Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары


(6-7-1) HӘRӘKATIN MAHİYYӘTİ



Yüklə 1,29 Mb.
səhifə94/118
tarix11.01.2022
ölçüsü1,29 Mb.
#82809
1   ...   90   91   92   93   94   95   96   97   ...   118
İCTİMAİ-SİYASİ-MÜTALİӘLӘRİN-ӘSASLARI-2

(6-7-1) HӘRӘKATIN MAHİYYӘTİ


Hər hansı hərəkatın mahiyyətinin tə’yini, müxtəlif yollarla baş verə bilər: Hərəkatın yükünü öz çiyinlərində daşıyan şəxs və qruplar yolu ilə; həmin hərəkatın qarşısına qoyduğu hədəflər yolu ilə; həmin hərəkata güc, həyat və hərəkət verən şüarlar yolu ilə və s...

Iranın müasir hərəkatı, Iran xalqının konkret sinif və təbəqəsinə məxsus deyil. Bu hərəkatda varlı və kasıb, kişi və qadın, şəhərli və kəndli, tələbə və məktəb şagirdi, toxucu və usta, tacir və əkinçi, ruhani və müəllim, savadlı və savadsız bərabər olaraq iştirak edirlər. Hərəkata rəhbərlik edən böyük mərcelər tərəfindən bəyanat verildikdə, bütün ölkə ərazisin və bütün təbəqələr arasında bərabər yayılır, şəhərdəki səs-sədası, kənddə saldığı səs-sədaya bərabər olur, Xorasan və Azərbaycanda da, Avropa və Amerikanın ən uzaq nöqtələrindəki iranlı tələbələr arasında da tə’sir göstərirdi. Məzlum və kasıbları, varlılar qədər həyacanlandırır, istismara mə’ruz qalmayanlarda da istismar olunanlardakı qədər anti-istismar hissi oyadırdı.

Bu hərəkat, iqtisadiyyatı cəmiyyətin bayisi sayan, hər bir ictimai hərəkatı təbəqələrarası ziddiyyətin əks-sədası bilən, həmişə, maddi çarpışmazlıqlar və təbəqələr arası ziddiyyətlərə istinad edən və bütün yolların sonunun qarın (mə᾽də) olduğunu bildirən, tarixi maddi cəhətdən izah edənlərin və tarixi materializm tərəfdarlarının nəzəriyyələrinin əsassız olduğunu aşkara çıxarır. Bu hərəkat, peyğəmbərlər hərəkatı ilə eyni kökə ‒ yə’ni «ilahi özünüdərk» və ya «Tanrını dərk» ‒ malikdir. Bu özünüdərkin kökləri, bəşər fitrətinin dərinliklərində yerləşir və daxili «mən»-dən kök alır.

Peyğəmbərsayağı xəbərdarlıq, bəşəriyyətin fitri şüurunu öz yaradıcısına, əsl-kökünə, gəldiyi yer və daxilində həmin yer haqqında sirli və namə’lum tanışlığın hissi keçirdiyi şəhər və məntəqəyə qarşı ayıltdığı zaman, bu oyanış öz-özünə Tanrının gözəl zatına bağlılıqla nəticələnir. Gözəl me’yarların birincisi olan Tanrıya bağlılıq, öz ardınca kamal, gözəllik, ədalət, bərabərlik, bağışlama, fədakarlıq və xeyirxahlığa bağlılıq hissini yaradır. Peyğəmbərlərin insanda oyatdıqları hiss ‒ yə’ni hər fərdin fitrətində, zatında qoyulmuş Tanrıya pərəstiş və Tanrını axtarmaq hissi (bu hiss insanı kamillik axtarıcısı və pisliklərə nifrət edən bir şəxsə çevirir) ‒ insanda inam yaradır. Onu haqq tərəfdarı ‒ ona sərfəli olduğu üçün deyil, sırf haqq olduğu üçün ‒ edir. Puçluqla ‒ batil, batil olduğu və puçluq da, puçluq olduğu üçün-düşmənlik edir. Әdalət, bərabərlik, düzlük və doğruçuluq ilahi me’yarlar olduğu üçün hədəfə və məqbul işə çevrilir və təkcə həyat mübarizələrində qələbə vasitəsi kimi qalmırlar. Ilahi oyanışa, ayıqlığa çatmış və ilahi me’yarlar onun üçün hədəfə çevrilmiş bir insan, bir fərd kimi başqa bir fərdin dostu və ya bir şəxs kimi, başqa bir şəxsin düşməni olmaqdan xilas olur. Artıq o, adil şəxsin deyil, ədalətin tərəfdarıdır; zalımın deyil, zülmün düşmənidir. Adil şəxsi himayə etməsi və zalımla düşmənçiliyinin səbəbi psixi və şəxsi vəziyyətindən asılı olmur. Әksinə prinsip və məsləkindən asılı olur. Cəmiyətin oyanmış islamçı vicdanı, onu Islam me’yarlarının axtarışına həvəsləndirir. Müxtəlif və bir-birinə zidd təbəqələri vahid bir hərəkatda hərəkətə gətirən də, müştərək vicdan və cəmiyyətin qaynayan ümumi ruhudur.

Indi isə kök baxımından: Bu hərəkatın köklərini, son 50 ildə ölkədəki hərəkatlarda ‒ həmin hərəkatların bu cəmiyyətin islamçı ruhuna necə yanaşmaları baxımından ‒ axtarmaq lazımdır.

Son yarım əsrdə, Islamın ali hədəflərinə zidd və son yüz ilin islahatçılarının ideyalarının əks istiqamətində olan hərəkatlar baş vermişdir. Təbii olaraq, bu hadisələr bizim cəmiyyət tərəfindən əbədi olaraq münasibətsiz qala bilməzdi.

Həmin yarım əsrdə, Iranın islamçı cəmiyyətində baş vermiş hadisələr bunlardır:

- Sərt və vəhşi istibdad (tiranizm) və bütün azadlıqların ləğvi;

- Yeni imperializmin nüfuz etməsi ‒ yə’ni həm siyasi, həm iqtisadi və həm də mədəni baxımdan gizli və təhlükəli formalı istismar;

- Dinin siyasətdən uzaq saxlanılması, dinin siyasi səhnədən çıxarılması;

- Iranın öncəki cahillik dövrünə qaytarılması üçün sə’y göstərilməsi, atəşpərəstlik şüarlarının dirçəldilməsi və Islamın həqiqi şüarlarının unudulması;

Məhəmməd (s)-ın hicri tarixinin zərdüşt tarixi ilə dəyişdirilməsi, bunlara bir nümunədir.

- Islam mədəniyyətinin qiymətli irsinin təhrifi və bu mədəniyyətin, Iranın şübhəli mədəniyyəti adı ilə tanıtdırılması;

- Dövlət marksizminin ‒ yə’ni, siyasi və ictimai tərəflərini çıxmaqla, onun anti-din fikirlərinin təbliği və yayılması;

Bildiyimiz kimi, marksistlərin satılmış ünsürləri, Pəhləvi hökuməti aparatı ilə razılığa gəldilər. Razılığın mövzusu, marksizmin anti-din, materialist və anti-məzhəb şüarlarının təbliği və siyasi, ictimai xüsusiyyətləri barədə susulması idi. Biz universitetdə, hakimiyyətin himayəsi altında xoşbəxt yaşayan marksist ünsürlərinin bu cür fəaliyyətinin yaxından şahidi olurduq. Rəhimsizcəsinə qətillər və iranlı müsəlmanlara qiymət verilməməsi, həmçinin siyasi müttəhimlər üçün həbsxana və işgəncələr;

- Ayrı-seçkilik və təbəqələrarası fərqin günbəgün artması;

- Halbuki, zahirdə islahatlar aparılırdı;

- Hökumətdə və digər orqanlarda, qeyri-müsəlmanların müsəlmanlar üzərində ağalığı;

- Həm birbaşa, həm də fəsadın yayılması formasında, Islam qayda-qanunlarının bütün mədəni və ictimai sahələrdə açıqcasına pozulması;

- Yad sözlərlə mübarizə adı ilə, Iranın islamçı ruhunun qoruyucusu olan fars Islam ədəbiyyatı ilə mübarizə;

- Islam ölkələri ilə bağlılığının pozulması və qeyri-islam dövlətləri və Israil kimi Islama zidd ölkələrlə bağlılıq.

Bu və buna bənzər işlər, yarım əsr ərzində Iran cəmiyyətinin məzhəbi vicdanını əzmiş və partlama həddinə gətirmişdi. Keçmişin ədalətsizliklərindən əziyyət çəkən və ayağa qalxmaq üçün fürsət gözləyən, Iranın agah, şücaətli və mübariz ruhaniləri, belə bir şəraitdə qiyam etdi. 50 illik pisliklərdən bezmiş və qərbpərstliklə şərqpərəstlikdən peşiman olmuş nəsil, Islamın nicatverici tə’limi ilə tanış etdi. Xalq da özünün varlığı ilə ruhanilərin çağırışına «bəli» söylədi. Iranın Islam Hərəkatı, bu cür köklərdən güc alırdı.




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə