Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары


(6-5-2) İNDONEZİYANIN İSLAHATÇI HӘRӘKATLARININ İDEOLOJİ-SİYASİ MÖVQEYİ VӘ BAXIŞLARI



Yüklə 1,29 Mb.
səhifə91/118
tarix11.01.2022
ölçüsü1,29 Mb.
#82809
1   ...   87   88   89   90   91   92   93   94   ...   118
İCTİMAİ-SİYASİ-MÜTALİӘLӘRİN-ӘSASLARI-2

(6-5-2) İNDONEZİYANIN İSLAHATÇI HӘRӘKATLARININ İDEOLOJİ-SİYASİ MÖVQEYİ VӘ BAXIŞLARI


Hollandiyalıların Indoneziya üzərində uzun və hərtərəfli hökmranlığı, məntəqənin iqtisadi, ictimai və mədəni həyatına böyük tə᾽sir göstərmişdir. Qərb dünyasının iqtisadi sisteminə birləşmək, qərb idarəetmə sisteminin icrası, qərb təhsili, millətçilik kimi yeni ideologiya və təfəkkürün yaranması, sekular dövlət anlayışının ortaya atılması, kitab və jurnalların çap və yayılması, protestant və katolik məsihi azlıqlarının ‒ xüsusilə XIX əsirdə hələ də Islamı qəbul etməmiş məntəqələrdə ‒ yetişdirilməsi, həmin tə᾽sirin bir hissəsi idi. Bu tə᾽sir və cəmiyyətin klassik qurluşunun dəyişməsi, yeni təhsillilərin ortaya çıxması, ‒ XIX əsrin sonu və XX əsrin əvvəllərində ‒ Indoneziyada qərb mədəniyyətinin tə᾽siri altında olan modernizm cərəyanın yaranmasına səbəb oldu. Onunla birlikdə, Islam dünyasının islahatçı cərəyanlarının tə᾽siri ilə dini islahatçı cərəyanlar da yarandı.

Indoneziyanın siyasi və məzhəbi hərəkatlarını ümumi olaraq iki dövrdə araşdıracağıq:

1. Həmin ölkənin istiqlalına qədər (1949);

2. Müstəqillik qazandığı dövrdən indiyə qədər.

Birinci dövrdə Indoneziya ən böyük məsələ, həmin cəzirəniqn müsəlmanlarının geridəqalmışlıq kimi dərin və böyük problemini müxtəlif baxımdan bir az da gücləndirmiş qərb və avropa imperializmi idi. Bu problem, onların getdikcə artan fəqirlik, tənəzzül və geridəqalmışlığına səbəb olurdu. Bunun qarşılığında islam hərəkatları ‒ alimlərin və dini-siyasi xadimlərin rəhbərliyi altında müxtəlif hərəkat, təşkilat və partiya haqqında, müstəqillik qazanmaq üçün mübarizəni davam etdirən ən mühüm anti-imperialist hərəkatları ‒ yer alırdı.

Indonezi və Malayya adalar qrupunun müsəlmanların ilkin həyatlarının ideoloji köklərini, Hindistan, hicaz və hətta Afrikanın işğalındakı islahatçı və fundamentalist hərəkatlarda axtarmaq olar.

Həmin dövrdə ən məşhur islamçı hərəkatlardan biri, 1820-1837-ci illərdə Sumatranın qərbində, Imam Banculun rəhbərliyi altında gedən «Әl-Bədri» və ya «Әl-Badri» və ya «Din alimlər hərəkatı» idi. Onların əsas məqsədi, yadların və kafirlərin Indoneziya torpaqlarından çıxarılması idi. Bu hərəkatdan daha güclüsü, Şimali Sumatrada Әllamə Tənckusik Di Tirunun rəhbərliyi ilə 1873-1904-cü illərdə baş vermiş Açe müsəlmanlarının hərəkatı idi. Bu hərəkat hollandiyalılar əleyhinə 30 illik müharibə ilə nəticələndi. Kafirlərin nəcis olması, onlarla cihadın zəruriliyi və yadellilərin Islam torpaqlarından çıxarılması, həmin hərəkatın prinsiplərindən bir neçəsi idi. Yava kimi yerlərdə yaşayan Indoneziya müsəlmanlarının təfəkkür və islami əqidələrinin hindu, budizm və sufizm tə᾽limindən kök alan yerli adətlərinə qarışmasına baxmayaraq, Islama və öz dini e᾽tiqadlarına çox bağlı idilər. XX əsrin ilk on illərində və 1901-1926-cı illərdə bu məqsədlə müxtəlif cəmiyyətlər yarandı. Məsələn, 1905-ci ildə Indoneziyanın daxili və xarici müsəlman alimləri, üsulliddin, füruddin və yeni elmləri tə᾽lim etmək məqsədilə, «Xeyriyyə işləri təşkilatı»-nı yaratdılar və sudanlı Әhməd bin Məhəmməd Surkarti əl-Әnsari tə᾽lim və tədris etmək məqsədilə, Indoneziyaya də᾽vət etdilər.

1930-cu ildə Islam mədəniyyətinin yayılması və fəqirlərə kömək məqsədilə «Islam tə᾽limləri təşkilat»-nın yaradılması, Kiyayn Hacı Әhməd Dehlanın rəhbərliyi altında olan «Dini və ictimai Məhəmmədiyyə birliyi»-nin ardınca baş verdi və Misir dini islahatları kimi Әbduh və Rəşid Rzanın islahatçı fikirlərindən birbaşa ilham almaqla, dini məktəblərin yaradılmasına başladı.

«Alimlər hərəkatı təşkilatı» 1926-cı ildə mühafizəkar ruhanilər tərəfindən, müsəlman islahatçılara qarşı yaradıldı. «Açe alimləri cəmiyyəti» də, 1939-cu ildə «Məhəmədiyyə» firqəsinin bə᾽zi qruplarının yardımlarına qarşı sipər yaratmaq üçün təşkil olundu.

1942-ci ildə Yaponiya Indoneziyanı işğal etdi. Müsəlmanların tə᾽yinedici rolunu nəzərə alaraq, Yaponiya dövləti öz hərbi hökumətinin din bölməsində bütün mövcud Islam partiyalarını «Indoneziya müsəlmanları məclisi» və ya «Indoneziya müsəlmanlarının məsləhət şurası» adlı federasiyada birləşdirdi və bu qrum qısa olaraq «Məscumi» və yaxud «Şumi» adlanırdı.

Indoneziyada həmin dövrün partiya və qruplarından biri də, 1945-ci ildə Mikanq Kabuda, şəriətin həyata keçirilməsi və dörd mənbəyinə əsaslanmaqla, Islam mədəniyyətinin genişləndirilməsi məqsədilə yaradırmış «Islam Təriqəti Partiyası» idi.

Həmin Islam hərəkatları ilə yanaşı, modernizm hərəkatı da mövcud idi. Modernistlərin arasında kommunistləri xüsusilə qeyd etmək lazımdır. 1920-ci ildən iqtisadi tənəzzül nəticəsində yaranmış Indoneziyanın iqtisadi vəziyyətinin çətinliyi ilə əlaqədar, 1920-1930-cu illərdə gizli hərəkat yaratmış və 1926-1927-ci illərdə, üsyan və qiyama səbəb olmuşdular.

Modernizm cərəyanlarından biri də, «Sirikat Islam» (Islam əməkdaşlığı) idi və bu cərəyan, 1922-ci ildə sol və Islam cinahlarına parçalandı. Sol cinah Indoneziya Kommunist Partiyasının mərkəzi özəyini, Islam cinahını isə Indoneziya Islam Әməkdaşlığı Partiyası və ya Indoneziya Federasiyası Partiyası təşkil edirdi.

Ümumiyyətlə, Әhməd Sukarnokumi görkəmli siyasi rəhbərlərin başçılıq etdiyi milli və anti-imperialist hərəkatı kimi, müxtəlif fundementalist islahatçı və mühafizəkar radikalist təmayüllü islam partiya və qrupları, Indoneziyanın müstəqil olmasında, qiymətli və çox mühüm rol oynamışlar.

Köhnə imperializm üzərində qələbənin ilk anlarından Indoneziya və Islam düşmənlərinin və istismarçıların hələ də yeni şəkillərdə mövcud olduğu bir vəziyyətdə, daxili qüvvələrin birləşmiş sıralarında parçalanma və dərin ixtilaf yarandı və yeni istismarın digər yollarla ölkəyə daxil olmasına səbəb oldu.

Müstəqillik dövrü və ondan sonrakı ikinci mərhələdə (istiqlaliyyətdən sonra) meydana gələn, bir çox fikri-siyasi münaqişə mövzusuna çevrilmiş əsas və çox mühüm bir məsələ, əhalisinin çoxu müsəlmanlar olan ölkənin siyasət və hökumətində Islamın rolu məsələsi idi. 1945-ci ilin əvvəllərində yaponlar özlərinin məğlubiyyət ehtimalını hiss etdikdə, öz planları ilə uzlaşan müstəqil Indoneziyanın yaranması məqsədilə, 62 nəfərdən ibarət bir komitəni, Indoneziya xalqının, yerli hökumətinin ideoloji baza və quruluşunu araşdırmaq və üç məsələyə aydın cavab vermək üçün yaratdı:

1. Dövlət mərkəzi və vahid yoxsa, federal olmalıdır?

2. Dövlət respublika, ya monarxiya olsun?

3. Dinlə dövlət arasındakı əlaqə hansı formada olsun?

Bu fikirlərdən hər birinin tərəfdarı olduğuna görə, danışıqların nəticəsi beş prinsipin yaranmasına səbəb oldu. 1945-ci ildə Sukarno onları e᾽lan etdi. Həmin 5 prinsip bunlar idi: tək Allaha inanmaq; nasionalizm (millətçilik); humanizm (insanpərvərlik); ictimai ədalət və demokratiya.

Sukarno da Indoneziyanın Islam dövləti olmaması fikrində idi və elə bu məsələ, islamçı qrupların köklü e᾽tirazı ilə üzləşdi. Sukarnonun islamçı qrupların istəklərinə e᾽tina etməməsi nəticəsində, Karto Severyonun rəhbərliyi altında Darul-islam hərəkatı imamət adı ilə Indoneziyada Islam dövlətinin yaranmasını e᾽lan edərək, sekular bir hökumətin Islam üzərində hakim olduğunu və tənha çıxış yolunun onunla mübarizə olduğu iddiası ilə, Indoneziya Respublikası ilə müharibəyə başladı. Lakin hərəkat rəhbərinin həbsi və 1962-ci ildə e᾽dam edilməsi ilə, bu qiyam yatırıldı.

1945-ci ildə Indoneziyanın müstəqilliyinin e᾽lanından, parlamentin yaradılması və siyasi fəaliyyətlərin başlanmasında sonra Məscumi, Nasionalist və Sosialist partiyaları fəaliyyətə başladılar. Məscumi və Nasionalist partiyaları 1958-ci ildə Sukarno əleyhinə qiyam etdiklərinə görə, 2 il sonra ‒ yə᾽ni 1960-cı ildə ‒ ləğv edildi. 1959-cu ildə prezident Sukarnonun fərmanının ardınca, ideoloji bəhs və münaqişələrə müvəqqəti olaraq son qoyuldu. 1965-ci ildə kommunistlərin fəaliyyətə başlamasının ardınca, ordu işə qarışdı və vəziyyətə tam nəzarəti ələ aldı. Suharto hakimiyyətə gəldikdən sonra texnokratları bir yerə yığmaqla, iqtisadi bazanın yeniləşməsi və ölkənin modernizə olunmasına ‒ yeni quruluş adı altında ‒ başladı. 1973-cü ildən başlayaraq, Iqbal Lahuri, Seyid Qütb və Modudi kimi islahatçıların fikir və nəzərlərinin tə᾽siri altında müsəlman fəalları, teoretiklər və mübarizləri Suhartonun sağçı rejimini tənqid etməyə başladılar.

Hazırda Indoneziyada müsəlman qrupları keçmişin təcrübələrindən bəhrələnərək, Suharto rejimi tərəfindən çıxışdırılmalarına, öldürülmələrinə baxmayaraq, genişlənməkdə və inkişaf etməkdədirlər.

Islamın Indoneziyanın yeni siyasi inkişafındakı rolu, iki amilin tə᾽siri altındadır. Biri, məzhəbə oxşar «pança işla» ‒ yə᾽ni «beş prinsip» ‒ ideologiyası, digəri müstəqillik qazandıqda sonrakı dövrdəki iki rejimin ‒ yə᾽ni Sukarnonun solçu demokratik hökuməti və general Suhartonun «yeni quruluş» adlandırılan sağçı rejimi ‒ qanunları.

Zülmkar hökumətlərin Islamın siyasiləşməsindən qoxmaları üzündən, bu ölkədəki əksər islamçı hərəkatlar, müdafiə mövqeyindən çıxış edirlər.

Beləliklə, Indoneziya müsəlmanlarının təcrübəsinə azacıq diqqət yetirməklə gördük ki, onlar da istənilən nəticəyə çata bilməyiblər.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə