İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   10   11   12   13   14   15   16   17   ...   96

 
42 
qaytara bildi. Lakin aprelin 22-29-
da  Şimal  ordusunun  hücuma 
başlaması ilə BMT ordusu çox çətin bir vəziyyətdə qaldı.  
  1951-
ci il aprel ayının 11-də Trumenin qərarı əsasında Duq-
las Makartur Uzaq Şərqdəki ABŞ ordu komandanlığından və BMT 
ordusunun  baş  komandanlığı  vəzifələrindən  uzaqlaşdırıldı. Bunun 
s
əbəbləri çox idi. Başlıcası isə bunlar idi ki, Makartur diplomatik 
s
əviyyədə  Çinin homindan hökumətinin  başçısı  Çan-Kayşi  ilə 
görüşmüş, Koreyada olan Çin könüllülərinin sayı və onların iştirak 
etdikl
əri  əməliyyatlar barədə  Trumenə  məruzə  ilə  bildirməmişdi. 
Bundan 
əlavə, Makartur israrla hökumətə bildirirdi ki, Çinə  qarşı 
atom silahı tətbiq edilməlidir. Lakin Trumen müharibənin Koreya 
s
ərhədlərindən kənara çıxmasını və bunun məntiqi sonu kimi SSRİ 
il
ə nüvə münaqişəsinə girmək istəmirdi. Trumen `baş komandanlıq 
s
əlahiyyətlərinin bu yolla Makarturun əlinə  keçməsini də 
arzulamırdı.  Bu  səlahiyyətlər bilavasitə  Trumenin özünə  məxsus 
idi.  Makartur  uzaqlaşdırıldıqdan  sonra  onun  yerini  8-ci ordunun 
komandanı general Metyu Ricyuen tutdu.  
 
Artıq  1951-ci  ilin  may  ayının  16-da  Şimal  ordusu  ümumi 
şəkildə cəbhə boyu hücuma başladı. Lakin BMT ordusu və Cənub 
ordusu il
ə birgə hücumların qarşısını ala bildi. Şimal ittifaqı 38-ci 
paraleld
ən  şimala  doğru  sıxışdırıldı.  1951-ci  ilin  iyun  ayında 
müharib
ə  artıq  özünün pik  nöqtəsinə  çatmışdı.  Artıq  hər iki tərəf 
müharib
əni daha apara bilməyəcəyini  başa  düşürdü.  Belə  bir 
vaxtda  ABŞ-da müharibəyə  qarşı  hərəkat güclənmişdi.  Razılaş-
maya 
əsasən tərəflər  Keson    şəhərində  1951-ci ilin iyunun 8-də 
danışıqlar masası arxasında əyləşdilər. Lakin danışıqlar gedə-gedə 
h
ərbi əməliyyatlar davam edirdi.  ABŞ tərəfi BMT vasitəsi ilə Cə-
nubi Koreyanın statusunun tanınmasını qəti surətdə bildirirdi. Çin 
t
ərəfi də eyni ilə şimal üçün belə statusun tanınmasını tələb edirdi. 
T
ərəflər müharibə  zamanı  əsir  düşmüş  hərbiçilərin  geri  qaytarıl-
ması məsələsini də müzakirə etdilər.  
  
Seçkiqabağı  kampaniyada  Koreya  müharibəsinə  son qoya-
cağını  elan  etməsi  respublikaçıların  namizədi Duayt Eyzenhauerə 
q
ələbə  gətirdi. O Koreyaya gedərək vəziyyət ilə  yaxından  tanış 
olduqdan  sonra h
ərbi ekspertlərlə  birlikdə  barışığın  əldə  olunma-
sınının vacibliyi qərarına gəldi.  


 
43 
  
Barışıq  sazişi  1953-cü ilin iyulun 27-də  imzalandı.    BMT 
komandanlığı bu mərasimə Çan Kay Şi və Li Sın Man nümayən-
d
ələrinin  buraxılmaması  təklifini(bu təklif ÇXR VƏ  KXDR 
t
ərəfindən  edilmişdi)  də  rədd etdi. Bunun nəticəsində  tərəflərin 
h
ərbi qüvvə rəhbərlərinin əvəzinə danışıqlara nümayəndə heyətləri 
başçıları  təqdim  olundu.  Sazişi  Nam  İr  Sen  və  R. Harrison 
imzaladılar.  
Preambulada m
əqsədini  Koreya  münaqişəsinin dayandırıl-
ması  və  vəziyyətin  tam  nizamlanmasına  qədər  bütün  düşmən 
xarakterli  aktların  və  hərbi  əməliyyatların  dayandırılmasını  təmin 
ed
ən barışığın imzalanması olduğu göstərildi.  Bu isə barışıq sazi-
şinin  Koreya  məsələsinin tam həllinə  qədər qüvvədə  qalması  de-
m
ək  idi.    Saziş  tərəflərin  qoşunlarının  yerləşdirilməsinə  müvafiq 
olaraq 38-ci paraleld
ə hər iki tərəfdən xətt boyunca 2 km hərbisiz-
l
əşdirilmiş  zona  ilə  demarkasiya xəttini və  zonada silahlanma və 
h
ərbi heyətin dəyişdirilməsi qaydasını təyin edirdi. Hər iki tərəfin 
nümay
əndələrindən ibarət hərbi komissiya və  barışığa  nəzarət 
etm
ək üçün tərəfsiz dövlətlərdən  -  Polşa,  Çexoslovakiya,  İsveç, 
İsveçrənin nümayəndələrindən ibarət  komissiyanın  funksiyaları 
b
ərpa olundu. Vətəninə  qayıtmaq  istəyən bütün hərbi  əsirləri 60 
gün 
ərzində  vətəninə  göndərmək,  qalanlarını  isə  tərəfsiz zonaya 
g
ətirib 90 gün müddətində  aydınlaşdırma  işləri aparmaq üçün 
Hindistan 
qoşunlarının nəzarəti altına  vermək nəzərdə tutuldu.  
  
İndiyə qədər demarkasiya xəttinin şimalı KXDR-nın qoşun-
ları, cənubu isə Cənubi Koreya və ABŞ qoşunları tərəfindən müha-
fiz
ə olunur. Bu günə qədər Koreyada müharibəyə son qoyacaq sülh 
müqavil
əsi hələ imzalanmamışdır.    
Domino n
əzəriyyəsi.  
“Domino n
əzəriyyəsi” XX əsrin 50-80-ci illərində  ABŞ-da 
m
əşhur  idi.  Bu nəzəriyyənin mahiyyəti  ABŞ  dövlət administra-
siyası  tərəfindən  “soyuq müharibə”  zamanı  dünyada  amerikan 
müdaxil
əsinin  əsas istiqamətlərini müəyyən edib bu istiqamətdə 
lazımı, istərsə də adekvat siyasi, iqtisadi, maddi, mənəvi və hətta 
h
ərbi tədbirlər planı hazırlayıb onu reallığa çevirmək idi. Bu nəzə-
riyy
ə Koreya müharibəsi başladıqdan sonra daha geniş yayılmışdı. 
Koreyada müharib
ə başladıqdan sonra Trumen konqres liderlərinə 


 
44 
bildirdi ki, 
“Əgər biz Koreyanı itirsək, Sovet İttifaqı Asiyanı parça-
parça udacaq. 
Əgər biz Asiyanı itirsək, Yaxın Şərq süqut edəcək və 
Avropanın başına nələr gələcəyini deməyə heç lüzum da yoxdur”. 
Bu beyn
əlxalq  münaqişələrdə  “Domino  prinsipi”  haqqında  ilk 
b
əyanatlardan biri idi: hərgah domino daşları cərgə boyu düzülərsə 
v
ə daşlardan biri düşərsə, bütün cərgə dağılar. Bu nəzəriyyə ABŞ-
ın bütün dünyaya müdaxiləsinin zəruriliyini əsaslandırmağa çalışır 
v
ə  bunu kommunizm təhlükəsi ilə  əlaqələndirirdi.  Kommunizm 
Hindçin
ə daxil olduqda ABŞ prezidenti D.Eyzenhauer 1954-cü ilin 
aprelin 7-d
ə  keçirdiyi mətbuat  konfransında  demişdir:  “  Nəhayət, 
sizd
ə geniş təsəvvür var ki, siz bunu “domino prinsipi” adlandıra 
bil
ərsiniz. Sizdə domino cərgəsi varsa, birinin götürülməsi dərhal 
c
ərgənin pozulmasına səbəb olacaq. Bu qayda ilə siz iflasa uğraya 
bil
ərsiniz”.  
İkinci  dünya  müharibəsindən  sonra  SSRİ-nin  Şərqi Və 
M
ərkəzi  Avropada  bir  sıra  ölkələrdə  “Sovet modelini”  (Yuqos-
laviya v
ə  Albaniyadan  başqa)  tətbiq etməsi ilk növbədə  ABŞ  və 
Böyük  Britaniyanı  narahat  edirdi.  U.Çörçill özünün 1946-cı  ilin 
ma
rtındakı  çıxışında  kommunizmin  Qərbi Avropaya keçməməsi 
üçün “Baltikd
əki  Ştettindən Adriatikdəki Triestə  qədər dəmir 
p
ərdə”  tutmağı  təklif edirdi.  O göstərirdi ki,  Moskvanın  nəzarət 
d
ərəcəsinin artmasına imkan vermək lazım deyildir.  
1946-
cı  ildə  İrandakı  böhrandan  sonra  “Tumen  doktrinası” 
meydana g
əldi. Əslində bu doktrina da kommunizmin Qərbi Avro-
pa
ya yayılmasının qarşısını almaq məqsədi daşıyırdı. Elə həmin il 
diplomat C. 
Kennan  xarici  işlər nazirlərinin  jurnalında  bir  neçə 
m
əqalələr çap etdirdi. “Çəkindirmə” siyasətini rəsmiləşdirən məqa-
l
ə  xüsusilə  məşhur  idi.  Məqalədə  təklif edilirdi ki,  gələcəkdə 
kommunizmin genişlənməsinin qarşısını almaq üçün Şərqi Avropa 
il
ə  Qərbi  Avropa  arasında  “bufer  zona”  təşkil  etmək  lazımdır. 
Kennan h
əmçinin Marşal palnının təşkilində də Qərbi Avropanı so-
vet dövl
ətini təhlükəsindən qorumaq üçün iştirak etdi. 1949-cu ildə 
iki Çin dövl
əti (materikdə kommunist rejimi, Tayvan adasında isə 
milliyy
ətçi rejim) təşkil edildi. Çinin itirilməsi ən böyük itki kimi 
qiym
ətləndirildi.  Belə  bir  populyar  sual  yarandı  ki,  “Çini kim 
itirdi?” 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə