İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   20   21   22   23   24   25   26   27   ...   96

 
72 
Müqavil
ənin    şərtlərinə  baxmayaraq  Karter  hökuməti  bu  
dövrd
ə də sürətlə silahlanma yolunu davam etdirirdi.  ABŞ-ın illik 
h
ərbi xərclərinin 4,5-5% artmasına dair qərarlar qəbul edilmişdi.  
Karter hökum
əti hərbi xərcləri 1977-ci ildəki 100,1 milyard 
dollardan 1980-ci ild
ə 130 milyard dollara çatdırdı.  
Onun xarici siyas
əti  əvvəlkilərdən çox da fərqlənmirdi.  
Lakin qeyri ardıcıl idi.  Ümumiyyətlə, ABŞ-da prezidentlər dəyişsə 
d
ə, dövlətin siyasəti heç vaxt dəyişmir. Ceyms Karter 1977-ci ildə 
ABŞ konqresində belə bir qanunun qəbul edilməsinə nail oldu  ki, 
dünyanın hər hansı bir yerində pozulan insan haqlarını ABŞ  mü-
dafi
ə etməlidir. 1980-ci ildə məşhur «Karter doktrinası» irəli sürül-
dü.    H
əmin doktrinaya görə  ABŞ-a icazə  verilirdi  ki,  müəyyən 
ərazilərdə lazım gəldikdə nüvə müharibəsi aparsın.  «ABŞ-ın həyat 
sah
əsi»  adlanan  dünyanın  hər yerində  ABŞ-ın  zonaları  meydana 
g
əldi.  C. Karterin dövründə neytron bombası və qanadlı raketlər 
istehsalı  gücləndirildi.    «MX» raketləri və  «Traydent»  adlı  sualtı 
qayıqlar meydana gəldi.   
ABŞ  geniş  miqyasda  həm Səudiyyə  Ərəbistanına,  həm də 
İrana silah göndərirdi.  1978-1979-cu illərdə ABŞ İran körfəzində 
v
ə Hind okeanında öz hərbi-dəniz bazalarını genişləndirdi.   
Xarici v
ə  daxili siyasət məsələləri üzrə  mübarizə  1980-ci il 
seçki kampaniyası gedişində daha da kəskinləşmişdi.  Seçkiqabağı 
mübariz
ənin mərkəzində  ölkədə  iqtisadi çətinliyin aradan qal-
dırılması və ölkənin  idarə edilməsi məsələsi dururdu.  
Demokratlar partiyası 1976-cı ildə Ağ evdə nailiyyət qazan-
masına və  Konqresdə çoxluq təşkil etməsinə baxmayaraq seçkilərə 
parçalanmış  halda  gəldi.  Partiyada daxili sosial-iqtisadi çətinlik-
l
ərin  aradan  qaldırılmasının  yolları  kifayət qədər müzakirə 
edilm
əmişdi.  
ABŞ  biznesi  müxtəlif iqtisadi vasitələrin (məsələn, yüksək 
bank faizi, ABŞ-a polad gətirilməsi üçün kvotlar və i.  a.) köməyi 
il
ə  öz çətinliklərinin yükünü müttəfiqlərin üzərinə  qoymağa  cəhd 
edirdi.  Bu, artıq AFR-də, Fransada da istehsalın azalmasına təsir 
etmiş,  həmin ölkələrdə  işsizliyin  kəskin sürətdə  artmasına  səbəb 
olmuşdur.    Ziddiyyətlər və  rəqabət mübarizəsi daha da kəskin-
l
əşirdi.   


 
73 
Q
ərbi  Avropa  xalqlarını  narahat  edən problemlərdən biri də  
Vaşinqton  silahlanmaya  təxsisatların  daim  artırılmasını  özünün 
Q
ərbi  avropalı  müttəfiqlərindən tələb etməsi  (əvvəlcə  hər il 3%, 
indi is
ə  4,5%), eyni zamanda hərbi  infrastrukturun  saxlanması 
ağırlığını  onların  üzərinə  yıxması  idi.  Vaşinqton  NATO-nun 
coğrafi  zonasının  genişləndirilməsi,  ABŞ-ın  hərəkətlərinə  xidmət 
etm
əli olan qlobal xarakterli hərbi əməliyyatlara müttəfiqlərin cəlb 
edilm
əsi məsələsini irəli sürürdü.  
ABŞ  öz  iqtisadi  mənafeyini  əsas tutaraq, əmələ  gəlmiş 
ənənələri, beynəlxalq  əmək  bölgüsünü  kobudcasına  pozmaqla, 
sosializm ölk
ələrinə  qarşı  özünün  «qadağanlar»  siyasətinə  Qərbi 
Avropa ölk
ələrini bağlamaq istəyirdi.  Birləşmiş Ştatlar energetika 
layih
ələrinin həyata keçirilməsinə  maneələr  yaratmağa    xüsusi 
s
əylə cəhd edirdi.  Qərbi Avropadakı öz rəqiblərini energetika cə-
h
ətcə ABŞ-dan açılılıq cilovunda saxlamağa və bununla da onların 
n
əfəsini kəsməyə, rəqabət qabiliyyətini azaltmağa Vaşinqtonun səy 
göst
ərməsi aydın görünürdü.  
70-ci ill
ərdə  Latın  Amerikası  ölkələri  iqtisadi  inkişafın 
müxt
əlif səviyyəsində, müxtəlif siyasi rejimlərə  malik, məsələn, 
Kuba sosialist respublikası, Meksika, Kolumbiya, Ekvador burjua-
demokratik respublikaları idilər.  Bir sıra ölkələrdə – Çilidə, Paraq-
vayda, Qvatemalada v
ə  başqalarında  hərbi-faşist  diktaturaları 
hökmranlıq edirdilər.  Lakin bütövlükdə bütün Latın Amerikasına 
(Kubadan  başqa)ABŞ-dan uzun sürən  iqtisadi  asılılıq  xas  idi.  
ABŞ-ın  şirkətləri hər il iki milyard dollara qədər xalis mənfəət 
götürürdül
ər.  Onlar lazımi strateji xammalın – uranın, neftin, qala-
yın, misin, boksitlərin 70 faizini aparırdılar.   
Nikaraqua v
ə  Qrenada  xalqlarının  qələbəsindən sonra da 
Latın  Amerikasının  digər ölkələrinin hərbi və  diktator rejimləri 
özl
ərini təhlükəsiz hiss etmirdilər.  Onlar ABŞ-ın bəyənməsi ilə öz 
siyasi 
əleyhdarlarına qarşı kütləvi cəza tədbirləri təşkil edir, təkcə 
inqilabi-demokratik h
ərəkatı  deyil,  habelə  liberal-burjua müxa-
lif
ətini və hətta «mötədil» siyasi fikri boğmağa çalışırdılar.   
ABŞ planetdə, o cümlədən Latın Amerikasında hərbi-diktator 
rejiml
ərini açıq-aşkar müdafiə etmək və möhkəmləndirmək xəttini 
götürmüş,  orada  öz  hərbi qüvvələrini  artırırdı.    Məsələn,  ABŞ-ın 


 
74 
Karib d
ənizindəki hərbi-dəniz qüvvələrinin  komandanı  A.Noyzen 
Puerto-
Rikodakı vəziyyəti səciyyələndirərək demişdir ki, Pentaqon 
«Kubada, Nikaraquada v
ə Qrenadada baş vermiş hadisələrə bənzər 
d
əyişikliklərin adada həyata keçirilməsinə yol verməyəcəkdir».  
Amerika Birl
əşmiş  Ştatları  hərbi-diktator rejimlərinə  səxa-
v
ətlə maddi yardım göstərirdi. ABŞ-ın 300-dən çox korporasiyası 
Çili x
untasına kömək göstərirdi. 1976-cı ildjə xuntaya 520 milyon 
dollar, 1977-ci ild
ə  858 milyon dollar, 1978-ci ildə  1 milyard 
dollar borc verilmişdir.  Eyni zamanda ABŞ başqa hərbi rejimlərə 
yardım göstərməkdə davam edirdi.  Məsələn, 1976-77-ci maliyyə 
ilind
ə  bütün  «yardımın»  68  faizi  Argentinanın,  Braziliyanın  və 
Çilinin payına düşmüşdür. 1979-cu ildə Latın Amerikası ölkələrinə 
h
ərbi «yardım» üçün 32,1 milyon dollar, 1980-ci ildə 38,7 milyon 
dollar ayrılmışdır.  
Nikaraqua  xalqının  qələbəsindən  sonra  ABŞ  prezidenti 
M
ərkəzi Amerika ölkələrinə  «yardımı»  artırmağa  çağırmışdır  ki, 
«sosial ir
əliləyişlərə müqavimət göstərməyə», o cümlədən Nikara-
quada bu cür ir
əliləyişlərə  müqavimət göstərməyə  qabil  olanların 
«mövqeyi möhk
əmləndirilsin».  ABŞ  dövlət katibinin Amerika 
işləri üzrə  köməkçisi  açıq  sürətdə  etiraf edərək  demişdir  ki,  «bu 
hökum
ətlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə  yardım… 
bizim  saysız-hesabsız  və  müxtəlif mənafelərimizin möhkəm-
l
əndirilməsi üçün vasitədir».  
Latın  Amerikası  dövlətlərinə  silah göndərilməsi 1977-1979-
cu ill
ərdə nəinki azlamamış, hətta artmışdır.  1958-1976-cı illərdə 
ABŞ  onlara  1,1  milyard  dollarlıq,  1977-ci ildə  106,8 milyon 
dollarlıq, 1978-ci ildə 127 milyon dollarlıq silah satmışdır.  1977-
1978-ci ill
ərdə Çili xuntasına 114 milyon dollarlıq silah satılmışdır.  
Kapital  qoyuluşu,  sədəqələr,  borclar,  yardım  və  əsarət  altına 
almanın  başqa  formaları  son  10  il  ərzində  Latın  Amerikası 
dövl
ətlərinin xarici borcunu 10 dəfədən  çox  artırmışdır.      80-ci 
ill
ərdə bu borc 12 milyard dollardan artıq idi.   
Karib hövz
əsi və Mərkəzi Amerika ölkələrində imperializmə 
qarşı hərəkatın güclənməsinə cavab olaraq Vaşinqton bu regionda 
öz h
ərbi qüvvələrini gücləndirdi.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə