İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə96/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   88   89   90   91   92   93   94   95   96

 
291 
BMT T
əhlükəsizlik Şurası 26 fevral 2011-ci il tarixində Liviya 
r
əhbərliyinə qarşı sanksiya tətbiqi təklifi barəsində qətnamə qəbul 
etmişdir. Qətnamədə Liviyaya qarşı hərbi embarqonun tətbiqi, ölkə 
r
əhbərlərinin xaricdəki hesablarının dondurulması və onların xaricə 
s
əfərlərinə qadağa qoyulması təklif edilirdi. 
Q
ətnamədə  göstərilirdi  ki, dinc Liviya vətəndaşlarına  qarşı 
hücumlar "b
əşəriyyətə qarşı cinayət kimi qiymətləndirilə bilər". Bu 
hala is
ə Haaqadakı Beynəlxalq Məhkəmə tərəfindən baxıla bilər. 
 
Avropa Birliyi Liviyada dinc nümayişçilərə qarşı əsassız güc 
t
ətbiqinə görə məsuliyyət daşıyan Müəmmar Qəddafi və onun ailə 
üzvl
ərinə qarşı sanksiyalar paketini razılaşdırmışdı.  
ABŞ  NATO-dakı  tərəfdaşları  ilə  Liviyada Müəmmar  Qəddafi 
rejiminin h
ərbi müdaxilə  ilə  devrilməsi  imkanlarını  müzakirə 
et
mişdir. Birləşmiş Ştatların BMT-dəki nümayəndəsi Syuzan Rays 
Vaşinqtonun Liviya müxalifəti ilə əlaqələr qurduğunu bildirmişdi. 
ABŞ-ın BMT-dəki səfiri Syuzan Rays bildirirdi ki, «Biz problemin 
h
əlli  üçün  bütün  mümkün  variantları  müttəfiqlərimizlə  müzakirə 
edirik».  
Fransa prezidenti Nikola Sarkozi il
ə  Böyük  Britaniyanın  baş 
naziri Devid Kemeron Avropa Birliyin
ə üzv olan bütün dövlətləri 
bu  addımı  atmağa  çağırmışdılar. Fars körfəzi  ərəb dövlətlərinin 
əməkdaşlıq şurası Qəddafi rejimini legitimliyini itirmiş hakimiyyət 
kimi tanımışdı. ABŞ-ın Liviya müxalifətinin qurduğu Milli Şuranı 
hökum
ət  kimi  tanımağa  hazır  olduğunu  isə  Birləşmiş  Ştatların 
dövl
ət katibi Hillari Klinton  da  bəyan etmişdi. Eyni mövqeni 
İtaliyanın xarici işlər naziri Franko Frattini də ortaya qoymuşdur.   
Liviyadakı  durumla  bağlı  ABŞ  dövlət  baçısı  Barak  Obama 
bildirmi
şdi  ki,  Amerika müttəfiqləri ilə  bərabər Liviya lideri 

əmmar  Qəddafini cilovlamağa  çalışır.  Prezident  Qəddafinin 
opponentl
ərinə  qarşı  hücumlarına  cavab  vermək üçün bütün 
variantların nəzərdən keçirildiyini bəyan etmişdir. 
BMT-
nin  İnsan  Hüquqları  Şurası  Liviyada  insan  hüquqları 
sah
əsində  pozuntuların  araşdırılması  üçün  3  nəfərdən ibarət 
komissiya t
əşkil etmişdi.  


 
292 
BMT-
nin  Təhlükəsizlik  Şurası  Liviya  üzərində  uçuşsuz 
zonanın yaradılmasına və Liviya rəhbərliyinə qarşı daha sərt sank-
siyalara  çağırmışdı.  Şura  bunu  Ərəb  Liqasının  belə  bir  zonanın 
yaradılması  barədə  xahişi  ilə  əlaqədar  etdiyini  vurğulamışdı. 
Bununla  belə,  Təhlükəsizlik  Şurasının  daxilində  Liviyaya  hərbi 
müdaxilə məsələsində ciddi fikir ayrılığı qalırdı. BMT diplomatları 
deyirlər ki, qətnamə Liviya üzərində bütün uçuşları qadağan etməli 
və  üzv  ölkələr  Tripolinin  qətnamənin  tələbini  yerinə  yetirməsini 
təmin etməlidirlər. Onlar deyirlər ki, ilk növbədə belə bir zonanın 
yaradılmasında ərəb ölkələrinin iştirakı məqsəduyğun sayılır. Məhz 
bu məqamı vurğulamaq üçün əsasən Britaniya və Fransa tərəfindən 
cizgilənmiş qətnamə layihəsinin tərtibində Livan da iştirak edirdi. 
Liviya
ya  hərbi  müdaxiləyə  müxalif  olanlar  var  və  bunlar  heç  də 
təkcə Rusiya və Çin deyildi. Almaniya da bildirir ki, uçuşsuz zona 
barəsində bir çox suallar açıq qalmışdı.  
BMT-nin T
əhlükəsizlik Şurası Liviya hava məkanında uçuşlara 
qadağan  olunan  zonanın  yaradılması  barədə  qərar qəbul etmişdi. 
BMT T
əhlükəsizlik  Şurasının  qətnaməsində  hərbi  əməliyyatların 
mümkünlüyü v
ə Liviya Mərkəzi Bankının və neft şirkətinin hesab-
larının  dondurulması  imkanları  qeyd  olunmuşdu. Bu tədbirlər 
müxalif
ətin nəzarəti altında olan şəhərin bombardman olmasının və 
yerli dinc 
əhalinin qətlə  yetirilməsinin  qarşının  alınmasına 
yön
əldilimişdi.Təhlükəsizlik Şurasının 15 üzvündən 10-u qətnamə-
nin lehin
ə səs vermişdi. 
Liviyanın səmasının blokadaya alınması barədə BMT Təhlükə-
sizlik  Şurası  1973  saylı  qətnaməni qəbul etməsindən  sonra  ABŞ, 
Fransa,  İtaliya,  Kanada  və  s. ölkələr koalisiya yaratdılar. 
Fransızlar,  amerikalılar  və  ingilislərin Liviyaya zərbələrinə 
S
əudiyyə Ərəbistanı və Qətər də qoşula biləcəklərini bəyan etdilər. 
Afrika  İttifaqı,  Türkiyə,  Rusiya,  Çin,  Hindistan,  Ərəb Dövlətləri 
Liqası  bombardmanları  qətiyyətlə  pislədi.  Kanada,  İspaniya  və 
Danimarkanın  hərbi təyyarələri  Liviyaya  qarşı  yeni  zərbələrdə 
iştirak etmək üçün Aralıq dənizindəki aviabazalara gətirilmişdi. 


 
293 
Q
əddafi  rejimi hərbi bazalar və  nəqliyyyat  qovşaqlarının 
yanında  mülki  əhalini yerləşdirərək  "canlı  qalxan"lar  yaradırdı. 
Q
əddafinin komanda məntəqəsi Bab əl Əziziyyədə yerləşirdi.  
Q
əddafi  rejiminə  qarşı  hazırlanmış  "Odisseya.  Sübh"  əməliy-
yatı ABŞ-ın 1991-ci ildən bəri qatıldığı ən mühüm hərbi  əməliy-
yatların ssenarisi üzrə keçirilirdi. Əməliyyyatın əvvəlində "Toma-
hav
k"  qanadlı  raketlərindən istifadə  edilərək aviasiyaya "yol" 
açıldı. Liviyadakı 20 hədəfə 110 belə raket buraxılmışdı. Beynəl-
xalq koalisiyanın başlıca hədəfi Qəddafiyə sadiq qoşunların əlində 
olan v
ə  300 km məsafədəki hədəfləri vura bilən "SA-5" raket 
sisteml
əri oldu. Bundan başqa, Qərbin təyyarələrinin hədəfləri ara-
sında Liviyanın 50 "SA-6" raket sistemləri, 30 "hava-torpaq" siste-
mi v
ə 15 radar sistemi də var idi. Bu sistemlər Aralıq dənizi sahil-
l
ərində  yerləşirdi.  Liviyanın  Hava  Hücumundan  Müdafiə  Qüv-
v
ələrində 5 zenit-raket alayı və 3 zenit-raket briqadası vardı. Onlar 
S-200 "Anqara", S-75 "Dvina", "Osa" v
ə  "Kvadrat" zenit-raket 
kompleksl
əri ilə təchiz olunmuşdular. 
Əməliyyatın növbəti mərhələlərində Liviyanın hava səmasında 
patrul  uçuşlarında  olan  qırıcıların  elə  səmada yanacaqla təmiantı, 
pilotsuz t
əyyarələrlə  nəzarət və  müşahidənin təminatı,  kəşfiyyatçı 
t
əyyarələrin  uçuşları,  radar  qurğularının  məhv edilməsi nəzərdə 
tutulmuşdu. Bütün bunlar BMT Təhlükəsizlik Şurasının qərarı ilə 
Liviyanın qapadılmış səmasının patrul nəzarəti üçün  görülməli idi. 
Liviyaya qarşı əməliyyatlarda ABŞ, Böyük Britaniya, Kanada, 
Fransa v
ə İtaliya da iştirak edirdi. Liviyadakı mövqelərə ilk zərbə-
l
əri Fransa Hərbi-Hava Qüvvələrinin "Miraj" təyyarələri tərəfindən 
endiri
lmişdi. Bundan başqa, Liviyanın səmasında uçuşsuz zonanın 
t
əminatı  üçün  Siciliyadakı  aviabazada  Norveç  və  Danimarkannın 
h
ərbi təyyarələri də yerləşdirilmişdi. 
Liviyaya  qarşı  tərtib  edilmiş  "Odissey  Şəfəq"  planının  üç 
m
ərhələsi müəyyənləşdirilmişdir. 
1.
 
İlkin  mərhələdə  əsasən hava hücumundan müdafiə 
obyektl
əri olmaqla 31 hədəf bombalanmalı idi. 
2.
 
İkinci mərhələnin hədəfləri Liviyada iki hərbi-hava bazası 
v
ə Qəddafinin Tripolidəki iqamətgahı idi. 


 
294 
3.
 
Son m
ərhələdə  isə  koalisiya qüvələri  Qəddafiyə  sadiq 
qoşunlara zərbələr endirməyi planlaşdırırdı. 
Liviyaya  qarşı  əməliyyatlarda 3 "B-2"  bombardmançı,  56 
qırıcı-bombardmançı təyyarələrdən istifadə olunurdu. Hava zərbə-
l
əri F-16, F-18, "Rafale", "Tayfun", "Tornado", "Mirag 2000" təy-
yar
ələri ilə endirilirdi. 
Avropa ölk
ələri  arasında  BMT-nin tətbiq  etdiyi  uçuşa  qadağa 
zonasının təmin olunması məqsədilə ABŞ-ın başçılığı ilə koalisiya 
qüvv
ələrinin Liviyaya hava və raket hücumları ilə bağlı fikir ayrı-
lıqları yaranmışdı. Uşuşa qadağa zonasında əməliyyatlara nəzarətin 
ələ  alınması  ilə  bağlı  Brüsseldə  keçirilən müzakirələ  zamanı 
NATO-nun 28 üzvü konsensus 
əldə edə bilməmişdi.  
S
əudiyyə  Ərəbistanında  səfərdə  olan Rəcəb  Tayyib  Ərdoğan 
deyib ki, NATO-nun 
əməliyyatı işğala çevrilməməlidir. Rusiyanın 
Baş  naziri  Vladimir  Putin  uçuşa  qadağa  zonasını  kəskin tənqid 
e
tmişdi. Rusiya prezidenti Dmitri Medvedev isə baş nazirini tənqid 
ed
ərək,  onun  şərhlərini qəbuledilməz  adlandırmışdı. NATO üzvü 
Almaniya koalisiyada iştirak etməmək qərarını müdafiə etmişdi. 
NATO Liviyaya silah t
ədarükünə  dair embarqonun əməl 
olunması  ilə  bağlı  əməliyyat  aparırdı. NATO-nun  Avropadakı 
Birl
əşmiş Silahlı Qüvvələr Komandanlığı yanında strateji planlaş-
dırma üzrə direktoru briqada generalı Pyer Sen-Aman bildirmişdi 
ki, 
"NATO artıq əməliyyat aparır". 
NATO-
nun  baş katibi Anders foq Rasmusen Şimali Atlantika 
Alyansının  BMT  Təhlükəsizlik  Şurasının  Liviyaya  silah  tədarü-
kün
ə dair embarqoya nəzarətlə bağlı qətnaməsinin icrasının təmin 
olunmasına dair qərar qəbul etməsi haqqında məlumatı vermişdir. 
NATO generalı onu da bildirib ki, "Birləşmiş müdafiəçi" kodu 
il
ə  əməliyyat  aparılan  zaman  NATO  dənizçiləri Mərkəzi  Aralıq 
d
ənizindən keçəcək və göyərtələrində silah və muzdluların olması 
il
ə bağlı şübhəli gəmiləri yoxlayacaqlar.  
Liviyada h
əyata keçirdiyi hərbi  əməliyyatlara  komandanlığı 
NATO öz üz
ərinə götürmüşdü. Bunu NATO-nun baş katibi Anders 
Foq Rasmussen b
əyan etmişdi. 

əmmar  Qəddafi  ölkəsinə  qarşı  aparılan  hərbi  əməliyyatları 
pisl
əyərək  Liviyaya  dair  Londonda  keçirilmiş  konfransın  iştirak-


 
295 
çılarını  hərbi  əməliyyatlara xitam verməyə  səsləyib. “Liviyaya 
qarşı  aparılan  barbar  və  şərəf gətirməyən  hücumu  dayandırın, 
Liviyanı  liviyaylıların  ixtiyarına  verin. Siz hər an insan itkisini 
artıran, insan qırğını ilə nəticələnən əməliyyatlarla məşğulsunuz”. 
ABŞ-ın  Maliyyə  Nazirliyi Liviya dövlətinə  və  ölkə  başçısı 

əmmər  Qəddafiyə  məxsus  30  milyard  dollarlıq  vəsaiti  -  nağd 
pulu v
ə  qiymətli  kağızı  dondurmuşdur.  Bu  ABŞ  tarixində  misli 
görünm
əmiş iri həcmdə dondurmadır. 
Fevralın 27-də BMT Təhlükəsizlik Şurası Qəddafi, ailə üzvləri 
v
ə  yaxın  silahdaşlarının  ölkədən  çıxmasını  yasaqlayan  qətnamə 
q
əbul etmişdi.  Sanksiyanın  başqa  bəndlərinə  görə,  Qəddafi  və 
qohumlarının xaricdəki bütün hesabları dondurulur, Liviyaya bütün 
növ silahların satışı yasaqlanır, Beynəlxalq Cinayət Məhkəməsinə 
dinc sakinl
ərin öldürülməsini araşdırmaq tapşırılırdı. 
Avropa Birliyi d
ə fevralın 28-də Qaddafiyə, onun ailə üzvlərinə 
v
ə  ətrafındakı  şəxslərə  sanksiyalar tətbiq etmişdi  ki,  sanksiyalar 
Liviyaya silahın və xüsisi vasitələrin satışına embarqonu, Qəddafi 
klanı  təmsilçilərinin Avropa Birliyi ölkələrinə  səfərinə  yasağı, 
onların hesablarının dondurulmasını nəzərdə tuturdu.  
NATO alyansda Liviya lideri Mü
əmmar  Qəddafiyə  qarşı 
beyn
əlxalq hərbi kampaniyaya nəzarətlə  bağlı  fikir  ayrılıqlarına 
baxmayaraq, BMT-
nin  Liviyaya  qarşı  tətbiq etdiyi silah embar-
qosuna 
əməl etməyə razı olmuşdu.  
Liviya hadis
ələri zamanı may ayına qədər ölkəni 140 min adam 
t
ərk etmişdir. 
Alyansın yalnız  6 ölkəsi əslində Liviya hökumət qüvvələrinə 
qarşı hava zərbələrində iştirak edirdi. 
NATO  alyansının  3  aparıcı  lideri  ABŞ  prezidenti  Barak 
Obama, Fransa prezidenti Nikola Sarkozi v
ə  Britaniyanın  baş 
naziri Devid Kameron birg
ə  bəyanatla  bildirmişdilər ki, hələlik 
söhb
ət polkovnik Qəddafinin hakimiyyətdən getməsi məqsədi ilə 
müharib
ənin başlamasından getmir. 
NATO  Liviyadakı  hərbi  əməliyyatların  birinci  mərhələsinin 
başa çatdığını və ikinci mərhələnin başlandığını bildirmişdir. İkinci 
m
ərhələdə məqsədin Liviya lideri Müəmmər Qəddafinin komanda 
m
əntəqələrinin məhv edilməsi  olduğunu  bildirən NATO təmsil-


 
296 
çil
əri Qəddafinin özünün aradan götürülməsi haqda heç bir söhbət 
getm
ədiyini vurğulamışdılar. 
Mart  ayının  19  –da    saat  20:45  də  ABŞ,  Böyük  Britaniya  və 
Fransa başda olmaqla koalisyon qüvvələr Liviyada müxalif qüvvə-
lərə  qarşı  silahlı  mübarizənin  qarşısının  alınması  “məqsədi”  ilə 
“Odyssey  Dawn”  (Odisseyin  başlanğıcı)  adlı  hərbi  əməliyyata 
başladılar. Hərbi əməliyyatlar havadan zərbələr endirməklə həyata 
keçirilirdi, 
lakin istisna deyildir ki,lazım gəldikdə NATO qüvvələri 
qurudan da Qəddafi qüvvələrinə qarşı əməliyyatlara başlaya bilər. 
İlkin  məlumatlara  görə  Liviyanın  hava  məkanı  koalisiya 
qüvvələrinin nəzarəti altındadır və hələ ki, 4 günlük əməliyyatların 
nəticəsi  olaraq  Liviya  ordusunun  Havadan  Hücüm  Əleyhinə 
Müdafiə  Sistemləri  (HHƏMS)  sıradan  cıxardılmış,  mühim  hərbi 
obyektlər isə bombalanmışdır.  
Liviyaya  qədər  Tunis  və  Misirdə  də  inqilabi  partlayış  baş 
vermişdir.  Lakin  bu  ölkələrin  heç  birində  açıq  şəkildə  xarici 
müdaxilə  olmamışdır.Aparıcı  dövlətlər  rəsmi  bəyanatlar  şəkilində 
hakimiyyətin xalqa təhvil verilməsini tələb etmişlər.Diqqət olunası 
məqam  Liviyadakı  hadisələrin  digərlərindən  fərqinin  olması  və 
Qərbin maraqlarıdır. 
Liviyadakı  hadislər  Tunis  və  Misir  inqilabından  nə  ilə 
fərqlənirdi?  Əsas  fərq  burada  tərəflər  arasında  silahlı  toqquşma-
ların  olmasıdır.  Eyni  zamanda  nəzərə  alsaq  ki,  Liviya  Tunis  və 
Misirdən  fərqli  olaraq  zəngin  neft  və  qaz  ehtiyyatlarına  malikdir, 
onda tam fərqli bir situasiyanın yarandığını görə bilərik. 
Əslində ABŞ başda olmaqla Qərbi narahat edən iki məsələ var. 
Birinci  – 
İnqilabçı  qüvvələrin  silahlı  olması  və  kimlərdən  təşkil 
olunduğunun  qeyri-müəyyənliyidir.  Nə  qədər  qəribə  səslənsə  də, 
bu belədir. Fərz edək ki,silahlı inqilabçılar Qəddafi rejimini devirir 
və  ölkədə  həmin  bu  qüvvələrin  başçılığı  ilə  hakimiyyət  qurulur. 
Hadisələrin bu cür gedişatı isə heç də Qərbə sərf edən bir situasi-
yanın yaranacağını vəd etmirdi. Çünki, inqilabçılar arasında vahid 
komandanlığın olmaması və silahlı müxaliflərin rejimi devirdikdən 
sonra bir-
biriləri ilə mübarizə aparacaqları istisna olunmur, bu isə 
xaos  və  anarxiyanın  uzun  müddət  hökm  sürəcəyindən  xəbər 
verirdi. Doğrudur, NATO qüvvələrinin Liviyaya müdaxiləsinə bir 


 
297 
neçə  gün  qalmış  inqilabçılar  geri  çəkilərək  öz  mövqelərini  təhvil 
verirdilər. Lakin, inqilabçılar hələ də güclü idilər və onların orduya 
qarşı  əks  hücum  planı  real  görünürdü.  Digər  tərəfdən  isə,  əgər 
burada inqilabçılar bir çoxlarının fərz etdiyi kimi Qərbin dəstəyi ilə 
hərəkət edib mübarizəni davam etdirsəydilər, onda Qərb onları ən 
sadə  üsulla,  yəni  gizli  şəkildə  silahlandırmaqla  mübarizə  meyda-
nına atardı. Hazırkı vəziyyət isə fərqlidir. 
İkinci  məsələ  isə  əslində  humanitar  müdaxilənin  pərdə  arxası 
əsas  faktordur.  Bu  amil  hərbi  müdaxilənin  demək  olar  ki,  əsas 
məqsədlərini ortaya qoyur. Bu  neft amilidir. Liviyadakı qeyri-sabit 
vəzyyət qara qızılın qiymətinin günü-gündən artmasına və Avropa-
nın  enerji  sahəsində  stabilliyinin  pozulmasına  gətirib  çıxar-
mışdı.Nəzərə  almaq  lazımdır  ki,hal-hazırda  dünya  bazarlarında 
neftin qiyməti rekord həddədir. Liviyada baş verən inqilab isə bu-
nun əsas səbəbidir.Eyni zamanda adı çəkilən ölkə Avropanın əsas 
enerji  təmin  edicilərindəndir.  Deməli,  enerji  resurslarının  sabit, 
vaxtında  daşınması  və  çatdırılması  BMT  TŞ  –  da  qəbul  olunmuş 
qətnamədə  lehinə  səs  vermiş  ölkələr  üçün  daha  çox  lazımdır. 
S
əsvermədə iştirak edən 15 ölkədən 10 – u bu qətnamənin leyhinə 
səs  vermişdir.  Səsvermədə  öz  səsvermə  hüququndan  istifadə 
etməyən ölkələr sırasında isə Rusiya, Almaniya, Çin, Hindistan və 
Braziliya
nı göstərmək olar. 
1999  –  cu ilin  mart
ın  24-də  NATO  təyyarələri  Yuqoslaviya 
ərazilərini  səmadan  bombalamağa  başladı.Nəticədə  isə  serblər 
Kosovadan  sıxışdırlaraq  çıxarıldı  və  burada  dominat  millət  kimi 
alb
anlar  yer  aldılar.  Milli  zəmində  baş  verən  toqquşmalar  sona 
çatdı  və  ən  nəhayət  dünya  xəritəsində  Kosova  adlı  bir  dövlət 
yarandı. Oxşar məqamlar təyyarlərlə aviazərbələrin endirilməsi və 
NATO qüvvələrinin iştirakıdır. Lakin, tam şəkildə oxşar ssenarinin 
təkrarlanacağı  real  görünmür.  Ehtimal  olunan  gedişat  ondan 
ibarətdir  ki,  Liviyada  Qəddafi  rejimi  devriləcək,  Qərb  isə  burada 
tez bir zamanda sabitliyin yaranmasına çalışacaq və öz maraqlarına 
cavab  verən  bir  hökümətin  qurulmasını  təmin  edəcək.  Doğ-
rudur,   AB
Ş–ın  Afirkadakı  baş  komandanı  general  Karter  Hem 
rəsmi  şəkildə  Qəddafinin  devrilməsinin  məqsəd  olmadığını  və 
yalnız  mülki  əhalini  müdafiə  məqsədi  ilə  əməliyyatlara  start 


 
298 
verildiyini  bildirmişdi.  Lakin,  müdaxilənin  elə  ilk  günlərindən 
Qəddafinin iqamətgahının bombalanması bu bəyanatın “reallığını” 
hansı səviyyədə əks etdirdiyini ortaya qoyur . 


 
299 
Ədəbiyyat siyahısı 
1.
Baxışov M.Ə. ABŞ-ın müasir tarixi. Bakı, 2006 
2.
Baxışov  M.Ə.  NATO-nun  şərqə  doğru  genişlənməsi  // 
Beynəlxalq həyat/, №2, 1999 
3.
Baxışov M.Ə. Kosova münaqişəsi//Beynəlxalq həyat/№2, 2001. 
4.
Baxışov M.Ə. Körfəz müharbəsi, onun beynəlxalq münasibətlərə 
təsiri // Beynəlxalq həyat/, №2, 2001 
5.
Baxışov  M.Ə.  Avropa  İttifaqının  şərqə  doğru  genişlənməsi  // 
Tarix və onun problemləri/, №4, 2006. 
6.
M.Qasımlı., M.Fətəliyev. Avropa və Amerika ölkələrinin müasir 
tarixi. II hissə, Bakı, 2008. 
7.
S.Mustafayeva: Avropa və Amerika ölkələrinin ən yeni tarixi. II 
hissə. Bakı 2010. 
8.
S.Mustafayeva. ABŞ və Böyük Britaniyanın ən yeni tarixi. 1918-
2007-
ci illər. Bakı, 2009. 
9.
Латинская Америка в международных отношениях XX века. 
М., 1988 
10.
 
Рейган Р. Жизнь по-американски. М, 1992 
11.
 
Эйзенхауэр Д. Крестовый поход в Европу. М, 1980 
12.
 
Абрамов  Ю.К.  Феномен  Рональда  Рейгана.  // 
Политические портреты. М., 1989 
13.
 
Давыдов  Ю.П.  Политика  США  в  Восточной  Европе.  // 
США: экономика, политика, идеология. - 1990. - № 2 
14.
 
Иванян Э.А. История США. М., 2004 
 
15.
 
Иванян  Э.А.  Рональд  Рейган:  хроника  жизни  и  времени. 
М., 1991 
16.
 
Киссинджер Г. Дипломатия. М., 1997. 
17.
 
Кудрявцев  В.Б.  Военная  политика  НАТО  и  европейская 
безопасность. // США: экономика, политика, идеология. – 1991 
№6 
18.
 
Д.В.Кузнецов.  Арабо-Израильский  конфликт:  История  и 
современность. Благовешенск, 2006. 
19.
 
Мельников  Ю.М.  Внешнеполитические  доктрины  США. 
Происхождение  и  сущность  программы  «новых  рубежей» 
президента Кеннеди. М., 1970 
20.
 
Никонов В.А. Республиканцы: от Эйзенхауэра к Никсону . 
М., 1988  


 
300 
21.
 
Позиция  руководства  США  в  связи  с  вводом  советских 
войск в Афганистан в 1979 г. // Новая и новейшая история. -
1997 
22.
 
Усачёв  И.Г.  Джон  Фостер  Даллес.  Политический  миф  и 
реальность. М., 1990 
23.
 
Уткин  А.И.  Американская  стратегия  для  XXI  века.  М., 
2000 
24.
 
Шальнев А. Билл Клинтон. М., 1993 
25.
 
Ближний  Восток:  проблемы  региональной  безопасности  – 
М., 2000 – 207 с. 
26.
 
Ланда Р.Г. История арабских стран. – М., 2005. 
27.
 
Новейшая  история  арабских  стран  Азии,  1917-1985  –  М.: 
Наука, 1988, 636 с. 
28.
 
Современные  международные  отношения  и  мировая 
политика/Отв.ред.А.В.Торкунов – М.: Изд-во «Дрофа», 2004. 
29.
 
Андреев  А.Р.  История  Иерусалима  –  М.:  ЭКСМО/ 
Алгоритм, 2004, 413 с. 
30.
 
Кисилев  В.И.  Палестинская  проблема  –  М.: Знание,  1987, 
63 
с. 
31.
 
Кутаков Л.Н. «Шестидневная война» 1967 г. На Ближнем 
Востоке и ООН. М., 1977. 
32.
 
 
аш-Шазли  Саад  эд-Дин.  «Октябрьская  война»  1973  г.  // 
Азия и Африка сегодня, 1993, №9, 10, 11 
33.
 
Захаров  А.М.,  Фомин  О.И.  Кэмп-Дэвид:  политика, 
обреченная на провал – М.: Наука, 1982, 234 с. 
34.
 
Агарышев  А.А.  От  Кэмп-Дэвида  к  трагедии  Ливана.  М.: 
Молодая гвардия, 1986-224 с. 
35.
 
Панкратьев В.П. путь в Мадрид после ликвидации кризиса 
в Персидском заливе. М., 1997. 
36.
 
Аванов  В.Л.  США  и  ближневосточная  проблема  // 
Вопросы истории, 1979, № 9 
37.
 
Борисов Р.В. США: ближневосточная политика в 70-е годы 
– 
М.: Наука, 1982, 215 с. 
38.
 
Колобов О.А. Политика США по отношению к Израилю и 
арабским странам на рубеже 80-90-х годов ХХ века. Нижний 
Новгород: 1995, 180 с. 


 
301 
MÜNDƏRİCAT 
 
I. 
İkinci dünya müharibəsinin ABŞ üçün nəticələri ....... ...........4 
II. ABŞ-ın Yaxın Şərq siyasəti. ......................................... ......107 
III. ABŞ-ın Qafqaz siyasəti.......................................................224 
IV. ABŞ və Rusiyanın Şərqi Avropada və keçmiş sovet  
m
əkanında nüfuz dairəsi uğrunda mübarizəsi........................256 
V.ABŞ və Ərəb ölkələri 2011-ci ildə ................................. .......288 
 

Document Outline

  • SƏMAYƏ MƏMMƏD qızı MUSTAFAYEVA
  • ŞƏHLA MÜZƏFFƏR qızı QURBANOVA
  • V.ABŞ və Ərəb ölkələri 2011-ci ildə
    • BMT-nin Təhlükəsizlik Şurası Liviya üzərində uçuşsuz zonanın yaradılmasına və Liviya rəhbərliyinə qarşı daha sərt sanksiyalara çağırmışdı. Şura bunu Ərəb Liqasının belə bir zonanın yaradılması barədə xahişi ilə əlaqədar etdiyini vurğulamışdı. Bununla...

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə