İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   21   22   23   24   25   26   27   28   ...   96

 
75 
Amerika siyas
əti  Latın  Amerikası  ölkələrinin  daxili  işlərinə 
müdaxil
əni də  istisna etmirdi.    Salvadorda  baş  vermiş  hadisələr 
bunun  timsalı  idi.    Salvador  irticasını  xilas  etməyə  çalışan  ABŞ 
xuntaya h
ərbi  yardımı  xeyli  artırmışdır.    Salvadordakı  «yaşıl 
beretlil
ər» məktəbində  Pentaqondan gəlmiş  təlimatçılar  xalq 
çıxışlarını yatırmaq sahəsində «öz təcrübəsini» öyrədirdilər.  Karib 
hövz
əsi bazalarının qoşunları döyüşə hazır vəziyyətə gətirilmişdir.  
«İkinci  Nikaraquyaya»  yol  verməmək  üçün  Vaşinqton  hər cür əl 
atmağa hazır idi. ABŞ Salvador xuntasına Amerika döyüş təyyarə-
l
əri və vertolyotları ilə təchiz olunmuş «çevik zərbə bölmələrinin» 
t
əşkilində  fəal  yardım  göstərirdi.  Savadorda  qanlı  xuntaya  hərbi 
yardımı  genişləndirən  Vaşinqton  bu  ölkəyə  təyinatlı  qoşunların 
çoxlu h
ərbi qulluqçusunu  da göndərmişdi.  Onların hamısı Ame-
rika  müşavirlərinin  başçılığı  altında  Salvadorun    milli  vətənərvər 
qüvv
ələrinə qarşı cəza tədbirləri həyata keçirirdi.   
Lakin ABŞ-ın bütün cəhdlərinə baxmayaraq, Salvadorun xalq 
kütl
ələri əsl suverenlik uğrunda vuruşurdular.   
Birl
əşmiş Ştatlar öz hərəkətlərini «pozucu kommunist fəaliy-
y
ətinə  qarşı  mübarizədə» «kollektiv tədbirlər» kimi qələmə  ver-
m
əyə  çalışırdı1979-cu  ilin  noyabrında  Boqotada  Latın  Amerikası 
ölk
ələrinin  silahlı  qüvvələri  komandanlarının  müşavirəsində  «po-
zucu kommunist f
əaliyyətinə qarşı» birgə mübarizə planı müzakirə 
edildi.    Planın  bəndlərindən birində  deyilirdi ki, ölkədə  hər dəfə 
siyasi  boşluq  deyilən vəziyyət  yarandığı  vaxt  hərbi qulluqçular 
hakimiyy
əti öz əllərinə  almalıdırlar.    Nümayəndələrin  əksəriyyəti 
bel
ə  bir bəyanata tərəfdar  çıxmışdı  ki,  silahlı  qüvvələrin  başlıca 
v
əzifəsi zəhmətkeşləri aldadan və  partizanları  ruhlandıran  kom-
munizmi l
əğv etməkdən ibarətdir.  
Birl
əşmiş  Ştatlar  «kontinentalı  pozuculuq  fəaliyyətini» 
boğmaq,  «daxili  düşmənlə» mübarizə  aparmaq məqsədilə  onlara 
«kommunizmd
ən kontinental müdafiə»  doktrinasını,  ABŞ  ilə 
əməkdaşlığı zorla qəbul etdirmişdir.   
Özünü 
«insan  hüquqlarının»  müdafiəçisi kimi göstərməyə 
çalışan  Vaşinqtonun  bunlara  münasibəti 1979-cu  ilin  mayında 
ABŞ-ın dövlət departamenti tərəfindən bildirilmişdi ki, milli təhlü-
k
əsizliklə  bağlı  olan  ciddi  mülahizələr  insan  hüquqlarına  kobud 


 
76 
sür
ətdə  məhəl qoymayan ölkələrə  hərbi yardım  göstərilməsini 
doğruldur.  Bu, ABŞ-a dost olan, insan hüquqları sahəsində pis ad 
çıxaran hökumətlərə  iqtisadi  yardım  göstərilməsinə  də  aid  idi.  
Xülas
ə, «Birləşmiş Ştatların ali mənafeyi» guya onu irticaçı rejim-
l
ərə də  yardım göstərməyə məcbur edir.   
Respublikaçılar  öz  qurultaylarında  R.Reyqanı  prezidentliyə 
namiz
əd irəli sürdülər.    Demokratlar isə  C.  Karteri  əsas namizəd 
kimi saxladılar.  Seçkilərdə qələbəni R. Reyqan qazandı.  
Ronald Reyqanın prezidentliyi dövründə ABŞ-ın xarici siyasəti 
Reyqan hökum
ətinin xarici siyasəti ideya-nəzəri  əsas neoq-
lobalizm  t
əşkil  edən  yeni   mühafizəkarlığa əsaslanırdı Neoqloba-
lizm  ABŞ  xarici  siyasətinin qlobal problemlərini regional səviy-
y
ədə  həll etməyi nəzərdə  tuturdu. Belə  yanaşma  bir  neçə  funda-
mental prinsipl
ərə  əsaslanırdı.  Bu  prinsiplərin içərisində  -  sürətlə 
silahlanma,  SSRİ  və  digər sosialist ölkələrini iqtisadi  cəhətdən   
xeyli gerid
ə qoymaq   və   üçüncü dünya ölkələrində vəziyyəti doğ-
ru qiym
ətləndirmək əsas yer tuturdu. 
Reyqan hökum
ətinin xarici siyasətində  SSRİ  ilə  müna-
sib
ətlərə xüsusi diqqət yetirilirdi. Onun hakimiyyəti illərində SSRİ-
ABŞ  münasibətləri  inkişaf  baxımından  üç  dövrdən keçdi.  Birinci 
dövr 1981-84-ci ill
əri, ikinci dövr 1985-86-cı illəri əhatə edirdi. 
İki  ölkə  arasında  münasibətlərin  inkişafının  üçüncü  dövrü 
1987-
ci ilin mart ayından başlayır. 
1985-ci il
ə  qədər  o,  SSRİ-ni  «Şər  imperiyası»  elan  edərək 
onu iqtisadi c
əhətdən zəiflətməyi  ABŞ-ın  əsas məqsədi  olduğunu 
bildirirdi.  1985-ci ild
ə  SSRİ-də  hakimiyyətə  Mixail Sergeyeviç 
Qorbaçov g
əldikdən sonra ABŞ-la SSRİ arasındakı münasibətlərdə 
mülayiml
əşmə  baş  verdi.    Reyqan  sosializmi  «zibilliyə» atmaq 
planını həyaia keçirməyə başladı.  Qorbaçovla Reyqan 1985-ci ildə 
Çenevr
ədə, 1986-cı  ilin  oktyabrında  isə  İslandiyanın  paytaxtı 
Reykyavikd
ə görüşdülər.1987-ci ilin dekabrın 7-8-də M. S. Qorba-
çov  Vaşinqotonda  oldu.  Vaşinqtonda  «Qısa  mənzilli raketlərin 
m
əhv edilməsi  haqqında»  iki  dövlət  arasında  saziş  bağlandı.    Bu 
tarixd
ə nüvə silahlarının ləğv edilməsini nəzərdə tutan ilk saziş idi.  
Reyqan  bu  sazişi  bağlayarkən  etdiyi  çıxışlarında  göstərdi  ki, biz 
SSRİ  ilə  saziş  bağlayarkən  rusların  çox  sevdiyi  bir  atalar  sözünü 


 
77 
işlətmək istəyirəm:  «İnan,  lakin  yoxla».  1988-ci  ilin  mayında 
Reyqan Moskvaya g
əldi.  Danışıqlar mehribanlıq şəraitində keçdi.  
Reyqan Moskvadan qayıdarkən bildirdi  ki, onun sosializm cəmiy-
y
əti  haqqında  təsəvvürlərində  yanlışlıqlar  var  və  sosializmdən də 
çox şey öyrənmək olar.   
ABŞ  hökuməti 1983-cü ilin  fevral ayında  «Demokratiya  və 
kütl
əvi diplomatiya proqramı» qəbul etdi. Bu proqramda sosialist 
ölk
ələrinə  qarşı  fəaliyyətin istiqamətləri və  metodları  müəyyən 
edildi. 1983-
cü ilin mart ayında 75 saylı prezident direktivi qəbul 
edildi. Direktivd
ə «Amerikanın səsi», «Azadlıq» və «Azad Avro-
pa»  radio  stansiyalarının  sosialist  ölkələrinə  qarşı  pozucu  veriliş-
l
ərinin həcmini artırmaq nəzərdə tutulurdu. 
Reyqan  hökum
ətinin xarici siyasətində  Latın  Amerika 
ölk
ələri  əsaslı  yer  tuturdu. Birləşmiş  Ştatların  bu  regionda  xarici 
siyas
ət  strategiyasını  iqtisadi,  siyasi  və  hərbi  strateji  maraqları 

əyyənləşdirirdi.  Reyqan  hakimiyyətə  gələn kimi bu ölkələrə 
münasib
ətdə  yeni bir tezis irəli sürdü. Bu tezis «beynəlxalq 
terrorizm
ə  qarşı  mübarizə»  adlandırıldı.  Belə  bir  tezis  inkişaf 
etm
əkdə  olan ölkələrdə  terrorizmə, anarxiyaya və  arzuolunmaz 
h
ərəkətlərə  qarşı  mübarizəni nəzərdə  tuturdu. Reyqan hökuməti 
1982-ci ild
ə  «Karib təşəbbüsü» deyilən təşəbbüslə  çıxış  etdi.  Bu 
t
əşəbbüs quraqlıqdan zərər çəkən region ölkələrinə yardım etməyi 
n
əzərdə tuturdu. Reyqan hökuməti regional münaqişələrin nizama 
salınması konsepsiyasını irəli sürdü. Kuba inqilabçılarının Qrenada 
adasında hərbi baza tikməsi ABŞ-ın mənafelərinə toxunduğundan 
1983-
cü il oktyabrın 25-də adaya hərbi müdaxilə təşkil olundu. 
Reyqan hökum
əti  Latın  Amerikası  ölkələrinə  münasibətdə 
panamerikan h
əmrəyliyi prinsipini irəli sürdü.  Birləşmiş  Ştatlar 
Latın Amerikası ölkələrinə geniş yardımlar planını həyata keçirdi. 
1981-
ci  ilin  yanvar  ayından  1985-ci  ilin iyununa qədər  ABŞ 
Salvadora 2 milyard dollar, 1981-88-ci ill
ərdə  isə  Nikaraquadakı 
antisovet qüvv
ələrə 300 milyon dollar yardım etdi. 
Reyqan hökum
əti xarici siyasətində  Asiya və  Sakit /okean 
regionuna da xüsusi diqq
ət yetirirdi. 1986-cı ilin sonunda ABŞ bu 
regiona 35,7 milyard dollar s
ərmayə  qoydu. Bu məbləğ  ABŞ-ın 
xarici ölk
ələrə  bütün  kapital  qoyuluşunun  14%-ni təşkil  edirdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə