İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə18/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   14   15   16   17   18   19   20   21   ...   47

İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
53 
İbtidai  təhsilin  məzmununun  müəyyən  olunması  konkret  və 
mürəkkəb  məsələ  olduğundan  bir  sıra  xarici  amilləri  (şagirdin 
səviyyəsi,  mühit,  pedaqoji  təminat  və  s.)  nəzərə  alınmaqla  yanaşı, 
biliklərin zərurilik dərəcəsi və praktik cəhətdən faydalılığı da diqqət 
mərkəzində saxlanılır. Qeyd etmək lazımdır ki, bu cəhətlər hər han-
sı yaşdan təlimə başlayan uşaqların təhsil alması üçün müəyyənləş-
dirilmiş məzmunda aparıcı tələblərdən hesab edilir. 
Respublikamızda  təhsil  islahatının  həyata  keçirildiyi  hazırki  
şəraitdə ümumtəhsilin yenidən qurulması istiqamətində işlər aparı-
lır. Məktəbin ümumi mənzərəsini, strukturunu dəyişdirmək, xüsu-
sən onun məzmununu müasir didaktikanın prinsiplərinə  uyğunlaş-
dırmaq  vacib  şərtlərdən  hesab  edilir.  Ona  görə  də  ümumi  təhsil 
məktəbinin bütün səviyyələrində, o cümlədən ibtidai təhsildə ciddi 
dəyişikliklər, məzmun islahatları, eləcə də strategiya və qiymətlən-
dirmə  mexanizmlərinin  yaradılması  sahəsində  tədbirlər  həyata  ke-
çirilir. Tədrici xarakter daşıyan bu islahatyönümlü tədbirlər ardıcıl 
və sistemli qaydada həyata keçirilir. 
2006-ci  il  Azərbaycanda  ilk  kurikulumların  hazırlanması  ilə 
əlamətdardır. Bu ildə ilk dəfə olaraq ibtidai təhsilin nəticəyönümlü 
məzmunu yaradılmış  və bu, tədricən ayrı-ayrı fənlərə sirayət etmiş-
dir. Belə ki, hər  bir fənn üzrə kurikulumların tətbiqinə 2008-2009-
cu dərs ilindən başlanılmışdır. Hər il bir sinfin  bu sistemə keçməsi 
onun  müəllimlər,  bütövlükdə  pedaqoji  ictimaiyyət  və  valideynlər 
tərəfindən mənimsənilməsinə imkan yaratmışdır. 
Yeni fənn kurikulumlarına tədrici keçid mövcüd proqramlar-
dan  istifadənin  müddətinin  müvəqqəti  olaraq  uzanması  ilə  nəticə-
lənmişdir. Həm ənənəvi, həm də yeni məzmunun ibtidai məktəbin 
müxtəlif siniflərində eyni vaxtda istifadə olunması ilə nəticələnmiş, 
onların hər ikisinə münasibət bildirmək zərurətini yaratmışdır. 
Azərbaycan  dövlət  müstəqilliyi  əldə  etdikdən  sonra  özünün 
inkişaf  istiqamətlərini  müəyyənləşdirdi.  Sosial,  iqtisadi,  mədəni 
sahələrdə  quruculuq    işləri  aparıldı.  Artıq  1995-ci  ildə  Müstəqil 
Azərbaycanın  ilk  Konstitusiyasının  qəbul  olunması  onun  bir  daha 
hüquqi  dövlət  kimi  mükəmməl  qanunlar  üzərində  bərqərar 


Gülarə Balayeva 
 
 
54 
olunduğunu göstərdi. Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində 
də  siyasət  konkretləşdi.  42-ci  maddədə  təhsilin  hüququna  dair 
aşağıdakı istiqamətlər müəyyənləşdi: 
  “I. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. 
   II. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu 
təmin edir. 
  III. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. 
  IV. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin 
təhsili davam etdirməsinə dövlət zəmanət verir. 
             V.  Dövlət  minimum  təhsil  standartlarını  müəyyən  edir.” 
(13, s.15). 
Bu  maddələr  ölkənin  təhsil  sahəsində  siyasətinin  kordinal 
məsələləri idi. Onların icra edilməsi, yaradılması böyük dəyişiklik-
lərin  aparılmasını  tələb  edirdi.  Cəmiyyətin  mənəvi  qüvvələrini 
birləşdirmək, insanların təhsillənməsini yeni metadoloji əsasda qur-
maq üçün onları səfərbər etmək, təhsil sahəsindəki innovasiyalara 
inandırmaqla düşünülmüş islahatların aparılmasını tələb edirdi. Ona 
görə  də  1999-cu  ildə  təhsil  sahəsində  islahatlar  üzrə  Dövlət 
Komissiyası  yaradıldı  və  ölkədə  təhsil  islahatlarının  keçirilməsi 
müzakirə edildi. Komissiyanın yığıncağında çıxış edən Azərbaycan 
Prezidenti  Heydər  Əliyev  məsələyə  birmənalı  şəkildə  münasibət 
bildirdi.  “Mən  belə  anlayıram  ki,  indi  bizdə  təhsil  sistemində 
islahatların məqsədi ondan ibarətdir ki, Azərbaycanda təhsil sistemi 
dünya təhsil sisteminin standartlarına uyğunlaşsın” (107, s. 101). 
Ulu  öndər  yaranmış  vəziyyətdən  çıxış  yolunu  göstərməklə 
Azərbaycanın  təhsil  sahəsində  inkişafının  ümumi  məqsədini 
konseptual  olaraq  ifadə  etmişdir.  Eyni  zamanda  bu  məqsədin 
reallaşması  üçün  onilliklərlə  toplanmış  təcrübənin  öyrənilərək 
onlara  yaradıcı  münasibət  bəslənilməsi  və  dünyanın  inkişaf  etmiş 
ölkələrinin  qazandıqları  nailiyyətlərə  istinad  olunmasını  tövsiyə 
etmişdir. 
Azərbaycanda həyata keçirilən təhsil siyasətinə uyğun olaraq 
1999-cu  il  aprelin  26-da  ölkəmizin  təhsil  tarixində  ilk  dəfə  olaraq 
“Azərbaycan  Respublikasında  ümumi  orta  təhsilin  dövlət 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
55 
standartları” təsdiq olundu. Sənəddə göstərildiyi kimi, “ümumi orta 
təhsilin dövlət standartları mütərəqqi dünyagörüşünə malik, soykö-
künə bağlı olan şəxsiyyət formalaşdıran, təhsilin məzmunu və nəti-
cələrini  təmin  edən  normalar  və  müddəalar  məcmusundan  ibarət-
dir” (15, s.7).  Onun məzmununda ümumi orta təhsilin standartları-
nın mahiyyəti, strukturu, məzunların hazırlıq səviyyələrinə verilən 
tələblər, şagirdlərin tədris yükünün normativləri, standartları ilə tən-
zimlənən münasibətlər və Azərbaycan Respublikasının ümumtəhsil 
müəssisələrinin bazis tədris planı əhatə edilir. 
Ümumi  təhsilin  dövlət  standartı  əvvəlki  məktəb 
sənədlərindən  fərqli  olaraq  konkret    məzmunu,  onun  mütləq 
minimumunu  müəyyən  edən  sənəd  kimi;  “Ümumi  orta  təhsilin 
dövlət standartları ümumi orta təhsilin məzmununun mütləq tədris 
yükünün  maksimum  həcmini  şagirdlərin  və  məzunların  (buraxılış 
sinif  şagirdlərinin)  hazırlıq  səviyyəsinə  verilən  tələbləri  müəyyən 
etməklə ibtidai, əsas və orta ümumi təhsilə şamil edilir” (15, s.6). 
Ümumtəhsil  dövlət  standartında  belə  bir  yanaşma  tərzinin 
ifadə olunması pedaqogika  nəzəriyyəsində  tamamilə  yeni səslənir. 
İstər-istəməz bu fikri həm də ibtidai təhsilin məzmununa aid edilir. 
İbtidai  təhsilin  dövlət  standartlarının  mütləq  minimumu  təşkil 
etməsi,  beləliklə,  bilik,  bacarıq  və  vərdişlərin  sistemini  təkzib 
etməsi  də,  onu  konkretləşdirmək,  xüsusi  idarəetmə  sənədi  kimi 
rəsmiləşdirmək baxımından əhəmiyyət daşıyırdı. 
Ümumi təhsilin dövlət standartında ibtidai təhsil, ona qoyulan 
tələblər  xüsusi  yer  tuturdu.  İlkin  olaraq  belə  bir  qənaəti  söyləmək 
lazımdir ki, o qədər də böyük olmayan bu sənəddə ümumi təhsilin 
ibtidai,  əsas  və  orta  pillələri  arasında  qarşılıqlı  əlaqənin  olmasına 
xüsusi  diqqət  yetirilmişdi.  Pillələrin  hər  biri  digərini  davam 
etdirmək baxımından didaktik əhəmiyyət daşıyırdı. 
Ümumi  təhsilin  dövlət  standartında  ibtidai  təhsilə  bir  neçə 
cəhətdən  yanaşılmışdır.  İlk  növbədə  ibtidai  təhsilin  məqsədi 
konktretləşdirilmişdir. “İbtidai ümumi təhsilin məqsədi şəxsiyyətin 
ümu-mi  mədəniyyətinin,  bacarıq  və  qabilliyyətinin  aşkara  çıxarıl-
ması, təbiət, cəmiyyət, insan və onun əməyi haqqında ibtidai təsəv-


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə