İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə90/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   86   87   88   89   90   91   92   93   ...   96

 
272 
tapmışdı.  “Rusiya  hər  hansı  formada  yeni  imperiyanın  mərkəzi 
olmağa  çalışmır.  Rusiya  başqalarından  daha  yaxşı  başa  düşür  ki, 
onun bu vaxta q
ədər  oynadığı  rol  onu  xoşbəxt etməmişdir.  Tarix 
biz
ə  öyrədir  ki,  başqa  xalqları  idarə  edən  xalq  özü  xoşbəxt ola 
bilm
əz”.  Lakin tezliklə  Rusiya məsələ  qaldırdı  ki,  dünya  onu  da 
ABŞ-la bərabər səviyyədə  olan dövlət kimi görməli və  dünyada 
baş  verən bütün hadisələrə  münasibət  onun  iştirakı  və  icazəsi 
olmadan h
əll edilməlidir. Təsadüfi deyildir ki ,Yeltsin 1996-cı ilə 
Çin
ə Səfər edərkən elan etdi ki, Rusiya və Çin dünyaya diktə edir. 
Bu bar
ədə  açıq  danışılmasa  da,  üstüörtülü bildirildi ki, Mərkəzi 
Avropa el
ə  bir  region  olmalıdır  ki,  heç  olmasa  siyasi  cəhətdən 
Rusiyaya  yaxın  olsun.  Lakin  belə  bir kursun götürülməsi ölkəni 
daxili v
ə  xarici siyasətdə  realizmdən məhrum etdi. Çünki bu 
siyas
ət xülya idi. ABŞ dünyada hökmranlığını heç vaxt Rusiya ilə 
bölm
əyə  razı  ola  bilməzdi.  Rusiya  dünyada  ABŞ-ın  partnyoru 
olmaq üçün h
ələ  sosial və  iqtisadi cəhətdən çox zəif idi. 
Vaşinqtonun fikrincə, Almaniya, Yaponiya və Çin kiçik ərazilərdə 
yerl
əşsələr də, Rusiyaya nisbətən daha çox nüfuzetmə  qüvvəsinə 
malikdirl
ər.  Bundan  başqa,  bir  sıra  geostrateji  məsələlərdə, 
m
əsələn,  Avropa,  Yaxın  və  Uzaq  Şərqdə  ABŞ-ın  milli  maraqları 
il
ə Rusiyanın milli maraqları da toqquşurdu. 
Siyasi güc, maliyy
ə xərcləri, texniki yenilik, mədəni yüksəliş 
sah
əsində  bu iki dövlət  arasındakı  fərqlər dərhal  fikir  ayrılığının 
yaranmasına,  nəticədə  “kamil  strateji  partnyorluq”  ideyasının  puç 
olmasına səbəb oldu. 
Yuqoslaviya hadis
ələri və ABŞ 
Respublikalarda hakimiyy
ətə yeni hökumətin əvvəlki federa-
siya sistemin
ə yenidən baxılması tərəfdarlarının gəlməsi ilə Yuqos-
laviyanın  parçalanması  prosesi  başlandı.  1991-ci ilin iyununda 
Xorvatiya v
ə Sloveniya özlərini müstəqil və suveren respublikalar 
elan etdil
ər. YSFR bu qərarı qeyri-qanuni hesab etdi. Sloveniyada 
yeni düz
əldilmiş  yerli hərbi hissələrlə  Yuqoslaviya Xalq Ordu-
sunun hiss
ələri arasındakı uzun sürməyən münaqişədən sonra YXO 
onun 
ərazisindən  çıxarıldı.  1991-ci  ilin  oktyabrında  Sloveniya 
ittifaq
dan  ayrıldı  və  bir çox dövlətlər, xüsusilə  ABŞ  tərəfindən 
tanındı.  Xorvatiyada isə  labüd  respublikada  yaşamaq  istəməyən 


 
273 
serbl
ərlə  xorvatlar  arasında  dərhal müharibə  dövründəki hadisə-
l
ərin təkrarlanmağa  başladı. Xorvat dövlətində  yerli  faşistlər 
“usta
şlar” serbləri  amansızcasına  təqib edirdilər. Dini amil – 
provoslav serbl
ər və  katolik  xorvatlar  arasındakı  fərq və 
düşmənçilik üzündən  münaqişə  daha da dərinləşdi.  Serblər 
Xorvatiya 
ərazisində  iki muxtar  serb  respublikasının  yarandığını 
elan etdil
ər və  gələcəkdə  Serbiyanın  tərkibinə  cəhd edəcəklərini 
bildirdil
ər. serblərlə  xorvatlar  arasındakı  hərbi  əməliyyatlar tank, 
aviasiya, artilleriyanın vasitəsi ilə aparılırdı. Bu əməliyyatda YXO 
da iştirak edirdi. 
Sloveniyanın  və  Xorvatiyanın  ardınca  Makedoniya  (1991-ci 
ilin  noyabrı)  Bosniya  və  Hersoqovina (1992-ci  ilin  yanvarı)  öz 
müst
əqilliklərini  elan etdilər. bundan sonra yerdə qalan iki respub-
lika  –  Serbiya v
ə Çernoqoriya paytaxtı Belqrad olan Yuqoslaviya 
İttifaq  Respublikasını  yaratdılar.  Makedoniyanın  ayrılması  dinc 
yolla oldu. Bosniya v
ə  Hersoqovinada isə  üç icma-serb, xorvat, 
müs
əlman  icmaları  arasında  münaqişə  başlandı.  Müsəlmanlar 
vahid dövl
ətin saxlanması uğrunda çıxış etdirdilər. Serblər Bosniya 
v
ə  Hersoqovina  Serb  respublikasını,  Xorvatlar  Herseq-Bosniya 
xor
vat  respublikasını  təşkil  etdilər. Rusiya serbləri,  ABŞ  isə  xor-
vatla
rı müdafiə edirdi. 
Amansız  xarakter  almış  silahlı  münaqişə  Xorvatiya və  Ser-
biya
nın  işə  qarışması  nəticəsində  daha da kəskinləşdi.  Müsəl-
manlarla xorvatlar birlikd
ə çıxış edirdilər. “Misilsiz müsəlman soy-
qırımı”  beynəlxalq aləmdə  böyük  əks-səda  doğurdu.  BMT-nin 
T
əhlükəsizlik  Şurası  və  Aİ  Yuqoslaviyada  vəziyyəti  normallaş-
dırmaq üçün tədbirlər gördülər. 
Buraya BMT-nin sülh m
əramlı qüvvələri göndərildi. Rusiya 
Serbiyanı müdafiə etsə də, Qərb dövlətləri, ilk növbədə ABŞ Serbi-
yanı  münaqişəsinin  günahkarı  elan etdi, ona və  Çernoqoriyaya 
qarşı bu respublikaların həyatına ağır təsir edən iqtisadi sanksiyalar 
t
ətbiq etdi. ABŞ-ın fəal müdaxiləsi ilə bölgədə sabitliyin və sülhün 
b
ərqərar  olması  üçün  1995-ci  ilin  dekabrın  17-də  Deyton sülh 
müqavil
əsi bağlandı. 
Düny
a sosializm sistemi dağılandan sonra Yuqoslaviya əsas 
münaqişə  mənbələrindən yenə  də  birinə  çevrildi. 90-cı  illərin 


 
274 
sonunda Balkanlarda yeni müharib
ə  başladı.  1998-ci ilin mart 
ayında  Kosovada  keçirilən prezident və  parlament seçkilərinin 
n
əticələrini Belqrad qəbul etmədi.  Kosovalıların  gizli  Kosovo 
azadlığı ordusu fəal hərbi döyüşlərə başladı və Qraxovats şəhərini 
işğal etdi. Şəhəri azad etmək üçün  Yuqoslaviya ordusu ağır silah 
növl
ərindən  istifadə  edərək  Kosovo  azadlıq  ordusunu  Albaniya 
s
ərhədlərinə  sıxışdırdı.  Münaqişəni  dayandırmaq  məqsədilə  Yu-
qoslaviya r
əhbərliyi ilə BMT, ATƏT, əlaqə qrupu və NATO-nun 
timsalında  beynəlxalq  birlik  arasında  danışıqlar  başlandı.  Yuqos-
laviyanın prezidenti S.Miloşeviç Kosovaya muxtariyyət statusunu 
qaytarmağa razı olduğu bildirdi. Ancaq Kosovo azadlıq ordusunun 
komandanlığı  müstəqillik tələb edirdi. NATO ölkə  ərazisinə  öz 
qoşunlarını yeritməyin zəruri olduğunu bildirərək, siyasi məsələnin 
h
əllini gələcəyə  saxlamağa  təklif  etdi.  BMT  TŞ  Yuqoslaviya  or-
dusunun at
əşi dayandırması haqqında qətnamə qəbul etdi. 1999-cu 
ilin fevral ayında Parisdə Rambuye qəsrində danışıqların “sonuncu 
m
ərhələsi” başladı. Yuqoslaviya nümayəndə heyəti təqdim olunan 
müqavil
əni imzalamaqdan imtina etdi. Albaniya nümayəndəliyi 
birt
ərəfli qaydada müqaviləni  imzaladı.  Beləliklə,  danışıqlar 
pozuldu. 1999-
cu  ilin  martın  25-nə  keçən gecə  NATO  aviasiyası 
Yuqoslaviyanın  hərbi obyektlərini  bombalamağa  başladı.  NATO 
öz mövcudluğunun əlli ili ərzində ilk dəfə BMT TŞ-nın sanksiyası 
olmadan suveren dövl
ətin  ərazisini bombardman etdi. Bu həm 
BMT v
ə  həm də  NATO nizamnaməsinə  zidd bir hərəkət idi. 
NATO-nun bu h
ərəkəti Çin və  Rusiya tərəfindən ciddi tənqid 
edildi.  Bombardmanların  başlaması  nəticəsində  yerli  əhali öz 
yaşayış yerlərini tərk etdi. Qaçqınlar dəstəsi Albaniya, Makedoniya 
v
ə Çernoqoriyada yerləşdilər.. Yuqoslaviya üzərinə 78 gün davam 
ed
ən hava hücumu nəticəsində  Belqradda 1000-ə  yaxın  hərbi və 
mülkü obyekt dağıdıldı, dinc əhalidən 2 mini öldü, 7 mini yaralan-
dı. 
H
ərbi  əməliyyatların  gedişində  dinc nizama  salma üçün 
yollar axtarılmağa başlandı. 1999-cu ilin iyununda BMT Təhlükə-
sizlik Şurasının qətnaməsinə əsasən Kosovadan serb ordusu çıxa-
rılmalı  idi.  Həmçinin NATO tərəfindən bombardmanlar dayan-
dırılmalı, ölkəyə sülhməramlı qüvvələr, o cümlədən Rusiya silahlı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə