263
b
əyəndikləri göstərmək istəyirdilər. Təsadüfi deyildir ki, 2003-cü
ilin martında ABŞ İraqa qarşı müharibəyə başladıqda bu üç dövlət
“razılaşmış koalisiya”nın tərkibində İraqa qarşı müharibəyə
girdil
ər. Halbuki İraqa qarşı əməliyyat heç də Əfqanıstandan fərqli
olaraq NATO-
nun missiyası deyildi. Ona görə də bu üç dövlətin bu
müharib
ədə iştirakı Vaşinqton tərəfindən razılıqla qarşılandı. O,
zaman Pentaqonun başçısı olan Donald Ramsfeld bu hadisə ilə
əlaqədar Avropanı “yeni” və “köhnə” hissələrə bölmüşdü. O, de-
yir
di ki, çoxları Avropa dedikdə, Almaniya və Fransanı dərhal göz
önün
ə gətirirlər. Lakin bu artıq köhnə Avropadır. Əgər NATO-nun
x
əritəsini nəzərdən keçirsək, görərik ki, Avropanın ağırlıq mərkəzi
artıq onun Şərq hissəsinə düşür.
Vaşinqtona sədaqət Polşa və Çexiyanın öz ərazilərində ABŞ-
ın raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsinə razılıq
verm
əsində də özünü göstərirdi.
Polşa, Çexiya və Macarıstan NATO-nun bütün müasir
əməliyyatlarında iştirak edirlər. Macarıstan ərazisində NATO-nun
əsas döyüş qüvvələri keyfiyyətində olan Hərbi Hava Qüvvələri
bazalarının yerləşdiyi ölkələrindən birinə çevrildi.
Bu m
əsələ ilə əlaqədar Rusiya ilə münasibətlərin kəskinləş-
m
əsi bu dövlətləri o qədər də narahat etmirdi. Varşava və Praqanı
narahat ed
ən səbəblər başqa idi. ABŞ-da Barak Obamanın haki-
miyy
ətə gəlməsi ilə bu məsələyə münasibət də dəyişdi. Barak Oba-
ma Rusiyaya münasib
ətdə ehtiyatlı olmağı vacib hesab edərək bu
m
əsələdən yayınmalı oldu. Bundan başqa NATO-nun üzvü olan
dövl
ətlərin xarici işlər nazirlərinin 2009-cu ilin mart ayının 5-də
olan görüşündən sonra alyans yenidən üzünü Rusiyaya çevirməli
oldu.
Xarici işlər nazirləri razılığa gəldilər ki, NATO-nun Stras-
burq v
ə Keldə olan sammitlərindən sonra mümkün qədər tezliklə
NATO-Rusiya birg
ə işinin rəsmi statusunu bərpa etmək lazımdır.
Polşa, Çexiya, Macarıstanı ən çox qorxudan cəhət odur ki,
Alyans Moskva il
ə dialoqda onların maraqlarını qurban verə bilər.
Bu h
əyəcan ABŞ-ın dövlət katibi Hillari Klintonun çıxışında da
hiss edilirdi. H.Klinton bildirirdi ki, biz NATO üzr
ə bütün
mütt
əfiqlərimizlə əməkdaşlıq etmək və onları bütün hallarda müda-
fi
ə etmək fikrindəyik. Bizə həm də bəzi Şərqi Avropa ölkələrinin
264
narahatlığı da yaxşı məlumdur. Onlar Rusiya ilə münasibətdə
böyük t
əcrübəyə malikdirlər. Bu səbəbdən də onlar NATO ilə
Moskva, ABŞ-la Rusiya arasında istənilən dialoqdan ehtiyat
edirl
ər. H.Klintonun bu etirafına baxmayaraq, təəccüblü deyildir
ki, geosiyasi oyunda x
əritələrin ölçüsündə Şərqi Avropa
ölk
ələrində yenə də qorxu yaşamaqda davam edir.
Çexiya respublikasında belə hesab edirlər ki, ölkənin əsas
nailiyy
ətlərindən biri onun NATO-ya qəbul edilməsidir. Çexiyanın
xarici işlər naziri Karl Şvartsenburq öz çıxışında qeyd edirdi ki, 90-
cı illərdə regionda demokratik dəyərlərin bərpa edilməsində
NATO-nun rolu “son d
ərəcə mühüm” rol olmuşdur. Onun fikrincə,
Avropada d
əmir pərdə götürüldükdən sonra da NATO-nun öz
f
əaliyyətini davam etdirməsi onların ən böyük uduşlarından biridir
v
ə bu yeni təhlükələrə əks-təsir göstərir.
Çexiya, Polşa və Macarıstan NATO-ya qəbul edildikdən
d
ərhal sonra NATO-nun əsas hərbi əməliyyatlarından birində-
Kosovo böhranının aradan qaldırılmasında da iştirak etdilər. Bu
onu sübut edirdi ki, alyans müv
əffəqiyyətlə yeni eraya uyğunlaşır.
ABŞ həmçinin belə hesab edir ki, raket əleyhinə müdafiə
sisteml
ərinin obyektlərini də Şərqi Avropada yerləşdirə bilər. O, on
(10)
ədəd raketi əvvəlcədən saxlayan qurğunu Polşada yerləş-
dirm
əyi nəzərdə tutmuşdur. Çexiyada isə radar qurğuları yerləş-
dirm
ək qərarına gəlmişdir. Vaşinqton bunu İran tərəfindən təhlü-
k
ənin gözlənilməsi ilə motivləşdirsə də, bunun Rusiya ilə əlaqədar
olması şübhəsizdir. Bu sistemlərin 2011-2013-cü illərdə yerləş-
dirilm
əsi nəzərdə tutulmuşdur. Aydındır ki, Rusiya bu məsələyə
k
əskin etirazını nümayiş etdirməyə bilməzdi.
Söhb
ət geosiyasət haqqında getdikdə bəzən situasiyanın
q
əbuledilməzliyi haqqında fikir söyləyirlər. Lakin beynəlxalq real-
lıq sübut edir ki, heç bir geosiyasətin xarakterik xüsusiyyətlərini
özünd
ə əks etdirən uzunmüddətli strategiyadan söhbət gedə bil-
m
əz. Ona görə də ən böyük dövlət belə tam şəkildə geosiyasi
m
ənliyə malik deyildir və yaxın gələcək üçün də onun belə qalması
ehtimal olunur. Avropa v
ə ABŞ-da siyasi mərkəzlərin maraqları
göst
ərir ki, ABŞ-Rusiya münasibətlərinin yüklənməsi nə az, nə də
çox, h
ər şeydən əvvəl, Şərqi Avropada yeni geosiyasi situasiya
265
yaranmasına səbəb olur. Buraya həmçinin Mərkəzi və Cənubi-
Şərqi Avropanı da aid etmək məqsədəuyğun olardı. Ona görə də bu
ölk
ələrin liderləri Barak Obamadan xahiş edirlər ki, ABŞ onların
maraq
larını qorusun, onları Rusiyaya “təhvil verməsin”. Həqi-
q
ətənmi, Rusiya NATO-nun həqiqi üzvləri üçün də mühüm təhlükə
m
ənbəyi olaraq qalır? ABŞ-ın Şərqi Avropa siyasəti bütövlükdə
götürüldükd
ə səmərəli xarakter daşıyır və Rusiyanı Şərqi Avropa-
dan k
ənarlaşdırmağa xidmət edir. Şərqi Avropa dövlətləri də
Fransa, Almaniya, Böyük Britaniyaya etibar etm
ədiklərini bildirir,
a
ncaq ABŞ-a söykəndiklərini etiraf edirlər. Bu isə ABŞ-a imkan
verir ki, yuxarıda adlarını qeyd etdiyimiz dövlətlərin Şərqi Arvo-
paya t
əsirini məhdudlaşdıran istənilən layihəni irəli sürsün. Lakin
Almaniya v
ə Fransa tezliklə ABŞ-ı yeni keyfiyyətdə - “xarici”
siyas
ət məsuliyyətini məhdudlaşdıran bir dövlət kimi təqdim
etdil
ər. Şübhəsiz ki, ABŞ Rusiyanın Şərqi Avropaya təsirinin
m
əhdudlaşmasında kifayət qədər böyük rol oynamışdır. Lakin
N.Sarkozi d
ə Avropanı Rusiya təcavüzündən qoruyan “xilaskar”
kimi tanındı. Məhz Sarkozinin fəal mövqeyi Merkelin Rusiya-
p
ərəst mövqeyi ilə birləşərək Avropada anti-amerikan ictimai
r
əyinin formalaşmasına təkan verdi. ABŞ-ın Qafqazda məğlu-
biyy
əti ABŞ-ın qüdrətinin tənəzzülünün güclü siqnalı idi. Avropa-
da ABŞ üçün təhlükəli olan proseslər baş verməyə başladı. ABŞ
özünün
əvvəlki mövqeyini qaytarmaq üçün bütün siyasi resursla-
rını təqdim etməli oldu. Şübhəsiz, Avropa müxtəlif regionlarda
gözl
ənilməz hadisələr gözləyir. Hər halda istənilən layihədə ABŞ
v
ə Aİ birlikdə çıxış etdikləri zaman dünya siyasətinin iki sahəsi
arasında mübarizə baş verir. Hər bir partnyor digər partnyoru sıxış-
dırmağa cəhd edir.
Dünyanın iki güc mərkəzi olan ABŞ və Rusiya dövlət sərhəd-
l
ərinin yenidən düzəldilməsində maraqlıdırlar. Lakin əməli olaraq
ancaq ABŞ fəal regional siyasət həyata keçirmək imkanlarına
malikdir. Bu dokt
rina ABŞ-ın xarici siyasətində avanqard rol oyna-
yır. ABŞ təkcə Yaxın Şərq və Cənubi Asiyanın deyil, həmçinin
Avropanın da bölünməsini istəyir. Avropalılar bu meylin əleyhinə
olsalar da, h
ələlik onun qarşısını almağa tam hazır deyillər.
Mahiyy
ət etibarilə ABŞ çalışırdı ki, partnyorların yeni sırasını
Dostları ilə paylaş: |