Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары


(6-7-3) HӘRӘKATIN RӘHBӘRLİYİ



Yüklə 1,29 Mb.
səhifə96/118
tarix11.01.2022
ölçüsü1,29 Mb.
#82809
1   ...   92   93   94   95   96   97   98   99   ...   118
İCTİMAİ-SİYASİ-MÜTALİӘLӘRİN-ӘSASLARI-2

(6-7-3) HӘRӘKATIN RӘHBӘRLİYİ


Hər bir hərəkatın liderə ehtiyacı var. Buna, heç bir şübhə yoxdur. Lakin islamçı mahiyyətə malik və bütün hədəfi Islam olan bir hərəkata, kimlər və hansı qrup rəhbərlik etməlidir?

Yəqindir ki, islamşünaslar, islamın hədəfləri, əxlaq fəlsəfəsi, ictimai, siyasi və mə᾽nəvi fəlsəfəsini gözəl bilənlər, Islam dünya görüşü ‒ yə᾽ni Islamın varlıq və xilqət (yaradılış), başlanğıc, yaradan, varlığın zərurəti haqqında Islamın baxışları ‒ və insan və insan cəmiyyəti haqqında islamın fikirlərin tamamilə bilən, islamın müxtəlif mövzularda ‒ o cümlədən, insan necə yaşamalıdır? Özünü və cəmiyyətini necə qurmalıdır? Öz hərəkətini necə davam etdirməlidir? Nəyə qarşı mübarizə aparmalıdır? Ümumiyyətlə, hansı yolu seçməlidir? ‒ ideologiya və planlarını bilənlər rəhbər ola bilərlər.

Islam mədəniyyəti daxilində tərbiyə almış, Qur᾽an, sünnət, fiqh və Islam maarifini yaxşı və tam bilənlər, rəhbər vəzifəsini icra edə bilərlər. Bu səbəbdən də, yalnız dini və ilahi alimlər, Islam hərəkatına rəhbərlik edə bilərlər. Hər bir ictimai hərəkatın, fikiri və mədəni hərəkatlardan ibarət dayağı olmalıdır. Әks halda, yad cərəyanların toruna düşəcəkdir. Onlar tərəfindən cəzb olunacaq və öz-özünə, yolunu dəyişəcəkdir. Misal üçün, Iran Islam Inqilabında bir qrup şəxs, Islamın mədəni sərvətlərindən bəhrələnmədikləri üçün başqalarının toruna düşdülər. Digər tərəfdən, hər bir islamçı mədəni hərəkat, ictimai hərəkatın dayağı olmaq istəyirsə, ayrı cəmiyyətin deyil, məhz həmin cəmiyyətin mədəniyyətindən güc almalı və onunla qidalanmalıdır. Məsələn, hər hansı bir cəmiyyət marksist, ya eksitansiolist və ya bunlara bənzər mədəniyyətlərdən bə᾽zi hissələrini götürərək, Islam yoluna hidayət etmək üçün onların üzərinə Islam örtüyü çəkirsə, yəqindir ki, bu səhv yoldur. Islam hərəkatı, islam qanunlarından ilham alan əxlaqi, tarixi, siyasi, iqtisadi, dini və ilahi fəlsəfə yaradaraq, üzvlərinin ixtiyarına verilməlidir.

Bu gün Islam cəmiyyətinin xacə nəsirəddinlərə, əbu əli sinalara, molla sədralara, şeyx ənsarilərə, şeyx bəhailərə, mühəqqiq hillilərə və əllamə hillilərə ehtiyacı vardır. Lakin VII əsrin deyil, XIV əsrin Xacə Nəsirəddini; IV əsrin deyil, XIV əsrin Әbu əlisi; XIII əsri deyil, XIV əsrin Şeyx Әnsarisinə və s... Yə᾽ni onlar həmin xüsusiyyətlərə malik olmaqla bərabər, bu dövrə aid olmalı, hazırkı əsrin problem və ehtiyaclarını hiss etməlidirlər.

Islam, əslində məsləhət deyil, həqiqətdir; vasitə yox, hədəfdir və Bslama məsləhət və vasitə kimi baxanlar deyil, yalnız həqiqət və hədəf kimi baxanlar bu ictimai enerji mənbəyindən istifadə edə bilərlər. Islam, XVI əsrin tələblərində istifadə edilən və XX əsrin tələblərində tarixə tapşırılan alət deyil. Islam, insanlığın düzgün yoludur və mədəniyyətli insanın, yarım vəhşi insan qədər ona ehtiyacı var; inkişaf etmiş insana, ibtidai insana verdiyi qədər, nicat və səadət verir. Islama vasitə və məsləhət və nəhayət, özünəxas ictimai şəraitdə istifadə edilən müvəqqəti bir şey kimi baxanlar, Islamı düzgün tanımamış və ona yaddırlar. Islamın parlaq hökümlərinin icrasına baxış nisbi deyil, mütləq olmalıdır. Hətta, Islama vasitə və alət kimi baxsaq, Islam adı ilə tanıtdırılan hər bir şeydən deyil, doğru və həqiqi Islamdan istifadə etməliyik. Necə ola bilər ki, hər bir alətdən istifadə üçün təxəssüs lazım olsun, lakin bu alətdən istifadə də təxəssüsə və səriştəyə ehtiyac olmasın?

Elə bilirsiniz, filan professorla bir neçə gün səhər yeməyi yemiş və ziyalılıq iddiasında olan bir kəs, həqiqi Islamı yalançı Islamdan ayıra və ya ondan, cəmiyyətin xeyiri üçün istifadə edə bilər?

Təəssüflə deməliyik ki, bu ziyalılar yuxudan bir qədər gec qalxıblar. Çünki bu böyük hərəkət və enerji mənbəyinin qədim rəhbərləri, bu böyük mənbədən necə istifadə etməyin yolunu bildiklərini gösərmişlər və buna görə də, başqalarına tərk-silah imkanı verməyəcəklər.

Yaxşı olar ki, hər səhər daşınma ümidi ilə yuxudan ayılan və hər gecə əli boş yatan bu əziz ziyalılar, insanlığa ayrı xidmət haqqında fikirləşsinlər və Islamın mə᾽nəvi enerji mənbəyinin, həmin şəraitdə böyümüş və həmin ab-havaya alışmış böyüklərin əlində qalmasına imkan versinlər. Çünki bizim xalqımız həmin böyüklərin səsi və sözü ilə daha yaxşı tanışdır.

Iranın Islam Hərəkatı, hazırda dövrün ehtiyaclarını bilən, xalqla həmdərd olan, Islamın yüksəlməsini istəyən və iblisin nişanələrindən sayılan mə᾽yusluq, ümidsizlik və qorxunu yaxına burxmayan agah, şücaətli və mübariz mərcelərin ona rəhbərlik etdikləri ilə fəxr edir.

Bu gün hərəkata rəhbərliyi öz öhdələrinə götürmüş mərcelərə nisbətən, daha böyük ərazidə mərcəlik edən və daha çox ardıcıla malik mərcelər olmuşdur. Lakin bu qədər sevgi, nüfuzlu söz, xalqın ruhu və canı ilə qaynayıb-qarışmamış və ya bu rabitə cüz᾽i dərəcədə olmuşdur. Biz, bu rəhbərlərin böyüklüyünə hörmət edir, təşəkkürümüzü bildirir və tə᾽riflərini tarixə tapşırırıq. Qadir Tanrıdan, onlar üçün qəti iradə, artan sə᾽y, dərin və dəqiq baxış və daha çox müvəffəqiyyət arzulayırıq. Lakin adı, xatirəsi, çıxışları, ruhu, iradəsi, şücaəti, imanı hamının dilində olan qəhrəmanlar qəhrəmanı, Iran xalqının gözünün nuru və ruhuna yaxın olan Ayətullah Xomeyni Tanrının bizim əsrə təqdim etdiyi ən böyük töhfə idi və bu, «Innəllahə fi kulli xələfin udulən yənfunə ənhu tə᾽riyfəl-mubtiliyn»-nə bir nümunədir.

«Innəma yuqiymu əmrəllahi subhanəhu mən la yusaniu və la yuzariu və la yəttəbiul-mətamiə»1.

Bu cümlələrdə, Tanrı əmrlərinin yerinə yetirilməsindən söz açılır, son yüz ildə Islam islahatçılarının dilində «Islam təfəkkürünün dirçəldilməsi» adlanan mövzudan danışılır. Söhbət Tanrı fərmanlarının unudulacağı və yenidən bərpasına ehtiyac duyulacağı bir dövrün yetişəcəyindən gedir. Mövzu, kimin bu peyğəmbərlərə xas işi görə bilməyə qadir olmasıdır. Hər bir insan, istənilən ruhi və əxlaqi şərait və mə᾽nəvi şəxsiyyətindən asılı olmayaraq, belə bir peyğəmbərsayağı addım ata bilərmi?

Imam Әli (ə) «innəma» sözünü qeyd edərək deyir: «O şəxs bunu edə bilər ki, üç böyük xüsusiyyət onda olmasın: müsaniə, müzariə və nökərçilik tamahı».

«Müsaniə» sözünün fars dilində dəqiq qarşılığını, hələ də tapa bilməmişik. Bəlkə də «razılaşma», «nəzərə alma», «müamilə etmək» demək olar. Lakin xeyr. Bunların hamısı müsaniədir. «Müsaniə», bunlardan daha genişdir. Imam Әli (ə) və dostlarının nəzərində, müsaniənin bir növü sayılırdı. Həzrət Әli (ə), hətta məsləhət xatirinə ‒ siyasətçilərin özlərini uyğunlaşdırdıqları məsləhətlər ‒ də olsa, Müaviyyənin 1 saat da olsun öz vəzifəsində qalmağına icazə verməkdən imtina etdi və bu işi, müsaniə adlandırdı. Ola bilsin ki, səhabələr və dostları Imam Әli (ə)-ın hüzuruna gələrək onu tə᾽rifləyir, ona hörmət göstərir, müxtəlif ad və ləqəblərlə çağırır və işlərdə hər hansı bir eybi gördükdə, onu söyləməkdən çəkinirdilər və Imam Әli (ə), qəti surətdə onları bu yoldan çəkindirir və onların bu hərəkətini, müsaniə adlandıraraq deyirdi: «Mənimlə müsaniə formasında rəftar etməyin. Mənimlə zülmkarlarla danışılan kimi ‒ yə᾽ni yaltaqlıqla, tə᾽rifləməklə gözəl sözlərlə ‒ danışmayın». O açıqcasına deyirdi: «Mən, xalqın mənimlə üzləşərkən xoş sözlər və tə᾽riflər yerinə, nəzərlərinə çarpan çatışmazlıq və eybləri, açıq-aşkar və üz-bəüz deməklərin istəyirəm».

Tanrı işlərinin icrasında utancaqlıq, müsaniədir. Işlərin icrasında dostu, yoldaşı, övladı, qohumu və s. nəzərə almaq, müsaniədir.

Qur᾽ani-kərim, bu gün «müdanihə» kimi istifadə edilən, «idhan» sözündən istifadə edir.

Idhan, yə᾽ni yağ sürtmək. Bu günlər, müasir danışıqda «yağlamaq» və s. kimi işlədilir. Bu tə᾽bir, adətən hər hansı bir işi ciddi surətdə görmək əvəzinə, necə gəldi və əslinə varmadan «üstü bəzək, altı təzək» formasında görüldüyü zaman ortaya çıxır. Qur᾽ani-kərim buyurur: «Kafirlər sənin müdahinəçi olmağını istəyirlər». O zaman, onlar səninlə müdahinə edərdilər. Məsələn tövhid, bərbərlik, qardaşlıq, ribanın haramlığının zahiri qalar, əsli və həqiqəti itərdi. Qısası, sənin müsaniə əhli olmağını istəyirdilər. Sən isə, müsaniə əhli deyilsən. Deməli, zahirlə kifayətlənmək, müsaniədir.

Dostbazlıq, dostları, övladları, qohumları nəzərə almaq və Tanrı işinin icrasına çatmaq müsaniədir. Tarixdə, Imam Әli (ə) haqqında bu cəhətdən ibrət almalı bir hadisə qeyd olunmuşdur: «Imam Әli (ə) qoşunun başçısı olarkən, Yəməndən qayıtdığı zaman, beytülmala məxsus Yəmən geyimləri də gətirdilər. Nə özü onlardan birini geymiş, nə də ordu üzvlərindən birinin onlardan geyməsinə icazə vermişdi. Məkkəyə bir-iki mənzil qalmış-o zaman, Həzrət Peyğəmbər (s), Həcc ziyarəti üçün Məkkəyə getmişdi. Özü hesabat vermək üçün Həzrətin hüzuruna gəldi və sonra əsgərləri ilə birlikdə Məkkəyə daxil olmaq üçün geri döndü. Әsgərlərin yanına çatdıqda, onların həmin geyimləri çıxararaq geydiklərini gördü. Әli (ə) heç bir şeyi nəzərə almadan geyimləri onların əynindən çıxarıb, öz yerinə qoydu. Döyüşçülər narahat oldular və Tanrının rəsulunun (s) hüzuruna çatdıqda, Peyğəmbər (s)-ın «Böyüklərinizdən razısınızmı?» sualının cavabında, dedilər: «Bəli, lakin...» və geyimlər haqqındakı hadisəni Peyğəmbər (s) üçün danışdılar. Həmin anda Peyğəmbər (s), Həzrət Әli (ə) haqqında tarixi bir cümlə dedi: «O, Allahın zatında, ən sərt insandır». Yə᾽ni, Imam Әli (ə) ilahi iş gördüyü zaman, hər bir «müsaniə» və «nəzərə alma»dan uzaq olur. Müsaniə və dostluğun müsaniəsi, xiffət və çarəsizliyin bir növü, şücaət və qüvvətin bir növü olan prinsipial sərtliyin qarşılığıdır.

Indi isə «müzariə». «Müzariə», yə᾽ni «oxşarlıq».

Cəmiyyəti islah etmək və dəyişmək istəyən şəxs, həmin xalqla eyni rəngli və xalqın zəif xüsusiyyətləri onda olmamalıdır. Yalnız zəif xüsusiyyəti olmayanlar, zəif xüsusiyyətləri islah edə bilərlər. Әgər hər hansı bir xəstəlikdə, bir xəstə digərini sağalda bilərsə, mə᾽nəvi və ictimai müalicədə, bu mə᾽nasızdır. Әli (ə) buyurmuşdur: «And olsun Allaha. Mən, sizə deməmişdən əvvəl, özümün əməl etdiyim şeyləri sizə əmr edirəm və sizdən əvvəl özümün çəkindiyim şeyləri, sizə qadağan edirəm». həmçinin, o Həzrət (ə) buyurur: «Özünü xalqın rəhbəri və imamı vəzifəsinə seçmiş şəxs, əvvəlcə özünə tə᾽lim verməlidir, sonra xalqa. Özünü tə᾽lim və ədəbli etmək, başqaları üçün müəllimlik etməkdən daha çox, hörmətə və ehtirama layiqdir».

Nökərçilik tamahı. Әli (ə.s.) buyurur: «Әt-təməu riqqun muəbbidun»1.

Nökərçilik tamahı əbədidir. Hər bir nökərçilikdə, azadlıq ümidi sahib tərəfindən olur. Tamah növlü nökərçilikdə sahib tərəfindən azadlığa heç bir ümid yoxdur. Burada azad olmağın ixtiyarı sahibin deyil, qulun əlindədir. Tanrı fərmanını yerinə yetirmək istəyən hər bir kəs, bu əsirlikdən azad olmalıdır. Hürriyyət və mə᾽nəvi azadlıq, dini islahatçının müvəffəqiyyətinin şərtidir.

Məsləhət üzrə hərəkət edən çarəsiz bir insan, ilahi islahata müvəffəq olmadığı hər hansı bir xəstə öz cəmiyyətini müalicə etməyi bacarmadığı kimi, öz nəfsinin, tamahının əsiri və qulu olanda, başqalarını ictimai və mə᾽nəvi əsirlikdən xilas edə bilməz.

Ey Tanrı! Sən ürəklərin və fikirlərin sahibisən. Bütün ürəklər, sənin əlindədir. Bizi düz yolda saxla və nəfsimizin şərrindən qoru.

Mənbələr:

1. Ilahi Hüseyn, Afrika tarixi, 1-ci çap, «Çape pəxş» nəşriyyatı, Tehran, 1368-cü il h.ş;

2. Әlbənna Həsən, «Həyat xatirələri», mütərcim: Irəc Kirmani, 3-cü çap, Islam mədəniyyətinin yayılması idarəsi, Tehran, 1371-cü il h.ş;

3. Sülhi Məhəmməd Cavad, «Islam hərəkatlarında islahatçı fikirlər», 3-cü çap, Keyhan, Qum, 1376-cı il h.ş;

4. Inayət Həmid, «Müasir Islamda siyasi fikir», Tehran, Xandəni nəşriyyatı, Tehran, 1372-ci il h.ş;

5. Iqad Әbbas Mahmud, «XX əsrdə Islam», mütərcim: Həmid Ajir, 2-ci çap, Qüds Rəzəvi nəşriyyatı, Məşhəd, 1372-ci il h.ş;

6. Әbdülqəni Məğribi, «Islam dünyası: yarandığından dirçəlməsinə qədər», 1-ci çap, Razi nəşriyyatı, 1362-ci il h.ş;

7. Fəqihi Әliəsgər, «Vəhhabilər», Ismailiyyan müəssisəsi, 2-ci çap, Tehran, 1364-cü il h.ş;

8. Qurbani Zeynəlabidin; «Islamın inkişafı və müsəlmanların tənəzzülünün səbəbləri», Islam mədəniyyəti idarəsi, Tehran, 1361-ci il h.ş;

9. Mürtəza Mütəhhəri, «Son yüz ildə Islam hərəkatları», 15-ci çap, Sədra nəşriyyatı, Tehran, 1370-ci il h.ş.

10. Tuluyi Mahmud, «Siyasi sözlük», Soxən nəşriyyatı, 1-ci çap, 1372-ci il h.ş.

11. Seyyid Әhməd Müvəssiqi, «Müasir islamçı cərəyanlar», 1-ci çap, Səmt nəşriyyatı, 1374-cü il h.ş;

12. «Islam və cəmiyyət», bir qrup döyüşçü, 1-ci çap, Şeyx Tusi konfransının katibliyi, 1376-cı il h.ş.

13. Haşım Mərufəl Hüseyni; «Islam tarixində şiə hərəkatları», mütərcim: Sadiq Arif, 1-ci çap, Qüds Rəzəvi nəşriyyatı, 1371-ci il h.ş.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə