İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə140/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   136   137   138   139   140   141   142   143   ...   168

 
284
X 
  
Xalac - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, ındi Qafan rayonunda kənd. 
Rayon mərkəzindən  şimal-şərqdə Xalacçayın sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində 
(348, s.258) qeyd edilmişdir.  
Kənddə 1831-ci ildə 23 nəfər, 1873 - cü ildə 34 nəfər, 1886-cı ildə 308 nəfər, 1897-ci ildə 329 
nəfər, 1904 - cü ildə 319 nəfər, 1914 - cü ildə 300 nəfər azərbaycanlı yaşamışdır (415, s.56-57, 134-
135). 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşlar (309, 
s.205).  İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edən azərbaycanlılar öz 
evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 132 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 114 nəfər 
(415,s.56-57, 134-135), 1939-cu ildə 780 nəfər (85, s.155) azərbaycanlı yaşamışdır. Kəndin sakinləri 
1988-ci ilin noyabr ayının axırlarında Ermənistan dövləti tərəfindən deportasiya olunublar. İndi burada 
ermənilər yaşayır.  
Toponim xalac qədim türk tayfasının adı (228, s.35; 299, s.635) əsasında  əmələ  gəlmişdir. 
Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Xalacçay - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda 
çay. Rayondakı Xalac kəndinin  ərazisindən axır. Xalac adlı türk etnonimi (228, s.35) əsasında 
yaranmışdır. Etnohidronimdir. Quruluşca mürəkkəb hidronimdir. 
Xalaclar yurdu - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd 
(Yeğeqnadzor) rayonunda yurd. Rayondakı Qovuşuq kəndinin Soğanlı yaylağında yerləşir (211, 
s.198). Toponim xalac türk tayfa adı ilə (299, s.635) Azərbaycan dilində «yaşayış yeri, məskən» 
mənasında işlənən yurd sözündən (10, s.568) əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb 
toponimdir. 
Xalisa - İrəvan quberniyasının  İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon 
mərkəzindən 10 km cənub-şərqdə, Vedi çayından ayrılan arxın yanında yerləşir. Qafqazın 5 verstlik 
xəritəsində (348, s.259) qeyd edilmişdir. Erməni mənbələrində  kəndin başqa adının Xalisa Gyuley 
yurd olduğu göstərilir(415, s.86).  
Kənddə 1831-ci ildə 149 nəfər, 1873 - cü ildə 864 nəfər, 1886-cı ildə 960 nəfər, 1897-ci ildə 
1165 nəfər, 1904 - cü ildə 957 nəfər, 1914 - cü ildə 1053 nəfər, 1916-cı ildə 1159 nəfər azərbaycanlı 
yaşamışdır (415, s.86-87, 154-155). 1918-ci illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla 
qovulmuşlar.  
Xaricdən (İran və Türkiyədən) köçürülən ermənilər bu kəndə  də yerləşdirilmişdir.  İndiki 
Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə dönə 
bilmişdir. 1922-ci ildə burada 311 nəfər azərbaycanlı, 290 erməni, 1926-cı ildə 331 nəfər azərbaycanlı, 
240 nəfər erməni, 1931-ci ildə 588 nəfər azərbaycanlı, 276 erməni (415, s.86-87, 154-155), 1972-ci 
ildə 1500 dən artıq azərbaycanlı, 600-ə qədər erməni yaşamışdır.  
1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar tamamilə Ermənistan dövləti tərəfindən 
tarixi-etnik torpaqlarından deportasiya olundular. İndi burada yalnız ermənilər yaşayır.  
Toponim «dövlət torpağı, dövlətə  məxsus olan yer» mənasında işlənən  ərəb mənşəli xalisə 
sözündən (104, s.683) əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. 
Xalı  kənd - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək 
(Krasnoselo) rayonunda qışlaq. Çaykənd kəndinin yaxınlığında yerləşmişdir. Tarixən kənd olmuş
sonradan sakinləri Çaykəndə köçmüşdür. 1926-cı ildə burada 5 nəfər azərbaycanlı yaşamışdır (415, 
s.30-31). Toponim «sahibsiz, yiyəsiz, tutulmamış, boş» mənasında işlənən xali (Azərbaycan dilinin 
qərb dialektində «xalı» formasında «əkilən torpaq sahəsinin  əkilməmiş hissəsi» mənasında işlənir) 
sözü ilə (12, s.296), kənd çoğrafi nomeninin birləşməsi  əsasında  əmələ  gəlmişdir. Relyeflə bağlı 
yaranan mürəkkəb quruluşlu toponimdir. 
Xanazax - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda 
kənd. Rayon mərkəzindən 37 km məsafədə yerləşir. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 22 nəfər, 
1873 - cü ildə 200 nəfər azərbaycanlı yaşamışdır (415,s.112). 1877-78-cı illərdə azərbaycanlılar 
kənddən sıxışdırıhb çıxarılmışdır. İndi burada ermənilər yaşayır.  
Toponim mənşəcə fars dilinə  mənsub olan «ev» mənası bildirən, türk dillərində «kənd», 
«yaşayış yeri» mənasında işlənən xana (339, s.590) sözü əsasında formalaşmışdır. 


 
285
Xanım yurdu - Tiflis quberniyasının Borçalı  qəzasında, indiki Şəmsəddin rayonu ərazisində 
qışlaq. 1930 - cu ildə ləğv edilmişdir. Toponim Xanım şəxs adı ilə «yaşayış yeri, məskən» mənasında 
işlənən yurd sözünün (10, s.568) birləşməsindən  əmələ  gəlib, «Xanımın yaşadığı yer, məskən» 
mənasını bildirir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Xanmədin yaylası - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) 
rayonunda yaylaq. Rayondakı Saral kəndindən cənubda yerləşir. Xanməd şəxs adı əsasında formalaşan 
antropooronimdir. Quruluşca mürəkkəb oronimdir. 
Xanlıq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonu 
ərazisində dəyirman. 1897-ci ildə burada 3 nəfər azərbaycanlı yaşamışdır (415, s.82-83). 
Dəyirman Musaxan Makinskiyə məxsus olmuşdur (415, s.82). 
Xanolan - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmsəddin rayonunda qışlaq. 1930 - 
cu ildə ləğv edilmişdir. Toponim Azərbaycan dilində «varlı, ağa, mülk sahibi» mənasında işlənən xan 
sözü ilə Azərbaycan dilində «yaşayış yeri, məskən» anlayışını verən olan (olacaq mənasında) sözünün 
birləşməsindən əmələ gəlib, «Xanın olduğu yer» mənasını ifadə edir. Antropotoponimdir. Quruluşca 
mürəkkəb toponimdir. 
Xancallı - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd olmuşdur. Rayon 
mərkəzindən 20 km şimal-qərbdə, dəniz səviyyəsindən 2110 m hündürlükdə yerləşirdi. Erməni 
mənbələrində  kəndin sakinlərinin qarapapaqlar olduğu göstərilir və eyni zamanda qarapapaqlar 
müstəqil xalq kimi təqdim edilir (415, s.20). Halbuki qarapapaqlar müstəqil xalq yox, azərbaycanlılarn 
etnoqrafik qruplanndan biri və peçeneqlərə daxil olan tayfalardan birinin adıdır (245, s.42). 
Kənddə 1886-cı ildə 178 nəfər, 1897-ci ildə 253 nəfər, 1908-ci ildə 303 nəfər, 1914 - cü ildə 
392 nəfər azərbaycanlı yaşamışdır (415, s.20-21, 104-105). 1915-cı ildə azərbaycanlılar ermənilər 
tərəfindən öz kəndlərindən qovulmuşlar.  İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra 
azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə kənddə 95 nəfər, 1926-cı ildə 137 
nəfər, 1931-ci ildə 134 nəfər azərbaycanlı yaşamışdır (415, s.20-21, 104-105). 40-cı illərdə kənd ləğv 
edilərək əhalisi Balıqlı kəndinə köçürülmüşdür. İndi xaraba kənddir.  
Toponim xancallı tayfa adı əsasında yaranmış etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Xancığaz - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. 
Rayon mərkəzindən 12 km şimal-qərbdə, Bozabdal dağının  ətəyində, Pəmbək çayının sol sahilində 
yerləşir. Kəndin adı erməni mənbələrində Xancuğaz (415, s.52), Qafqazın 5 verstlik xəritəsində 
Xancuqaz (348, s.260) formasında qeyd edilmişdir.  
Erməni mənbələrində  kəndin qədim adının Xuncuğaz olduğu göstərilir (415, s.52). Kənd 
İbrahim adlı xana məxsus olmuşdur. Ona görə də kənd İbrahimli də adlanırmış (415, s.52).  
Kənddə 1831-ci ildə 33 nəfər, 1873 - cü ildə 295 nəfər, 1886-cı ildə 345 nəfər, 1897-ci ildə 393 
nəfər, 1908-ci ildə 523 nəfər, 1914 - cü ildə 650 nəfər, 1916-cı ildə 576 nəfər, 1919 - cu ildə 582 nəfər 
yalnız azərbaycanlılar yaşamışdır (415, s.52-53, 130-131). 1919 - cu ilin yazında azərbaycanlılar 
ermənilərin təcavüzünə  məruz qalaraq deportasiya olunmuşdur.  İndiki Ermənistanda sovet hökuməti 
qurulandan sonra Kəndin sakinləri 1920-ci ilin axırlarında öz ata-baba yurdlarına qayıda bilmişdir. 
Burada 1922-ci ildə 712 nəfər, 1926-cı ildə 697 nəfər, 1931-ci ildə 880 nəfər (415, s.52-53, 130-131), 
1939 - cu ildə 822 nəfər, 1959 - cu ildə 624 nəfər, 1970-ci ildə 1041 nəfər, 1979 - cu ildə 1091 nəfər 
(427, s.837), 1987-ci ildə 1220 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırında 
Ermənistan dövləti kəndin sakinlərini qırğınlarla deportasiya etmiş  və  kəndə erməniləri 
yerləşdirmişdir. İndi ermənilər yaşayır. 
Toponim «varlı», «sahibkar», «ağa» mənasında, işlənənxan sözünə kiçiltmə mənası bildirən -
cığaz şəkilçisinin artırılması yolu ilə əmələ gəlib, kiçik xana məxsus kənd mənasını ifadə edir.   
Erm.SSR AS RH-nin l.VI.1940-cı il fərmanı ilə  kəndin adı  dəyişdirilib Gözəldərə, sonra 
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə bir daha dəyişdirilib Aznavadzor qoyulmuşdur. 
Xaraba Kotanlı - İrəvan quberniyasının  İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda 
kənd. Böyük Gilanlar kəndinin yaxınlığında, Allahüəkbər dağının  ətəyində yerləşmişdir. Qafqazın 5 
verstlik xəritəsində qeyd edilmişdir (348, s.261).  
Kənddə 1873 - cü ildə 64 nəfər, 1886-cıildə 105 nəfər, 1897-ci ildə 253 nəfər, 1904 - cü ildə 
174 nəfər, 1914 - cü ildə 219 nəfər, 1916-cı ildə 207 nəfər azərbaycanlı yaşamışdır (415, s.86-87, 154-
155). 1918-19 - cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş, kəndə kürdlər 
yerləşdirilmişdir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə