Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары


(6-2-3) NӘTİCӘLӘR, ARAŞDIRMA VӘ QİYMӘTLӘNDİRMӘ



Yüklə 1,29 Mb.
səhifə78/118
tarix11.01.2022
ölçüsü1,29 Mb.
#82809
1   ...   74   75   76   77   78   79   80   81   ...   118
İCTİMAİ-SİYASİ-MÜTALİӘLӘRİN-ӘSASLARI-2

(6-2-3) NӘTİCӘLӘR, ARAŞDIRMA VӘ QİYMӘTLӘNDİRMӘ


Sükisiyə müstəqil məzhəb olmadığına görə, ‒ islahatçı və maliki məzhəbinə tabe olduğu üçün ‒ Mərakeş, Səhran və Sudanın xalqları üzərində yaxşı tə᾽sir buraxdı. Bu nəticə, hələ də həmin məntəqə xalqlarının canlarında, ürəklərində mə᾽nəvi bir qüvvə kimi qalaraq, onları abadlıq və yaxşılığa doğru aparır. Bu hərəkat malik olduğu əsl mahiyyət və mə᾽na ilə daxili tənəzzül və qərb istismaçılarına qarşı münasibətdə böyük gücə malik olduğunu göstərdi. Lakin bir sıra dəlillər, o cümlədən:

1. Rəhbərlə arasında ictimai təfəkkür və ictihadın olmaması;

2. Xarici təzyiq və müharibələr;

3. Bir sıra yerli feodalların müxalifəti;

4. Hərbi imkanlara malik olmaması səbəbindən məğlub oldu.

Әn mühüm dəlil bu yeni hökumətin yeni problemlərə dini baxımda sür᾽ətli cavab verməməsi idi. Nəticədə, hərəkatın əsl rəhbəri olan Seyid Әhməd Şərif, siyasi rəhbərlikdən əl çəkdi və onun yerinə Seyid Məhəmməd Idris, yalnız hərəkatın siyasi rəhbərliyini öz üzərinə götürdü. O, ölkəni dünya səhnəsinə çıxarmaqla yanaşı, Osmanlı hökumətinin ardınca gedərək, müttəfiqlərin cərgəsinə qoşuldu. Belə bir həssas və qeyri-bərabər şəraitdə gedən proseslərə qoşulmaq, yalnız müstəqil hərəkət etməni itirmək və böyük qüdrətlərin əlində oyuncağa çevrilməklə nəticələndi. Bu səbəbdən, Seyid Məhəmməd Idris Avropa dövlətləri ilə razılığa gələrək, həqiqi islahatçı və inqilabi rəhbərliyi mühafizəkar və asılı rəhbərliyə çevirdi. Onun bu addımı hərəkatın tam məğlubiyyəti üçün şərait yaratdı. Hər halda, sükusiyyə də vəhhabiliyin aqibəti ilə üzləşdi. Bir fərqlə ki, güclü islahatçı, əxlaqi və mə᾽nəvi anti-imperialist əsaslara malik olduğu üçün Afrikanın şimal və şərqindəki müsəlmanların anti-imperialist və islahatçı cərəyanları, o cümlədən sudanlı Mehdi hərəkatı üzərində böyük tə᾽sir buraxdı. Hazırda bu hərəkatın qiymətli tarixi Liviya xalqı üçün çox əzizdir və Seyid Әhməd Şərif və Ömər Muxtarın xatirələri həmin ölkənin rəhbərləri və mücahidləri kimi yad edilir. Bəlkə də Kəzzafi hökumətinin sabitliyinin, bu qiymətli mirasın nəticəsi olduğunu söyləmək olar.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə