İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə89/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   85   86   87   88   89   90   91   92   ...   96

 
269 
ABŞ-la müqayisədə istər ayrılıqda, istərsə də birlikdə mütləq daha 
z
əif olmalıdırlar”. 
1997-
ci  ilin  martın  21-22-də  Helsinkidə  Yeltsinlə  ABŞ 
prezidenti Bill Klinton arasında görüş keçirildi. NATO-nun Şərqə 
doğru  genişlənməsinə  heç cür mane ola bilməyən Rusiya rəhbər-
liyi, heç olmasa mü
əyyən imtiyazlar (ilk növbədə  NATO-nun 
q
ərarları üzərində Veto hüququ) qazanmaq istəyirdi. ABŞ Rusiya-
nın    Veto  hüququna  iddiasını  rədd etdi, lakin NATO ilə  Rusiya 
arasında  xüsusi  müqavilə  imzalanacağına,  üzvlüyə  yeni qəbul 
edilmiş  dövlətlərin  ərazisində  nüvə  silahı  yerləşdirilməyəcəyinə 
söz verdi. 
T
əkcə ölkə daxili böhran deyil, həm də beynəlxalq statusunu 
itirm
əsi Rusiyaya dəhşətli əzab verən amillərdən idi. 90-cı illərdə 
Rusiyanın  geosiyasi  vəziyyəti  xoşagələn  deyildi.  SSRİ-nin  dağıl-
ması  və  keçmiş  Sovet  respublikalarının öz müstəqilliklərini elan 
etm
əsi onun sərhədlərinin də  dəyişməsinə  səbəb oldu. 1700-ci 
ild
ən  Rusiyanın  nəzarəti  altında  olan  Pribaltika  respublikalarının 
onun t
ərkibindən çıxması Baltik dənizində onun hüquqlarının məh-
dullaşmasına  səbəb oldu. Onun nəzarəti  altında  olan  Şərqi Avro-
padakı Varşava müqaviləsinin iştirakçısı olan dövlətlər də yüksək 
sür
ətlə  NATO və  Aİ-yə  üz  tutdular.  Onların  içərisində  SSRİ-yə 
daha yaxın olan Polşa bu məsələdə birinci yeri tutdu. Ukraynanın 
itirilm
əsi Rusiya üçün daha ağır idi. Bu Rusiya üçün böyük geo-
siyasi uğursuzluq idi. 300 ildən artıq Rusiyanın tərkibində olmuş, 
etnik v
ə  dini  baxımdan  rus  xalqı  ilə  bağlı  olan,  sənaye və  kənd 
t
əsərrüfatı iqtisadiyyatında potensial zənginliyə, 52 milyon əhaliyə 
malik Ukraynanın itirilməsi Rusiyanı, həqiqətən, böyük və özünə 
inanan imperiya dövl
əti olmaqdan məhrum etdi. Ukraynanın  öz 
müst
əqilliyini elan etməsi, həm də  Rusiyanı  Qara  dənizdəki 
imtiyazlarından  da  məhrum  edirdi.  Odessa  limanı  Qara  dəniz 
ölk
ələri və  bütövlükdə  bütün dünya ölkələri ilə  ticarətdə  Rusiya 
üçün h
əyati əhəmiyyətə malik idi. Ukraynanın itirilməsi Rusiyanın 
geositateji seçimini mahiyy
ət etibarı ilə məhdudlaşdırırdı.  
Ukraynanın  itirilməsi Rusiya üçün təkcə  geosiyasi hadisə 
olmayıb, həm də geosiyasi katalizator rolunu oynadı. 


 
270 
H
ətta Pribaltika respubilkaları və Polşasız da Rusiya Ukrayna 
üz
ərində nəzarətini saxlaya bilsə idi, Avroasiya imperiyasına təsir 
etm
ək gücünə  malik ola bilərdi. 52 milyon əhalisi olan Ukrayna 
olmadan is
ə Rusiya hətta öz tərkibində olan qeyri-slavyan əhalisi 
il
ə mübarizədə acizliyini hər an hiss edirdi. 
Ukrayna Rusiyanın MDB çərçivəsində hegemonluq iddiasına 
qarşı çıxır, tamamilə müstəqil siyasət yeridirdi. Rusiyanın imperiya 
dair
ələri  Ukraynanı  asılı  vəziyyətə  salmaq üçün müxtəlif üsullar-
dan istifad
ə  edirdilər.  Ukraynadakı  rusdilli  əhalini mərkəzi haki-
miyy
ətə  qarşı  qaldırılır,  Krımın  Ukraynadan  qoparılmasına  cəhd 
edilirdi. Rusiya il
ə Ukrayna arasında əsas mübahisə obyekti Qara 
d
əniz  donanması,  ən çoxu da Sevastopolun statusu barədə  idi. 
Rusiya Sevastopolu v
ə  ya heç olmasa, onun bir hissəsini özünün 
Qara d
əniz  donanmasının  bazası  kimi  saxlamağa  xüsusi cəhdlə 
çalışırdı.  Ukrayna  isə  Rusiyanın  təzyiqinə  davam gətirmək üçün 
ABŞ-la yaxınlaşmağa daha çox meyl göstərirdi. 
Nisbi siyasi sabitliyi il
ə  fərqlənən digər Orta Asiya respub-
likalarından  fərqli olaraq Tacikistanda  da müstəqillik qazanan 
andan hadis
ələr dramatik axarda davam edirdi. Burada Rusiya, 
Çin,  Pakistan,  Əfqanıstan,  o  cümlədən  ABŞ-ın  maraqları 
toqquşurdu.  1992-ci  ilin  mayında  müxalifət  zorakılıq  yolu  ilə 
hakimiyy
əti ələ keçirdi. Lakin onlar Pakistan və Əfqanıstana meyl 
etdiyind
ən Rusiya bununla hesablaşmadı. Tacikistanda yerləşən rus 
qoşunlarının  açıq  yardımı  ilə  ruspərəst qüvvələr yenidən 
hakimiyy
ətə  gətirildilər.  O  zamandan Tacikistanda fasilələrlə 
v
ətəndaş müharibəsi davam edir. 
Rusiya üçün yeni şəraitin strateji nəticələrini Rusiyada kom-
munist rejimi devrildikd
ən  sonra  ABŞ-da  Rusiyanın  ilk  səfiri 
olmuş,  sonra  isə  Dövlət  Dumasında  xarici  işlər üzrə  Komitənin 
s
ədri işləmiş Vladimir Lukin belə ifadə etmişdir: “Keçmiş Rusiya 
özünü 
əvvəl  Asiyanın,  sonra  da  Avropanın  başında  görürdü.  Bu-
nunla bel
ə, sonra Asiya daha yüksək templə  inkişaf  etməyə  baş-
ladı... və biz ancaq “müasir Avropa ilə geridə qalmış Asiya arasın-
da qalan 
əraziyə sahib ola bildik. Bu iki Avropa arasındakı məsafə 
idi”. 


 
271 
Qısaca  desək,  bu  yaxın  zamanlara  qədər  Rusiya  dünyanın 
ərazi cəhətdən ən böyük dövləti idi. O, həm də satellit dövlətlərin 
ideoloji blokunun lideri idi. O zaman Rusiyanın ərazisi Avropanın 
m
ərkəzindən Cənubi Çin dənizinə qədər uzanırdı. Bu dövlət 90-cı 
ill
ərin əvvəllərində narahat milli dövlətə çevrildi. Beləliklə, Rusiya 
post-
imperiyasında  tarixi  və  strateji  qarışıqlıq  dövrü  keçirməyə 
başladı.  O,  belə  bir  sual  qarşısında  durdu  ki,  “Rusiyada  nə  var? 
Rusiya haradad
ır?”, “Rus olmaq nə deməkdir”. Bu suallara verilən 
cavablar h
əm də, tam geosiyasi məzmunla dolu idi. Belə bir fakt 
danılmaz idi ki, Rusiya qəfildən təkcə imperiya missioner rolundan 
m
əhrum olmadı, həm də özünün şəxsi modernizatorlarının təzyiqi 
altına düşdü, sosial sahədə geridə qalmış Rusiya ilə inkişafı etmiş 
Avrasiya ölk
ələri  arasında  fərq  daha  aydın  nəzərə  çarpmağa 
başladı.  Bu  isə  tələb edirdi ki, o,  istər ölkə  daxilində, istərsə  də 
beyn
əlxalq arenada inqilabi rolunu məhdudlaşdırsın. Postimperiya 
v
ə  postkommunist  imperiyasının  ilk  xarici  işlər  naziri  olmuş 
Andrey  Kozerev SSRİ dağıldıqdan sonra qeyd edirdi ki, “Bİz artıq 
missionerlik v
əzifəsindən imtina edirik, biz  praqmatizm kursunu 
götürürük, biz tezlikl
ə  belə  bir  anlayışı  qəbul etməli olduq ki, 
geosiyas
ət  ideologiyanı  əvəz edir”. Beləliklə,  SSRİ  dağıldıqdan 
sonra Rusiyada üç himnli geostrateji variant meydana g
əldi. Bu ilk 
növb
ədə  ABŞ-la müqayisədə  Rusiyanın  statusuna  qayğı  ilə 
əlaqədar idi. Bu variantlar aşağıdakılar idi: 
1.  ABŞ-da “kamil strateji” tərəfdaşlığın  prioritet  olması  və 
g
ələcəkdə bunun arxasında qlobal kondominimum şifrələnməsi; 
2.  “Yaxın  xaric”  ləhcəsinin  Rusiyanın  əsas maraq obyekti 
olması, Avropa ilə ABŞ arasında tarazlıq yaratmaqla bəzi imperiya 
maraqlarına  nəzarəti bərpa etməyə  imkan verən dövlət təşkil 
etm
ək. 
3. ABŞ-ın “Avropada mövqeyini alçaltmaqdan ötrü Avrasiya 
antiamerikan alyansı təşkil etmək ki, bu NATO-ya qarşı durmağı 
bacarsın”. 
T
əklif edilən üçüncü variant XX əsrin 90-cı illərinin ortala-
rında  meydana  gəldi.  SSRİ  dağıldıqdan sonra ilk əvvəl Yeltsinin 
mövqeyi bel
ə idi ki, Rusiya Qərb ölkəsidir, Qərbə daha çox söy-
k
ənməlidir. Onun  mövqeyi aşağıdakı nitqində daha çox öz əksini 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə