Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары



Yüklə 1,29 Mb.
səhifə92/118
tarix11.01.2022
ölçüsü1,29 Mb.
#82809
1   ...   88   89   90   91   92   93   94   95   ...   118
İCTİMAİ-SİYASİ-MÜTALİӘLӘRİN-ӘSASLARI-2

(6-6) SON ARAŞDIRMA


Şiə və sünnilərdən ibarət bütün islamçı cərəyanlar, siyasi təfəkkürün aşağıdakı məzmunda dirçəlməsinə çalışmışlar:

1. Mövcud vəziyyətin (istismarçıların hakimiyyətinin) dağıdılması;

2. Hakim pisliklərini irad tutmaq;

3. Demokratik və sosialist ünsürlərdə araşdırma;

4. Tarixi tənqid.

Bu yenidənqurma və islahatların kökləri bə᾽zən ictimai və siyasi, bə᾽zən də psixoloji və əxlaqi olmuşdur. Keçmiş hərəkatların araşdırılmasında sünni alimlərinin sözü gedən mövzulara göstərdikləri sə᾽ylər və hərəkat və çıxışların yaranması ilə nəticələnmiş reaksiyaları tədqiq edildi. Lakin şiə məzhəbləri tarixində də Islam və Qur᾽anın mətnindən kök alan baxış və meyillərə malik hərəkatların şahidi olmuşuq. Yəqindir ki, bu hərəkatlar şiə təfəkkürü üzərində qurulmuş və özünəxas xüsusiyyətlərə malik olmuşdur. Biz onlardan bə᾽zilərinə işarə edirik:

- Şiə, həmişə əksəriyyətin əqidəsini qəbul etməkdən boyun qaçırmışr və ümmətin əksəriyyəti qarşısında öz baxışlarının xüsusiyyətini müdafiə etmək üçün həmişə özünün köklü e᾽tiqadlarına sığınmışdır.

- Şiə, heç zaman özünə qarşı ümumi fikirdən qorxmamış və ona boyun əyməmişdir. Sünnət əhli kimi onun da icmaya inanmasına baxmayaraq, içərisində «mə᾽sum»-un rə᾽yi olduğu icmanı düzgün sayır.

- Şiə məktəbi, insan mə᾽rifətinin müctehidlərin ictihadı və vəhydən kömək almaqla təkamül etdiyinə inanaraq, insan üçün ümumidən xüsusiyə, müxtəsər və qısa fikirlərdən açıq və aydın fikirlərə çatmaq qüdrətini hazırlayır.

- Şiənin özünə aid etdiyi digər xüsusiyyət budur ki, zamanın ötməsini Imam Zaman (ə)-ın hakimiyyəti ilə nəticələnəcək ideal şəraitə yaxınlaşma kimi başa düşür. Deməli, zühuru gözləmək və yenidən qayıdışa iman, şiənin zülm və zalımlar üzərində son qələbəyə ümidvar etmişdir. Şiə alimləri bu əqidənin isbatı üçün aşağıdakı ayələrə istinad edirlər:

1. «Və tanrı, siz bəndələrdən (Allaha və əsrin imamına) iman gətirərək, yaxşı işlər görənlərə (Imam Zaman (ə)-ın zühuru dövründə) yer üzərində xəlifəlik edəcəklərinə söz vermişdir...»

2. «Və Biz, həmin zəif tayfa üzərində yerdə minnət qoymağı və onları, xalqın rəhbəri etməyi və (Fir᾽onun və əhlinin mal və canının) varisləri etməyi qərara aldıq»1

3. «Və Biz, Tövratdan sonra Davudun Zəburunda da əməli saleh bəndələrin Yer mülkünü tutacaqlarını yazmışdıq»2;

4. «Musa öz qövmünə dedi: «Allahdan kömək istəyin və səbr edin. Çünki Yer Allahın mülküdür və O, bəndələrindən istədiyi hər kəsə (həmin mülkü) verər və xoş sonluq və qələbə, təqva əhlinə məxsusdur»1.

Peyğəmbər (s)-ın rəvayətlərini də Qur᾽an ayələrinin təsdiqləyicisi kimi gətirirlər. Peyğəmbər (s) buyurur: «Әgər dünyanın sonuna bir gün qalmış olsa belə, Allah həmin günü mənim nəslimdən bir nəfərin çıxması və yer üzünü ədalət və bərabərliklə dolduracağı (əvvəllər də zülm və pisliklərlə dolu olduğu kimi) qədər uzadar».

Dünyaya hakim olacaq son hökumətin yaranması və yenidən qayıdışa iman arasındakı əlaqə, şiə arasında idealizm, inqilab, islahatçı ruhunun və ümidvarlığın yaranmasına səbəb olmuşdur. Iranda anti-imperialist «Tənbəki» hərəkatı, Iraqda həmin ölkənin müstəqilliyi ilə nəticələnmiş ingilis qəyyumluğuna qarşı inqilab və Iran Məşrutə inqilabı (hamısı şiə ruhanilərinin rəhbərliyi ilə həyata keçirilib) kimi qiyamlar, bu ruhiyyənin nəticəsidir.

Şiə dini mədrəsə və hövzələri, müstəqil təşkilatdır. Mə᾽nəvi baxımdan Allaha, ictimai baxımdan isə xalqın gücünə arxalanır. Bu səbəbdən də, tarix boyunca zülmkarlar arasında rəqib qüvvə kimi qalmağa müvəffəq olmuşdur. Bu müstəqillik, şiənin inqilabçı olmaq iste᾽dadını ikiqat artırmışdır. Belə ki, o böyük islahatçı və inqilabçı hərəkatlar yarada bilmişdir və bu hərəkatlardan biri də, «Iran Islam Inqilabı» hərəkatıdır.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə