İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə148/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   144   145   146   147   148   149   150   151   ...   168

 
300
işlenən daş sözünün (339, s.173) birləşməsindən  əmələ  gəlmişdir. Orotoponimdir. Quruluşca 
mürəkkəb oronimdir. 
Çamırlı - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) 
rayonunda kənd. Qızılvəng kəndinin yaxınlığında, Alagöl çayının yanında yerləşirdi. Qafqazın 5 
verstlik xəritesində qeyd edilmişdir (348, s.279).  
Kənddə 1873 - cü ildə 244 nəfər, 1886-cı ildə 329 nəfər, 1897-ci ildə 374 nəfər, 1908-ci ildə 
491 nəfər, 1914 - cü ildə 632 nəfər, 1916-cı ildə 541 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-
113). 1918-ci ilin yazında kəndin sakinləri ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. 1920-ci ildə 
indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda 
bilmişlər. Burada 1922-ci ildə 42 nəfər azərbaycanlı yaşamışdır (415, s.112-113). Kənd 1929 - cu 
illərdə ləğv edilmişdir.  
Toponim təkə adlı türk tayfasının bir tirəsini təşkil edən çomur//çomrı etnonimi (271, s.130; 
407, s.88) əsasında formalaşmışdır. -lı mənsubluq bildirən şəkilçidir. «Çamır/çamur tayfasına mənsub 
yer» deməkdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Çamırlı - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Abaran rayonunda kənd. Qafqazın 5 
verstlik xəritəsində qeyd edilmişdir (348, s.279). Erməni mənbələrində 1914 - cü ildə 1952 nəfər 
azərbaycanlı yaşadığı göstərilir (415, s.96-97). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz qalaraq 
azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.  
Toponim çamurlu türk etnonimi (407, s.88) əsasında əmələ gəlib, «çamurlu tayfasının yaşadığı 
kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. 
Çamırlı - İrəvan quberniyasının Aleksandropol qəzasında,indi Hamamlı (Spitak) rayonunda 
yaylaq. Rayondakı .Qursalı kəndində yerləşir. 
Oronim çamırlı türk etnonimi (407, s.88) əsasında yaranmışdır. Etnooronimdir. 
Çanaqlı - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda çay. 
Rayondakı Kotuz kəndinin ərazisindən axır.  
Hidronim çanaqlı etnonimi əsasında əmələ gəlmişdir. Etnohidronimdir. 
Çanaxçı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda 
kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.279).  
Kənddə 1897-ci ildə 50 nəfər azərbaycanlı yaşamışdır (415, s.60-61). XX əsrin  əvəllərində, 
1905-1906-cı il hadisələri ilə bağlı azərbaycanlılar qovularaq ermənilər yerləşdirilmişdir. XX əsrin 30 
- cu illərində kənd ləğv edilmişdir.  
Toponim çanaxçı türk etnonimi (92, s.20) əsasında  əmələ  gələn etnotoponimdir. Quruluşca 
sadə toponimdir. 
Çapan - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda çay. Rayondakı 
köhnə Şahablı kəndinin ərazisindən axır.  
Hidronim türk dilində «uçrum, sıldırım, yarğan, yamac, dağın döşü, dərin dağarası çökəklikdə 
təpə» (339, s.607), «çılpaq (bitkisiz) daşlıq və ya qumlu yamac» (287, s.477) mənalarında işlənən çap 
sözü əsasında əmələ gəlmişdir. -an şəkilçidir. Düzəltmə quruluşlu hidronimdir. 
Çarbağ - İrəvan quberniyasının İrəvan qəzasında kənd. 1930 - cu ilin sonlarına kimi Qəmərli 
(Artaşat) rayonunun inzibati - ərazi bölgüsünə daxil idi. İndi İrəvan şəhərinin tabeliyindəndir. «İrəvan 
əyalətinin icmal dəftəri»ndə kəndin adı qeyd edilməklə göstərilir ki, başqa adı «Xürrəmabad»dır (143, 
s.82). Qafqazın 5 verstlik xəritəsində Çarbax formasında (348, s.280) qeyd edilmişdir.  
Kənddə 1831-ci ildə 31 nəfər, 1873 - cü ildə 201 nəfər, 1886-cı ildə 241 nəfər, 1897-ci ildə 242 
nəfər, 1904 - cü ildə 347 nəfər, 1914 - cü ildə 386 nəfər təkcə azərbaycanlılar yaşamışdır (415, s.50-51, 
130-131). 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 
Türkiyədən 1918-1919 - cu illərdə köçürülən ermənilər burada yerləşdirilmişdir. Yalnız indiki 
Ermənistandan sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar kəndlərinə dönə bilmişdir. 
Burada ermənilərlə  bərabər 1922-ci ildə 177 nəfər, 1926-cı ildə 201 nəfər, 1931-ci ildə 264 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.50-51, 130-131). İrəvan şəhərinin genişləndirilməsi ilə əlaqədar kənd 
1950-ci ildə ləğv edilmiş, azərbaycanlılar qovulmuşdur.  
Toponim türk dilində «yarğan, sıldırım sahil», «hündür sahil» (359, III (2), s.1859), «sıldırım 
dərə, uçurum», «yarğan», «bataqlıqdan çəkilmiş arx» (339, s. 178-179; 278, s.64) mənasın da işlənən 
çar və bağ sözlərindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 


 
301
Çataq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda 
yaylaq. Rayondakı Qursalı kəndinin ərazisində yerləşir («Vətən» səsi qəzeti, 24.IV. 1991).  
Toponim türk dilində «iki dağın, təpənin birləşdiyi yer» mənasında işlənən çataq sözü (359, III 
(2), s.1895) əsasında əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn sadə oronimdir. 
Çatal kaha - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan 
rayonunda dağ. Oronim türk dilində «bir neçə qola ayrılmış», «haçalanmış», «ayrılmış», «ikiyə 
bölünmüş» mənasında işlənən çatal sözü ilə (359, III (2), s.1896) «mağara» mənasında işlənən kaha 
sözünün (11, s.26) birləşməsindən  əmələ  gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu 
oronimdir. 
Çatal-çınqıl - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək 
(Krasnoselo) rayonu ərazisində  qışlaq. Çaykənd kəndi ilə Dilican şəhəri arasında yerləşirdi. 1926-cı 
ildə 13 nəfər azərbaycanlı yaşamışdır (415, s.32-33). XX əsrin 20-cı illərində ləğv edilmişdir.  
Toponim türk dilində «ikiyə ayrılmış» «ayrılmış», «haçalanmış» mənasında işlənən çatal sözü 
ilə (359, III (2), s.1896) tikinti işlərində istifadə olunan daş  qırıntısı, xırda daş (12, s.441), «daş 
mədəni» mənasında işlənən çınqıl (339, s.616) sözünün birləşməsindən  əmələ  gəlmişdir. 
Orotoponimdir. Quruluşca mürəkkəbdir. 
Çatqıran - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Ellər (Abovyan, Kotayk) rayonunda 
kənd. Rayon mərkəzindən 10 km cənub-şərqdə yerləşir. «İrəvan  əyalətinin icmal dəftəri»ndə 
«müsəlmanların yaşadığı Çatqıran» (143, s.82), Qafqazın 5 verstlik xəritəsində Cadqran (348, s.81), 
erməni mənbələrində həm də Çatıqran (415, s.46) kimi qeyd edilmişdir. Kənddə 1828-ci il kimi yalnız 
azərbaycanlılar yaşamışdır. 1828-30-cu illərdə  İranın Xoy vilayətində ermənilər köçürülərək kənddə 
yerləşdirilmişdir (427, s.824). Burada ermənilərlə yanaşı 1831-ci ildə 19 nəfər azərbaycanlı yaşamışdır 
(415, s.126). 1840-cı il lər də azərbaycanlılar deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.  
Toponim türk dilində «dağ beli, dağın çıxıntısı, qayalı yüksəklik, iki dərəni birləşdirən yer
yarğanh, dərəli sıra dağlar», «iki çay arasında yer> mənasında işlənən çat sözü ilə (359, III (2), s.1893; 
339, s.608) türk dilində (əslən monqol dilinə mənsubdur) «çəpər, hasar», «düşərgə», «heyvanlar üçün 
ağıl», «yaşayış yeri», «alaçıq» mənasında işlənən kuren (>quran >qıran >qran) sözündən (339, s. 3 173 
18)  əmələ  gəlib, «qayalıqda, iki dərənin, iki çayın arasında olan yaşayış yeri, kənd» mənasını ifadə 
edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.  
Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Razdan, 21.X.1967-cı il 
fərmanı ilə yenidən dəyişdirilib Gexaşen qoyulmuşdur. 
Çatqran - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd 
olmuşdur. Zəngi çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, 
s.81).  
Kənddə 1873 - cü ildə 368 nəfər, 1886-cı ildə 413 nəfər, 1897-ci ildə 630 nəfər, 1908-ci ildə 
667 nəfər, 1914 - cü ildə 807 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 22-23, 106-107). 1918-ci 
ildə  kəndin  əhalisi ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur.  İndiki 
Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba yurdlarına dönə 
bilmişdir. Burada 1922-ci ildə 53 nəfər, 1926-cı ildə 46 nəfər, 1931-ci ildə 88 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.22-23, 106-107). SSRİ hökumətinin xüsusi qərarı ilə 1948-49 - cu illərdə 
azərbaycanlılar tarixi-etnik vətənlərindən çıxarılaraq Azərbaycana köçürülmüşdür. Kənd 1953 - cü ildə 
ləğv edilmişdir. İndi xaraba kənddir.  
Toponim türk dilində «iki çayarası yer» (359, III (2), s.1893), «yarğanın kənarı» (299, s.431), 
«dağın beli, dağ çıxıntısı, iki dərəni birləşdirən yer, yarğanları və dərələri olan alçaq sıra dağ, tirə (339, 
s. 608-609) mənasında işlənən çat sözü ilə «hərbi düşərgə», «həyət», «hasarlanmış, çəpərlənmiş yer», 
«hasar», «düşərgə», «hərbi düşərgə», «mənzil, ev», «karvansara» mənasında işlənən kuran (>qran) 
sözünün (339, s. 317-318) birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu 
toponimdir. 
Çatılı düz - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu 
ərazisində kənd olmuşdur. Oxdar kəndinin yaxınlığında yerləşirdi. 1897-ci ildə 19 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.60-61). XX əsrin  əvvəllərində, 1906-cı ildə azərbaycanlılar qırğınlarla 
qovulmuşdur. Kənd 1908-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir.  
Toponim mənsubluq bildirən -lı  şəkilçisi qəbul etmiş türk dilində «dağ  çıxıntısı, yarğan» 
mənasında işlənən çat sözü ilə (339, s.608) Azərbaycan dilində «enişi, yoxuşu olmayan, hamar relyef 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə