İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   12   13   14   15   16   17   18   19   ...   96

 
48 
müqavil
əni 1955-ci ilin fevralın 1-də ratifikasiya etdi, fevralın 4-də 
is
ə prezident onu təsdiqlədi.  
İki  sistem  arasına  beynəlxalq münasibətlərin  həmçinin  iki 
n
əhəng dövlət arasında iqtisadi, siyasi məsələləri nizama salınması 
üçün böyük dördlük  - 
ABŞ,  SSRİ,  İngiltərə,  Fransa-  1955-ci ilin 
iyulun 18-d
ə  İsveçrənin Cenevrə  şəhərində  konfransa  toplaşdılar. 
Konfransda  iştirak  edən  ABŞ  prezidenti  D.  Eyzenhauer və  SSRİ 
r
əhbəri N.Xruşşov arasında həm ümumi, həm də ikilikdə keçirilən 
görüşlərdə iki sistem arasında olan gərginliyin zəiflədilməsi, hərbi 
sah
ədə  olan yarışın  ləğv  edilməsi,  atom  silahının  tətbiqinə 
beyn
əlxalq hüquq çəçivəsində qadağaların qoyulmaslı, beynəlxalq 
t
əhlükəsizliyin təmin edilməsi,  Şərq-Qərb ticarət  anlaşması  kimi 
m
əsələlər müzakirə edildi. Konfransda ABŞ prezidenti Eyzenhauer 
t
ərəfindən “açıq  səma” doktrinası  irəli sürüldü.  Bu dokrinada 
beyn
əlxalq hava naviqasiya sisteminin yoxlanılması  və  təftiş 
edilm
əsi nəzərdə  tutulurdu.  Lakin  SSRİ  tərəfi  bu  doktrinanın 
əleyhinə  çıxaraq  onu  əsil məqsədinin  SSRİ-yə  qarşı  cəsusluq və 
t
əxribat xarakterli olduğunu  bildirdi.  Danışıqlar  zamanı  ABŞ  
prezidenti nüv
ə  silahının  mövcudluğundan  narahat  olduğunu 
bildir
ərək Xruşşova bildirmişdi ki: “Siz bilirmisiniz ki,  radioaktiv 
t
ədqiqiatlar və  sınaqlar nəticəsində  şimal  yarımkürəsini məhv 
etm
ək üçün biz (hər iki dövlət) kifayət qədər silaha malikik”.  
D
anışıqlara müsbət nəticə əldə olunmasa da, bu konfransdan 
sonra iki ölk
ə  arasında  beynəlxalq münasibətlər çərçivəsində 
mülayiml
əşmə  əlamətləri  artıq  görünməyə  başlamışdı.  Lakin bu 
mülayiml
əşmə “Süveyş böhranı” zamanı yenidən gərginliklə əvəz 
olundu.  
 1957-
ci ilin oktyabrın 4-də SSRİ ilk dəfə orbitə Yerin süni 
peykini  buraxdı.  Bu  SSRİ-nin  ABŞ-dan daha mükəmməl silah 
arsenalına,  xüsusilə  raketlərə  malik  olduğunu  göstərirdi.  Belə  bir 
x
əbərin  alınması  ABŞ  ictimaiyyəti  və  siyasi dairələrində  şok 
v
əziyyəti yaratdı. Artıq ABŞ başa düşürdü ki, SSRİ ilə zor gücü ilə 
danışmaq olmaz və münasibətlərə yenidən baxmaq lazımdır. ABŞ 
t
ərəfi üçün sürpriz olan digər hadisə isə SSRİ tərəfindən 1957-ci il 
noyabrın  üçündə  “Sputnik-2”adlı  kosmik raketdə  Layka  adlı  iti 
kosmosa gönd
ərməsi oldu.  1958-ci  ilin  yanvarın  31-də  ABŞ-da 


 
49 
özünün ilk süni peykini kosmosa buraxdı. Bu dövrdə ABŞ  iqtisadi 
c
əhətdən böhranla üzləşsə  də,  texnologiyanın  müasirləşdirilməsi 
üçün “s
əxavətini  əskik etmək fikrində  deyildi”.    Eyzehauer qeyd 
edirdi ki,  “büdc
ənin  balanslaşdırılmasından  daha  önəmli ölkənin 
t
əhlükəsizliyinin təmin edilməsidir”.  
Bütün bunlara baxmayaraq Eyzenhauer SSRİ ilə münasibət-
l
ərin qaydaya salınması sahəsində bəzi mütərəqqi addımlar atmaq 
ist
əyi ilə iki sistem arasında olan gərginliyi zəiflətmək ən sonda isə 
bunu l
əğv  etmək fikrindən  daşınmamışdı.  1959-cu  iln  martında 
nazirl
ər kabinetində olan iclasda bildirmişdir: ”Rusların müharibə 
ist
əməməsi kimi bizim böyük əsasımız var”.  
  Bunun 
əsasında  ABŞ  və  SSRİ  arasında  danışıqlar  yenidən 
b
ərpa olundu ki, 1959-cu ilin mayında vitse-prezident R. Niksonun 
başçılığı altında ABŞ nümayəndə heyəti Moskvaya getdi və hətta 
orada ABŞ mallarının sərgisi belə açılıdı.  
  H
əmin ilin sentyabrında isə bilavasitə Eyzenhauerin dəvəti 
il
ə N. S. Xruşşovun ABŞ-a səfəri baş tutdu. Eyzenhauer bu görüşə 
çox böyük ümid b
əsləyirdi ki,  iki ölkə  arasında  olan  gərginlik 
azalacaq. 
Lakin  Eyzenhauerin  Xruşşovu  hörmətlə  qəbul etməsi, 
onu ölk
ə  boyu səyahətə  dəvət etməsi,  ABŞ  –da olan ümumi 
iqtisadi-ictimai v
ə siyasi məsələlər haqqında onunla fikir mübadilə-
si  aparması  Xruşşovda  o  qədər  də  maraq  oyatmadı.  Danışıqlar 
zamanı  SSRİ  rəhbəri Eyzenhauerdə  SSRİ  haqqında böyük maraq 
v
ə diqqət yaratmaq üçün sovet sualtı qayıqlarından və qitələrarası 
ballastik raketl
ərdən  söhbət  açdı.  Lakin  Xruşşov  BMT-nın  Baş 
M
əclisinin sessiyasında çıxış edrkən silahsızlaşdırılmanın vacibli-
yini vurğulayıb onu  təbliğ etdiyini deyirdi.  
Bel
əliklə, iki ölkə arasında gedən danışıqlar nəticəsiz qaldı və 
göst
ərdi ki, liderlər bir-birlərinə etibar etmirlər. Eyzenhauer SSRİ-
nin qit
ələrarsı  raketlərinin olub-olmaması  haqqında  məlumatlar 
əldə  etmək  üçün  SSRİ  səmalarına  kəşfiyyatçı  təyyarələr göndər-
m
ək qərarına gəlmişdi.  1960-cı ilin mayın 1-də təyyarəçi Frensis 
Heri Pauers Lockheed “U-2” modelli k
əşfiyyatçı-təyyarə ilə (qeyri 
r
əsmi  adı  –Leydi Drakon)  SSRİ  səmasında  kəşfiyyat  xarakterli 
uçuş həyata keçirdi.  Təyyarənin üçüş marşurutu Pakistanın Pişəvər 
hava  limanından  başlamaqla  (hələ  1957-ci ildə  prezident Eyzen-


 
50 
hauer o z
amankı Pakistanın baş naziri Şahid Hüseyn Sührəvərdiyə 
ABŞ  xüsusi  təyinatlı  əməliyyatlarının  keçirilməsi üçün 
Pakistandan h
ərbi  aerodrom  almaq istəyini  bildirmişdi.  Pakistan 
t
ərəfi də  NSA-ya  (milli təhlükəsizlik agentliyi)  lazımi məlumat-
ların  ötürülməsi və  hərbi hava əməliyyatlarının  yerinə  yetirilməsi 
üçün  ABŞ-a  ölkənin  şimali-qərbindəki  Pişəvər  hava  limanını 
satmışdı).Təyyarə  Sverdlovs-Kirov-Arxangelsk-Murmansk istiqa-
m
əti ilə  uçuş  etməklə  SSRİ-nin bu ərazilərdəki ballastik raket 
kompeksl
ərinin şəklini çəkməli və kəşfiyyat xarakterli materiallar 
toplamaqla Norveçin Buda hava limanında enməli idi. Lakin uçuş 
zamanı  Sverdlovsk  səmasında  Moskva  vaxtı  ilə  8:35-də  “U-2” 
t
əyyarəsi  sovet hərbi raketi olan və  “Yer-səma” sinfinə  aid S-75 
t
ərəfindən vuruldu. Bu hadisə zamanı atılan raketlərdən biri müda-
fi
ə məqsədi ilə havaya qalxmış sovet təyyarəsi MİQ-19-a dəymişdi 
v
ə  təyyarə  bu zərbədən pilotla birgə  məhv  olmuşdu.  Eyzenhauer 
administrasiyası bu xəbəri aldıqdan sonra bildirmişdir ki.  təyyarəçi 
metorologiya v
əzifəsini yaerinə yetrərkən yalnışlığa yol vermiş və 
t
əsadüf  nəticəsində  sovet hava məkanın  daxil  olmuşdur.  Lakin 
sovet t
ərəfi  bütün  bunları  rədd edərək sübut kimi ictimaiyyət 
qarşısına  təyyarənin hissələrini və  qəza  zamanı  sağ  qalmış  pilotu 
çıxarmaqla ABŞ-ın təxribat xarakterli siyasətini tənqid etmişdi.  
Bu hadis
ədən sonra  iki ölkə  arasında  münasibətlər  yenidən 
soyuqlaşdı. 1960-ci ilin yayında Nyu-Yorkda BMT-nin Baş Məc-
lisind
ə  N.Xruşşov  çıxış  edərkən bu məsələyə  dair çox kobud 
danışdı  və  qarşı  tərəfi təxribatçılıqda  və  şantajda  günahlandırdı 
(özü haq
lı olduğunu və məclis iştirakçılarının diqqətini cəlb etmək 
üçün  o,  h
ətta  ayağından  ayaqqabısını  çıxararaq  tribunaya  döyəc-
l
əmişdi).  Beləliklə,  müəyyən mənada  Eyzenhauerin  SSRİ  ilə 
münasib
ətləri tənzimləmək istəyi olsa  da,  sovet tərəfi bundan 
istifad
ə etmədi.  Artıq 1960-cı lin noyabrında keçirilən seçkilərdən 
sonra Eyzenhauer prezidentlik v
əzifəsini  başa  vurdu.  O,  ABŞ 
tarixin
ə  XX  əsrdə  respublikaçılar  partiyasından  olan  prezidentlər 

ərisində ən nüfuzlu və bacarıqlı bir şəxs kimi daxil oldu.    
Eyzenhauerin dövründ
ə “soyuq müharibə” üçün hazırlanmış 
əsas geosiyasi planlar və siyasi nəzəriyyələrdən biri “Kütləvi qisas 
doktrinası” idi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə