İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə151/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   147   148   149   150   151   152   153   154   ...   168

 
306
Çiriş - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. 
Rayon mərkəzindən 43 km şimal-şərqdə yerləşir.  
Kənddə 1897-ci ildə 27 nəfər, 1922-ci ildə 73 nəfər, 1926-cı ildə 79 nəfər, 1931-ci ildə 95 nəfər 
azərbaycanlı yaşamışdır (415, s.60-61, 136-137). 1950-ci illərdə Kurud kəndi ilə birləşdirilmişdir. 
1988-ci ildə kəndin sakinləri deportasiya olunmuşdur.  
Toponim «zanbaq fəsiləsinə  mənsub yabanı  bəzək bitkisi» mənasında işlənən çiriş sözü (12, 
s.437) əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca sadə toponimdir. 
Çınqıl - Tiflis quberniyasının Borçalı  qəzasında, indiki Şəmşəddin rayonu ərazisində  qışlaq. 
1930 - cu ildə ləğv edilmişdir. Toponim «xırda daşlar, daş qırıntıları» mənasında işlənən çınqıl sözü 
(339, s.616; 12, s.441) əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. 
Çınqıl - Tiflis quberniyasının Borçalı  qəzasında, indi Şəmşəddin rayonunda dağ. Qafqazın 5 
verstlik xəritəsində (348, s.285) qeyd edilmişdir. Oronim «dağda olan daş  qırıntılan», «xırda daş» 
mənasında işlənən çınqıl sözü əsasında (339, s.616; 278, s.157; 12, s.441) əmələ  gəlmişdir. Sadə 
oronimdir. 
Çınqıllıq - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda 
dağ. Rayondakı Göykilsə (Kaputan) kəndindən şimalda yerləşir. Oronim «dağda daş qırıntıları» (278, 
s.157), «xırda daş» (12, s.441) mənasında işlənən çınqıl sözünə məkan mənası bildirən -lıq şəkilçisinin 
qoşulması yolu ilə əmələ gəlmişdir. Düzəltmə quruluşlu oronimdir. 
Çınqıl yaylası - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) 
rayonunda yaylaq. Rayondakı Qızılörən kəndində yerləşir. Mürəkkəb quruluşlu oronimdir. 
Çıraqlı - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) 
rayonunda dağ. Oronim qızılbaşların çıraqlı etnonimi (ASE, Xc., B., 1987, s.364) əsasında  əmələ 
gəlmişdir. Çıraqlı etnoniminin kökündə, fikrimizcə, qədim sirak//çirak tayfası (235, s.23-24, 38, 48-56; 
287, s.336-337) dayanır. Etnooronimdir. Quruluşca sadə oronimdir. 
Çıraqlı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) 
rayonundakı  kənd. Rayon mərkəzindən 13 km cənub-şərqdə yerləşir. 1937-ci ilə kimi Leninakan 
rayonunun tərkibində olmuşdur.  
«İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.125), Qafqazın 5 verstlik xəritəsində (348, s.285) 
qeyd edilmişdir.  
Toponim çiraq (<şirak lı  mənsubluq bildirən  şəkilçisinin artırılması ilə  əmələ  gəlib «çiraq (şirak-sirak) tayfasına mənsub 
yaşayış yeri, kənd» deməkdir. Qızılbaş tayfalarından birinin adı da «çıraqlılar»dır (ASE, Xc., B., 1987, 
s.364). Etnotoponimdir. Sadə quruluşlu toponimdir.  
Erm.SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Crarat qoyulmuşdur. 
Çıraqlı - Tiflis quberniyasının Loru-Borçalı  qəzasında, indiki Barana (Noemberyan) 
rayonunda qışlaq. Ləmbəli kəndinin yaxınlığında yerləşirdi. Toponim qızılbaşların çıraqlı etnonimi 
(ASE, X c., B., 1987, s.364) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Çıraxor - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
kənd. Rayon mərkəzindən 12 km şimal-qərbdə, Oxçu çayının sağ sahilində yerləşir. Kəndin başqa adı 
Şamlar olmuşdur (415, s.60).  
Kənddə 1897-ci ildə 18 nəfər, 1922-ci ildə 20 nəfər, 1926-cı ildə 26 nəfər, 1931-ci ildə 34 nəfər 
yalnız azərbaycanlı yaşamışdır (415, s.60-61, 136-137). 1988-ci ilin noyabr ayında kəndin sakinləri 
Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.  
Toponim türk dilində «su mənbəyi», «bulaq», «qaynaq, çeşmə» mənasında işlənən çerak 
sözünün (287, s.478) fonetik forması olan çırax sözü ilə türk dilində «xəndək, çuxur», «təpə», «qala 
istehkamı», «qala səddi, bəndi» (крепостной  вал) mənasında işlənən or sözünün (339, s.415-416) 
birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Çırpılı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. 
Rayon mərkəzindən 36 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Çirpili kimi (348, s.285) 
qeyd edilmişdir.  
Toponim «quru budaq, kol qırıntısı» mənasında işlənən çırpı sözünə (12, s.441) mənsubluq 
bildirən -lı  şəkilçisinin artırılması yolu ilə  əmələ  gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə 
toponimdir.  


 
307
Erm.SSR AS RH-nin 3.ll.1947-ci il fərmanı ilə adı  dəyişdirilib Crapi, sonra Nerkin Crapi 
qoyulmuşdur. 
Çırçır - Tiflis quberniyasının Borçalı  qəzasında, indiki Şəmşəddin rayonu ərazisində  qışlaq. 
1930 - cu ildə ləğv edilmişdir. Toponim Azərbaycan dilində şəlalə mənasında işlənən şırşır sözünün 
(253, s.134) fonetik forması olan çırçır sözü əsasında  əmələ  gəlmişdir. Hidrotoponimdir. Quruluşca 
sadə toponimdir. 
Çırçır - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. Rayon 
mərkəzindən 3 km məsafədə, Göyçə gölünün sahilində, Zəngi çayının yanında yerləşir. Sevan rayonu 
təşkil edilənədək, yəni 31 dekabr 1931-ci ilə kimi Axta (Razdan) rayonunun tərkibində olmuşdur. 
Kəndin digər adı Sutökülən olmuşdur (143, s.18). Erməni mənbələrində (419, s.121), Qafqazın 5 
verstlik xəritəsində (348, s.285) Çirçir formasında qeyd edilmişdir.  
Toponim Azərbaycan dilində «kiçik şəlalə» mənasını ifadə edən  şırşır sözünün (253, s.134) 
dialekt variantı olan çırçır (çirçir) sözü əsasında  əmələ  gəlmişdir. Azərbaycan dilinin dialekt və 
şivələrində, türk dillərində ş~ç səs əvəzlənmələri qanunauyğun haldır.  
Hidrotoponimdir. Quruluşca sadə toponimdir.  
Erm.SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Varser qoyulmuşdur. 
Çobanqara - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) 
rayonu  ərazisində  kənd. Zəngi çayı ilə Qarasu çayının arasında yerləşirdi. Qafqazın 5 verstlik 
xəritəsində (348, s.286) qeyd edilmişdir. 1930 - cu ildə ləğv edilmişdir.  
Toponim çobankərə türk etnonimi (386, s.631) əsasında  əmələ  gəlmişdir. Etnotoponimdir. 
Quruluşca sadə toponimdir. 
Çivandərə - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. 
Çanaxçı kəndinin yaxınlığında, Bazhunnu dağının ətəyində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində 
(348, s.284) qeyd edilmişdir.  
Kənddə 1873 - cü ildə 113 nəfər, 1886-cı ildə 154 nəfər, 1897-ci ildə 157 nəfər, 1914 - cü ildə 
172, 1916-cı ildə 389 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.88-89, 156-157). 1918-ci ilin 
yazında azərbaycanlılar erməni təcavüzünə  məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya 
olunmuşdur. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi ölü kənddir.  
Toponim oğuzların yiva//yıva etnoniminin (238, s.334; 228, s.40) fonetik variantı olan çiva 
etnoniminə Azərbaycan dilində «dar və uzunsov əyri-üyrü çökək» mənasında işlənən dərə sözünün 
qoşulması yolu ilə əmələ gəlmişdir. B.Budaqov yivə (yıva) etnoniminin Çuva toponimində (59, s.184), 
H.Mirzəyev Dərələyəz mahalının Keşişkənd (Yeğeqnadzor) rayonundakı Çivə toponimində (211, 
s.202-203) qaldığmı qeyd edirlər.  
Türk dillərində y>c>ç səsəvəzlənməsi qanunauyğun haldır (369, s.54). Bu fikri türk dillərində 
eyni mənada («dik, sıldırım sahil, yarğan» mənasında) işlənən çar və yar sözləri bir daha sübut edir 
(339, s.607, 650; 339, s.238).  
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Çobanmaz - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) 
rayonunda kənd. Rayon mərkəzindən 2022 km şimal-şərqdə, Hədis dağının  ətəyində, Göykilsə 
(Kaputan) kəndinin yaxınlığında yerləşir. 15 mart 1972-ci il kinıi, Alagöz (Araqadz) rayonu təşkil 
edilənə  qədər Abaran rayoııunun inzibati - ərazi bölgüsünə daxil olnuışdur. Erməni mənbələrində 
kəndin adı Çobangöməz, Çobangörükməz, Çobangərəkməz, Çobangerikməz formalarında da qeyd 
edilmişdir (415, s.5). Qafqazın 5 verstlik xəritəsində Çobangyərəkməz formasında  əksini tapmışdır 
(348, s.286).  
Kənddə 1873 - cü ildə 24 nəfər, 1886-cı ildə 36 nəfər, 1897-ci ildə 77 nəfər, 1905-ci ildə 88 
nəfər, 1914 - cü ildə 97 nəfər, 1916-cı ildə 96 nəfər azərbaycanlı yaşamışdır (415, s.45, 96-97). 1850-ci 
ildə Qarsdan ermənilər, 1877-78-cı il rus-türk müharibəsı zamanı Türkiyədən kürdlər köçürülərək bu 
kənddə yerləşdirilmişdir (427, s.367) 1918-ci ilin yazında azərbaycanlılar erməni təcavüzünə  məruz 
qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.  İndi ermənilər yaşayır. Toponim çoban 
türk etnoniminə (ASE, Xc., B., 1987, s.369; 286, s.41) «təpə» mənasında işlənən mar sözünün (237, 
s.473) fonetik variantı olan maz sözünün qoşulmasından əmələ gəlmişdir. Türk dillərində, o cümlədən 
Azərbaycan dilində söz sonunda r~z səsəvəzlənməsi (gör~göz, yor (maq) - yoz (maq) qanunauyğun 
haldır (2, s.234-248; 70, s.116-122).  
Deyilənlərdən bir daha bu qənaətə gəlirik ki, mar və maz eyni mənalı sözlərdir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə