İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   16   17   18   19   20   21   22   23   ...   96

 
60 
dönüş tələb edirdilər.  Prezident seçkiləri ilə əlaqədar olaraq müba-
riz
ə daha da gücləndi.  
 
Lindon Consonun prezidentliyi dövründ
ə ABŞ-ın xarici 
siyas
əti 
C.Kennedinin ölümünd
ən sonra prezident kürsüsündə əyləşən 
Lindon Conson xarici siyas
ətdə  sərt mövqe tutdu.  Consonun 
hakimiyy
əti illərində  «Quruculuq»,  «Körpülər  salma»  doktrinası 
meydana  çıxdı.  Bundan məqsəd  ABŞ  başda  olmaqla  qərb 
dövl
ətləri ilə bəzi sosialist ölkələri arasında hərtərəfli münasibətləri 
inkişaf  etdirməklə  bu ölkələrdə  millətçilik  əhval-ruhiyyəsinin 
artmasına,  onların  bir-birindən,  xüsusilə,  Sovet İttifaqından  təcrid 
olunmasına  nail  olmaq  idi.    Conson  Latın  Amerikasında  «böyük 
d
əyənək» siyasətinə qayıtdı.  1964-cü ilin əvvəllərində Panama ilə 
ABŞ arasında münaqişə yarandı, 1965-ci ilin aprelində Dominikan 
Respub
likasına  hərbi qüvvələr göndərildi.Yaxın  Şərq müna-
qişəsində  ABŞ  İsraili  müdafiə  etdi.    Tankin körfəzində  Amerika 
g
əmilərinə  Vyetnam gəmilərinin guya  hücumu  haqqında  bəhanə-
d
ən istifadə  edərək 1964-cü ilin aprelində  Vyetnam səmasını 
bombalamağa  başlamaq  haqqında  əmr verdi.    Əslində  bundan 
m
əqsəd Sakit Okean və Uzaq Şərqdə ABŞ-ın mövqeyini daha da 
gücl
əndirmək idi.    Məhz bu məqsədlə  1965-ci ildə  ABŞ  Vyet-
namda 550 min
ə  qədər  qoşun  kontingenti  yerləşdirdi.    Müharibə 
ölk
ə  daxilində  real  əmək  haqqının  aşağı  düşməsinə  səbəb oldu.  
Ölk
ədə Vyetnamdakı müharibə əleyhinə hərəkat gücləndi.  1965-ci 
ild
ə  ABŞ-ın  100-ə  qədər  şəhərində  Vyetnam günləri keçirildi.  
Artıq 1968-ci ilin payızı üçün Vyetnamda ABŞ hərbçilərindən 30 
min n
əfər  ölmüş,  180 min nəfər yaralanmış  və  itkin  düşmüşdü. 
1966-
cı  il  iyulun  12-də  Conson  «Asiya  doktrinası»nı  irəli sürdü.  
Bu,  doktrinaya 
əsasən  ABŞ  Asiyada  sülhsevərlik  missiyasını  öz 
üz
ərinə  götürdü.    Lindon Consonun daxili və  xarici siyasəti onu 
nüfuzdan saldı.   
Riçard Niksonun prezidentliyi dövründ
ə ABŞ-ın xarici 
siyas
əti 
Nikson hökum
ətinin  də  xarici siyasəti  özündən  əvvəlki 
prezidentl
ərin xarici siyasətinin  davamı  idi.  Nikson 1969-cu ilin 


 
61 
iyul ayında Asiya ölkələrinə səfərə çıxdı. O, gözlənilmədən Quam 
adasında  mətbuat  konfransı  keçirərək  Ağ  evin Asiya qitəsinə  aid 
siyas
ətinə  dair öz bəyanatını  elan  etdi.  Bu  bəyanat «Quam 
doktrinası» adını aldı.  
“Quam  doktrinası»nın  səciyyəvi cəhətləri  aşağıdakılardan 
ibar
ət  idi:  ABŞ  Asiya  ölkələri ilə  bağladığı  əvvəlki müqavilələrə 
əməl edəcəkdi; əgər bu ölkələr üçün təhlükə olardısa, ABŞ müva-
fiq t
ədbirlər görəcək və  bu ölkələrə  hərbi və  iqtisadi  yardımlar 
göst
ərəcəkdi. Ancaq bu doktrinaya görə  ABŞ  bilavasitə  hərbi 
əməliyyatlarda  iştirak  etməkdən imtina edir və  əsas məsuliyyəti 
t
əcavüz təhlükəsinə məruz qalan ölkənin üzərinə qoyurdu.  
1970-
ci  ilin  fevral  ayında  ABŞ-ın  Xarici  siyasətinin  əsas 
istiqam
ətlərini Nikson müttəfiqlərlə  münasibətdə  tərəfdaşlıq, 
potensial r
əqiblərlə  münasibətdə  isə  hərbi qüvvə  tətbiq etmək 
etm
ək və danışıqlar aparmaq kimi müəyyənləşdirirdi. 
Nikson hökum
ətinin xarici siyasətinin istiqamətlərindən iri 
d
ə  Latın  Amerikası  ölkələri ilə  münasibətlər idi. 70-ci illərin 
əvvəllərində Amerika Dövlətləri Təşkilatı ilə ABŞ arasında müna-
sib
ətlərdə  müəyyən gərginlik  yarandı.  1974-cü ilin əvvəllərində 
Amerika dövl
ətləri təşkilatına  daxil  olan  ölkələrin  xarici  işlər 
nazirl
ərinin konfransı təşkilatda iştirak edən hər bir dövlətin xarici 
siyas
ət məsələlərində müstəqilliyi lehinə çıxış etdi. Bundan sonra 
Birl
əşmiş Ştatlar Kubaya münasibətdə Latın Amerikası ölkələrinin 
müst
əqil hərəkət edə biləcəklərini bəyan etdi. 
70-ci ill
ərin  birinci  yarısında  ABŞ-ın  xarici  siyasətində 
əhəmiyyətli dəyişiklik  baş  verdi.    Bu ilk növbədə  beynəlxalq 
al
əmdə  qüvvələr hislətində  əsaslı  dəyişikliklər  baş  verməsi ilə 
əlaqədar idi:  dünya sosializm sisteminin mövqeyi güclənmiş, 
«üçüncü dünya» ölk
ələrinin nüfuzu  artmış,  dövlətlərarası  müna-
sib
ətlərdə böyük dəyişikliklər baş vermiş, bütün dünyada sülhsevər 
qüvv
ələr  çoxalmışdır.    Ona görə  də  ABŞ-ın  xarici  siyasətində 
siyasi realizm x
ətti üstünlük təşkil etdi.  
İkinci Dünya müharibəsindən sonra Birləşmiş Ştatların xarici 
siyas
ətində əsaslı konsepsiyalar hazırlanmışdır.  Prezident Nikson 
hakimiyy
ətinin ilk günlərindən  ABŞ-la  Sovet  İttifaqı  arasında 
danışıqlar dövrünə keçilməsini elan etmişdi.  1969-cu ilin payızın-


 
62 
da ABŞ və SSRİ arasında strateji silahların məhdudlaşdırılmasına 
dair danışıqlara başlanıldı.  Bu danışıqlar Amerika xalqı tərəfindən 
geniş müdafiə olundu.  Prezident Noksonun Konqresdə xarici siya-
s
ət istiqamətində realist fikirləri demokratların və respublikaçıların 
nüfuzlu  qrupları  tərəfindən müdafiə  olunurdu.    Həmin qrupa 
nüfuzlu siyasi xadiml
ər olan senatorlar- D.Y.Fulbrayt, M.Mensfild, 
E.Kennedi, K. Skot v
ə başqaları daxil idilər.  
İki partiya-respublikaçılar və demokratlar partiyalarının qrup-
laşması Amerika xarici siyasət konsepsiyasında mühüm dəyişiklik 
əldə  edilməsinə  istiqamətlənmişdi.    Senatda  xarici  işlər  üzrə 
komissiyanın  sədri D.Y.Fulbrayt Konqresdəki  çıxışında  təsdiq 
etmişdir  ki,  Birləşmiş  ştatlar  birtərəfli fəaliyyətdən çəkinməlidir. 
O,  birt
ərəfli münasibətlərdən beynəlxalq münasibətlərə  keçid 
konsepsiyasını irəli sürdü.  
Nikson hökum
ətinin fəaliyyətinin ilk günlərində  əsas xarici 
siyas
ət məsələlərindən biri Vyetnam məsələsi idi.  Niksonun 
«Quam  doktrinası»nın  əsasında  «vyetnamlaşdırma»  proqramı 
işlənilmişdi.  
70-ci ill
ərin əvvəllərində ABŞ-ın Hind - Çindəki təcavüzünün 
miqyası genişlənmişdi.1970-ci ildə Amerika qoşunları Kambocaya, 
1971-ci ild
ə  isə  Laosa girdilər.    1971-ci ildə  Nikson Vyetnam 
Demokratik Respu
blikasının  yenidən  bombalanması  əmrini verdi.  
Lakin  ABŞ-ın  hakim  dairələri  Vyetnam  xalqının  iradəsini  qıra 
bilm
ədilər.  1973-cü ilin yanvar ayının 27-də Parisdə Vyetnamda 
müharib
ənin  dayandırılmasına  dair  razılıq  imzalandı.    Amerika 
orduları Cənubi Vyetnamdan çıxarıldı.  
60-
cı  illərin sonu,  70-ci illərin  əvvəllərində  Vaşinqtonu 
t
əəccübləndirən ciddi məsələlərdən  biri  Latın  Amerikasındakı 
hadis
ələrlə  bağlı  idi.    Xüsusilə  bütün  ABŞ-ın  hakim  dairələri və 
inhisarçı  burjuaziya    1970-ci ildə  Çilidə  S.Alyendenin rəhbərliyi 
altında  Vahid  Xalq  hökumətinin  yaranmasını  düşmənçiliklə 
qarşıladılar.  Amerika sağ inhisarçı dairələri və Vaşinqtonun rəsmi 
nümay
əndələri S.Alyendenin hökumətini devirməyin  planını 
hazırladılar. Birləşmiş Ştatların göstərişini Latın Amerikası xalqları 
böyük müqavim
ətlə  qarşıladılar.Amerika qitəsi  xarici  işlər nazir-
likl
ərinin növbəti  konfransında  Amerika  dövlətlərinin təşkilatının 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə