Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары


(6-4-1) YARANMA FORMASI VӘ BANİSİ



Yüklə 1,29 Mb.
səhifə84/118
tarix11.01.2022
ölçüsü1,29 Mb.
#82809
1   ...   80   81   82   83   84   85   86   87   ...   118
İCTİMAİ-SİYASİ-MÜTALİӘLӘRİN-ӘSASLARI-2

(6-4-1) YARANMA FORMASI VӘ BANİSİ


Tərəfdarlarının Ixvanül-müslimin adlandırıdığı bu hərəkat, XX əsirin islamçı dini-siyasi cəmiyyətlərinin ən güclülərindən biridir. 1929-cu ildə Misirin Ismailiyyə şəhərində Şeyx Həsən ibni Әhməd ibni Әbdül Rəhman Bənna (h.q. 1324-1368, miladi 1900-1948) tərəfindən tə᾽sis edilmişdir.

Həsən Bənna Misirdə Iskəndəriyyə yaxınlığındakı Mahmudiyyə adlı qəsəbədə doğulmuşdur. Ibtidai təhsilini doğulduğu yerdə və daha çox hənbəli məktəblərində almışdır. Sonra Qahirənin Darul-ulum məktəbinə daxil olmuş, 1927-ci ildə diplomunu alaraq, Ismailiyyə şəhərində müəllimliyə başlamışdır.

Həmin dövrdə müxtəlif şəhərlərin əhalisinin psixologiyasını öyrənməyə başlamış, hökumət aparatının fırıldaqları, ingilislərin müdaxiləsi, ümumi yoxsulluq və cəmiyyətdəki təbəqələrarası fərqi görərək, Misir xalqının sadəlövhlüyünü anlayıb və onların Islamın həqiqi mə᾽nasını bilmədiklərini başa düşdü. Bu amillər, onun həmin maneələri aradan qaldırmaq və dəyən ziyanların yerini doldurmaq üçün yollar axtarmasına səbəb olaraq, «Ixvanul-müslimin» adlı cəmiyyətin tə᾽sisi ilə nəticələndi.

I Dünya Müharibəsindən sonra ziyalılar və savadlılar arasında dinsizliyin sayılması, xüsusilə «əlmaniyyət» yaxud «dünyapərəsilik» fikrinin Atatürkün qələbəsindən sonra Türkiyədə yayılması və xəlifəliyin ləğv olunması, misirlilərin ingilislərə qarşı milli hisslərinin alovlanması ilə xalqın Misirin daxili vəziyyətini islah etmək kimi qət᾽i istəyi, bu cərəyanın yaranmasına səbəb oldu. Həsən Bənna öz xatirələrində belə yazır: «Miladi 1928, h.q. 1347-ci ilin zil-qədə ayında qardaşlardan altı nəfər mənimlə görüşə gəldilər. Gələnlər bunlar idi: Hafiz Әbdül Həmid, Әhməd Misri, Fuad Ibrahim, Әlbül Rəhman Həsbullah, Ismail Әzz vəz Zəki Məğribi. Bu qardaşlar, mənim dərs və çıxışlarımın tə᾽siri altına düşənlərdən idilər. Onlar səsləri qüdrətlə dolu, gözləri parıldayan və üzlərində iman və qət᾽i qərar ifadəsi olan bir halda idilər: «Biz eşitməli olduqlarımızı eşitdik və bizə tə᾽sir etdi. Lakin Islamın hörmətinin bərpası və müsəlmanların xeyrinin praktiki yolunu bilmirik. Biz zillət dolu yaşayış və icbari məhdudiyyətlərdən cana gəlmişik. Özün bu ölkədə ərəblərin və müsəlmanların heç bir hörmət və heysiyyətə malik olmadıqlarını görürsən. Onlar xaricilərdən asılı bir vəziyyət düşmüşlər. Bizim damarlarımızdan axan qaynaq qan, imanla dolu ruh və övladlarımız üçün güc olan azacıq puldan başqa təqdim edəcək bir şeyimiz yoxdur. Әməl olunacaq yolu, vətənə, dinə və ümmətə xidmət yolunu sənin kimi bilmirik. Indi biz Allah qarşısında borcumuzu yerinə yetirmək üçün malik olduğumuz şeyləri sənə təqdim etmək istəyirik. Sən də Allah qarşısında bizim böyüyümüz ol və əməllərimizin məs᾽uliyyətini qəbul et. Sidqi ürəklə, Allahın və Allah dininin razılığı üçün canlarımızdan keçməyə hazır olan bu qrup aydındır ki, hətta sayları az olsa belə, qələbəyə layiqdirlər».

Sidq ürəklə deyilmiş bu sözlər mənə çox tə᾽sir etdi və üzərimə qoyduqları məs᾽uliyyətdən boyun qaçıra bilmədim. Çünki özüm də bu yolda fəaliyyət göstərir, xalqı da bu yola çağırırdım. Dərin tə᾽sirlə onlara dedim: «Allah sizə əvəzini versin, sizin bu yaxşı niyyətinizi mübarək etsin və hamımıza yaxşı işlər görmək imkanı yaratsın. Həm Allahın razılığını cəlb edəcək, həm də xaqlın xeyrinə olacaq işlərdir. Biz işləməli və iş görməliyik. Müvəffəqiyyətimiz Allahdadır. Biz Allah qarşısında Islam də᾽vətinin əsgərləri kimi vətənimizin nicatı və xalımızın izzəti yolunu getmək üçün biət edirik. Biət etdik və Islam yolundan qardaş kimi əməl etməyə və vuruşmağa and içdik».

Oradakılardan biri dedi: «Özümüzə nə adı verək? Özümüzü cəmiyyət, klub, təriqət və ya birlik kimi rəsmiləşdirəkmi?». Mən dedim: «Nə birincisi və nə də ikincisi. Çünki biz özünütəbliğ və rəsmilik dalında deyilik. Әksinə, biz Islamın xidmətində olan qardaşlarıq. Deməli biz, «Ixvanul-müslimin»-ik».

Beləliklə, «müsəlman qardaşlar» ifadəsi təsadüfən ağzımdan çıxdı və Ixvanul-müsliminin ilk özəyi, həmin altı nəfərin iştirakı ilə yarandı».

Buna əsasən o, «Darul-ixvan»-ı tə᾽sis edərək, 1929-cu ildə onun varlığını e᾽lan etdi və özünü «Mürşüdül-am» adlandırdı. Ixvan hərəkatı Ismailiyyədə məscid və məktəb qurmaqla, ilk fəaliyyətinə camaat namazı keçirmək və sair işlərlə başladı. Az bir müddətdən sonra fəaliyyətini Ismailiyyə hüdudlarından kənara yaydı. Ismailiyyənin 15 km-də yerləşən Әbu Savir, fəaliyyətlərini başladıqları ikinci yer oldu. Sonrakı yerlər isə Pur Səid, Bəhrus-səğir və Sutez idi. Ixvanul-müsliminin əsas mərkəzi 1932-ci ilin əvvəllərində Qahiriyyəyə köçdü və Həsən Bənna Şeyx Әli Həddavini özünün Ismailiyyədəki nümayəndəsi e᾽lan etdi. Bu dövrdə hərəkatın əsas fəaliyyəti jurnal və qəzet nəşri, seminarlar və konfransların keçirilməsi idi. Burada onlar əvvəlcə Islam məsələlərinin öyrədilməsi ilə məşğul idilər. Ikinci mərhələdə, xarici istismarları, Misirin himayədə olan ölkə olmasını və onun hakimlərini tənqid edir və səltənət taxtının bünövrəsini silkələyirdilər. O zaman bu hərəkat öz ömrünün yeddinci ilini yaşayırdı.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə