İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   18   19   20   21   22   23   24   25   ...   96

 
66 
doktrinası elan edildi.Bu doktrinada Asiya-da ABŞ-ın hökmranlığı, 
strateji  baxımdan  Yaponiyaya  xüsusi  diqqət yetirilməsi,  Çinlə 
münaisb
ətlərin normallaşdırılması, Cənub-Şərqi Asiyada sabitliyin 
qorunması, bölgədə  bütün siyasi münaqişələrin, ilk növbədə Ko-
reya m
əsələsinin  nizamlanması,  Asiya ölkələri ilə  iqtisadi  əmək-
daşlıq öz əksini tapmışdı.  Bu doktrina ABŞ-ın siyasətinin regionda 
yeni dövr
ə qədəm qoyduğunu göstərirdi.  Cerald Ford hökumətinin 
xarici siyas
əti ziddiyyətli  xarakter  daşıyırdı.    ABŞ  Seul  rejimini 
müdafi
ə  edir,  İsrailin  təcavüzünə  haqq  qazandırırdı,  Latın  Ame-
rikası və ərəb ölkələrinin daxili işlərinə müdaxilə edirdi.  Xalqların 
sülh  uğrunda  mübarizəsinin  artdığı  şəraitdə  güzəştə  getməyə 
m
əcbur olaraq  1974-cü  ilin  noyabrında  Vladivostokda  Cerald 
Ford
la SSRİ rəhbərliyi arasında danışıqlarda Strateji Silahları məh-
dudlaşdırmaq haqqında ikinci saziş bağlamaq qərara alındı.  1975-
ci ild
ə  ABŞ  və  SSRİ-nin birlikdə  kosmosa «Soyuz-Apollon» 
g
əmilərini göndərməsi və  bu sahədə  əməkdaşlıq  etmələri hər iki 
ölk
ə  xalqları  arasında  dostluq  münasibətlərinin yaranmasında 
mühüm addım oldu.1975-ci ilin iyul-avqustunda çağırılmış Helsin-
ki 
müşavirəsində ABŞ da iştirak etdi və Müşavirənin Yekun aktını 
imzaladı.  
Bütün bunlarla b
ərabər iqtisadi böhran,  «Uotergeyt  işi», 
M
ərkəzi Kəşfiyyat  İdarəsi və  Federal Təhqiqat bürosunun fəaliy-
y
ətinin  siyasi  ifşası  və  başqa  hadisələr seçicilərin  əksəriyyətinin 
respublikaçılardan üz döndərməsinə gətirib çıxartdı.  
1976-
cı  il  seçki  kampaniyası  nəticələrinə  görə  demokratlar 
partiyasından olan Ceyms (Çimmi) Karter yeni prezident kürsüsü 
uğrunda mübarizədə qələbə qazandı.  
 
 
Ceyms Karterin prezidentliyi dövründ
ə ABŞ-ın xarici 
siyas
əti 
Karter hökum
ətinin fəaliyyətində  əsas yerlərdən  birini  yеnə 
d
ə  əvvəlki illərdə  olduğu  kimi,    xarici  siyasət məsələləri  tuturdu.  
Yeni iqtidar hakimiyy
ətə  gəldiyi gündən  ABŞ-ın  xarici  siyasət 
x
əttinə əsaslı dəyişikliklər etməyə can atırdı.  Bu siyasətin əsasında 
Vaşinqton  strategiyasının  qlobal  məsələləri dururdu.  Bu siyasət 


 
67 
Birl
əşmiş  Ştatların  imperialist  maraqlarının  müdafiəsinə, kapita-
lizm  dünyasında  onun  liderlik  rolunun  saxlanmasına,  bu  rolun 
stabilliyinin azaldılmasına qarşı yönəldilmiş bütün qüvvələrə qarşı 
mübariz
əyə yönəldilmişdi.  
Karter   hökum
əti   xarici   siyasətində   Qərbi Avropa ölkələ-
ri il
ə münasibətlərə də başlıca diqqət yetirirdi. 1979-cu ildə  Avro-
pa İqtisadi  Birliyi  ölkələri  ABŞ-la müqayisədə xaricə üç dəfə çox 
mal ixrac etmişdilər. Bu ölkələrin birlikdə valyuta ehtiyatı 1980-ci 
ild
ə ABŞ-dan təxminən 6 dəfə çox idi.   ABŞ-ın   fəal   iştirakı   ilə  
NATO-
nun Avropada rolu artırıldı. 1978-ci ilin may ayında Qərbi 
Avropa ölk
ələrində  silahların  modernləşdirilməsi  haqqında  qərar 
q
əbul olundu. 1978-ci  ilin  may  ayında  həmçinin  NATO-nun 
sessiyas
ında  ABŞ-ın  təşəbbüsü ilə  hər il hərbi xərclərin 3% 
artırılması, 1979-cu ilin dekabr ayında isə ABŞ raketlərinin Qərbi 
Avropada yerl
əşdirilməsi haqqında qərarlar qəbul olundu. 
1977-
ci  ilin  fevral  ayında  Birləşmiş  Ştatlar  hökuməti 
Kanadanı  bölmək istəyən Kvebek  separatçılarının  əleyhinə  çıxdı. 
Bununla  da  Kanadanın  parçalanmasının  qarşısmı  aldı.  Karter 
hökum
əti  Latın  Amerikası  ölkələrinin  daxili  işlərinə  SSRİ-nin 
müdaxil
ə etməsinə qarşı da qəti şəkildə çıxış edirdi.  
ABŞ-ın  Yaxın  və  Orta  Şərq siyasətində  İran özünəməxsus 
yer tuturdu. 1978-
ci  il  Iran  inqilabı  ABŞ-ın  bu  ölkədə  nüfuzunu 
sarsıtdı.  İranın  sonuncu  şahı  Məhəmməd Rza Pəhləvi Qərbdə 
gizl
əndi. Yeni hökumətin  şahın  təslim edilməsinə  dair tələbləri 
ABŞ  tərəfindən rədd  edildi.  İran  İslam  Respublikası  hökuməti 
ABŞ-ı başlıca düşməni, SSRİ və İsraillə yanaşı «üç şeytandan» biri 
elan  etdi.  İki  ölkə  arasında  münasibətlər kəskinləşdi.  Karter  İran 
hökum
ətinin 8 mlrd. dollar məbləğində bank hesablarını dondurdu, 
Hind okeanına «Miduey» avionosunu göndərdi. Buna cavab olaraq 
iranlı  və  pakistanlı  tələbələr  İslamabaddakı  amerikan  səfirliyini 
yandırdılar. 5 nəfər amerikan öldü. Bu zaman xəstə olan şahı Nyu 
Yorkdan Panamaya, oradan da Misir
ə  göndərdilər. Az sonra o
v
əfat etdi. Ağ ev 1979-cu il noyabrın 4-də yeni hökumət tərəfindən 
Tehranda girov götürül
ən və  444 gün saxlanandan amerikan 
diplomatlarını  və  səfirliyin digər  işçilərini azad etməkdən ötrü 
1980-
ci  ilin  aprel  ayında  İrana  qarşı  8  vertolyotla  hərbi hava 


 
68 
əməliyyatına başlasa da, uğursuzluğa düçar oldu. ABŞ 3 maşın, 8 
h
ərbçi  itirdi.  Bu  uğursuzluq  Karter  hökumətinin nüfuzuna ciddi 
x
ələl gətirdi.  Şah  öldükdən  sonra  İran  dondurulmuş  aktivlərini 
t
ələb etdi. ABŞ onu verdi. İran isə girovları azad etdi. 
Karter hökum
əti Çinlə münasibətləri yaxşılaşdırdı. 1979-cu il 
yanvar
ın 1-də iki ölkə arasında diplomatik münasibətlər quruldu. 
ABŞ  xarici  siyasətində  Hind  okeanı  zonasına  xüsusi  diqqət 
yetirirdi.  Karter  doktrinasına  görə,  Hind  okeanı  və  İran  körfəzi 
Q
ərbi Avropa və  Uzaq  Şərqlə  bərabər  ABŞ-ın  həyati mənafeyi 
zonası elan edildi. Hind okeanı zonasına belə diqqət yetirilməsinin 
başlıca səbəbləri regionun əlverişli hərbi-strateji mövqeyi, buradan 
38 növ malın dünya bazarına çıxarılması, sərfəli ticarət yollarının 
keçm
əsi və əhalisi 1,4 milyard nəfər olan 44 dövlətin yerləşməsi ilə 
əlaqədar idi. 
Karter hökum
ətinin Afrika qitəsində  yeritdiyi xarici siyasə-
tinin başlıca məqsədi antiamerikan əhval-ruhiyyəsinə son qoymaq 
idi.  Amerikan  diplomatiyası  bu  məqsədə  çatmaq  üçün  silahlı 
müdaxil
əni və zorakılığı deyil, həmin ölkələrə iqtisadi, texniki və 
maliyy
ə  yardımları  etməyi  əsas götürürdü. Bu məqsədlə  1980-ci 
ill
ərdə Afrika ölkələrinə edilən yardım 271 milyon dollardan 600 
milyon  dollara  çatdırıldı.  Nəticədə  ABŞ-ın  xarici  ölkələrə  etdiyi 
yardımlarda  Afrika  ölkələrinin  ümumi  payı  artaraq  17%-ə  çatdı. 
ABŞ-ın  Afrika  ölkələrinə  kapital  qoyuluşu  Cənubi Afrika istisna 
olmaqla 2 milyard 802 milyon dollardan 3 milyard 730 milyon 
dollara  çatdı.  1976-1980-ci illərdə  ABŞ-ın  yalnız  Cənubi Afrika 
Respublikasına kapital qoyuluşu 1,6 milyard dollardan 2,3 milyard 
dollara qalxdı. 
Karter    hökum
ətinin    xarici    siyasətində beynəlxalq təş-
kilat
ların işində iştirak etmək, BMT, tərksilah və digər qlobal pro-
bleml
ər də mühüm yer tuturdu. 
Düzdür,  C.  Karter v
ə  onun kabinet üzvləri bir neçə  dəfə 
ABŞ-ın  xarici  siyasətində  onun bütün ölkələrlə  «əməkdaşlıq»  et-
m
ək istəyi barədə bəyanatlarla çıxış etmişlər. Dünya ictimaiyyəti-
nin diqq
ətini cəlb etmək məqsədilə  Karter hökuməti xarici siya-
s
ətdə  «insan  hüquqları»  və  «əxlaq prinsipləri»nin  əsas təbliğat-
çısına çevrilmişdir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə