İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri
35
məzmunun müəyyən olunmasıdır. Tədqiqatçılar çox hallarda bu
məsələyə emprik səviyyədə yanaşmağa səy göstərmişlər. Müxtəlif
tədris planlarını hazırlamaqla məktəbin tələbatlarını ödəməyə üstün-
lük vermişlər.
Mövcud məzmunla bağlı vəziyyəti növbəti yarım fəsildə
nəzərdən keçirdiyimizi nəzərə alaraq burada yalnız məzmunun di-
daktik əsasları, onun hazırlanmasına verilən tələblərlə bağlı fikirləri
şərh etməklə kifayətlənirik.
İbtidai təhsilin məzmununun müəyyən olunması, onu şərtlən-
dirən amillər əhəmiyyətli rola malikdir. Bu məsələnin xüsusi didak-
tik əhəmiyyətini qəbul edən tədqiqatçılar F.A.Rüstəmov, Y.P.Pod-
lasıy N.Q.Kazanski, T.S.Nazarova, İ.İsayev, A.Eminov araşdır-
malarında ümumi təhsilin, o cümlədən ibtidai təhsilin məzmununu
şərtləndirən amillərdən bəhs etmişlər .
Azərbaycan Respublikasının təhsil naziri ölkəmizdə aparılan
təhsil islahatlarının gedişi barədə danışarkən ümumtəhsilin məzmu-
nunda köklü dəyişikliklərdən söhbət açmış, onun bir sıra şərtlərini
əsaslandırmışdır: “Müstəqil Azərbaycanda son illərdə təhsilin bey-
nəlxalq standartlara uyğun qurulması və dünya təhsil sisteminə
inteqrasiya edilməsi, təlim- tərbiyənin şagirdlərin meyl və maraqları
əsasında təşkil edilməsi tələbləri ümumi təhsilin məzmununda
köklü dəyişikliklərin aparılması zərurəti yaradır” (17).
Doğrudan da, bu gün beynəlxalq standartların səviyyəsi,
dünya təhsilində gedən inteqrasiya Azərbaycanda ümumi təhsilin, o
cümlədən ibtidai təhsilin məzmununun qurulması üçün vacib amili-
dir. Onların səmərəli və məqsədyönlü şəkildə həyata keçirilməsində
şagird marağının nəzərə alınması ciddi faktdır.
Bu məsələ pedaqoq alimlərin marağını çəkən problem kimi
araşdırmalara cəlb olunmuş, ona münasibətlər bildirilmişdir. İbtidai
təhsil nəzəriyyəsinin formalaşmasında xidmətləri olan N.Q.Kazanskiy
və T.S.Nazarova ibtidai təhsilin məzmununun cəmiyyətin inkişafı ilə
bağlı olduğunu vurğulayaraq, bildirirlər ki, ”cəmiyyətin inkişafı,
böyüməkdə olan nəslin tərbiyəsinin məqsəd və vəzifələrinin dəyişməsi
təhsilin məzmununun da dəyişməsinə səbəb olur” (134, s. 121).