İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə139/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   135   136   137   138   139   140   141   142   ...   168

 
281
Ü 
  
Üləşik - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. 
Rayon mərkəzindən 18 km şimal-qərbdə, Misxana çayının sol axarında, Maymaq dağının  ətəyində, 
Təkəli kəndinin yaxınlığında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində (348, s.252) qeyd edilmişdir. 
Erməni mənbələrində  kəndin adı Ulaşik formasında qeyd edilməklə onun qədim və ya başqa adının 
Ulyaşeyx olduğu da göstərilir (415, s.18). Kənddə 1831-ci ildə 66 nəfər, 1873 - cü ildə 225 nəfər, 
1886-cı ildə 313 nəfər, 1897-ci ildə 337 nəfər, 1908-ci ildə 425 nəfər, 1914 - cü ildə 733 nəfər, 1916-cı 
ildə 385 nəfər azərbaycanlı yaşamışdır (415, s.18-19, 102-103). 1918-ci ildə azərbaycanlılar ermənilər 
tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan 
azərbaycanlılar doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə 121 nəfər, 1926-cı ildə 209 nəfər, 
1931-ci ildə 302 nəfər azərbaycanlı yaşamışdır (415, s. 18-19, 102-103). 1950-ci ildə SSRİ 
hökumətinin xüsusi qərarı ilə azərbaycanlılar öz doğma kəndlərindən zorla Azərbaycana köçürülmüş 
və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.  
Toponim ulaş tayfa adına (238, s.304) cəmlik bildirən -ik şəkilçisinin qoşulması yolu ilə 
düzəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.  
Üç ağac - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda 
oronim. Oronim üç sayı ilə  qədimdə uzunluq ölçü vahidi kimi ışlənmiş  ağac sözünün (ağac 67 km) 
birləşməsindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu oronimdir. 
Üçdüz - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda 
qışlaq. Toponim say bildirən üç sözü ilə relyef bildirən düz sözü əsasında formalaşmışdır. Mürəkkəb 
quruluşlu toponimdir. 
Üçkilsə - İndi Ermənistan adlanan respublikada inzibati rayon. 1930 - cu ilin sentyabrın 9-da 
yaranmışdır. Rayon 1945-ci il martın 3-nə kimi Vağarşabad adlanmışdır. 3 mart 1945-ci ildən 
Eçmiədzin adlanır. XI əsrə  qədər rayonun ərazisi  ərəblərin işğalı altında olmuş, XI-XIII əsrlərdə 
səlcuqların, XIV-XV əsrlərdə monqollarm hakimiyyətinə tabe olmuşdur. XV-XVI əsrlərdə Ağqoyunlu 
və Qaraqoyunlu dövlətlərinin hakimiyyətinin tabeliyində, daha sonra 1502-1827-cı illərdə  İrəvan 
xanlığının inzibati ərazi bölgüsünə daxil olmuşdur.  
1827-cı ildə Rusiya tərəfindən işğal edildikdən sonra yeni yaranan inzibati ərazi bölgüsünə 
əsasən rayonun ərazisinin bir hissəsi İrəvan quberniyasının İrəvan qəzasına, bir hissəsi isə Eçmiədzin 
qəzasının tərkibində olmuşdur. İndiki Eçmiədzin rayonunun köklü sakinləri azərbaycanlılar olmuşdur. 
1828-ci ildə bağlanan Türkmənçay müqaviləsinə  əsasən 1828-30 - cu illərdə buraya İranın Xoy və 
Salmas vilayətlərindən, Türkiyənin Van, Sasun, İqdır, Sürməli vilayətlərindən ermənilər 
köçürülmüşdür. Ermənilərin sayı 1918-ci il qırğınlarmdan sonra daha da artmışdır (415, s.150153, 
167). 1918-19cu (309, s.218221), 1948-53 - cü illərdə rayondakı azərbaycanlılar tarixi-etnik 
torpaqlarından deportasiya olunmuşdur. İndi rayonda yalnız ermənilər yaşayır. Halbuki rayonda 1831-
ci ildə 5317 nəfər, 1873 - cü ildə 13795 nəfər, 1886-cı ildə 14929, 1897-ci ildə 18006 nəfər, 1922-ci 
ildə 4171 nəfər, 1926-cı ildə 5489 nəfər, 1931-ci ildə 5358 nəfər azərbaycanlı yaşamışdır (415, s.149-
151).  
Rayonun adı IV əsrdə (303 - cü il ) tikilən məbədin adı (ASE, IV c., B., 1980, s.123) əsasında 
yaranmışdır. Adı əvvəlcə dəyişdirilib Vağarşabad qoyulmuşdur. Erm.SSR AS RH-nin 12.lll.1945-ci il 
fərmanı ilə adı yenidən dəyişdirilib Eçmiədzin adlandırılmışdır. 
Üçtəpələr - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Axta (Razdan) rayonu 
ərazisində yaşayış  məntəqəsi. Üçtəpələr dağının  ətəyində, Yeni Bayazid yolunun ağzında yerləşir. 
Qafqazın 5 verstlik xəritəsində (348, s.255) qeyd edilmişdir.  
Kənd Üçtəpələr dağının  ətəyində yerləşdiyi üçün Üçtəpələr adı almışdır. Bu toponim say 
bildirən üç və relyef bildirən təpə sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Üçtəpələr - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonu 
ərazisində gözətçi məntəqəsi. 1897-ci ildə burada 4 nəfər azərbaycanlı yaşamışdır (415, s.82-83). XX 
əsrin əvəllərində ləğv edilmişdir. 
Üçüncü Qarakilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) 
rayonunda kənd. Rayon mərkəzindən 30 km məsafədə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun 


 
282
tabeliyində olmuşdur. Sıra bildirən «üçüncü» sözü ilə Qarakilsə oykonimi əsasında əmələ gəlmişdir. 
Üçüncü fərqləndirici əlamət bildirən sözdür. Mürəkkəb quruluşlu toponimdir.  
Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə  kəndin adı  dəyişdirilib Dzoraşen (Dərəkənd) 
qoyulmuşdur. 


 
283
F 
  
Fərrux - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Axta (Razdan) rayonunda 
kənd. Yaycı kəndinin yaxınlığında, Zəngi çayının sağ axarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində 
(348, s.256) qeyd edilmişdir.  
Kənddə  əvvəllər azərbaycanlılar yaşamışdır. Sonra bura ermənilər köçürülmüş  və 
azərbaycanlılar sıxışdırılmışdır. 1897-ci ildə kənddə 10 nəfər azərbaycanlı yaşamışdır (415, s.18-19). 
XX əsrin əvəllərində, 1905-1906-cı ildə baş verən erməni azərbaycanlı müharibəsi nəticəsində 1906-cı 
ildə azərbaycanlılar tarixi torpaqlarından qovulmuş və kənddə yalnız ermənilər yaşamağa başlamışdır.  
Toponim şəxs adı əsasında düzəlmiş antropotoponimdir. Quruluşca sadə toponimdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə