İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə145/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   141   142   143   144   145   146   147   148   ...   168

 
294
s.54) qeyd edilmişdir. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 1828-ci il 
Türkmənçay müqaviləsindən sonra buraya İrandan köçürülən ermənilər yerləşdirilmişdir (415, s.583-
586). Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 61 nəfər, 1873 - cü ildə 112 nəfər, 1886-cı ildə 144 
nəfər, 1897-ci ildə 180 nəfər azərbaycanlı yaşamışdır (386, s.82-83, 152-153). 1904, 1914 - cü illərdə 
kənddə yaşayan azərbaycanlılar və ermənilər ümumi şəkildə göstərilmişdir. 1918-ci ildə kənddə 248 
nəfər azərbaycanlı yaşamışdır (309, s.221).  
Kənddə yaşayan azərbaycanlılar 1919 - cu ildə ermənilərin təcavüzünün qurbanı olaraq tarixi-
etnik torpaqlardan deportasiya olunmuşdur (309, s.221). Indiki Ermənistanda sovet hökuməti 
qurulandan sonra - 1922-ci ildə burada 7 nəfər azərbaycanlı yaşamışdır (415, s.152-153). 1923 - cü 
ildə onlar yenidən ata-baba torpaqlarından qovulmuşdur. İndi ermənilər yaşayır.  
Toponim kəngərli türk tayfasından olan hacılar etnonimindən (386, s.537) əmələ  gəlmişdir. 
Etnotoponimdir. Qııruluşca sadə toponimdir.  
Erm.SSR AS RH-nin 3.l.1935-ci il tarixli fərmanı ilə  kəndin  adı  dəyişdirilib Mrqastan 
qoyulmuşdur. 
Hacıların bulağı - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana 
(Noemberyan) (rayonunda bulaq. Hacılar nəsil adı əsasında yaranan patronomik hidronimdir. 
Hacı Muxan - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda 
kənd. Kəndin ilk adı Hacı Mumuxan olmuşdur (415, s.68). Toponimi ikinci komponentinin ilk hecası 
(«mu») ixtisar edilmiş  və  mənbələrdə Hacı Muxan kimi qeyd edilmişdir (415, s.68). Rayon 
mərkəzindən 16 km cənub-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində 
qeyd edilmişdir (348, s.54).  
Kənddə 1876-cı ildə 437 nəfər, 1886-cı ildə 610 nəfər, 1897-ci ildə 882 nəfər, 1904 - cü ildə 
1034 nəfər, 1914 - cü ildə 1080 nəfər, 1916-cı ildə 1255 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, 
s.70-71, 144-145). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur (309, 
s.220). İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma 
kəndlərinə dönmüşlər. Artıq kəndə  Kəvər (Kamo) və Qaranlıq (Martuni) rayonlarındakı  kəndlərdən 
köçürülən ermənilər yerləşdirilmişdir. 1922-ci ildə burada 100 nəfər azərbaycanlı, 339 erməni, 1926-cı 
ildə 115 nəfər azərbayeanlı, 682 nəfər erməni, 1931-ci ildə 195 nəfər azərbaycanlı, 1064 erməni 
yaşamışdır (415, s.70-71, 144-145). 1948-1953 - cü illərdə azərbaycanlılar zorla kənddən 
köçürülmüşdür. İndi kənddə yalnız ermənilər yaşayır.  
Toponim Hacı Mumuxan (Hacı Muxan) şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. 
Quruluşca sadə toponimdir.  
Kəndin adı 1924 - cü ildə dəyişdirilib Muxan qoyulmuşdur. Erm.SSR AS RH-nin 25.l.1978-ci 
il fərmanı ilə yenidən dəyişdirilərək kənd Dzovazard adlandırılmışdır. 
Hacı  Nəzər - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) 
rayonunda kənd. Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir. Kəndin adı erməni (415, s.42), rus 
(348, s.54) mənbələrində «Hacı Nəzər qulu» kimi də göstərilir.  
Toponim Hacı Nəzər şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Kənd Hacı Nəzər adlı 
şəxs tərəfindən salınmışdır. Quruluşca sadə toponimdir.  
Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kamo qoyulmuşdur.  
Hacı Xəlil - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda 
kənd. Alagöz dağının ətəyində, Düzkənd kəndinin yaxınlığında yerləşir.  
Alagöz (Araqadz) rayonu təşkil edilənədək (15 mart 1972) Abaran rayonunun inzibati-ərazi 
bölgüsünə daxil olmuşdur. 1728-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s. 109-
111), Qafqazın 5 verstlik xəritəsində (348, s.55) qeyd edilmişdir. 1728-ci ildə tərtib edilmiş  «İrəvan 
əyalətinin icmal dəftəri»ndə bu kəndin Abaran nahiyyəsində yerləşdiyi göstərilir və həmin nahiyyədə 
Xəlil Məhəmməd oğlu adlı bir nəfərin adına torpaq sahəsi olmuşdur (143, s.109111). Ehtimal ki
həmin  şəxs (Xəlil) kənd saldırıb və  kənd də (Hacı  Xəlil kəndi) onun adı ilə adlarıdırılıb. Kəndin X 
əsrdə salındığı qeyd edilir (Ermənistan Sovet Ensiklopediyası, V c., İrəvan, 1976, s.110). Bu kəndin 
sakinləri azərbaycanlılar olmuşdur. Türkmənçay müqaviləsindən sonra, 1830 - cu illərdə xaricdən 
köçürülən ermənilər ,bu kənddə yerləşdirilmişdir (Ermənistan Sovet Ensiklopediyası, V c., İrəvan, 
1976, s.110).  
Toponim Hacı  Xəlil  şəxs adı  əsasında formalaşmış antropotoponimdir. Quruluşca sadə 
toponimdir. 


 
295
Erm.SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə dəyişdirilib Tsaxkahovid qoyulmuşdur.  
Hacxəlil ocağı - Kalinino rayonundakı Cücəkənd (Qızıl Şəfəq) kəndində ocaq.  
Heydərbəy - Tiflis quberniyasının Borçalı qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda 
kənd. Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 4 nəfər, 
1886-cı ildə 16 nəfər, 1897-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır (415, s.78-79, 148-149). XX əsrin 
əvəllərində, 1906-cı ildə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.  İndi 
ermənilər yaşayır.  
Toponim  şəxs adı (Heydərbəy)  əsasında  əmələ  gəlmişdir. Yəni kənd Heydər bəy tərəfindən 
salındığı üçün Heydərbəy kəndi adlandırılmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir.  
Erm.SSR AS RH-nin 1.VI.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Sverdlov qoyulmuşdur.  
Heydərli -  İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. 
Rayon mərkəzindən 14 km cənub-qərbdə, Hallavar və Böyük su adlanan kiçik çayların sahilində 
yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.55).  
Kənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 158 nəfər, 1886-cı ildə 175 nəfər, 1897-ci ildə 265 
nəfər, 1908-ci ildə 357 nəfər, 1914 - cü ildə 461 nəfər, 1916-cı ildə 343 nəfər, 1919 - cu ildə 1328 
nəfər azərbaycanlı yaşamışdır (415, s.52-53, 130-131). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz 
qalaraq kəndin sakinləri - azərbaycanlılar deportasiya olunmuşdur.  İndiki Ermənistanda sovet 
hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar tarixi torpaqlarına qayıda bilmişlər. 
Burada 1922-ci ildə 294 nəfər, 1926-cı ildə 324 nəfər, 1931-ci ildə 398 nəfər (415, s.52-53, 130-131), 
1987-ci ildə 1350 nəfər azərbaycanlı yaşamışdır.  
1988-ci ildə noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik 
torpaqlarından deportasiya edilmişlər. İndi burada ermənilər yaşayır.  
Toponim heydərli tayfa adı əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə topənimdir.  
Herher  -  İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Paşalı  (Əzizbəyov, Vayk) 
rayonunda kənd. Rayon mərkəzindən 17 km şimal-qərbdə, Arpaçayın sağ qolu olan Herherçayın 
yanında yerləşir. 1728-ci ildə  tərtib edilmiş  «İrəvan  əyalətinin icmal dəftəri»ndə  Hərhər kimi (143, 
s.59), Qafqazın 5 verstlik xəritəsində Qerqer (Herher) formasında (348, s.61) qeyd edilmişdir. Kəndin 
qədim adı erməni, eləcə  də rus mənbələrində Erern formasında göstərilir (415, c.90; 422, c.104; 
Cборник  сведений  о  Кавказе,т.V,Тифлис, 1879, № 745). Kəndin adı VIII əsrdə Erern formasında 
xatırlanır (422, s.104).  
Kənddə albanlara məxsus məbəd 1291-cı ildə tikilmişdir. Burada 1831-ci ildə 213 nəfər yalnız 
azərbaycanlı yaşamışdır (415, s.158). 1850-70-cı illərdə kəndə İranın Salmas vilayətindən köçürülmüş 
ermənilər yerləşdirilmişdir. Burada ermənilərlə yanaşı, 1873 - cü ildə 647 nəfər, 1886-cı ildə 656 
nəfər, 1897-ci ildə 1047 nəfər, 1914 - cü ildə 1220 nəfər azərbaycanlı yaşamışdır (415, s.90-91, 158-
159). 1918-ci ildə  kənd ermənilərin təcavüzünə  məruz qalaraq azərbaycanlılar deportasiya 
olunmuşdnr.  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar tarixi-etnik 
torpaqlarına qayıtmışlar. Burada 1922-ci ildə 156 nəfər, 1926-cı ildə 220 nəfər, 1931-ci ildə 278 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.90-91, 158-159). SSRİ hökumətinin xüsusi qərarı ilə kənddə yaşayan 
azərbaycanlılar 1948-1953 - cü illərdə zorla Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.  
Toponim Strabonun «Coğrafiya» əsərində adı çəkilən qarqar tayfasının adı əsasında (377, s.5) 
formalaşmışdır. Qarqar tayfası qədim türk tayfalarından biridir (287, s.77-82; 172, s.196; 211, s.183-
187). Qarqar etnonimindəki q səsi h səsinə keçərək Herher formasını almışdır. Q~h səs əvəzlənınəsi 
Azərbaycan dilində qanunauyğun haldır: qamuhamı, qansıhansı sözlərindən q~h səs  əvəzlənınəsi 
özünü aydın  şəkildə göstərir. Ümumiyyətlə, XVIII əsrə  qədər h səsi ilə başlayan sözlər (sual 
əvəzlikləri) q səsi ilə işlənmişdir (216, s.20).  
Herher etnotoponimdir. Quruluşca sadə toponimdir.  
Kəndin adı indi Gerger (Gərgər) formasında işlənir. Elə  Gərgər  qarqar türk etnoniminin səs 
dəyişməsi əsasında yaranan bir variantıdır. 
Herher - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Paşalı  (Əzizbəyov, Vayk) 
rayonunda çay. Arpaçayın bir qoludur. Hidronim qarqar (Herher) etnonimi əsasında yaranmışdır. 
Etnohidronimdir. 
Heşin - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda kənd. Rayon mərkəzindən 14 km şərqdə, Elpinçayın sağ qolu olan Heşin çayının sahilində 
yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.61). Fikrimizcə, 1728-ci ildə tərtib 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə