İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   17   18   19   20   21   22   23   24   ...   96

 
63 
sıralarından  çıxmaq  məsələsi də  qoyulmuşdu.1974-cü ilin əvvəl-
l
ərindən təşkilatın  hər  bir  iştirakçısı  öz  xarici  siyasətini müstəqil 
h
əyata keçirirdi.  
70-ci ill
ərdə  Yaxın  Şərq  də  ABŞ-hakim dairələrinin diqqət 
m
ərkəzində  idi.    Yaxın  Şərqdə  Amerikanın  mövqelərinin 
möhk
əmlənməsində İsrail strateji əhəmiyyət kəsb edirdi.  Birləşmiş 
Ştatlar tərəfindən İsrailin hərbi-iqtisadi və siyasi cəhətdən müdafiə 
olunması İsrail ekstremistlərinin ərəb ölkələri əleyhinə təcavüzkar 
planlar h
əyata keçirməsinə şərait yaradırdı.   
70-ci ill
ərin  əvvəllərində  Birləşmiş  Ştatların    Qərbi Avropa 
ölk
ələri və  Yaponiya ilə  münasibətlərində  son dərəcə  əlverişsiz 
şərait  yaranmışdı.    Buna görə  də  «Ümumi bazar» ölkələri və 
Yaponiya Amerika üçün t
əhlükəli imperialist rəqiblər idilər.  ABŞ-
ın kapitalist ölkələrinin sənaye məhsulları istehsalı sırasındakı yeri 
1948-ci ild
ə 53% olduğu halda 70-ci illərin əvvəllərində azalaraq 
40% olmuşdur.  Əksinə «Ümumi bazar» ölkələrinin və Yaponiya-
nın payı bu sahədə yüksələrək 13,5%-dən 28%-ə çatmışdır.  
Amerika imperializminin maliyy
ə-iqtisadi mövqeyinin 
z
əifləməsi  ABŞ-ın  hakim  dairələrinin  qarşısına  «atlantik  cəmiy-
y
ətində» özünün hərbi-siyasi nüfuz dairəsinin möhkəmləndirilməsi 
v
əzifəsini qoymuşdu.  Nikson hökumət 70-ci illərin ortalarında öz 
diqq
ətini  əsasən Qərbi Avropa ölkələrinə  yönəltmişdi.    Belə  ki, 
qeyd etdiyimiz dövrd
ə  Birləşmiş  Ştatların  Qərbi Avropa və 
Yaponiyada iqtisadi v
ə  siyasi mövqeyinin möhkəmləndirilməsi 
Amerika xarici siyas
ətinin ilk növbəli problemlərindən biri idi.  
70-ci ill
ərin birinci yarısında ABŞ hökumətinin xarici siyasət 
x
əttinin mərkəzində  Sovet  İttifaqı  ilə  münasibətlərin optimal 
istiqam
əti dururdu.    Bu dövrdə  ABŞ-ın  xarici  siyasətində  yeni 
əlamət Amerika-Sovet münasibətlərində lazımi dəyişikliklər etmək 
idi.    Birl
əşmiş Ştatlarla Sovet İttifaqı arasındakı münasibətlərdəki 
böyük  yaxınlaşma  meyllərini prezident Nikson özü həyata 
keçirirdi.  Nikson öz növb
əsində  «soyuq müharibə» tərəfdar-
larından biri idi.  
Moskvada sovet-
Amerika danışıqları (1972-ci ilin mayın 22-
d
ən 30-dək olan dövrdə)  lazımi  sazişlərin  imzalanması  ilə  başa 
çatmışdır.  Həmin sazişlər sırasında «Sovet Sosialist Respublikaları 


 
64 
İttifaqı və Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı əlaqələrin 
əsasları» böyük əhəmiyyət kəsb edir.  Həmin müqavilənin birinci 
b
əndində deyilirdi ki, hazırkı nüvə əsrində bu və ya digər ölkə dinc 
yanaşı  yaşamaq  prinsipinə  əməl etmədən mövcud ola bilməz.  
H
əmin müqavilə  Amerika-Sovet  İttifaqı  münasibətlərinin bütün 
sah
ələr üzrə beynəlxalq-hüquqi qaydalarını müəyyən etmişdir.  
H
əmçinin SSRİ və ABŞ arasında raket əleyhinə müdafiə və 
strateji  hücum  silahlarının  məhdudlaşdırılması  və  azaldılması 
sah
əsində bağlanmış müqavilə də böyük əhəmiyyət kəsb etmişdir.  
H
əmin müqavilələrin  bağlanması  nüvə  müharibəsi təhlükəsini 
azaltmış, silahların güclü növlərinin azaldılmasını təmin etmişdir.  
Moskva  danışıqlarında  həmçinin  əməkdaşlığın  siyasi  sahəsi 
deyil,  iqtisadi,  elmi,  m
ədəni  əməkdaşlıq  əlaqələrinin  genişlən-
dirilm
əsi ilə  əlaqədar  başqa  sazişlər də  imzalanmışdır.    Ticarət 
m
əsələləri üzrə  birgə  Sovet-Amerika  komissiyası  təsis  olunmuş, 
SSRİ  və  ABŞ  arasında  ticarət  danışıqlarının  hazırlanmasının 
v
əzifələri müəyyənləşdirilmişdir.  Həmçinin danışıqlarda yuxarıda 
qeyd etdiyimiz kimi,  h
ər iki ölkə arasında elmi-texniki sahələrdə, 
s
əhiyyə  sahəsində,  elm,  təhsil və  mədəniyyət sahəsində  müba-
dil
ələrin təşkili məsələləri də dəqiq göstərilmişdir.  
1972-
ci  ilin  Moskva  sazişləri  amerikalıların  böyük  əksəriy-
y
əti tərəfindən bəyənilmişdi.    Lakin Sovet-Amerika münasibətlə-
rinin normalaşdırılmasının qaydaya salınmasının əleyhinə çıxanlar 
da var idi.    
Bunlar inhisarçılardan, strateji silah istehsalı ilə bağlı 
olanlardan,  yüks
ək mənsublu bürokratlardan,  mürtəce fikirli, 
sionist düşüncəli nümayəndələrdən ibarət idi.  
Sovet-Amerika münasib
ətlərinin qaydaya  salması işi ardıcıl 
davam etdirilirdi.  1973-
cü ilin iyun ayında Sov. İKP. MK-nın Baş 
katibi L. 
İ.  Brejnevin  ABŞ-a  görüşə  gedişi  bu  yolda yeni əsaslı 
addımların başlanğıcını qoydu.  Növbəti danışıqların nəticəsi ola-
raq yüks
ək səviyyədə  nüvə  müharibəsinə  yol verməmək  sazişi 
imzalanmış,  həmçinin  strateji    hücum  silahlarının  gələcəkdə  də 
m
əhdudlaşdırılmasının  ümumi  prinsipləri təsdiq edilmişdir.    Bir 
ild
ən sonra 1974-cü  ilin  iyun  ayında  Niksonun  Sovet  İttifaqına 
ikinci g
əlişindən sonra nüvə  silahlarının  yeraltı  sınaqdan  çıxarıl-
masının məhdudlaşdırılmasına dair müqavilə imzalanmışdır.   


 
65 
Qısa  müddət  ərzində  Sovet-Amerika münasibətləri  əhəmiy-
y
ətli dərəcədə  yüksəldi.    SSRİ  və  ABŞ  arasında    ticarət yüksək 
d
ərəcədə  artdı.  Məsələn,  bu  artım  1971-ci ildə  bütövlükdə  200 
milyon dollar olduğu halda, 1973-cü ildə 1,5 milyard dollar olmuş-
dur.   
İki ölkənin alimləri və mədəniyyət xadimləri arasındakı əla-
q
ələr möhkəmlənmişdi.    Həmçinin iki ölkə  arasında  nəqliyyat 
əlaqələri  yaxşılaşdırılmışdı.    Bu göstərirdi ki,  70-ci illərin  əvvəl-
l
ərində Sovet-Amerika münasibətləri  «soyuq müharibəni»  çıxıl-
maz v
əziyyətdən çıxarırdı.  
Ölk
ədə  «Uotergeyt məsələsi» burjua  demokratiyasının  dərin 
böhran keçirdiyini göst
ərdi.  1972-ci ildə seçki kampaniyası zama-
nı R. Niksonun yenidən prezident seçilməsi üzrə komitə ilə əlaqə-
dar  bir  qrup  şəxs  «Vaşinqtonda  demokratlar  partiyasının  ştab 
m
ənzilinin yerləşdirdiyi  Uotergeyt»  otelində  dinləmə  qurğusu 
quran  anda  yaxalandı.    Təhqiqat  yolları  Ağ  evə  aparıb  çıxarırdı.  
Dövl
ət  başçısının  köməkçilərinin və  vəkil  edilmiş  şəxslərin  bir 
qrupu m
əhkəmə  məsuliyyətinə  cəlb edildi.    Vəzifədən kənar 
edilm
ə  perspektivi  qarşısında  qalan  Nikson  1974-cü ilin avqust 
ayında prezidentlik səlahiyyətindən əl çəkdi.  
Cerald Ford hökum
ətinin dövründə ABŞ-ın xarici siyasəti 
Ford hökum
ətinin xarici siyasətində Latın Amerikası ölkələri 
özün
əməxsus yer tuturdu. 1974-cü  ilin  dekabr  ayında  ABŞ  yeni 
ticar
ət qanununu qəbul  etdi.  Bu  qanunla  Latın  Amerikası 
ölk
ələrində ABŞ-a gətirilən bir sıra mallar üzərinə məhdudiyyətlər 
qoyuldu. Bel
ə  hal  Latın  Amerikası  ölkələrinin xarici ticarətinə 
m
ənfi təsir etdiyindən 1975-ci  ilin  may  ayında  ADT  Baş 
M
əclisinin  sessiyasında  yeni ticarət  qanununun  yumşaldılması 
bar
ədə  ABŞ-a müraciət  edildi.  ABŞ  bu  təklifləri qəbul edərək 
qanunun  bir  sıra  maddələrini ləğv  etdi.  Bundan  sonra  həmin 
ölk
ələrlə ABŞ-ın ticarəti daha da genişləndi. 
Ford hökum
ətinin xarici siyasətinin  əsas istiqamətlərindən 
biri NATO il
ə əməkdaşlıq idi. ABŞ hökuməti Avropa siyasətində 
Atlantika h
əmrəyliyinə üstünlük verirdi. 
Ford hökum
ətinin xarici siyasətinin istiqamətlərindən biri 
Asiya v
ə Sakit okean regionu dövlətləri ilə münaisbətlər idi.  1975-
ci  ilin  dekabrında  bəzən  «Sakt  okean  doktrinası»    adlanan  Ford 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə