İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə17/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   13   14   15   16   17   18   19   20   ...   47

Gülarə Balayeva 
 
 
50 
müasir  mərhələlərində  şəxsiyyətin  əsas  keyfiyyəti  kimi  dəyərlərin 
də nəzərə alınması zəruri hesab edilmişdir. 
3) ibtidai təhsilin məzmununun formalaşması da tədqiqatçılar 
tərəfindən ardıcıl olaraq öyrənilmişdir. Bu zaman cəmiyyətin bütün 
sahələrində  gedən  dəyişikliklərin  məzmuna  təsir  göstərən  vacib 
amillər olduğu aşkar edilmişdir. Bu amillər içərisində bir sıra nəzə-
riyyələrdən bəhs olunmuş, onların mahiyyəti və təsiri açıqlanmışdır. 
4) ibtidai təhsilin məzmununun müəyyənləşdirilməsi prinsiplə-
ri  tədqiqata  cəlb  olunmuşdur.  Ümumpedaqoji  aspektdə  tədqiqatlar 
aparılmışdır.  Həmin  tədqiqatların  nəticələrindən  istifadə  olunsa  da, 
Azərbaycanda ibtidai təhsilin məzmununun nəzəri pedaqoji problem-
lərinin öyrənilməsi ilə bağlı sistemli araşdırmalar aparılmamışdır. 
 
 
1.3. İbtidai təhsilin məzmunun mövcud vəziyyəti 
 
İbtidai təhsilin məzmununun elmi–nəzəri problemlərini lazı-
mi səviyyədə öyrənmək üçün hökmən mövcud durumun araşdırıl-
masına ehtiyac duyulur. Ona görə də hər hansı bir nəzəri problemi 
bu  və  ya  digər  dərəcədə  araşdırmaq  istəyən  tədqiqatçı  məsələnin 
mövcud vəziyyətini müəyyənləşdirməklə ümumi mənzərəyə aydı-
nlıq gətirir və fikirlərini daha inamlı və inandırıcı ifadə etmək üçün 
imkan qazanır. 
Bu  mənada  biz  də  ibtidai  təhsilin  məzmununun  mövcud 
vəziyyətini  aydınlaşdırmaq  üçün  məsələyə  bir  neçə  istiqamətdən 
yanaşmağı  faydalı  hesab  etdik.  Bunun  üçün  aşağıdakı  məsələlər 
ətrafında fikir mübadiləsi  aparmaqla problemə  aydınlıq  gətirməyə 
çalışdıq: ibtidai təhsilin müddəti; uşaqların birinci sinfə qəbul olun-
ması; ibtidai təhsilin tədris planında  yeri; ibtidai təhsilin kurikulu-
mu. 
İbtidai  təhsilin  məzmununun  müəyyən  olunmasında  onun 
müddəti əhəmiyyətli rol oynayır. Ona görə də dünyanın, demək olar 
ki,  bütün  ölkələrində  təhsilin  müddətinin  müəyyən  olunması  çox 
zaman  müzakirə  və  mübahisələrin  yaranması  ilə  nəticələnmişdir. 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
51 
Hər  bir  ölkədə  potensial  imkana  uyğun  olaraq  ibtidai  təhsilin 
müddətini müəyyənləşdirməli olmuşlar. 
Araşdırmalar  onu  göstərir  ki,  dünyanın  ən  inkişaf  etmiş 
ölkələrindən  olan  ABŞ,  İngiltərə  və  Kanadada  ibtidai  təhsilin 
müddəti  5-6  ildir.  Qardaş  Türkiyədə  də  ibtidai  məktəb  5  ildir. 
Rusiyada  isə  ibtidai  təhsilin  müddəti  4  ildir.  Bildiyimiz  kimi, 
Azərbaycanda da təhsilin müddəti belədir. 
Maraqlıdır  ki,  ölkəmizin  təhsil  tarixində  ibtidai  təhsilin 
müddəti həmişə 4 il olmamışdır. Ötən əsrin 60-ci illərinin əvvəlinə 
qədər 4 illik olmuşdur. Bu dövrdə uşaqların təlim nailiyyətləri daha 
çox  yaddaşa  əsaslandığından  və  şagirdlərin  idrak  fəallığına  şərait 
yaranması  ibtidai  təhsilin  sistemində,  o  cümlədən  müddətində 
dəyişikliklərə  gətirib  çıxarmışdır.  Y.Ş.Kərimov  bu  məsələdən 
danışarkən açıq şəkildə bildirir ki, “60-ci illərin əvvəllərində ibtidai 
təlimin  yalnız  yaddaşa  əsaslanmaqla  şagirdlərin  təfəkkürünü 
fəaliyyətə  gətirməsi, 4 il  ərzində onların,  əsasən, oxumaq,  yazmaq 
və  hesablamaq  vərdişlərinə  yiyələnmələri,  çox  cüzi  biliklər 
qazanmaları görkəmli pedaqoq və psixoloqların diqqətini cəlb etdi” 
(63,  s.10).  1969-1970-ci  tədris  ilində  üçillik  ibtidai  təlimə  keçildi. 
Bu zaman şagirdlərin biliklərə yiyələnməsini təmin etməklə yanaşı, 
onların  təfəkkürünün  inkişaf  etdirməklə  idrak  imkanlarını 
genişləndirmək  sahəsində  irəliləyişlərin  əldə  olunması  mühüm 
vəzifələrdən hesab edilirdi. Aşağıdakı xüsusiyyətlər ibtidai təhsilin 
məzmununun  qurulması  üçün  zəruri  şərtlər  hesab  olunurdu:  “a) 
təlimin  şagirdlərin  gücünə  müvafiq  yüksək  çətinlik  səviyyəsində 
qurulması; c) nəzəri biliklərin həcminin artırılırması və aparıcı rol 
oynaması;  ç)  proqram  materiallarının  sürətli  öyrənilməsi;  d) 
məktəblilərin  təlim  prosesini  anlamaları.”  (68,  s.3).  Üçillik  ibtidai 
təhsilin nəticələrində olan üstün cəhətlər onu daha yaxşı xarakterizə 
etməyə imkan verirdi. Xüsusən şagirdlərin inkişafını stimullaşdırıl-
ması baxımdan əlamətdar cəhətlər  qabarıq şəkildə diqqəti cəlb edir. 
Eksperimental  yolla  6  yaşdan  təlimə  keçid  öz  növbəsində 
dördillik  ibtidai  təhsil  ideyasının  yaranıb  inkişaf  etməsinə  imkan 


Gülarə Balayeva 
 
 
52 
verdi.” 1992-ci ildə üçillik təlim sistemi öz işini başa çatdırdı. Ölkə-
mizdə başdan-başa 6 yaşdan dördillik təlimə keçildi” (67, s. 90). 
Dördillik  ibtidai  təlimə  keçid  özünə  xas  məzmunun  qurul-
masını  tələb  etdi.  Burada  şagirdlərin  təlim  yükünün  azaldılması, 
onların  praktik  fəaliyyəti  üçün  imkanların  yaradılması  ön  plana 
çəkildi. 
İbtidai  təhsilin  məzmununun  formalaşmasında  əhəmiyyətli 
rol  oynayan  məsələlərdən  biri  də  şagirdlərin  hansı  yaşda  təlimə 
başlamalarıdır. Ona görə ki, yaş dövrlərinin özünəməxsus psixoloji 
və  fizioloji  xüsusiyyətləri  vardır.  Təlimin  məzmununun  formalaş-
dırılmasında  onlara  istinad  etmək  didaktik  cəhətdən  əhəmiyyətli 
hesab edilir. 
Ümumiyyətlə,  ibtidai  təhsil  nəzəriyyəsində  təlimə  başlama 
mühüm didaktik problem kimi pedaqoji araşdırmaların mərkəzində 
dayanır.  Həmin  araşdırmalarda  müəyyən  olunduğu  kimi,  “Uşağın 
məktəbə (I sinfə) qəbulu onun təlimə hazırlıq səviyyəsindən asılıdır. 
20-ci illərdə uşaqların məktəbə 8, hətta 9 yaşdan gəlmələri adi hal 
idi. Sonralar 8 yaş sonuncu hədd hesab olundu və 1944-cü ilədək 
davam etdi. 1944-cü ildən 70-ci illərin ortalarınadək məktəbə qəbul  
7 yaşdan başlandı. 70- ci illərin ortalarından bütün məktəblərdə altı 
yaşlılar  üçün  hazırlıq  sinifləri  açıldı”  (63,  s.12).  Beləliklə,  həmin 
vəziyyət bu günə qədər davam etməkdədir. 
Araşdırmalar  onu  göstərir  ki,  dünyanın  müxtəlif  ölkələrində 
uşaqların  məktəblərə  daha  erkən  yaşdan  götürülmələri  problemi 
gündəmdə dayanır. Hətta “ 3  yaşdan məktəb təliminə hazır olan na-
dir istedadlar, vunderkindler istisna edilirsə, fiziki cəhətdən sağlam, 
normal  beş  yaşlıların  əksəriyyətinin  I  sinifdə  oxumaq  imkanları 
var” (63, s.13). 
Belə  olan  halda  işin  bütövlükdə  səmərəli  təşkilinin  əsasında 
təlimin  məzmununun  düzgün  qurulması  dayanır.  Xüsusən  ibtidai 
siniflərdə belə şəraitin yaradılması ciddi pedaqoji və psixoloji araş-
dırmalara istinad olunmasını, onların nəticəsindən yaradıcı şəkildə 
istifadə edilməsini mühüm vəzifə kimi qarşıya qoyur. 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə