İÇİNDƏKİLƏR


BaseT siqnalının quruluşu və kabeldən istifadəsi



Yüklə 0,53 Mb.
səhifə18/26
tarix14.04.2018
ölçüsü0,53 Mb.
#38161
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

10BaseT siqnalının quruluşu və kabeldən istifadəsi


RJ-45 jak içində kabel tellərinə təmas edəcək pinlər vardır. Bu pinlər vasitəsi ilə şəbəkə kartı hər teldən fərqli bir siqnal yollayır.




RJ-45 jak üzərindəki pinlər, jakın pinləri sizə baxacaq şəkildə tutulduğunda soldan sağa 1-dən 8-ə qədər sırası qəbul edilir.


10BaseT bu pinlərdən 1 və 2-ni məlumat göndərilməsində(TX), 3 və 6-nı isə məlumat alınmasında (RX) istifadə edir.




Gördüyünüz kimi 4,5,7 və 8 pinlərə bağlı kabellər istifadə olunmur. Məlumat göndərilməsi və alınması fərqli tel cütlərindən düzəlsədə hub-lı bir sistemdə CSMA/CD texnologiyasının istifadə olunması səbəbi ilə şəbəkə kartı eyni anda bir cütdən məlumat qəbul etməsi və digərindən də göndərməsi mümkün deyildir, yəni full-duplex burada çalışa bilməz. Müəyyən bir anda hub-a bağlı cihazlardan sadəcə birisi tək başına məlumat göndərə bilər və ya ala bilər. Yəni half-duplex çalışa bilər. 1 və 2 pinlərə bağlı kabellər məlumat ötürməsi üçün (Transmit) istifadə edir, 3 və 6 isə məlumat qəbul etməkdə (Receive) istifadə edir. Kabel jak-a taxılarkən, TX kanalı bir cüt kabeli, RX isə başqa bir cüt kabeli istifadə edəcək şəkildə qurulmalıdır. Məsələn, yaşıl və yaşıl-ağ TX üçün, yəni pin1 və pin2-yə bağlanmalı, narıncı və narıncı-ağ tellər isə RX kanalı üçün, yəni pin 3 və pin6-ya uyğun gətirilməlidir. Rəng cütləri ilə bağlı bildirdiyim bağlantılar məcburi deyildir. Kabel iki ucu da doğru pinlər bir-birinə bağlanacaq şəkildə qurulduğunda kabellərin rəngi nə olursa olsun iş görə biləcəkdir.



6.9 10BASE-FL şəbəkəsi haqda


10BaseT-dən bir neçə il sonra fiber optik versiyası da yaradılmışdır. Fiber optik kabel üzərindən elektrik yerinə işıq ötürülməsi simli kabel istifadəsinin gətirdiyi bəzi sədləri ortadan qaldırmaqda istifadə olunmuşdur. Fiber kabel ilə bağlı fərqlilikləri kabellər hissəsində göstərmişdik. Ancaq fiber-in təmin etdiyi təməl faydalar bunlardır:

İşıq siqnalları daha uzaq məsafələrə daha asan ötürülə bilər, 10BaseFL 2 km məsafəyə qədər istifadə oluna bilər. Fiber optik kabel elektromaqnitik məkanlarda heç təsir altına düşmür. Bu səbəblə elektromaqnitik çirkliliyin yüksək olduğu yerlərdə istifadə oluna bilər. Fiber kabeldən məlumat oğurlamaq çox çətin olduğu üçün təhlükəsizliyin önəmli olduğu yerlərdə istifadə oluna bilər. 10BaseFL multimode adlanan kabel tipini istifadə edir. İki tip konnektor çox yayılmışdır. ST və SC konnektorlar.



İki tip konnetor olması həm 10BaseFL, həm də qabaqki fiber məhsullarda qarışıqlığa səbəb olduğu üçün istehsalçılar SC tipinə üstünlük veriblər. Fiber kabelləmədə birisi göndərmə və birisi alma üçün daima cüt kabel istifadə olunur, bu səbəblə fiber kabellər ümumiliklə cüt haldadır.





10BaseFL-in qısa məlumatlar:
10Mbit sürətində Baseband

Hub ilə node arası 2000m-yə qədər uzunluqda işləyə bilir. Star-Bus topoloji istifadə edir.


Fiber bağlantı həm kabelin, həm də digər təchizatın, fiber girişli hub, fiber şəbəkə kartının bahalı olması və qurulması çətinliyinə görə, aralarında uzun məsafə olan hub-lar arasında və ya yuxarıda bildirildiyi kimi xüsusi hallarda istifadə olunur. Şəbəkədəki hər PC-dən hub-a fiber istifadə etmək yayılmamışdır.

    1. Fast Ethernet

Fast Ethernet 100Mbit sürətində işləyən fərqli ethernet standartlarının ümumi adıdır. Çox istifadə olunan iki tipdən söz edilə bilərik. 10BaseT-nin davamı olan 100BaseT və 10BaseFL-in davamı olan 100BaseFX. Bütün bu ethernet növləri 10Base5 ilk ethernet-dən bəri istifadə olunan paket boyu, CSMA/CD texnologiyası və məntiqi topolojini eynən istifadə edir və əvvəlki versiyalarını dəstəkləyir.



      1. 100BaseT

IEEE iki tip 100BaseT standardı yaratmışdır. 100BaseTX və 100BaseT4.



        1. 100BaseT4

100BaseT4 Cat3 və üst UTP kabel üzərindən(cat4, cat5, cat6 ...) 100Mbit/Saniye sürətində çalışan ethernet-dir. IEEE CAT3 kabelləmənin yayılmış olduğu dövrdə mövcud kabel quruluşunu dəyişdirmədən 100Mbit sürətə çata bilmək üçün bu standartı yaratmışdır. 100BaseT4 CAT3 kabel də 100Mbit sürətinə çıxa bilər, ancaq 10BaseT-nin əksinə 4 tel cütünü də istifadə edir. Tel cütlərindən ikisini 10BaseT kimi məlumat alma və göndərmədə digər iki tel cütünü isə toqquşmanın olub-olmadığını kontrol etmək üçün istifadə edir. Mövcud olan CAT3 kabel üzərindən 100Mbit sürətinə çıxmaq olardı. CAT5 kabelə keçişin sürətli olması CAT3-ün yayılmış

istifadə olunmasının qarşısına aldı. Bundan əlavə 100BaseT4 yalnızca half-duplex-i dəstəklədiyi üçün günümüzdə istifadə olunmamaqdadır. 100BaseT4 haqda ümumi məlumat:

100Mbit/Saniyə Baseband

Hub ilə PC arasında 100m maksimum məsafə Cat3 və üstü UTP kabel ilə 8 tel-i də istifadə edir Star-bus

Digər bütün xüsusiyyətləri 10BaseT ilə eynidir



        1. 100BaseTX

Günümüzdə ən yayılmış istifadə olunan ethernet standartı budur. CAT5 və üst kateqoriyada kabel və cihazları jak, patch panel, priz vs. istifadə olunmaqdadır. Eyni 10BaseT kimi sadəcə iki tel cütünü istifadə edərək məlumat ötürməni və almanı həyata keçirir. Full-duplex çalışdığı zaman 200Mbit sürətinə çata bilir.

Bütün fast ethernet şəbəkə cihazları şəbəkə kartları və hub-lar həm 10Mbit, həm də 100Mbit sürətində çalışa bilirlər. Beləcə 100Mbit bir şəbəkə kartını 10Mbit hub-a taxdığınızda öz sürətini 10Mbit-ə salacaqdır. Eyni şəkildə 100Mbit hub-lar portlarından birinə 10Mbit-lik şəbəkə kartı 10BaseT taxılarsa bu portdan 10Mbit sürətində işləyər.

Bu xüsusiyyət hesabına 10BaseT və 100BaseT cihazları bir yerdə istifadə oluna bilər. Ancaq iki PC arasında 100Mbit bağlantı qurula bilməsi üçün bütün cihazları şəbəkə kartı, hub 100Mbit dəstəkləyə bilməlidir. 100BaseTX haqqında qısa məlumat:


100Mbit/Saniyə Baseband

Hub ilə PC arasında 100m maksimum məsafə Cat5 və üst UTP kabel ilə 4 tel istifadə olunur Star-bus

Digər bütün xüsusiyyətləri 10BaseT ilə eynidir



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə