənd 1926-cı ildə  ləğv edilmişdir.  İndi xaraba 
kənddir.  
Toponim tayfa adı əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Hasar - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonu 
ərazisində kənd. Rayon mərkəzindən 36 km qərbdə, Araz çayının sol sahilində yerləşirdi. Qafqazın 5 
verstlik xəritəsində Assar formasında (348, s.21) qeyd edilmişdir. 
Kənddə 1831-ci ildə 92 nəfər, 1873 - cü ildə 110 nəfər, 1886-cı ildə 114 nəfər, 1897-ci ildə 130 
nəfər, 1908-ci ildə 113 nəfər, 1914 - cü ildə 134 nəfər, 1916-cı ildə 76 nəfər yalnız azərbaycanlı 
yaşamışdır (415, s.62-63, 138-139). 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri 
- azərbaycanlılar qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan 
sonra sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 32 nəfər, 1926-cı ildə 
49 nəfər azərbaycanlı yaşamışdır (415, s.62-63, 138-139). 1928-29 - cu illərdə azərbaycanlılar tarixi-
etnik torpaqlarından deportasiya olunmuşdur. 1930 - cu ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir. 
Toponim türk dilində «düzənlikdə qala, istehkamlanmış şəhər» mənasında işlənən hisar (hasar) sözü 
(339, s.593) əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. 
Haxıs - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Rayon 
mərkəzindən 7 km şimal-qərbdə yerləşir. Kəndin adı Axiz, Axis formalarında göstərilir (415, s.22). 
1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Əxis kimi (143, s.162), Qafqazın 5 verstlik 
xəritəsində Axis formasında (348, s.23) qeyd edilmişdir.  
Kənddə 1831-ci ildə 93 nəfər, 1873 - cü ildə 182 nəfər, 1886-cı ildə 302 nəfər, 1892-cı ildə 404 
nəfər, 1908-ci ildə 365 nəfər, 1914 - cü ildə 920 nəfər, 1918-ci ildə 365 nəfər, 1919 - cu ildə 997 nəfər 
yalnız azərbaycanlı yaşamışdır (415, s.22-23, 106-107; 309, s.219). 1919 - cu ilin sonlarında 
azərbaycanlılar ermənilərin təcavüzünə  məruz qalaraq deportasiya olunmuş, kəndə Türkiyədən 
köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan 
azərbaycanlılar ata-baba torpaqlarına dönə bilmişdir. Ermənilərlə yanaşı burada 1922-ci ildə 20 nəfər, 
1926-cı ildə 18 nəfər azərbaycanlı yaşamışdır (415, s.22-23, 106-107). 1928-1929 - cu illərdə 
azərbaycanlılar tamamilə qədim torpaqlarından qovulmuşdur. İndi burada ermənilər yaşayır. Toponim 
«çay ağzı, mənsəbi», «keçid» mənasında işlənən ağıs, axız (>aqis>haxis>haxıs) sözü (299, s.21; 339, 
s.38)  əsasında  əmələ  gəlmişdir. Toponimin əvvəlindəki «h» səsi səsartımı hadisəsi nəticəsində sözə 
əlavə edilmişdir və toponim tələffüz formasına uyğun qeydə alınmışdır. Azərbaycan dilində saitlə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə