İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   26   27   28   29   30   31   32   33   ...   96

 
90 
Fransa, 
ABŞ, SSRİ İraqa hücumun lehinə, Çin isə bitərəf qaldığını 
bildirdi.  Lakin bir ay keçm
əmiş İraq Küveyti azad etməyi və ona 
olan borcunu verm
əyi öhdəsinə götürdü.   
Corc  Buşun  dövrü  həm də  onunla xarakterik idi  ki,  hələ 
İkinci  dünya  müharibəsinin  sonlarında  başlamış  olan  «soyuq 
müharib
ə» SSRİ-nin dağılması ilə başa çatdı.  Böyük Corc Buşun 
dövründ
ə  ABŞ-ın  dünyanın  yeganə  lideri  kimi  tanınması  və 
dünyanın «amerikasayağı» idarə olunması üçün imkan yaradılmış 
oldu. 
Qloballaşma,  həqiqətdə  isə  «amerikanlaşma»  prosesi  surət-
l
əndi və tezliklə bütün dünyanı əhatə etməyə başladı.  Dünya təsər-
rüfatı dolların musiqisi altında rəqs etməyə başladı.  
Bill Klintonun prezidentliyi dövründ
ə ABŞ-ın xarici 
siyas
əti 
Bill Klinton öz xarici siyas
ətində  liberal mövqe tutdu.  
Klinton inzibati idar
əsinin xarici siyasət  strategiyası  ABŞ  üçün 
«dünya lideri» rolunu saxlamağa yönəldilmişdi.1993-cü ildə Şimali 
Amerika azad ticar
ət  zonasının  təşkili  haqqında  saziş  qüvvəyə 
mindi.    1994-cü ild
ə ABŞ-ın təşəbbüsü ilə «Amerika azad ticarət 
zonasının təşkili» haqqında qərar qəbul edildi.  ABŞ-ın Asiya-Sakit 
okean regionu ölk
ələri ilə iqtisadi əməkdaşlıqda fəal iştirakı təmin 
edildi. 
Yeni  «Avroatlantik  bazarı»nın  təşkili  haqqında  plan  işə 
başladı.    NATO-nun  Şərqə  doğru genişlənməsi məsələsində  ABŞ 
Rusiyaya güz
əştə getməli oldu.1997-ci ildə ABŞ-Rusiya danışıqla-
rında ABŞ öhdəsinə götürdü  ki, Polşa, Çexiya, Macarıstan NATO-
ya q
əbul olunsa da,  həmin dövlətlərin  ərazisində  ABŞ-ın  hərbi 
bazaları yaradılmayacaqdır.  Yuqoslaviya ilə əlaqədar Bill Klinton 
1995-ci ild
ə münasibətlərin sahmana salınmasına və Deyton müqa-
vil
əsinin (1995-ci il) bağlanılmasına nail oldu.  Yaxın və Orta Şərq 
m
əsələsində  1994-cü ildə  Vaşinqtonda,  1995-ci ildə  Qahirədə, 
1996-
cı  ildə  Osloda  İsrail    ilə  Fələstin  arasında  münasibətlərin 
nizama  salınmasına  cəhd göstərdi.  1996-cı  ildə  Oslo müqaviləsi 
əsasında Fələstinə muxtariyyət verildi.   
ABŞ  1990-cı  ildə  SSRİ-dən  ayrılmış  Pribaltika  respublika-
larında  öz nüfuzunu gücləndirməyə xüsusi səy göstərdi.  1996-ci 
ild
ən ABŞ ATƏT-in Qarabağ məsələsini nizama salmaq üçün hələ 
1992-ci ild
ə  təşkil  etdiyi  Minsk  qrupunun  həmsədrlərindən biri 


 
91 
oldu.  Amerika Az
ərbaycan münasibətləri  haqqında  birgə  bəyanat 
adlanan s
ənədi B.Klintonla Azərbaycan prezidenti H.Əliyev  bu 
dövrd
ə  imzaladılar.  Bu sənəd iki ölkə  arasındakı  münasibətlərin 
prinsip v
ə gələcək istiqamətlərini göstərirdi.  
1998-ci ild
ə  ABŞ  yenidən  İraqa  qarşı  möqeyində  sərtləşdi.  
Bu “s
əhrada tülkü” əməliyyatı adlanırdı. Belə  ki, ABŞ İraqı kim-
y
əvi  silahlar  istehsalında  günahlandırmağa  başladı.    Lakin Bill 
Klinton v
əziyyəti müharibə həddinə gətirmədi.  Atlantika həmrəy-
liyi gücl
əndirildi.  Kosovada münaqişənin nizama salınması zama-
nı  NATO-dan istifadə  edildi.  1999-cu  ilin  payızında  ATƏT-in 
İstanbul  sammitində  ABŞ  Bakı-Tbilisi-Ceyhan neft ixrac boru 
k
əmərinin çəkilməsi haqqında sazişi bəyəndi. Klintonun dövründə 
ABŞ-ın  demokratiya  və  azad  bazar  iqtisadiyyatı  konsepsiyasının 
bütün dünyada q
əbul edilməsi,  iqtisadi amirlik metodlarından  əl 
ç
əkilməsi, informasiya mübadiləsinin artması, azad bazarla demok-
ratiyanın  yanaşı  addımladığı  yeni  şərait yaradılmış  oldu.    Bill 
Klinton  İkinci  cahan  müharibəsindən  sonrakı  dövrdə  ABŞ-ın    ən 
ağıllı prezidenti kimi tarixə düşdü.  
Corc Buşun (Kiçik) prezidentliyi dövründə ABŞ-ın xarici 
siyas
əti 
 
Dünyanın  aparıcı  strateji tədqiqat mərkəzləri tərəfindən 
ABŞ–ın beynəlxalq statusu dünya lideri kimi müəyyən edilmişdi.  
Politoloqlar hesab edirdil
ər ki, ABŞ heç zaman çoxqütblü dünyada 
(primus inter pares )  v
əziyyəti ilə  razılaşmayacaq  və  Avropada, 
Asiyada v
ə Amerikada hegemonluq etməyə çalışacaq.  Londonda 
yerl
əşən Strateji Tədqiqatlar  İnstitutunun  alimləri hesab edirdilər 
ki,  “Heç bir ölk
ə  ABŞ  qədər  silahlı  qüvvəyə,  texnologiyaya və 
h
ərbi təşkilata  malik  deyil.  Avropa ölkələrinə  birlikdə  ABŞ–ın 
s
əviyyəsinə çatmaq üçün 10 illər, Çinə öz hərbi sistemini yenidən 
qurmaq,  Rusiyaya is
ə  əvvəlki hərbi qüdrətini bərpa etmək üçün 
daha  çox  vaxt  lazım  idi”.Hətta hər  şeyə  şübhə  ilə  yanaşan 
pessimistl
ər hesab edirdilər ki, hadisələrin əlverişli inkişafı ABŞ – 
ın  hələ  20 il dünyaya liderliyini təmin edəcək.    Onlardan biri 
yazmışdı  ki,  “Qədim  Roma”  zamanından  indiyədək  ayrılıqda  gö-
türül
müş  heç  bir  dövlət beynəlxalq birlikdə  bu qədər yüksəkdə 
dayanıb  bu  qədər həlledici üstünlüyə  malik  olmayıb.  Başqa  bir 


 
92 
politoloq  qeyd  etmişdi  ki,  Amerika Bütün praktiki mənalarda 
sarsılmazdır;  ora  hər  hansı  müdaxilə  təhlükəsi yoxdur,  ABŞ  –  ın 
süqutunu arzulayan düşməni yoxdur. O xarici ticarətdən asılı deyil, 
h
ətta soyuq müharibə  dövründə  onlardan  asılı  olmayıb;  Hamı 
hesab edirdi ki, 
yaxın 20 – 30 ildə Amerikanın təhlükəsizliyi üçün 
qorxu yaranmayacaq”.   
Lakin gözl
ənilməyən hadisə  baş  verdi.    2001–ci ilin sen-
tyabrın 11 – də səhər saat 8:48 – də “Amerika Eyrlaynz” şirkətinin 
t
əyyarəsi Ümumdünya Ticarət Mərkəzinin Nyu-yorkda yerləşən 
c
ənub qülləsinə çırpıldı.  Saat 10 – da və 10:28-də hər iki bina çök-
dü.    Saat 10 – 
da  qaçırılmış  üçüncü  təyyarə  Vaşinqtonda  Penta-
qonun  (müdafi
ə  nazirliyi)binasına  çırpıldı.  Dördüncü təyyarə 
Pittsburqdan 80 mil m
əsafədə  yerə  düşüb  partladı.    Terror  aktı 
n
əticəsində həlak olanların sayı 4000 nəfərdən çox idi.  Bu hadisə 
n
əticəsində  ölkəyə  105 milyard dollar məbləğində  ziyan dəymiş 
lakin hadis
ənin əsas yekunu ondan ibarət oldu ki, əhali Amerikanın 
vurula bil
əcəyini və  qorxunun nə  olduğunu  bildi.    Başqa  sözlə, 
ABŞ  –  ın  beynəlxalq terrorçuluq kimi təhlükəli və  qorxulu 
düşməni meydana çıxdı.  Bu düşmən həm də gözə görünməz idi
onun konkret yeri m
əlum deyildir,  haradan  və  nə  vaxt ondan 
növb
əti terror aktı gözləməyi müəyyən etmək çətin idi.  Lakin 11 
sentyabr hadis
ələri Kiçik C.Buş  hökumətinin daxili və  xarici 
siyas
ətinə böyük təsir göstərdi.   
  2001  – 
ci  ilin  sentyabrın  14  –  də  konqresin qəbul etdiyi 
q
ətnamə ilə ölkə prezidentinə terror aktlarının təşkilatçılarına qarşı 
h
ərbi qüvvədən istifadə sahəsində səlahiyyətlər verildi.  2001 – ci 
ilin  sentyabrın  13  –  də  hökumətin qəbul etdiyi qərara  əsasən 
prezident  terrorda  iştirakda  şübhəli bilinən və  ABŞ  vətəndaşı 
olmayan  şəxsləri xüsusi hərbi tribunala verə  bilərdi,  ittiham 
edil
ənin vəkil tutmaq hüququ yox idi, istintaq və məhkəmə iclasları 
gizli aparılmalı idi.   
  2002  – 
ci  ilin  yayında  C.Buş  daxili  təhlükəsizlik nazirliyi 
yaratmağı  təklif etdi.    Konqresin daxili təhlükəsizlik nazirliyinin 
yaradılması haqqında qəbul etdiyi qanun 25 noyabr 2002 – ci ildə 
qüvv
əyə  mindi.    Daxili təhlükəsizlik nazirliyinin əsas fəaliyyət 
istiqam
ətlərini sərhədlərin və nəqliyyatın təhlükəsizliyi, fövqəladə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə