Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары


İXVAN HӘRӘKATININ XÜSUSİYYӘTLӘRİ VӘ ONUN HӘDӘFLӘRİ



Yüklə 1,29 Mb.
səhifə88/118
tarix11.01.2022
ölçüsü1,29 Mb.
#82809
1   ...   84   85   86   87   88   89   90   91   ...   118
İCTİMAİ-SİYASİ-MÜTALİӘLӘRİN-ӘSASLARI-2

İXVAN HӘRӘKATININ XÜSUSİYYӘTLӘRİ VӘ ONUN HӘDӘFLӘRİ


Ixvan hərəkatı və onun rəhbərləri Islamın əsas prinsiplərini Misirin ictimai və siyasi hərəkatında hakim etmək, xalqın e᾽tiqadını islah etməklə, onları sükunət və laqeyidlik halından çıxarmaq, ərəb birliyinin həyata keçməsi və onların Islam ölkələrini işğal etmiş avropa ölkələrinin əsarətindən qurtarmaları istiqamətində çalışmaq istəyirdilər. Ingilis istismarına qarşı güclü Islam cəbhəsinin yaradılması fikrini yaymaq, həqiqi Islama qayıdış və əməlisaleh əcdadların hərəkətlərindən təqlid etməni özləri üçün şüar etməyə çalışırdılar.

Ixvanul-müslimin islahatın yeganə yolunu Misirin Islam tə᾽limləri və onların düzgün icrasına qayıtmağında görürdü. Onlar dövlət mə᾽murlarının kamilliyə və arzu olunan inkişafa çatmaları üçün istənilən qədim və ya müasir, şərq və ya qərb prinsiplərindən və Islama zidd olmayan hər bir şeydən istifadəni məqbul sayırdılar. Onlar islahatı öz üzərinə götürmüş şəxsləri bu fikirlərə hörmət edən kimi tanınması, yaxud ən azı onun əksinə rəftar etməyən olmaları fikrində idilər. Lakin hər bir şeydə qərbdən təqlidetmə üzərində tə᾽kid edən, şəxsi həyatını, ümumi planlarını avropa qayda-qanunlarına əsasən tənzimləyən şəxslər, Islam tə᾽limlərinə qayıdışdan söhbət aça bilməzlər. Sözü gedən xüsusiyyət və prinsiplərlə Ixvanul-müsliminin özünün dövlətin islahı üçün ideoloji meövqeyini bəyan edirdi. Ixvanul-müsliminin rəhbərinin iki mühüm arzusu sayılan prinsip bunlar idi:

1. Islam prinsiplərinə qayıdış və onların düzgün icrası;

2. Şərq və qərb e᾽tiqadlarından Islamla müxalif olmadığı halda istifadə.

Ixvanul-müsliminin nəzəriyyə və siyasi prinsiplərini aşağıdakı on mövzuda, qısa şəkildə xülasə etmək olar:

1. Müsəlmanların təfəkkürünün islahı və yeniləşməsində Islam torpaqlarında istismarçılar və onların nümayəndələrinə qarşı silahlı mübarizə məsələsində islam qəhrəmanlıqlarının dirçəldilməsi;

2. Qərbpərəstlik və avropa mədəniyyətinin nümunələri ilə elmi və ideoloji mübarizə;

3. Müsəlmanlar arasında ixtilaf yaradan və imperialistlərin hiyləsi olan nasionalizm ilə (müllətçilik) mübarizə;

4. Islamda ruhanilərin siyasətlə uzlaşması və onların bir-birindən ayrılmasının qeyri-mümkünlüyü;

5. Ictihadın yayılması və təşviq edilməsi, zamana uyğun hərəkət etmək və Allahın verdiyi ağıldan istifadə;

6. Allah əmri, respublika və ya monarxiyadan daha yaxşı olduğuna görə, xilafətə diqqət yetirmə;

7. Iqtisadiyyatla siyasətin bağlılığı.

Çünki siyasi istiqlalsız iqtisadi istiqlal qeyri-mümkündür;

8. Әxlaqi islahat.

Çünki layiqli insan, layiqli millət, nəsil və ailə yaradır. Layiqli nəsil isə, layiqli hökumət seçir.

9. Tərbiyəvi və istisadi vəziyyətin yaxşılaşdırılması.

Siyasət və iqtisadiyyat, tərbiyə və səhiyyə ilə bərabər irəliləməlidir. Bu birliyin olmadığı yerlərdə, istismar insanları siyasətlə məşğul edərək, tərbiyə və səhiyyə sahəsindəki vəziflərindən çəkindirir.

10. Kənd təsərrüfatına diqqət, kooperativlərin yaradılması və təhsil-tə᾽lim.

Çünki düzgün və modern əkinçilik, kooperativlərin yaradılması, idman və avadanlığın əldə edilməsi, məktəblərin inkişafı, xüsusilə qadınların Islam prinsiplərinə əsasən tə᾽lim-tərbiyəsi üçün lazımi imkanların hazırlanması Islam cəmiyyətlərini mütləq tərəqqi və inkişafa doğru aparacaq.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə