Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары


(6-5) İNDONEZİYANIN İSLAMÇI HӘRӘKAT VӘ CӘRӘYANLARI



Yüklə 1,29 Mb.
səhifə90/118
tarix11.01.2022
ölçüsü1,29 Mb.
#82809
1   ...   86   87   88   89   90   91   92   93   ...   118
İCTİMAİ-SİYASİ-MÜTALİӘLӘRİN-ӘSASLARI-2

(6-5) İNDONEZİYANIN İSLAMÇI HӘRӘKAT VӘ CӘRӘYANLARI


Indoneziya, Asiyanın cənubunda çoxlu adalardan ibarət bir ölkədir. Bu ölkə 90%-ə yaxını müsəlman olan 200 milyonluq əhalisi ilə, müsəlman ölkələri içərisində yaxşı siyasi-iqtisadi artıma malik olmuşdur. Indoneziyanın Islam dünyasındakı əhəmiyyətini nəzərə alaraq, iki fəsildə araşdırılacaqdır.

(6-5-1) QISA TARİXİ


Keçmişdə Hollandiyanın istismarı altında olan Indoneziya, Hollandiyanın «şərqi Hollandiyası» adlanırdı. 1920-ci ildən başlayaraq, «Hind adalar qrupu» mə᾽nasını bildirən «Indoneziya» sözü, yerli ad ünvanı ilə əvvəlki yerin adını tutdu. Bu ölkə həmişə ticarət, kənd təsərrüfatı, mədəni və siyasi sahələrdə müxtəlif istismar növlərindən əziyyət çəkmiş, portuqaliyaların, hollandiyalıların, fransızların, ingilislərin və yaponların istismar üsullarını təcrubədən keçirmişdir. Indoneziya şərqdə istismarın yarandığı ilk günlərdən sonadək, yə᾽ni XX əsrin istismar dövrlərinin sonunadək, həmişə imperialist dövlətlərin qurbanı olmuşdur. Islamın bu ölkəyə gəlişi, digər şərq ölkələrində, məsələn Hindistanda da olduğu kimi elə ilk əsirlərdən Hind yolu ilə və təbii şəkildə, tədriclə və dinc yolla baş vermişdir. Әrəb, Iran və Hindistan tacirləri bu məsələdə mühüm rol oynamış və yerli müsəlmanların ilk özək və cəmiyyətlərinin təşkili, həmin tacirələrin fəaliyyəti nəticəsində baş vermişdir.

Miladi 1414-cü ildə Islamı qəbul etmiş Sultan Isgəndər şah zamanında Malaka uzaq şərqin Islam elmləri və araşdırma mərkəzinə çevrildi. Iqtisadi, siyasi və mə᾽nəvi əhəmiyyətinə görə, Islam imperiyasının uzaq şərqdəki mərkəzi oldu. Nəticədə, Islamın genişlənməsi sür᾽ətli şəkil aldı. Bu gedişlə Islamı qəbul edən məntəqələrdə xəlifələr və sultanlar da müsəlman oldu. Xalqın köməyi ilə güclü qüvvələr yaradır və burada şah və ya sultan cəmiyyətin nümayəndəsi sayılırdılar. Müsəlman əmirləri daxili ixtilaflarının olmalarına baxmayaraq, xaricilərin hücumlarına qarşı həmişə birləşirdilər.

Ariflər və sufilər məktəb, məscid və elmi mərkəzlər yaratmaqla, Islamın genişlənməsi və inkişafında mühüm rol oynayırdılar. Bu ariflərdən Mövlana Bürhanəddin və Indoneziyadakı fəal təriqətlərdən Qadiriyyə, Şətariyyə, Şaziyyə və Nəqşbəndiyyə sektalarını misal çəkmək olar. Ümumiyyətlə sosioloji baxımdan, bu yerlərdə Islamın qəbulu və inkişaf səbəblərinə aşağıdakı faktorları aid etmək olar:

1. Müsəlman təbliğatçılarının yerli adət-ən᾽ənə, mədəniyyət və dəyərlərə ‒ Islam dəyərləri, əqidə və mədəniyyəti ilə zidd olmadığı təqdirdə ‒ mülayim münasibətləri;

2. Islamın ilk təbliğatının yerli mədəniyyətlə bağlılığı üzündən, sonrakı dövlərdə yerli müsəlmanların özləri həvəslə Islam dininin təbliğinə başlayırdılar;

3. Müəyyən istismarçı dövlət və ya qrupun mənafeini himayə etməməsi və əksinə, Islam tə᾽limlərinin ümumi (bütün xalq üçün) olması;

4. Islam, tacirləri, dənizçilər və təbliğatçıların ədalətli rəftarıları;

5. Yerli qəbilə rəhbərlərinin bu dinə meyli;

6. Islam ümmətinin bərabərlik və qardaşlığı.

Lakin istismarçı Avropa dövlətlərinin bu məntəqəyə gəlişi və tədricli nüfuzundan sonra müsəlman cəmiyyətlərinin birləşməsinin inkişafı dayandı. Nəticədə, bu məntəqələr parçalandı və Flippin Ispaniyadan, Indoneziya Hollandiyadan və Malayziya Ingiltərədən asılı vəziyyətə düşdü. Istismarçılar dini, islami varlığı zəiflətmək və onları qərbin mədəniyyət, dəyər və adətlərinə, eləcə də xristianlığa cəlb etmək üçün bütün sə᾽ylərini göstərdilər. Hətta onlar müsəlmanların cihad mövzusunu öz kitablarından çıxarılmasına tə᾽kid edirdilər. Lakin bu yerlərin müsəlman əhalisinin Islam dünyasındakı müqəddəs Islam mərkəzlərinə günbəgün artan səfəri, islami dirçəlişə, islam həyatının yeniləşməsi və onların imperializmlə mübarizəsinin güclənməsinə səbəb oldu. Hindistanda, Orta şərqdə və Afrikanın şimalındakı islahatçı və islamçı hərəkatlar, həmçinin Seyid Cəmaləddin Әsəbadi, Şeyx Məhəmməd Әbdül və Rəşid Rzanın təfəkkürü, Indoneziyada daxili tənəzzül və daha artıq xarici istismara qarşı mübarizə, ‒ XIX əsrin sonlarından başlayaraq ‒ müxtəlif mədəni, ictimai və siyasi hərəkatlar doğurdu.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə