İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə20/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   16   17   18   19   20   21   22   23   ...   47

İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
59 
Tədris  planının  bu  hissələri  hər  hansı  bir  ümumtəhsil 
məktəbində, onun ayrı-ayrı səviyyələrində üç əsas tədris məşğələsi 
formasında təzahür edir: respublika səviyyəsində müəyyən olunmuş 
məzmunun öyrənilməsinə aid zəruri məşğələlər; şagirdlərin seçimi 
ilə qurulan zəruri məşğələlər; fakultativ məşğələlər. 
Bütün bunlar kurikulumun aşağıdakı komponentlərindən irəli 
gələn vəzifə kimi yerinə yetirilir. 
Birinci  respublika  komponenti  adlandırılır.  Bu  komponent 
üzrə məzmun respublika üzrə müəyyən olunur, ona ayrılan saatların 
başqa  məzmun  komponentlərinə,  təhsil  sahələrinə  verilməsi 
qadağan edilir. İbtidai təhsildə siniflər üzrə şagirdlərin maksimum 
dərs yükü aşağıdakı  kimi müəyyənləşdirilir. 
I sinif–22 saat   
II sinif–23 saat 
III sinif–24 saat 
IV sinif–25 saat 
İkinci,  bazis  tədris  planının  başlıca  xüsusiyyətlərindən  biri 
onun  demokratik  prinsip  əsasında  qurulması,  təhsil  sahələrinə, 
fənlərə  münasibətdə  şagirdlərin  meyl  və  maraqlarına  istinad 
olunmasıdır.  Seçmə  fənn  (fənlər)  qrafasının  olması  bunu  aydın 
şəkildə ifadə edir. 
Belə  ki,  əgər  respublika  komponenti  üzrə  fənlərin  tədrisi 
məcburidirsə,  artıq  seçmə  fənn  qrafasına  ayrılmış  saatın  ehtiyaca 
görə hansı sahəyə və fənnə verilməsində məktəb sərbəstdir. Seçmə 
fənlər şagirdlərin arzu və istəkləri nəzərə alınmaqla seçilir. 
Bazis tədris planında seçmə fənlərə yalnız V-XI siniflərdə yer 
ayrılmşdır. I-IV siniflərdə seçmə fənlərə saat verilməmişdir. 
Bazis  tədris  planında  şagirdlərin  müstəqil  fəaliyyətini  təmin 
etmək, onların təlim  fəallığını  yüksəltmək üçün ayrıca  “fakultativ, 
fərdi  və  qrup  məşğələləri”  qrafası  ayrılmışdır.  Burada  hər  sinfə  2 
saat  olmaqla  I-IV  siniflərə  8  saat  vaxt  ayrılmışdır.  Y.Ş.Kərimov 
ibtidai  təhsil  üçün  tədris  planının  xüsusiyyələrini  araşdırarkən 
fakultativ məşğələlərlə bağlı belə qənaətə gəlir ki, “Tədris planında 
hər  bir  sinif  üçün  fakultativ  məşğələlər  nəzərdə  tutulmuşdur.  Bu 


Gülarə Balayeva 
 
 
60 
saatlar  qeyri-qanuni  olaraq  rus  dili  və  ingilis  dilinə,  bəzi 
məktəblərdə ana dili və riyaziyyata verilir. Fakultativ məşğələlərin 
vəzifələri  unudulur.  Bu  məşğələlərdə  uşağın  marağına,  arzu  və 
istəklərinə,  qabiliyyətlərinə  görə iki,  üç  qrupa  (rəqs,  rəsm,  yapma, 
musiqi, vokal, tikiş, foto, kompyuter, bədii oxu, idman) ayrılmalı və 
onlarla  əlaqədar  məsələlər  həmin  sahəni  yaxşı  bilən  mütəxəssisə 
tapşırılmalıdır. Bəzi sahələr üzrə işi sinif müəllimi də apara bilər” 
(67,s.76). 
Ümumi təhsilin dövlət standartları nəzərdən keçirilərkən belə 
məlum  oldu  ki,  orada  I-IV  siniflərdə  tədrisi  zəruri  hesab  edilən 
fənlərin yalnız adı çəkilmişdir. Fənlərin əhəmiyyəti, tədris planında 
yeri,  onun  öyrənilməsindən  gözlənilən  nəticələr  qeyd  olunmamış-
dır.  Bu  isə  ibtidai  siniflərdə  təklif  olunan  məzmunun 
əsaslandırılmadığını  göstərir.  Problemlə  məşğul  olan,  ona  maraq 
göstərən şəxsləri inandırmaq üçün faktlar nəzərə çarpmır. 
Məlum olduğu kimi, yeni yaradılmış məzmun müəyyən dövr 
üçün  sabit  qalır.  Bir  müddətdən  sonra  informasiyalar  çoxalır, 
yeniliklər  cəmiyyətin  inkişafını  göstərən  atributlar  kimi  qabarıq 
şəkildə diqqəti cəlb edir. İstər-istəməz həyatın bütün sahələrində, o 
cümlədən  ən  mütəhərrik  və  dinamik  sahə  olan  təhsildə  də 
dəyişiklərin  aparılması  bir  zərurət  kimi  meydana  çıxır.  Görünür, 
Y.Ş.Kərimovun  1999-ci  ildən  tətbiq  olunmağa  başlayan  Bazis 
tədris planı əsasında reallaşdırılan ibtidai təhsilin məzmunu haqında 
2003-cü  ildə  söylədiyi  islahatyönümlü  fikri  də  bu  məntiqdən  irəli 
gəlir:  “İbtidai  təhsilin  məzmununda  yeni  islahat  labüddür.  İnkişaf 
etmiş ölkələrin təhsil sisteminə inteqrasiya olunmağı arzuladığımız 
indiki  şəraitdə  gec-tez  ölkəmizdə  təhsilin  müddətinin  artırılacağı, 
onun  12  il  olacağı  labüddür.  Şübhəsiz    belə  bir  strukturda  ibtidai 
təhsilə 5 il ayrılacaqdır” (67). 
Bütün  bu  fikirlərin  meydana  gəlməsinin  əsas  mahiyyəti 
cəmiyyətin  sürətli  inkişafına  uyğun  olaraq  ibtidai  təhsilin  məz-
mununun dəyişilməsi və yeniləşdirilməsindən ibarətdir. 
Doğrudur, Azərbaycanda təhsil islahatları rəsmi olaraq 1999-
cu  ildən  “Azərbaycan  Respublikasının  Təhsil  Sahəsində  İslahat 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
61 
proqramı” qəbul olunduğu vaxtdan başlamışdır. Lakin bu islahatın 
bünövrəsi hələ 1995-ci ildə Azərbaycan Respublikasının Konstitu-
siyası  qəbul  olunduğu  vaxtdan  qoyulmuşdur.  Çünki  bu  dövrdə 
müstəqil  bir  ölkə  kimi  Azərbaycanın  özünəməxsus  təhsil  siyasəti 
müəyyənləşdirildi. Bir sıra zəruri və təxirəsalınmaz tədbirlər həyata 
keçirildi.  Əslində  1999-cu  ildə  aprelin  29-da  “Azərbaycan 
Respublikasında ümumi orta təhsilin dövlət standartları” nın qəbul 
olunması belə tədbirlərdən biri idi. 
Lakin 1999-cu il iyunun 15-də “Azərbaycan Respublikasının 
Təhsil Sahəsində İslahat Proqramı” qəbul olunduqdan sonra ölkənin 
təhsil  sistemində  ciddi  araşdırmalar  aparıldı.  1999-2003-cü  illərdə 
Dünya  Bankının  dəstəyi  ilə  Azərbaycan  təhsil  sitemində  islahatın 
hüquqi-normativ  bazanın  yaradılması  və  öyrədici  informasiya 
mərhələləri üzrə tədbirlər həyata keçirildi.  
2003-2013-cü  illərdə  mərhələlərlə  təhsil  islahatının  həyata 
keçirilməsi zamanı Azərbaycan təhsilini dünya təhsilinin mütərəqqi 
ənənələrinə  doğru  aparan  bir  sıra  istiqamətlər  müəyyənləşdirildi. 
Ümumi təhsilin keyfiyyəti və  real tələbatlara uyğunluğu problemi 
üzrə kurikulum islahatı istiqamətində aparılan işlər bu qəbildən idi. 
Azərbaycan  Respublikasının  təhsil  naziri  cənab  M.Mərdanov 
“Təhsil  Sektorunun  İnkişaf  lahiyəsi”nin  başlanmasına    həsr 
olunmuş  məruzəsində  qeyd  etmişdir  ki,  “Ümumtəhsili  yeni 
keyfiyyət  mərhələsinə  yüksəltmək  üçün  biz,  ilk  növbədə,  mövcud 
hafizənin inkişafı məktəbini şəxsiyyətyönümlü məktəbə çevrilməli 
və  bu  məktəb  üçün  yeni  təhsil  standartlarını  müəyyənləşdirməli, 
onun kurikulumunu hazırlamalıyıq” (100, s.16). 
Azərbaycan  Respublikasının  təhsil  naziri  ölkədə  aparılan 
təhsil islahatlarından danışarkən bildirmişdir ki, “Azərbaycan təhsil 
sistemində  “Kurikulum”  yeni bir  anlayışdır  və  o, təlim prosesi  ilə 
bağlı bütün fəaliyyətlərin təşkilini və həyat keçirilməsini əks etdirən 
konseptual  sənəd  kimi  başa  düşülür.  Yeni  layihə  çərçivəsində  elə 
bir  konseptual sənəd  hazırlanacaqdır ki, özündə hazırki tədris pla-
nını, tədris planlarını, habelə şagirdə və onun hazırlıq səviyyəsinə 
verilən tələbləri, hər bir dərsin konkret inkişafetdirici məqsədlərinin 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə