Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары


(5-1) BEYNӘLXALQ TӘŞKİLATLARIN FORMALAŞMASINA TARİXİ BAXIŞ



Yüklə 1,29 Mb.
səhifə35/118
tarix11.01.2022
ölçüsü1,29 Mb.
#82809
1   ...   31   32   33   34   35   36   37   38   ...   118
İCTİMAİ-SİYASİ-MÜTALİӘLӘRİN-ӘSASLARI-2

(5-1) BEYNӘLXALQ TӘŞKİLATLARIN FORMALAŞMASINA TARİXİ BAXIŞ


Beynəlxalq təşkilatların yaranması və formalaşması rəsmi olaraq. XIX əsrdən başlayıb. Lakin onların hərtərəfli inkişafı, təkmilləşməsi və əsl “çiçəklənmə dövrü” XX əsrə aiddir. Dağıdıcı müharibə, inqilab, Elmi Texniki Tərəqqi, sənayenin və yeni texnologiyaların inkişafını beynəlxalq təşkilatların yaradılması üçün zəruri zəmin hazırlayan əsas amillərdən hesab etmək olar. XIX əsrdə beynəlxalq təşkilatların formalaşmasında aşağıdakı üç cərəyanın həlledici rolu olmuşdur:

  1. 1815-ci ildə çağırılmış Vyana konqresində Avropanın böyük dövlətləri bir ittifaq təşkil etmişdilər. Buna səbəb, Napoleonun Avropada apardığı müharibələrinin nəticələrini aradan qaldırmaq olmuşdu. Beləliklə, Avropa dövlətləri arasındakı münasibətləri tənzimləyən qayda-qanunlar qəbul edilmişdi.

  2. 1899 və 1907-ci illərdə keçirilən Haaqqa konfranslarında beynəlxalq hüquq normalarını dövlətlərarası münasibətlərdə əsas götürməklə, bərabər hüquqlu və müstəqil ölkələrin bir-birlərilə əlaqələrinin yaxınlaşdırılması istiqamətində qərarlar çıxarılmışdı.

  3. Beynəlmiləl ittifaqlar əvvəllər yalnız hərbi-siyasi və təhlükəsizlik sahələrində təşkil edilirdi. Lakin XIX əsrdə baş verən iqtisadiyyat və sənayenin inkişafı belə ittifaqların digər sahələrdə də yaradılması zəruriyyətini ortaya çıxartdı. Beynəlmiləl Komitə, Qırmızı Xaç cəmiyyəti, Ümumdünya Poçt Ittifaqı və Parlamentlərarası Ittifaqın yaradılmasını buna misal göstərmək olar.

Lakin beynəlxalq təşkilatların mütəşəkkil, geniş tərkibli və çoxlu sayda dövlətlərin iştirakı ilə rəsmi surətdə fəaliyyət göstərən qurumlara çevrilməsində əsas rol oynayan faktor I Dünya Müharibəsi oldu. Müharibədən sonra, 1919-cu ildə təşkil edilən Paris sülh konfransında ABŞ prezidenti Vilsonun təklifi habelə, müttəfiq dövlətlər olan ABŞ, Böyük Britaniya, Fransa, Italiya və Yaponiyanın razılığı ilə “Millətlər cəmiyyəti”nin əhdnaməsi təsdiq olundu (28 aprel 1919-cu il). Bundan sonra isə Millətlər cəmiyyəti nəzdində Beynəlxalq Daxili Әdliyyə Məhkəməsi öz fəaliyyətinə başladı. Həmin məhkəmənin əsasnaməsi 13 dekabr 1920-ci ildə təsdiq edildi.

1919-cu ildə Millətlər cəmiyyətinin üzvləri 42 ölkədən ibarət idi. Maraqlıdır ki, ABŞ bu təşkilatın yaradılması təklifini irəli sürən dövlət olmasına baxmayaraq, onun üzvü deyildi. 1934-cü ildə Millətlər cəmiyyətinin üzvlərinin sayı 58 ölkəyə çatdı. Lakin 1939-cu ildə üzv ölkələrin sayı 43-ə qədər azaldı və qüdrətli dövlətlər bu təşkilatı tədricən tərk etməyə başladılar. 1933-cü ildə Almaniya, 1937-ci ildə isə Italiya onu tərk etdilər. Italiya bundan sonra Albaniyaya hücum edib, onunla müharibəyə başladı. SSRI isə, Finlandiya ilə müharibəyə başladığından, Millətlər cəmiyyətindən xaric edildi. 1937-ci ildə Yaponiya Çinin bəzi ərazilərini işğal etdi və o da Millətlər cəmiyyətindən çıxdı. Ümumiyyətlə, “Millətlər cəmiyyəti” ölkələrin həmin təşkilatdan xaric edilməsi mexanizminə malik deyildi və bəzi dövlətlər ümumi sülh və asayişi pozduğu vaxt onlarla necə rəftar olunması da məlum deyildi. Әgər hansısa dövlət bu təşkilatın əsasnaməsinə məhəl qoymurdusa, ona qarşı nə kimi tədbirlərin tətbiqi mexanizmi işlənib, hazırlanmamışdı. Bütün bunlara görə Millətlər cəmiyyəti iflasa uğradı və II Dünya Müharibəsinin başlanmasının qarşısını almaq üçün bu beynəlxalq təşkilat heç bir təsirli və əməli tədbiri görə bilmədi.

II Dünya Müharibəsi zamanı ABŞ prezidenti Ruzveltin təşəbbüsü ilə yeni beynəlmiləl təşkilatın yaradılması ideyası ortaya çıxdı. BMT adlandırılan yeni beynəlmiləl təşkilatın nizamnaməsi 1945-ci il iyun ayının 26-da San-Fransisko şəhərində keçirilən beynəlxalq konfransda, 51 ölkənin nümayəndələri tərəfindən təsdiq edilib imzalandı. Bu beynəlxalq qurum 1945-ci ilin 24 oktyabrından rəsmi surətdə öz işinə başladı. Qeyd etmək lazımdır ki, hələ II Dünya Müharibəsinin alovları şiddətlənən vaxt, 1942-ci il yanvarın 1-də 24 ölkə “Antihitler koalisiyası”nı imzalayan zaman, Ruzvelt ilk dəfə olaraq “BMT” ifadəsini işlətmişdi.

BMT-nin təsis edilməsindən məqsəd, dövlətlərin qarşılıqlı ehtiram və hüquq bərabərliyi, millətlərin istiqlaliyyəti prinsiplərinə əsaslanan, dünya xalqları arasında dostluq əlaqələrini möhkəmləndirmək, beynəlmiləl sülh və təhlükəsizliyi qorumaq olmuşdur. Beynəlxalq aləmdə əməkdaşlıq, siyasi azadlıqların təmin edilməsi və insan hüquqlarının qorunması və s. bu təşkilatın məramlarından hesab edilir. BMT prinsiplərinə görə, dövlətlər arasında ortaya çıxan ixtilaflar yalnız sülh yolu ilə, müzakirələr və danışıqlar vasitəsilə həll olunmalıdır. Ölkələrin ərazi bütövlüyünə və müstəqilliyinə ehtiram edilməlidir. Bu zaman hər cür güc işlədilməsindən çəkinmək məsələsinə xüsusilə təkid olunur.

BMT özü bir neçə daxili struktur qurumlardan təşkil edilmişdir ki, bunlar da aşağıdakılardan ibarətdir: ümumi yığıncaq; təhlükəsizlik şurası; qəyyumluq şurası; beynəlmiləl ədliyyə məhkəməsi; ictimai və iqtisadi şuralar; katiblik.

Ümumi yığıncaq, BMT çərçivəsində müxtəlif məsələlər barəsində müzakirələr aparıb, bunları üzv ölkələrə tövsiyə edə bilər. Amma, qərar çıxarıb, onu icra etmək ixtiyarına malik deyil.

Təhlükəsizlik şurası 15 üzvdən təşkil edilib. (5 daimi —ABŞ, Çin, Rusiya, Fransa, Ingiltərə və 10 müvəqqəti üzv. )

Bu qurum beynəlxalq sülh və təhlükəsizliyi təmin etməyi öz öhdəsinə almışdır və həmin məsələlərdə qərar çıxarmaq, habelə, onları icra etmək hüququna malikdir. Daimi beynəlmiləl məhkəməsinin yerini tutmuş Beynəlxalq Әdliyyə Məhkəməsi BMT-nin əsas orqanlarından biridir. O, dövlətlər və millətlər arasında ortaya çıxan ixtilafların həllinə çalışır, bu barədə hökm çıxarır. Lakin, həmin hökm və qərarların icrası təhlükəsizlik şurasının öhdəsindədir. Qeyd olunduğu kimi, BMT-nin əsas orqanlarından yalnız Təhlükəsizlik Şurası qərar qəbul etdikdən sonra onu icra etmək iqtidarına malikdir. Onun 5 daimi üzvü II Dünya Müharibəsinin qalib dövlətlərindən ibarətdir və bu dövlətlərin “veto hüququ” vardır. BMT-də veto hüququnun tətbiqi bu təşkilatın ən zəif nöqtəsidir və o, Təhlükəsizlik Şurasının 5 daimi üzvünün istəyinə uyğun qərarlar çıxarılmasına səbəb olur. Bununla da, digər millətlərin hüququ tapdalanır və belə nöqsana heç cür bəraət qazandırmaq olmaz.

BMT yarandığı vaxtdan indiyədək, beynəlxalq sülh və təhlükəsizliyin qorunması yolunda 41 dəfə sülhsevər əməliyyatlarda iştirak etmiş və dünyadakı böhranlı bölgələrdə öz hərbi kontingentinin hüzurunu təmin edə bilmişdir. Belə bölgələrin 17-sində hələ də həmin vəziyyət davam etməkdədir.

Bu qurum Soyuq Müharibə dövründə xüsusilə də, 1990-cı ildəki Iraqın Küveytə qarşı təcavüzündəən sonra beynəlxalq aləmdə çox fəal rol oynamağa başladı. BMT hal-hazırda, bütün dünyada nüfuz dairəsinə görə ən böyük rəsmi orqandır ki, 185 üzvdən, yəni, müstəqil ölkə və siyasi vahidlərdən təşkil edilib. Bu gün BMT təkcə beynəlxalq aləmdə sülh və təhlükəsizliyin təmin olunması ilə kifayətlənməyib, başqa sahələrdə də, o cümlədən, demoqrafiya, məskunlaşma, dəniz hüququ, ekologiya, insan hüquqları, elm və maarif, iqtisadi inkişaf, yoxsulluğun aradan qaldırılması və s. problemlərin həllində fəal surətdə çalışır. Bir sıra məsələlərin həlli yollarının tapılması eləcə də, dünya dövlətlərinin həmin problemlərə olan baxışlarının yaxınlaşdırılması üçün konfranslar və simpoziumlar təşkil edir.

Ümumiyyətlə, beynəlmiləl rabitələr iki əsas faktorun güclü təsiri altında olur: Hüquqi və geopolitik faktor. Bu iki amil bir-birlərinə qarşılıqlı təsir göstərirlər. Beynəlxalq hüquqi məsələlər, onlara geopolitik amillərin nüfuzu ilə əlaqədar olaraq formalaşma, qərar şəklinə düşmə və icra olunma mərhələlərində müxtəlif dəyişikliklərə uğrayırlar. Bəzən isə, geopolitik amillərin təsir dairəsi hüquqi çərçivələrlə məhdudlaşdırılır. Məsələn, hər hansı bir rəsmi qurum ondan daha qüdrətli siyasi vahidin təsiri altında fəaliyyət göstərmək məcburiyyətində qalır. BMT-də Təhlükəsizlik Şurasının qərarları və onların icrası bunun bariz nümunəsidir. Bəzən isə hansısa regional və ya beynəlmiləl qurum, qüdrətli dünya dövlətlərinin müqabilində durub, onların işlərə nüfuz etməsinin qarşısını alır. Məsələn, Dəniz Hüququ Konvensiyası ABŞ və Ingiltərənin əlaqədar məsələlərdə daha artıq imtiyazlar tələb etmələrinə məhəl qoymur və yalnız əsasnaməsində nəzərdə tutulan hüquqi çərçivədə fəaliyyət göstərir. Bu misalda biz, hüquqi faktorun geopolitik amilləri cilovladığını görürük. Әslində, beynəlmiləl və regional təşkilatlar, beynəlxalq aləmdə hüquqi normaların əhəmiyyətini əks etdirən qurumlardır və onlar dünyada qəbul olunmuş hüquqi bazaya əsasən formalaşır və fəaliyyət göstərirlər.

Qeyd edildiyi kimi, geopolitik amillərin dünyada çox böyük təsiri vardır və beynəlxalq aləmdəki rabitələrin formalaşması bir sıra faktorlardan asılıdır. Ona görə də, geopolitikanın beynəlxalq qurumlarda oynadığı mühüm rol, həmişə nəzərə alınmalıdır. Belə bir həqiqət heç kəsdən gizli deyil ki, hər hansı geopolitik regional təşkilat və ya qurumun fəaliyyətində, ona üzv olan dövlətlər arasında daha qüvvətlisi aparıcı funksiyalar icra edir.

Demək olar ki, bütün ümumdünya səviyyəli təşkilatlarda böyük dövlətlərin nüfuzu təkzibolunmaz faktdır. Onlar müxtəlif formalarda bir-birləri ilə ya həmkarlıq edir, ya da rəqabət aparırlar və hadisələrdən öz xeyirlərinə istifadə etməyə çalışırlar. Bu cür vəziyyət özünü BMT təhlükəsizlik şurasının işində, xüsusən də, Veto Hüququnda daha qabarıq şəkildə büruzə verir (istər Soyuq Müharibə istərsə də, ondan sonrakı dövrdə). Ona görə də, BMT-nin dünya problemlərinin həllinə yönələn fəaliyyətlərinin, məhz bütün ölkələrin bərabər hüquqlu iştirakı əsasında və böyük dövlətlərin nüfuzunu nəzərə almadan həyata keçiriləcəyinə inanmaq sadəlövhlük olardı. Çünki, əslində BMT özü, II Dünya Müharibəsində qalib gəlmiş böyük dövlətlərin qüdrətlərinin hakim olduğu bir mühitdə təşəkkül tapmış qurumdur və bu səbəbdən asanlıqla zərərli təsirlər altına düşə bilir.

(5-2) BEYN ӘLXALQ T ӘŞKİLATLARIN VӘ ORQANLARIN FORMALAŞMASININ ӘSASLARI VӘ ONLARIN YARADILMASININ ZӘRURİLİYİ


Beynəlmiləl təşkilatların və orqanların yaranmasında həmçinin, inkişaf etməsində bir sıra amillər və zərurətlər mövcud olur ki, bunlar həmin qurumların formalaşmasında xüsusi rol oynayırlar. Adı çəkilən amillər və zərurətlər aşağıdakılardan ibarətdir:

(5-2-1) MİLLӘTLӘRARASI MÜNASİBӘTLӘRDӘ VӘ DÜNYA İCTİMAİYYӘTİNDӘKİ ӘSAS DӘYİŞİKLİKLӘRİN MEYDANA ÇIXMASI


Dünya ictimaiyyəti həmişə müxtəlif dəyişikliklərlə üzləşir. Bu səbəbdən millətlərarası münasibətlər də, öz növbəsində forma və keyfiyyət baxımından zaman ötdükcə dəyişikliyə uğrayırlar. Bu dəyişikliklər millət və dövlətlərin iqtisadi, dini, elmi, mədəni və s. fəaliyyət sahələrində bir-birləri ilə ya düşmənçilik, ya dostluq və ya da əməkdaşlıq münasibətlərinin yaranmasına səbəb olur. Bəzən inteqrasiya proseslərinin güclənməsinə, bəzən də separatçılıq meyillərinin artmasına xidmət edir. Həmin faktorlar isə, dünyanın geopolitik nizam-intizamında sürətli və dinamik dəyişikliklərin baş verməsi ilə nəticələnir. Belə başqalaşmaların bir-birindən fərqli, bəzən isə hətta ziddiyyətli cəhətləri olur. Rabitələrin keyfiyyət baxımından müasir mərhələyə qədəm qoyması, bəşər cəmiyyətini elektronika və yeni texnologiyalar dünyasındakı özünəməxsus qayda-qanunlar ilə üzləşdirir. Bütün bunlar insan qrupları arasında yeni qüvvələrin yaranması ilə eyni vaxtda baş verir.

Beləliklə, beynəlmiləl aləmdə cürbəcür cərəyanların, ictimai-siyasi qrupların, müxtəlif tərzi-təfəkkürlərin və iqtisadi maraqların meydana çıxması beynəlxalq təşkilatların yaradılması zərurətini ortaya çıxarır ki, onların vasitəsi ilə dünyadakı prosesləri nəzarət altında saxlamaq daha asan olur.


(5-2-2) MİLLİ DÖVLӘTLӘRİN ROLUNUN AZALDİLMASININ GÜCLӘNMӘSİ


Milli dövlətlər iki istiqamətdə - ölkə daxili və xaricində öz iqtidarlarını gücləndirməyə səy göstərirlər. Bu işi beynəlmiləl səviyyədə milli mənafeləri, daxili müstəqillik və təhlükəsizliyi qorumaq bəhanəsi, ölkədaxili səviyyədə isə, inzibatçılığın möhkəmləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi və milli təhlükəsizliyin təmin olunması adı altında həyata keçirirlər. Lakin son vaxtlar milli dövlətlər öz iqtidarlarını qorumaq yolunda yeni-yeni çətinliklərlə üzləşir və bu məsələdə əvvəlki mövqelərini əldən verməyə səbəb olur. Ehtimal olunur ki, dünyada üç əsr müddətində formalaşmış milli dövlət nümunəsi, gələcəkdə güclü dəyişikliklərə uğrayacaqdır. Bu istiqamətdə üç əsas cərəyanın güclü təsiri hiss edilir ki, onlar da aşağıdakılardan ibarətdirlər:

- Ümumi şəkildə, millətlər öz ictimai-siyasi müqəddəratlarının təyin olunması məsələsində daha artıq səhm tələb edir, dövlətlərdən demokratiya və siyasi azadlıqların yüksək səviyyədə genişləndirilməsini istəyirlər. Millətlər dövlət strukturlarından iqtidarın alınmasına və özlərinin tam müstəqilliyinə nail olmağa çalışırlar. Bu istiqamətdə qeyri-hökumət və milli-mədəni cəmiyyətlərin inkişafı və onların sayının sürətlə artması diqqətəlayiqdir.

- Milli, mədəni, irqi və dini fərqlərə görə, separatçı meyillərin güclənməsi nəticəsində bəzi ölkələr müəyyən müddətdən sonra parçalanırlar. Sabiq SSRI-ni buna misal göstərmək olar.

- Dövlətlərin siyasi quruluşu bəşər cəmiyyətinin inkişafından irəli gələn əsas ehtiyacların təmin olunmasına get-gedə kamil şəkildə cavab verə bilmir və hökumətlər cürbəcür bəhanələrlə özlərinə bəraət qazandırmağa çalışırlar. Nəticədə, millətlərin nəzərində yalançı kimi tanınırlar. Bu cür vəziyyət, daha çox zəif inkişaf etmiş ölkələrdə müşahidə edilir.



Dövlətlər və millətlər arasındakı çəkişmələr, dünyadakı siyasi qurumların sayca çoxalmasına səbəb olur və bu da milli səviyyədən daha yuxarıda duran strukturların yaradılması zərurətini doğurur.

(5-2-3) BEYNӘLXALQ İŞLӘRDӘ DÖVLӘTLӘRİN İQTİDARININ ZӘİFLӘMӘSİ


Milli səviyyədə də dövlətlərin iqtidarı zəifləmək üzrədir və bu cür vəziyyət, hətta müstəqillik məfhumunun özünün anlaşılmasında belə dəyişikliklərə gətirib çıxarır. Ictimai rabitə, informasiya vasitələri texnologiya, turizm habelə, transmilli şirkətlərin inkişafı və bütün bunların millətlərin ictimai, iqtisadi həmçinin, siyasi fəaliyyət sahələrinə güclü təsiri, qeyri-hökumət və beynəlmiləl qurumların nüfuz dairəsinin genişlənməsinə səbəb olur. Milli dövlətlərin beynəlxalq işlərdə iqtidarı isə, dövlətlərin şəriksiz səlahiyyətləri çərçivəsində idarə olunan işlər, istər-istəməz beynəlmiləl səviyyəyə köçürülür və beynəlxalq qurumların idarəsi altına keçir.

(5-2-4) İKİ VӘ ÇOXTӘRӘFLİ QARŞILIQLI EHTIYACLAR


Dövlətlərin və millətlərin qarşılıqlı münasibətləri həmişə dinamik inkişaf tələb edir. Bu münasibətlərin zəruriliyi və millətlərin bir-birləri ilə əməkdaşlığa olan ehtiyacları, müxtəlif zəminlərdə keçmiş dövrlərə nisbətən, xeyli artmışdır. Qarşılıqlı rabitələr çox mürəkkəb formalar almış, millətləri bir-birindən ayıran sərhədlərin rolunun bir növ zəifləməsinə səbəb olmuşdur. Millətlərin iqtisadi, siyasi, elmi-mədəni, ticarət, təhlükəsizlik, informasiya, texnologiya, xammal mübadiləsi, turizm, enerji daşıyıcıları və s. sahələrdəki əməkdaşlığı, onlar arasındakı rabitələrin inkişafına əlbəttə ki, yalnız kömək edir və qarşılıqlı ehtiyacların təmin edilməsində xüsusi rol oynayır. Aydındır ki, belə geniş spektrli əməkdaşlığın kamil surətdə idarə olunmasında, beynəlmiləl qurumlar daha effektli və çevik fəaliyyət göstərə bilərlər. Bu da, beynəlxalq təşkilatların yaradılması zərurətini bir daha təsdiq edir.

(5-2-5) MÜŞTӘRӘK İŞLӘRİN VӘ MӘSӘLӘLӘRİN İDARӘ OLUNMASI


Dünyada elə məsələlər mövcuddur ki, onların həlli, yaxud idarə olunması təkcə bir ölkə və ya dövlətin hüdudları çərçivəsinə sığışmayır. Buna görə də onlar regional və ya beynəlmiləl mahiyyətə malik olurlar. Belə səbkidən olan işlərin idarə olunması və tənzimlənməsi hökmən, hansısa regional, yaxud beynəlmiləl qurumun yaradılması zərurətini gündəmə gətirir. Həmin növ işlərdən bəzilərini göstərmək istərdik:

  1. Әtraf mühitin qorunması və ekoloji tarazlığın mühafizəsi (məsələn, Yer kürəsində qlobal istiləşmənin qarşısını almaq, torpaqların erroziyaya uğraması ilə mübarizə);

  2. Məhəlli və regional çəkişmələrin, böhranların aradan qaldırılması və onların genişlənməsinə yol verilməməsi;

  3. Təbii fəlakətlərə düçar olmuşlara yardım, habelə, konfliktlər zamanı zərər çəkənlərə köməklik göstərmək;

  4. Kütləvi qırğın silahlarına nəzarət və onların tamamilə məhv olunmasına çalışmaq, tərkisilah məsələlərinin həllinə səy göstərmək.

  5. Beynəlxalq aləmdə törədilən cinayətlərlə xüsusilə, terorizm, narkobiznes, mütəşəkkil cinayətkarlıq, hərbi cinayətlər, ətraf mühitin çirkləndirilməsi və s. ilə mübarizə, onlara qarşı cəza tədbirləri və cərimələrin tətbiq olunması;

  6. Iqtisadiyyatdakı dəyişikliklərə nəzarət etmək, regional və dünya səviyyəsində iqtisadi böhranların qarşısını almaq;

  7. Ümumdünya problemlərinin həlli istiqamətində dövlətlər arasında həmahənglik yaratmaq. Bu işlər müxtəlif sahələrə şamildir, o cümlədən, turizm, bank, idman, elm və maarif, müasir texnologiya, səhiyyə və s;

  8. Okeanlar, qütblər, meşələr, kosmos və göy cismləri kimi ümumi mühitlərdən bəhrələnmək üçün idarəetmə mexanizmlərini yaratmaq və onları tətbiq etmək;

  9. Dünya əhalisinin demoqrafiq dəyişikliklərinə nəzarət (tərkib, mühacirət, məşğulluq və artım baxımından);

  10. Rabitələrin texnologiyası və üsullarına nəzarət, habelə, onların ölkə və xalqların adət-ənənələrinə zərər yetirməyinin qarşısını almaq.

(5-2-6) DÖVLӘT VӘ MİLLLӘTLӘRİN MÜŞTӘRӘK HӘDӘFLӘRİ


Öz aralarında rəqabət və çəkişmələrə səbəb olan xüsusi hədəflərdən başqa, dövlət və millətlərin bir sıra müştərək hədəfləri mövcuddur. Bu cür hədəf və məqsədlərə nail olmaq üçün onlar istər-istəməz həmkarlıq edib, ümumi səylər hesabına mütəşəkkil qurumlar yaradırlar.

Dövlətlərin müştərək hədəfləri mümkündür ki, ya regional xarakter daşısın, ya da ümumdünya səviyyəsində olsun. Həmin hədəf və məqsədlər aşağıdakılardan ibarətdirlər:



  1. Millətlərarası münasibətlərdə sülhsevər prinsipləri bərqərar etmək və sülhü bütün dünyada qorumaq;

  2. Beynəlmiləl təhlükəsizliyi qorumaq, dövlət və millətlərin bir-birinə qarşı təcavüzkarlıq etməsinə yol verməmək;

  3. Regional və ümumdünya səviyyəsində mövcud olan problemlərin həllində birgə həmkarlıq etmək.

  4. Həyat mənbələrindən (torpaq, hava, su və s. təbii ehtiyatlar) ən əlverişli şəkildə istifadə edilməsinə nəzarətin gücləndirilməsi;

  5. Aclıq, yoxsulluq və ictimai ədalətsizliklə mübarizə aparmaq (xüsusilə inkişafdan geri qalmış məntəqələrdə);

  6. Ictimai rifahın inkişafı və təkmilləşdirilmiş həyat səviyyəsinin təbliğ edilməsi;

  7. Səhiyyə xidmətlərinin yaxşılaşdırılması, epidemiya və yolxucu xəstəliklərə qarşı mübarizənin gücləndirilməsi;

  8. Istehsal, əmtəə bölgüsü və müxtəlif xidmətlər sahəsində yeni texnologiyaların tətbiqinə nail olmaq;

  9. Әrzaq, su, enerji, məskən, məşğuliyyət, təlim-tərbiyə və s. sahələrdə insanların ehtiyaclarının təmin edilməsi istiqamətində yeni və daha münasib üsulların yaradılmasına çalışmaq.

(5-2-7) İNSAN HÜQUQLARININ MÜDAF ӘSİ VӘ QORUNMASI


Siyasi azadlıq və insan hüquqlarının qorunması məsələsinə, BMT-nin əsasnaməsində xüsusilə təkid olunur. Bundan əlavə, insan hüquqlarının qorunması haqqındakı bəyannamənin 30-cu maddəsində bu barədəki prinsiplər təsdiq edilir və həmin müddəalar 10 oktyabr 1947-ci ildə bütün dünyaya elan olunmuşdur. Insan hüquqlarına həsr edilmiş iki beynəlxalq konfransda (Tehran-1967, Vyana-1993) bu prinsiplər dünyanın əksər dövlətləri tərəfindən təyid olunub, qəbul edilmişdir. Lakin bütün bunlarla yanaşı, insan hüquqları məsələsi öz tam həllini hələ də tapa bilməmişdir. Qəbul edilmiş öhdəliklərin icra olunmasına biganəliklə yanaşan bəzi dövlətlərdə, insan hüquqlarının kobud şəkildə pozulması hallarını müşahidə etmək, dünya ictimaiyyətinin narahatlığına səbəb olsa da, bu istiqamətdə köklü dəyişikliklər baş verməmişdir. Bu mövzuda maraqlı bir nöqtəni qeyd etmək yerinə düşərdi. ABŞ dövləti öz müxaliflərinə qarşı təzyiq vasitəsi kimi “insan hüquqları”ndan çox geniş surətdə istifadə edir. Halbuki, bütün dünya millətlərinin ən əsas hüquqlarını istədiyi vaxt tapdalamaq, ABŞ-ın xarici siyasətinin əsas nişanələrindəndir. Elə bu cəhətdən də, regional və dünya səviyyəsində insan hüquqlarını həqiqətən müdafiə edən beynəlxalq qurumların yaradılması zəruri bir məsələyə çevrilir.

Insan hüquqları çox geniş spektrə malikdir ki, onların ən əsaslarını qeyd etmək istərdik:



  1. Müxtəlif təzyiqlər üzündən öz ölkələrini tərk edib, başqa dövlətlərə pənah aparan siyasi mühacirlərin hüquqları;

  2. Qanuni və ya qeyri-qanuni yolla başqa ölkələrin ərazisinə daxil olan mühacirlərin hüquqları;

  3. Səyahətçi və turistlərin hüquqları (bəzən daxil olduqları ölkələrdə onların hüquqları pozulur);

  4. Təbii, siyasi, ictimai və milli faktorların təsiri nəticəsində, digər ölkələrə pənah aparan qaçqınların hüquqları;

  5. Siyasi və ya qeyri-siyasi dustaqların hüquqları;

  6. Tarixi hadisələr nəticəsində, ədalətsizliklərlə üzləşmiş bəzi ictimai təbəqələrin hüquqları (məsələn: qadınlar, qocalar, uşaqlar, fəhlələr və s.);

  7. Təcavüzə məruz qalmış ayrı-ayrı millət və ya siyasi təqiblərlə üzləşmiş fərdlərin hüquqları (məsələn: siyasi xadimlər, qələm sahibləri, yazıçılar, alimlər və s.);

  8. Hərbi əsir və casusluq ittihamı ilə həbs edilən şəxslərin hüquqları.

Bu zəmində dünya ictimaiyyətinin acı təcrübələri vardır. Milli dövlətlər “müstəqillik” və “daxili işlərə müdaxilə etməmək” məsələlərini əldə şüar tutaraq, beynəlxalq hüquq təşkilatlarının insan hüquqlarını müdafiə etməsinə çox vaxt mane olurlar.

Somali, Iraq, Bosniya, Hersoqovina, Kosovo, Әfqanıstan, Filippin, Fələstində və s. ölkələrdə insan hüquqlarının kobud şəkildə pozulması, bəşəriyyəti həmişə narahat etmiş və bəzi bölgələrə BMT-nin sülhməramlı hərbi birləşmələrinin daxil edilməsi zərurətini yaratmışdır.



Yuxarıda adı çəkilən səbəblər beynəlxalq qurumların və təşkilatların yaradılması üçün əsaslı zəmin hazırlayır. Belə qurumların təsis olunması zərurətini doğuran başqa amillər də mövcuddur ki, onlardan bəzilərini qeyd etmək istərdik:


  1. Yüklə 1,29 Mb.

    Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə