İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   2   3   4   5   6   7   8   9   ...   96

 

Bu proqramın əsl mahiyyətini ABŞ prezidenti Trumen 1946-
ci il 23 oktyabr tarixind
ə  BMT-nin xüsusi  assambleyasında  qeyd 
etdi,  beyn
əlxalq  tribunada  ABŞ-ın  gücünü  alqışlayaraq  məc-
buriyy
ət  qarşısında  qalaraq  bu  gücün  ümumbəşəri dəyərlərə  və 
haqq-
ədalət naminə istifadə olunacağını bəyan etdi. O göstərdi ki, 
“Dünyanın  hər  hansı  bir  yerində  sülhün  pozulması  məqsədi ilə 
h
ərbi əməliyyatların tətbiq edilməsi qəti surətdə yol verilməzdir və 
bu  Amerika 
xalqının maraqlarına qətiyyən uyğun gəlmir.  Tarixin 
ge
dişi  bizi  dünyanın  ən güclü dövlətlərindən birinə  çevirdi.    Bu-
nunla da bizim üz
ərimizə öz potensialımızı qorumaq və bu poten-
sialı,  gücü ümumbəşəri dəyərlər,  ədalət naminə  istifadə  etmək 
m
əsuliyyəti düşür” 
H
ələ Trumen dünyanın “rəsmi” şəkildə idarə edilməsi ideya-
sını  elan  etməmişdən  əvvəl  bu  proqram  ABŞ  imperialist  dairə-
l
ərində elə bir dərin kök atdı ki, bu kök vasitəsi ilə Avropada SSRİ-
y
ə  qarşı  xüsusi  bir  siyasi  kurs  müəyyənləşdirdi.  Bu kurs Qərbi 
Almaniyada sovetl
ərə qarşı iqtisadi, hərbi bazanın yaradılmasından 
ibar
ət idi ki, gələcəkdə baş verə biləcək hər hansı “sovet təhlükəsi” 
zamanı ABŞ ondan bir bufer kimi istifadə etmək fikrində idi.  
Bel
əliklə  təcridçiliyin  ağır  “buxovlanmış”  yüklərindən qur-
tul
maqla ABŞ dünyada yeganə fövqəl dövlətə, yəni super dövlətə 
çevrilm
ək məqsədi ilə  “ümumbəşəri dəyərlərin və  beynəlxalq 
hüququn  qorunması”  bayrağı  altında  təcavüzkar  hərbi bloklar 
yaratmaq, beyn
əlxalq hərbi bazalar sistemi yaratmağa can atmaqla 
özünün  dünyanı  yeganə  hegemon dövləti olmasını  göstərməyə 
çalışırdı.  
İkinci dünya müharibəsi özü ilə çox böyük bəlalar və fəsadlar 
g
ətirmişdir  ki,  bu fəsadların  yaraları  hələ  də  sağalmamışdır. 
Bunlardan 
ən başlıcası və ən əsası nüvə silahıdır.  
Yarandığı  vaxtdan  bu  günə  kimi nüvə  silahı  və  onun  ən 
qorxunc v
ə  ən təhlükəli növü olan atom silahı  qorxunc  ölüm 
t
əhlükəsinə  çevrilib yer üzünün əşrəfi  sayılan  insanı  kölgə  kimi 
izl
əməyə  başlamışdı.  Onun  yaranması  ilə  dünyamız  rahatlığını 
itirdi, gec
ələr atom “yastığına” baş qoyub narahat yatmağa başladı. 
Ümumi evimiz Yer kür
əsi çox kövrək oldu. 


 

Nüv
ə  silahının  ərsəyə  gətirilməsində  və  tətbiq 
edilm
əsindəABŞ-ın  “xidmətləri”  əvəzsizdir.  Bu onun  1845-ci ilin 
avqustunda Yaponiyaya üz
ərində tətbiq edilməsində və gizli hərbi 
planların hazırlanmasında, atomum tətbiq ediləsi barəsində dövlət 
əhəmiyyətli sənədlərin ortaya çıxmasında özünü göstərir. 
1941–
ci  ilin  payızında  F.Ruzvelt  ABŞ-da  atom enerjisinin 
inkişafına  dair  təkilflər  işləyib  hazırlamaq  üçün  xüsusi  komitə 
t
əyin etdi.  O komitəyə  vitse-prezident Q.  Uolles,  hərbi nazir 
Q.Stimson 
ordu  ştabının  rəis  generalı  C.Marşall,    professorlardan 
V. B
uş, C.Konant daxil oldular.  
40-
cı  illərin  əvvəllərində  ABŞ-ın  müxtəlif elmi laborato-
riyalarında tədqiqatlar aparılırdı.  Dövlət artıq özü birbaşa bu mə-
s
ələ ilə, yəni atom silahına yiyələnmə məsələsinə ciddi yanaşırdı. 
Bu işdə ona İngiltərə fəal surətdə köməklik edirdi. Hər iki ölkənin 
müt
əxəssisləri  xüsusi bir layihə-“Manhetten layihəsi”  hazırladılar 
ki,  bu layih
ə üzrə aparılan işlərə general Pesle Qrovs rəis, Robert 
Oppenqeymer elmi r
əhbər təyin edilmişdi.  
Bu plan üzr
ə  ilk nüvə  silahları  kompleksləri(NSK)1942-
1943-cü ill
ərdə tikilməyə başlandı. Onlardan Riçlend istehsal kom-
p
leksi(Vaşinqton  ştatı) ,  Okric  kompleksi  (Tennesi  ştatı),  Los-
Alemos 
laboratoriyası  (Nyu-Meksika  ştatı)  Sandiya və  Lourens 
adına Livermors laborotoriyalarını misal göstərmək olar. Xüsusilə 
Los-Alemosda v
ə  Livermorsda 1945-ci ildə  100  çeşiddə  nüvə 
si
lahı  və  onların  modifikasiyaları  hazırlanmışdı.  1945-ci  ilin  
aprelin12-d
ən  prezident olan Harri Trumen ictimaiyyətdən gizli 
sur
ətdə  saxlanılan  bu  silahın  hazırlanmasından  xəbərdar deyildi. 
H
ərbi nazir Stimson bu haqda ona məlumat verdikdən sonra 
Trumen  onunla 
ABŞ-ın dünyanın yeganə fövqəl dövləti olacağını 
əmin idi və  onun  perspektivlərinin  beynəlxalq arenada,  xüsusilə 
SSRİ-yə qarşı, necə böyük əhəmiyyətinin olacağına qətiyyən şübhə 
etmirdi.  
Z
aman  artıq  yetişmişdi  ki,  atom bombası  haqqında  geniş 
amerikan ictimaiyy
ətinə  məlumat vermək  lazım  idi.  Bu  elə 
edilm
əli  idi ki,  ABŞ-ın  nüvə  şantajı  konsepsiyası  ilə  qidalanan 
xarici siyas
ətinə  haqq  qazandırılsın.    Bəs nə  etməli? Trumen bu 
haqda çox fikirl
əşmədi.  Dünya kapitalizm  düşərgəsində,  eləcə  də 


 

ABŞ-da  insanların  dini  heysiyyatından  məharətlə  istifadə  edildi. 
“Tayms”  q
əzetində  bu haqda nəzərə  çatdırıldı  ki,  BİBLİYADA 
atom bom
basına  haqq  qazandırmaq  üçün  orada  “alovlu  (yan-
ğınlı)məhv edilmə” ibarəsi var . 
Öz  memuarlarında  Trumen  etiraf  edirdi” yeni silah təkcə 
müharib
ədə inqilab deyil, həm də tarixi və sivilizasiyanın axarını 
d
əyişəcəkdir” 
B
u  konsepsiya  ABŞ-ın  müharibədən  sonrakı  strateji 
planlarında  nüvə  silahlarından  istifadəni nəzərdə  tuturdu,  təşkil 
edirdi. 
Amerika diplomatiyasının veteranı C.Kennan o günləri yada 
salaraq  yazırdı:  Biz beynəlxalq  formada  çıxış  etdiyimiz  zamanda 
atom  silahının  tərxis  edilməsi barəsində  güzəştlərə  getməyi söz 
verdik. Lakin h
ər şey aydın idi. . . . . . ki, biz bu silah ilə öz müdafiə 
strukturumuzu t
əsis etmək və  silahdan ilk olaraq istifadə  etmək 
niyy
ətindəyik”.  1945-ci ilin iyulun 16-da  ABŞ  özünün  ilk  atom 
silahını  Los-Alemos səhralığında  sınaqdan  keçirdi.  Bu  sınaq 
b
əşəriyyət tarixində yeni eranın - atom erasının əsasını qoydu 
ABŞ 1942-1946-cı illərdə  atom bombasının hazırlanmasına 
2 milyard dollar v
əsait xərcləmişdi.  ABŞ-ın  artıq  dünyada 
hegemonluq  iddiasında  olmasını  bildirmək məqsədi ilə  Yapo-
niyanın  Xrosima  və  Naqasaki  şəhərlərinə  növbə  ilə  1945-ci ilin 
avqustun 6 v
ə 9-da atdığı atom bombası atması bir çox dövlətlər, 
xüsusil
ə SSRİ tərəfindən böyük narazılıqla qarşılandı. Verilən hər 
bir t
əklif ABŞ-ın “atom diplomatiyası” siyasətinə zidd olduğu üçün 
o bunu q
əbul etmədi. “Qüvvələr mövqeyi” siyasətini rəhbər tutan 
ABŞ  beynəlxalq problemlərin həllində  atomdan bir vasitə  kimi 
istifad
ə etmək istəyirdi.   
Atom üz
ərində  ABŞ-ın  inhisarının  ömrü  o  qədər də  uzun 
olmadı.  Belə  ki 40-cı  illərin  sonlarında  dünyada  mühüm  bir 
d
əyişiklik  oldu:  ABŞ  bu  inhisar  hüququnu  itirdi.  1949-cu il 
sentyabr ayının 25-də SİTA-nın məlumatında göstərilirdi ki, Sovet 
İttifaqı  atom  silahının  sirlərini kəşf  etmişdir  və  artıq  bu  silaha 
malikdir.  
1983-
cü  ilin  yazında  “İnterneşnıl  sekyuriti”  (ingliscədən- 
beyn
əlxalq mühafizə) jurnalının “kütləvi qırğın potensialının tarixi; 
1945-1960-
cı illərdə nüvə silahı və amerikan strategiyası” başlığı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə