Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары


(6-4-5) TӘ᾽SİR VӘ NӘTİCӘLӘRİ



Yüklə 1,29 Mb.
səhifə89/118
tarix11.01.2022
ölçüsü1,29 Mb.
#82809
1   ...   85   86   87   88   89   90   91   92   ...   118
İCTİMAİ-SİYASİ-MÜTALİӘLӘRİN-ӘSASLARI-2

(6-4-5) TӘ᾽SİR VӘ NӘTİCӘLӘRİ


Həsən Bənna və yoldaşlarının siyasi fəaliyyəti, Misir dövlətinin Ixavnul-müsliminlə mübarizəyə başlamaq həddinə gəlib çıxartdı. Lakin bu mübarizə müvəffəqiyyət qazanmadı. Әksinə, Ixvanın nüfuz və fəaliyyətinin genişlənməsinə səbəb oldu. Bə᾽zi havadarları, Islamın həqiqətləri, keçmişin və indiki zamanın tarixi və fəlsəfəsi haqqında qiymətli əsərlər yaratdılar. O, 1951-ci ilin 17 oktyabrında Həsən əl-Hüzeybi hərəkatının rəhbəri vəzifəsinə seçildi. Onun rəhbərliyi dövründə Ixvanın üzvü olan gənc zabitlərin orduda təşkilatları var idi. Onlar, orduda hərəkata başladılar. Bu hərəkat, 1952-ci ilin 23 iyulunda Misir inqilabı və səltənət rejiminin devrilməsi, general Nəcibin və onun ardınca general Camal Әbdül Nasirin hakimiyyətə gəlməsi ilə nəticələndi. Inqilabın qələbəsinin Ixvanın sə᾽ylərinin nəticəsi olmasına baxmayaraq, Camal Әbdül Nasir onların varlığına dözmürdü və nəhayət, bütün cəmiyyəti və onların mətbuat orqanlarını bağladı. Ixvanın üzvlərindən biri, Nasirə qarşı uğursuz sui-qəsd cəhdi etdi və bu da Nasirin qəzəblənməsinə səbəb oldu. Onun əmri ilə Ixvan təşkilatının yazıçı və böyüklərindən altı nəfər mühakimə edilərək, e᾽dam olundular. Lakin bütün bunlara baxmayaraq, partiya hərəkatı siyasi fəaliyyətini dayandırsa da, hərbi hərəkat fəaliyyətini davam etdirirdi. Hərəkatın Misirə göstərdiyi tə᾽sirdən başqa, digər Islam ölkələrindəki müsəlman gənclər də bu hərəkatdan ibrət alırdılar və ərəb ölkələrinin bir çox yerlərində ona bənzər şö᾽bələr yaratdılar. Bu yolla Ixvanul-müslimin bir çox ölkələrdə, o cümlədən Suriya, Livan, Iordaniya, Səudiyyə Әrəbistanı, Sudan, Indoneziya, Malayziya və Pakistanda onların köməyi ilə mərkəzlər yaratdı və onlardan bə᾽ziləri hələ də öz vəzifə və işlərini yerinə yetirirlər. Hərçənd son dövrdə Ixvanul-müslimindən başqa bir adla və vahid bir mərkəzə tabe olmayaraq (pərakəndə halında), öz fəaliyyətlərini davam etdirirlər.

Hərəkatın vətəni, yə᾽ni Misir hələ də Ixvanul-müsliminin müxtəlif qanadlarının fəaliyyət meydanıdır. Hazırda bir neçə qanada və bölməyə rəhbərlik edən Təlmsani, ən məşhur rəhbərdir. Deməli, Ixvan hərəkatı məhv olmamış və hələ də yaşamaqdadır. Hətta araşdırmaçıların bir qrupu, Әnvər Sədatın qətlini Ixvanın Misirdə hərbi fəaliyyətinin nəticəsi sayırlar. Mərhum islamçı mübariz Xalid Istanbuli öz həbsindən sonra Ixvanla rabitəsinin olduğunu e᾽tiraf etmiş və «mən öz vəzifəmə əməl etmişəm» - demişdir. Hərəkatın məhşur üzvü və nümayəndələrdən biri, Misirin məşhur yazıçı və jurnalisti Seyid Qütb (h.q. 1324-1387), digər pakistanlı müsəlman yazıçı və mütəfəkkir Әbül-əla Modudir, özünün «Әl-xilafə və mülk» kitabında Islam siyasətinin, o cümlədən daxili, xarici və beynəlxaql siyasətin prinsiplərini Qur᾽ani-məcid və hədislər əsasında araşdırmışdır. O, Islam dünyasının problemlərini bü cür açıqlayır:

1. Xəlifənin tə᾽yin edilməsində dəyişiklik;

2. Xəlifələrin yaşayış tərzində dəyişiklik;

3. Beytül-malın işlədilmə qaydalarında dəyişiklik;

4. Әqidə və bəyan azadlığının sonu;

5. Məhkəmə sistemi müstəqilliyinin sonu;

6. Məsləhətləşmə və idarəetmə sisteminin sonu;

7. Milli, irqi və qəbilə təəssübkeşliyinin yaranması;

8. Qanunun aliliyi prinsipinin məhvi.

Onun söhbətlərinin qısa xülasəsi budur ki, Islam hökuməti Islam inqilabı olmazsa, tənəzzül edərək dağılır.

Ixvanul-müslimin hərəkatı dünyanın müxtəlif yerlərində özünə ardıcıllar və üzvlər tapmasına baxmayaraq, heç zaman vahid cəbhə yarada bilməmişdir. Onun hər bir ölkədəki ideologiyası və fəaliyyət üsulu, istiqlal, demokratiya və ya milli mədəniyyətin itirilmiş kimliyini qazanmaq yolunda milli mübarizə strategiyası və ünsürlərinə əsaslanırdı. Elə buna görə də, Islam hökuməti çağırışının gücü və bu çağırışın dəlil və səbəbləri, bir ölkədə digərinə nisbətən çox fərqlənirdi. Nəhayət, Ixvanul-müslimin siyasi idrakda Həsən Bənna, dünya görüşündə Seyid Qütb və elmi fəzilətdə Әbül-əla Modudi kimi qəhrəmanlara malik olduğuna baxmayaraq, ən azı Misirdə hakim partiya ola bilmədi. Әgər hakimiyyətə gələrdilərsə, təfəkkür və ideologiyalarının necə olacağını təsəvvür etmək mümkün deyil.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə