İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   2   3   4   5   6   7   8   9   ...   96

 
12 
etm
ək üçün proqram hazırlamaq və lazım olan anda ondan istifadə 
etm
ək nəzərdə tutulurdu.  
Direktivl
ərdə  sovetlərin təsiri  altında  olan  dünya  kom-
munizmi il
ə  mübarizə  aparmaq üçün nəhəng maliyyə  fondu 
yaratmaqdan da b
əhs edilirdi.  
MTŞ-nın hazırladığı digər  bir plan isə 1948-ci ilin sentyabrın 
16-da Trumen t
ərəfindən imzalanan 30 nömrəli direktiv idi. Burada 
qeyd olunurdu ki,  “h
ərbi qüvvələr özlərinin əllərində olan bütün 
imkanlardan,  a
tom silahı da daxil olmaqla, effektiv və səhvsiz bir 
şəkildə istifadə etməyə hazır olmalıdır və bunun əsasında da növbə 
il
ə ardıcıl strateji planlar hazırlamağa borcludurlar”. 
1948-ci ild
ə  şuranın  10/2  nömrəli direktivində  isə  yalnız 
müharib
ə  vaxtında  deyil,  sülh  şəraitində  belə “fayda verə  biləcək 
m
əsələlər”  qeyd  olunmuşdur:  ”Təbliğat  da daxil olmaqla gizli 
əməliyyatlar təşkil  etmək; iqtisadi müharibə; sabotajla birgə 
qabaqlayıcı  tədbirlərin görülməsi  düşmən ölkələrə  qarşı  təxribat 
xarakterli işlərin yerli hərəkatlara kömək etmək prizması ilə təşkili 
burada öz 
əksini tapmışdı. Bütün bu tədbirlər elə görülməli idi ki, 
onun t
əşkilatçısı-ABŞ-ın adı bu işlərdə hallanmasın. Əksinə, onun 
üz
ərində  hər  hansı  şübhələr olarsa,  ABŞ  bunu  mütləq  bir  şəkildə 
inkar etm
əlidir.  
Direktivl
ərin  hazırlanmasında  yaxından  iştirak  edən yüksək 
çinli şəxslər sovetlər üzərinə atılacaq atom bombasının zamanının 
gecikdirilm
əməsini israrla təkid edirdilər.ABŞ  ordu  naziri  höku-
m
əti  inandırmağa  çalışırdı  ki,:  “Biz  silah  hazırlamaq  üçün    atom 
enerjisin
ə ölkə məxaricinin 98%-ni sərf edirik. Əgər biz onu indi 
istifad
ə etməyəcəyiksə, o zaman bu işlərin heç bir mənası yoxdur”.  
1948-
ci  ilin  ortalarında  “Çarioter”  şərti  adı  altında  plan 
hazırlandı. Müəyyən olunmuş 70 sovet şəhərinə 133 atom bombası 
atılmalı  idi.  (bu rəqəmlər 1948-ci ildə  tərtib olunan “Troydjen” 
əməliyyatında təsdiq olunmuşdu). Onlardan 8-i Moskvaya və 7-si 
Lelinqrada endirilm
əli idi.  Sonradan bu plan komplektləşdirilmiş 
şəkildə  “Xafmun”,  sonra  “Flitvud”  planı  ilə  əvəzləndi.  Sonuncu 
plan da öz növb
əsində “Dablstar” planı ilə əvəz edilmişdi.  
ABŞ bu minvalla qızğın bir şəkildə müharibəyə hazırlaşırdı. 
Dünya böyük bir t
əhlükə ilə artıq üzbəüz qalmışdı. SSRİ-yə qarşı 


 
13 
hazırlanan planlar bir-birlərini əvəz edirdi. Hətta ABŞ iqtisadiyyatı 
h
ərbi relslər üzərinə  keçirilmişdir.  Baş  verə  biləcək nüvə 
müharib
əsinə  Qərbi Avropa dövlətlərini  də  cəlb etmək üçün bir 
sıra  işlər  görülmüşdü.  Lakin  1949-cu  ilin    sentyabrın  3-də  bom-
bardmançı təyyarə B-29 sakit okeanın şimalı ilə uçarkən radioka-
tivliyin yüks
əlişini müşahidə etdi. SSRİ artıq atom silahına malik 
olduğu aydın idi.  
ABŞ-ın  dünyada  yekdil  şəkildə  hegemon olmaq istəyi  və 
ümidl
əri  artıq  puç  olmuşdu.    Atom  silahı  üzərində  mono-
polist(inhisar-red)  hüqu
q  artıq  itirilmişdi  və  əvvəlcədən  hazırlan-
mış strateji konsepsiyalara yenidən baxmaq lazım idi. Onlar artıq 
yeni strateji hücum 
planları üzərində işləməyə başladılar. Planlarda 
əsaslı  şəkildə  dəyişiklik  edildi.  Artıq  planın  əsas xəttini ilk zərbə 
deyil, 
əks-zərbə konsepsiyası təşkil edirdi. Müharibənin yeni tarixi 

əyyən olundu: 1950-ci il 1 yanvar.  Plana görə 100 sovet şəhə-
rin
ə 300 atom bombası və 20 min ton çəkiyə malik adi müxtəlif cür  
silahların tətbiqi nəzərdə tutulurdu. Yeni plana “Troyan” şərti adı 
verildi. 
Lakin  baş  verə  biləcək hadisələr analiz olunarkən məlum 
oldu ki, bombardmandan sonra itkil
ər və fəsadlar çox böyük olacaq, 
q
əfil endiriləcək zərbələrdən (sovetlər tərəfindən  -red)sığortalan-
maq v
ə  qorunmaq mümkün olmayacaq.  Bunun nəticəsində  də 
Britaniya  adalarında  yerləşəcək bazalar məhv ola bilər və  Qərbi 
Avropanın müdafiə sisteminin qurulması şübhə altında olar. ABŞ 
HHQ-
İ (hərbi –hava qüvvələri)komandanlığı məruzə edərək qeyd 
etdi  ki:    “Troyan”  planı  əsasında  mütəşəkkil  şəkildə  hərbi-hava 
hücumları  və  aviozərbələrin endirilməsinin təşkili  imkanlar  xari-
cind
ədir;  ABŞ  və  Alyaskanın  hava  hücumundan  müdafiə 
t
əhlükəsizliyini təmin edə  bilməz. . Beləliklə  yalnız  arifmetika 
(hesab-red) 
dünyanı müharibədən xilas etdi.  
1950-ci ilin   avqustun 15-d
ə  QRBK xüsusi plan üzərində 
işləməyi sona çatdırdı. Burada ilk növbədə Sovet İttifaqının atom 
silahının  istehsal  etdiyi  həyati  əhəmiyyətli obyektlərinin məhv 
olunması, 2-ci növbədə sovet hərbi qüvvələrinin hərəkətini müm-
kün q
ədər ləngitmək,  3-cü növbədə  isə  yanacaq  istehsal olunan 

əssisələri atom zərbələri ilə məhv etmək nəzərdə tutulurdu.  


 
14 
Araşdırılan  direktivlər içərisində  MTŞ-nın  68  nömrəli 
direktivi seçilir ki, 
onun hazırlanmasına rəhbərliyi P. Nitse etmişdir. 
O,  R.
Reyqanın  dövründə  nüvə  silahlarının  tərki-silah edilməsi 
m
əsələsi üzrə  aparılan  amerikan-sovet  danışıqlarında  ABŞ  nüma-
y
əndə  heyətinin rəhbəri təyin  olunmuşdu.  Bu direktiv Trumen 
t
ərəfindən 1950-ci ilin 30 sentyabrında  təsdiqləndi.  Bu  sənədin 
başlıca mənası bu idi: “Daha çox qorxu və təşviş əhval-ruhiyyəsi 
yaratmaq v
ə  təşkil  etməklə  ABŞ  ictimaiyyətinin militarist 
psixozuna t
əsir etmək”.  MTŞ-68 direktivi əsasında  təşkil  edilən 
memorandumların  müəllifləri  yazırdılar:  “Sovet təhlükəsi nəticə-
sind
ə ABŞ–ın təhlükəsizlik tədbirləri yüksək səviyyəyə çatdı.  
Göründüyü kimi,  bu direktivl
ər  çox məharətlə  və  proqramlı 
bir şəkildə hazırlanmışdı. Onlar təkcə silahlanmanın artırılması və 
müharib
əyə  hazırlığı  deyil,  həm  də  “sovet  sisteminin daxildən 
m
əhv edilməsi”, açıq “psixoloji müharibə aparmaq”, “siyasi, iqti-
sadi, psixoloji müharib
ə çərçivəsində gizli vasitələr və metodlardan 
istifad
ə  etməklə  təbliğat  və  əməliyyatların  keçirilməsi”ni  də 
n
əzərdə  tuturdu.    Beləliklə,  “Qarşısını  alma” siyasəti “daimi 
m
əcburiyyət” siyasəti kimi xarakterizə  olunurdu.  Direktivin 
sonunda qeyd olunan m
əsələlər 30 il sonra olacaq “Reyqan üslubu” 
kimi eşidilirdi: 
1.
“Biz çox güclü olmalıyıq.  Necə ki, bizim prinsiplər milli 
h
əyatda möhkəmlənir.  Bu cür bizim iqtisadi və  hərbi gücümüz 
inkişaf etməlidir.  
2.
Biz  azad  dünyanın  iqtisadi  və  siyasi sisteminin qurul-
masında 1-ci olmalıyıq.  
3.Prinsipl
ərimizin  möhkəmləndirilməsindən  savayı  bizim 
işlərimiz və siyasətimiz sovet sistemininkindən köklü surətdə fərqli 
bi
r şəkildə olmalıdır.  
  H.Trumenin prezidentliyinin sonuncu ili atom müharib
ə-
sinin baş verməsi üçün artıq real görünürdü.  Koreyaya müdaxiləni 
t
əşkil  edən  ABŞ  hakim  dairələri müharibənin  biabırçı  məğ-
lubiyy
ətindən  çıxış  yolları  axtarmağa  başlamışdılar  ki,  son anda 
atom vasit
əsi ilə  şantaj  edilmə  üsulu gündəmə  gəldi.  1952-ci il 
yanvarın  27-də  ABŞ  prezidenti  Eyzenhauer  yazırdı:  “Mənə  belə 
hesab edir
əm ki,  hal-hazırda  ən düzgün qərar Moskvaya 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə