İÇİNDƏKİLƏR



Yüklə 181,78 Kb.
Pdf görüntüsü
səhifə20/30
tarix14.01.2018
ölçüsü181,78 Kb.
#20763
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

 
55 
 
Gördüyünüz  kimi  4,5,7  və  8  pinlərə  bağlı  kabellər  istifadə  olunmur.  Məlumat  göndərilməsi  və 
alınması fərqli tel  cütlərindən düzəlsədə hub-lı bir sistemdə CSMA/CD texnologiyasının istifadə 
olunması  səbəbi  ilə  şəbəkə  kartı  eyni  anda  bir  cütdən  məlumat  qəbul  etməsi  və  digərindən  də 
göndərməsi  mümkün  deyildir,  yəni  full-duplex  burada  çalışa  bilməz.  Müəyyən  bir  anda  hub-a 
bağlı cihazlardan sadəcə birisi tək başına məlumat göndərə bilər və ya ala bilər. Yəni half-duplex 
çalışa bilər. 1 və 2 pinlərə bağlı kabellər məlumat ötürməsi üçün (Transmit) istifadə edir, 3 və 6 isə 
məlumat qəbul etməkdə  (Receive) istifadə  edir.  Kabel jak-a taxılarkən, TX kanalı bir cüt kabeli, 
RX  isə  başqa  bir  cüt  kabeli  istifadə  edəcək  şəkildə  qurulmalıdır.  Məsələn,  yaşıl  və  yaşıl-ağ  TX 
üçün, yəni pin1 və pin2-yə bağlanmalı, narıncı və narıncı-ağ tellər isə RX kanalı üçün, yəni pin 3 
və  pin6-ya  uyğun  gətirilməlidir.  Rəng  cütləri  ilə  bağlı  bildirdiyim  bağlantılar  məcburi  deyildir. 
Kabel  iki  ucu  da  doğru  pinlər  bir-birinə  bağlanacaq  şəkildə  qurulduğunda  kabellərin  rəngi  nə 
olursa olsun iş görə biləcəkdir.  
 
6.9  10BASE-FL şəbəkəsi haqda 
10BaseT-dən bir neçə  il  sonra fiber optik versiyası  da  yaradılmışdır. Fiber optik kabel  üzərindən 
elektrik  yerinə  işıq ötürülməsi  simli  kabel  istifadəsinin gətirdiyi  bəzi  sədləri ortadan  qaldırmaqda 
istifadə  olunmuşdur.  Fiber  kabel  ilə  bağlı  fərqlilikləri  kabellər  hissəsində  göstərmişdik.  Ancaq 
fiber-in təmin etdiyi təməl faydalar bunlardır: 
İşıq  siqnalları  daha  uzaq  məsafələrə  daha  asan  ötürülə  bilər,  10BaseFL  2  km  məsafəyə  qədər 
istifadə  oluna  bilər.  Fiber  optik  kabel  elektromaqnitik  məkanlarda  heç  təsir  altına  düşmür.  Bu 
səbəblə  elektromaqnitik  çirkliliyin  yüksək  olduğu  yerlərdə  istifadə  oluna  bilər.  Fiber  kabeldən 
məlumat  oğurlamaq  çox  çətin  olduğu  üçün  təhlükəsizliyin  önəmli  olduğu  yerlərdə  istifadə  oluna 
bilər. 10BaseFL multimode adlanan kabel tipini istifadə edir. İki tip konnektor çox yayılmışdır. ST 
və SC konnektorlar. 
 
 
 
 
İki tip konnetor olması həm 10BaseFL, həm də qabaqki fiber məhsullarda qarışıqlığa səbəb olduğu 
üçün  istehsalçılar  SC  tipinə  üstünlük  veriblər.  Fiber  kabelləmədə  birisi  göndərmə  və  birisi  alma 
üçün daima cüt kabel istifadə olunur, bu səbəblə fiber kabellər ümumiliklə cüt haldadır. 
 


 
56 
 
 
10BaseFL-in qısa məlumatlar: 
 
 
10Mbit sürətində 
 
Baseband 
 
Hub ilə node arası 2000m-yə qədər uzunluqda işləyə bilir. 
 
Star-Bus topoloji istifadə edir. 
 
Fiber bağlantı həm kabelin, həm də digər təchizatın, fiber girişli hub, fiber şəbəkə kartının bahalı 
olması və qurulması çətinliyinə görə, aralarında uzun məsafə olan hub-lar arasında və ya yuxarıda 
bildirildiyi kimi xüsusi hallarda istifadə olunur. Şəbəkədəki hər PC-dən hub-a fiber istifadə etmək 
yayılmamışdır. 
 
7. Fast Ethernet 
 
Fast Ethernet 100Mbit sürətində işləyən fərqli ethernet standartlarının ümumi adıdır. Çox istifadə 
olunan  iki  tipdən  söz  edilə  bilərik.  10BaseT-nin  davamı  olan  100BaseT  və  10BaseFL-in  davamı 
olan  100BaseFX.  Bütün  bu  ethernet  növləri  10Base5  ilk  ethernet-dən  bəri  istifadə  olunan  paket 
boyu, CSMA/CD texnologiyası  və məntiqi  topolojini  eynən istifadə  edir  və əvvəlki  versiyalarını 
dəstəkləyir.  
 
7.1   100BaseT 
 
IEEE iki tip 100BaseT standardı yaratmışdır. 100BaseTX və 100BaseT4.  
 
7.1.1  100BaseT4 
 
100BaseT4 Cat3 və üst UTP kabel üzərindən(cat4, cat5, cat6 ...) 100Mbit/Saniye sürətində çalışan 
ethernet-dir.  IEEE  CAT3  kabelləmənin  yayılmış  olduğu  dövrdə  mövcud  kabel  quruluşunu 
dəyişdirmədən 100Mbit sürətə çata bilmək üçün bu standartı yaratmışdır. 100BaseT4 CAT3 kabel 
də  100Mbit  sürətinə  çıxa  bilər,  ancaq  10BaseT-nin  əksinə  4  tel  cütünü  də  istifadə  edir.  Tel 
cütlərindən  ikisini  10BaseT  kimi  məlumat  alma  və  göndərmədə  digər    iki  tel  cütünü  isə 
toqquşmanın  olub-olmadığını  kontrol  etmək  üçün  istifadə  edir.  Mövcud  olan  CAT3  kabel 
üzərindən 100Mbit sürətinə çıxmaq olardı. CAT5 kabelə keçişin sürətli olması CAT3-ün yayılmış 


 
57 
istifadə  olunmasının  qarşısına  aldı.  Bundan  əlavə  100BaseT4  yalnızca  half-duplex-i  dəstəklədiyi 
üçün günümüzdə istifadə olunmamaqdadır. 100BaseT4 haqda ümumi məlumat: 
 
 
100Mbit/Saniyə 
 
Baseband 
 
Hub ilə PC arasında 100m maksimum məsafə 
 
Cat3 və üstü UTP kabel ilə 8 tel-i də istifadə edir 
 
Star-bus 
 
Digər bütün xüsusiyyətləri 10BaseT ilə eynidir 
 
 
7.1.2  100BaseTX 
 
Günümüzdə ən yayılmış istifadə olunan ethernet standartı budur. CAT5 və üst kateqoriyada kabel 
və  cihazları  jak,  patch  panel,  priz  vs.  istifadə  olunmaqdadır.  Eyni  10BaseT  kimi  sadəcə  iki  tel 
cütünü  istifadə  edərək  məlumat  ötürməni  və  almanı  həyata  keçirir.  Full-duplex  çalışdığı  zaman 
200Mbit sürətinə çata bilir. 
Bütün  fast  ethernet  şəbəkə  cihazları  şəbəkə  kartları  və  hub-lar  həm  10Mbit,  həm  də  100Mbit 
sürətində çalışa bilirlər. Beləcə 100Mbit bir şəbəkə kartını 10Mbit hub-a taxdığınızda öz sürətini 
10Mbit-ə  salacaqdır.  Eyni  şəkildə  100Mbit  hub-lar  portlarından  birinə  10Mbit-lik  şəbəkə  kartı 
10BaseT  taxılarsa bu portdan 10Mbit sürətində işləyər. 
Bu xüsusiyyət hesabına 10BaseT və 100BaseT cihazları bir yerdə istifadə oluna bilər. Ancaq iki 
PC  arasında  100Mbit  bağlantı  qurula  bilməsi  üçün  bütün  cihazları  şəbəkə  kartı,  hub  100Mbit 
dəstəkləyə bilməlidir. 100BaseTX  haqqında qısa məlumat: 
 
 
100Mbit/Saniyə 
 
Baseband 
 
Hub ilə PC arasında 100m maksimum məsafə 
 
Cat5 və üst UTP kabel ilə 4 tel istifadə olunur 
 
Star-bus 
 
Digər bütün xüsusiyyətləri 10BaseT ilə eynidir 
 
 
7.2  100BaseFX 
100BaseFX əvvəlki fiber optik ethernet 10BaseFL-nin inkişaf etmiş halıdır və 10 yerinə 100Mbit 
sürətindədir. Eyni konnektorları və fiber kabel tipini istifadə edir. Ancaq maksimum məsafə 400m-
yə enmişdir. 100BaseFX haqqında qısa məlumat: 
 
100Mbit sürətində 
 
Baseband 
 
Hub ilə node arası 400m-yə qədər çıxa bilər 
 
Star-Bus 


Yüklə 181,78 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə