Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары


(6-2-2) XÜSUSİYYӘTLӘR VӘ FİKRİ-SİYASİ MÖVQELӘR



Yüklə 1,29 Mb.
səhifə77/118
tarix11.01.2022
ölçüsü1,29 Mb.
#82809
1   ...   73   74   75   76   77   78   79   80   ...   118
İCTİMAİ-SİYASİ-MÜTALİӘLӘRİN-ӘSASLARI-2

(6-2-2) XÜSUSİYYӘTLӘR VӘ FİKRİ-SİYASİ MÖVQELӘR


Sükusi hərəkatının xüsusiyyətlərinə keçən bəhslərdə ötəri toxunulmasına baxmayaraq, bir daha geniş açıqlanılması yaxşı olardı. Bu hərəkat qərbin və Avropa dövlətlərinin fikri, hərbi hücumlarına qarşı e᾽tiraz edərək, siyasi, hərbi xüsusiyyətlərə malik idi və güclü islahatçı ideyalarla çıxış edirdi. Sükusinin ardıcılları Allahın və Peyğəmbər (s)-ın əmrlərinə itaət etməklə, bid᾽ətlər və xürafatlardan uzaqlaşmağa və müsəlmanların ictimai həyatını yaxşılaşdırmağa sə᾽y göstərirdilər. Onlar sufiliyə əsaslanan əxlaqi və ictimai tərbiyəni özləri üçün əsas vəzifə seçərək, mərkəz və bölmələrdə geniş formada müsəlman və qeyri-müsəlmanların cəzb edilməsinə başladılar. Zor və vəhşilikdən istifadə etməkdən tamamilə çəkinir, mülayim və qənaətedici tə᾽lim formaları ilə Afrika müsəlmanlarının ürəklərinə yol tapırdılar. Bə᾽zi sufizm firqələrinin ifratçılığını və vəhhabilərin qruplaşma xüsusiyyətlərini kənara qoyaraq, təbliğat işlərini ciddi sayıb, bu işə başladır. Onlar ictimai

xüsusiyyətləri və əkinçilik, ticarət, təhsil, hərbi sahə və s. işlərdə insanların iştirakını genişləndirərək, Liviya səhralarının abadlaşdırılması, güclü ordunun təşkili və siyasi, ictimai, mədəni orqanların yaradılmasında müvəffəqiyyətə nail oldular və güclü dövlət qurdular. Sufilərin adi sistemlərinə zidd olaraq, nizam və təşkilat, icma və ümumi birlik kimi iki prinsipə əsaslanan yeni sistem qurdular. Sükusilər rəhbər və imama itaət və qayda-qanunlara əməl etmək üzərində tə᾽kid edirdilər. Onlar məhkəmə sistemi və ictimai təhlükəsizliyin tə᾽mini quruluşlarını yaratdılar və nəhayət, bu sə᾽ylərin səmərəsi «xalq hökuməti» oldu. Lakin Islam hökmlərini həyata keçirmək istəyən bu yeni hökumət, işlərin icrasında bir çox əməli problemlərlə üzləşdi. Bunun da səbəbi, ictihadi baxışların yoxluğu və cari hökumət məsələlərinin Islam hökmləri və qanunları ilə uyğun gəlməməsi idi. Sükusilərin rəhbəri, yə᾽ni Məhəmməd ibni Әlinin ictihad etməsi iddiasına baxmayaraq, ağıl və dəlilə meyillərin yoxluğu üzündən, güclü ictihada malik deyildi. Məhz bu amil, cəmiyyət və hökumətin idarə edilməsi zamanı onların nəzəri və əməli problemlərini ikiqat artırırdı. Bu problem müxtəlif daxili və xarici çətinliklərlə üzləşmiş Seyid Әhməd Şərifin rəhbərliyi dövründə daha çox nəzərə çarpırdı. O, tə᾽siredici cihad hökmü verməsinə baxmayaraq, sonda hökumətin idarə edilməsindəki problemlər səbəbindən yaradılmış vəziyyətə tabe olaraq, siyasi rəhbərlikdən imtina etdi.

Sükusilərin digər fikirlərindən (e᾽tiqadlarından) misal, yadların hücumu müqabilində müsəlmanların vəhdətinə inamını yad etmək olar. Belə ki, daxildə yumşaqlıq və mülayimlik, düşmənlərlə rəftarda isə cihad, mübarizə və müharibə tərəfdarı idilər. Bəlkə də onları, «Әşəddu ələl kuffar, rahmə beynəhum»un bariz nümunəsi adlandırmaq olardı. Bu ruhiyyə həmin hərəkatın Osmanlı dövlətinə baxışının mülayim olması, Osmanlı xəlifəsi ilə dostluq əlaqələrinin qurulması və müştərək düşmənlərə qarşı Osmanlıların kömək və himayəsindən yararlana bilmələrinə səbəb olmuşdur. Sükusilər öz tə᾽limlərinin prinsiplərinə uyğun olaraq, çağırış və güclərinin tədriclə bütün Islam dünyasına yayılması, Islam ölkələrinini azadlıqları və özlərinin qəbul etdiyi xəlifənin rəhbərliyi altında bütün müsəlmanların birləşməsinə çalışırdılar. Bu xəlifə mütləq sükusi olmalı idi. Lakin hadisələrin gedişatı, bu böyük hədəflərin həyata keçirilməsi və icrası üçün onlara aman vermədi. Yalnız öz hakimiyyətləri altında olan ərazilər, siyasi hökumətlər və ictimai, iqtisadi və siyasi sahələrində fəallıqla layihə quraraq, yaxşı nəticələr əldə etdilər.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə