Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары


(6-3-2) XÜSUSİYYӘTLӘR VӘ FİKRİ-SİYASİ MÖVQELӘR



Yüklə 1,29 Mb.
səhifə81/118
tarix11.01.2022
ölçüsü1,29 Mb.
#82809
1   ...   77   78   79   80   81   82   83   84   ...   118
İCTİMAİ-SİYASİ-MÜTALİӘLӘRİN-ӘSASLARI-2

(6-3-2) XÜSUSİYYӘTLӘR VӘ FİKRİ-SİYASİ MÖVQELӘR


Bu hərəkatın rəhbəri Məhəmməd Әhməd Islamı sufiliklə qarışdırmış və sufi təriqətlərinin tə᾽siri altında olan xalqın içində yaşayırdı. O, bir müddət təhsillə məşğul olaraq, məntəqənin vəziyyəti ilə yaxından tanış oldu. Onun əl-Mehdi ‒ Məhəmməd ibni Әli Sükusinin canişini ‒ kimi şəxslər və Seyid Cəmaləddin Әsəbadi hərəkatı ilə tanışlığı, bu hərəkatın köklərini bir tərəfdən islahatçı və ictimai meyilli sufi məzhəb və təqirətlərinə, digər tərəfdən, Seyid Cəmaləddin Әsəbadinin tə᾽limi və bir az da Sükusinin islahatçı və inti-imperialist hərəkatına bağlamışdı. Məhəmməd Әhməd Sudan müsəlmanlarının əxlaqi və ictimai tənəzzülünü, artan fəsad və cinayəti, zəiflik və dağınıqlıqlarını, Misirli hakimlər, yerli sahibkarlar və ingilislər tərəfindən onlara qarşı edilən ədalətsizlik və zülmləri gördükdə, bu problemləri həll etmək məqsədilə, cihad və silahlı qiyama başladı. Sudanlı Mehdinin islahatçı çağırışlarının və də᾽vətinin mühüm şüar və hədəfləri aşağıdakılardan idarətdir:

- Şirk, bid᾽ət və xürafatla mübarizə;

- Yolunu azmışlar və zalımların bid᾽ətlərindən pak olan tövhid və Islam dininə qayıdış;

- Qur᾽ana əməl və Islam hökuməti qurmaqla, Islam hökmlərinin icrası;

- Istismarçılarla mübarizə və Islam dünyasının xaricilərin nüfuzundan qurtarması məqsədilə, müsəlmanların birliyi;

- Ictihad, hicrət, imamlıq və rəhbərlik kimi prinsip və əsaslar üzərində tə᾽kid.

Bu hərəkatın bariz xüsusiyyətlərindən biri, ədalət və bərabərlik tələb etməyə meyl və Sudan xalqının təfəkkür və əməllərinə «cihad» sözünün daxil edilməsi idi. Digər bir xüsusiyyət bu idi ki, onlar öz mübarizələrində müstəqil rəftar etmələri ilə yanaşı, sükusilər kimi Osmanlı imperiyasına qarşı hörmət və dostluq mövqeyi tuturdular. Hərəkatın rəhbəri «türk mürtədləri» dedikdə, bu ölkə üzərində ağalıq edən və ölkəni çatıb talayan şəxsləri nəzərdə tuturdu.

Sudanlı Mehdi yer üzərində zülm və ədalətsizliyi məhv etməklə, ədaləti və bərabərliyi yaymaq və Islam və müsəlmanların keçmiş əzəmətini qaytarmaq istəyirdi. O, bu böyük hədəfə çatmaq üçün həzrət Mehdi (ə)-ı uzun zaman gözləməkdə olan və qiyamət gününün əlamətlərinin ‒ yə᾽ni fəsadın yayılması, vəziyyətin pisləşməsi və küfrün iman üzərində qələbəsi ‒ baş verməsinin gerçəkləşdiyini zənn edən Sudan xalqının təfəkküründə yaranmış bu zəminədən istifadə edərək, öz hərəkatına başladı. Özü üçün adı ilə birlikdə səslənən üç sözdə ‒ imam, Allahın rəsululunun canişini və həzrəti Mehdi (ə) əks olunmuş vahid məqam iddiası etdi. O, öz vəzifəsinə tam inanırdı. Çünki öz ətrafında xalqın ona iman gətirməsinə və onun sayəsində həqiqətlərə çatacaqlarını gözlədiklərinə dair çoxlu dəlillər görürdü. Buna görə də, əmir və sultanlara çoxlu məktublar yazaraq, onları, özünü qəbul etməyə çağırırdı. Inkar edəcəkləri halda isə işin sonluğu ilə qorxudurdu. O, öz məktublarından birində belə yazır: «Allahın Rəsulu (s) mənə xəbər vermişdir ki, sənin Mehdi (ə) olmağına inanmayanlar, Allah və Rəsuluna qarşı küfr etmiş olur və o, bu cümləni üç dəfə zikr etmişdir».

Hərəkatın rəhbərlərinin fikirlərinin mehdilik iddiasına doğru meyl etməsində Abdulla ‒ xəlifə və onun canişini ‒ böyük rol oynamışdır. Sudanlı Mehdi özünü daha çox mehdiləşmiş sayırdı. Özü və ya Abdulla kimi dost və tərəfdarlarının onu «Mehdi» adlandırmalarını zənn etsək, məqsədlərinin «Mehdi»-nin həqiqi mə᾽nası deyil, Әbu hüceyrənin rəvayətlərindən ‒ Allah-təala hər yüz ildə ümmət üçün onun dediklərini yenidək quracaq və qaydaya salacaq bir insan göndərir ‒ çıxartdıqları mə᾽nanı söylədikləri mə᾽lum olur.

Bu hədisin sənədli əsası və tarixi təsdiqi olmamasına baxmayaraq, bə᾽zi şiə və sünni alimləri bu rəvayətə diqqət yetirmiş və ona istinad etmişlər.

Sudanlı Mehdi öz hərəkatını sufi sektalarının klassik baxışı ‒ mürid və mürad (ustad), imamlıq və rəhbərə biət ‒ ilə uyğun gələn bu əsaslar üzərində qurdu. Yuxarıda sadalanan xüsusiyyətlər, bu hərəkatda xüsusi yer tuturdu. Anti-imperialist və xüsusilə anti-ingilis xüsusiyyəti təkcə Sudan və Misirin azadlığı üçün çalışmasına deyil, çağırışının dünyəvi əhəmiyyət daşımasına inandığı üçün Peyğəmbər (s)-dan təqlid edərək, digər ölkə padşahları üçün məktub yazmasına səbəbə oldu. O, hətta çağırışlarını Islam dünyası ilə məhdudlaşdırmayaq, Həbəşistan padşahı Yuhənnaya məktub yazaraq, onu Islamı və Mehdini qəbul etməyə çağırdı. Onun Sudanın azad olması, Islam hökumətinin qurulması və xalqın birliyi ilə azadlığında müvəffəqiyyət qazanmasına baxmayaraq, bu hərəkat heç zaman dünya miqyasına çata bilmədi və təəssüflər olsun ki, bir çox yaradıcı və islahatçı prinsip və ideyalar, canişini dövründə tədriclə unuduldu. Nəticədə, onun planlaşdırdığı siyasi rejimin zahiri qaldı. Onun hökumət və dövlətinin mə᾽nəvi, islahatçı və inqilabi ruhu unuduldu və ölkəni ağır vergilər, bürokratizm və zamanın tələblərinə təslim olmaq kimi ağır nəticələrlə üzləşdirdi. O dövrün hakimləri, tayfa və qəbilələrə imtiyazlar verməklə, hərəkatı tənəzzülə doğru sürüklədilər və tədriclə, son məğlubiyyət üçün zəmin yaratdılar.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə