İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   19   20   21   22   23   24   25   26   ...   96

 
69 
Karter hökum
əti Qərbi Avropa və Yaponiya ilə əlaqələrində 
iri kapitalist dövl
ətlərinin vahid cəbhəsini gücləndirmək məqsədilə 
«qarşılıqlı əməkdaşlıq» konsepsiyasını fəal təbliğ edirdi.  Bu işdə 
qarşılıqlı  planların  işlənməsində  Birləşmiş  ştatların  rəhbər  rol  
oynayacağı nəzərdə tutulurdu. Aparıcı kapitalist ölkələrinin rəhbər-
l
ərinin (ABŞ, AFR, Yaponiya, Fransa, İngiltərə, İtaliya və Kanada) 
bütün  illik  müşavirələrində  Birləşmiş  Ştatların  nümayəndələri öz 
mütt
əfiqlərini iqtisadi,  enerji,  maliyyə  çətinliklərinin aradan qal-
dırılmasına  dair  layihələrə  bağlamağa  can  atırdılar.    Bu  layihələr 
söz yox ki, ilk növb
ədə Amerika tərəfi üçün mənfəətli idi.  Lakin 
Q
ərbi Avropa ölkələri və Yaponiya qəti şəkildə Amerikanın gös-
t
ərişlərindən imtina etdilər.  İri kapitalist ölkələrinin iqtisadi sahədə 
qarşılıqlı planlar işləmək təşəbbüsləri səmərəsiz nəticələndi.  
H
ərbi siyasət məsələlərində Birləşmiş ştatların və onun Qərbi 
Avropa mütt
əfiqlərinin birliyi yüksək dərəcədə müdafiə olunurdu. 
Bel
ə ki, 1978-ci ilin may ayında NATO-nun sessiyasında ABŞ-ın 
t
əşəbbüsü ilə hərbi xərclərin ildə 3% artırılmasına dair qərar qəbul 
edildi.  1979-
cu  ilin  dekabr  ayında  Birləşmiş  ştatlar  NATO-da öz 
mütt
əfiqlərini Qərbi Avropa ölkələrində  orta mənzilli raket-nüvə 
vasit
ələrinin yerləşdirilməsi  haqqında  qərarla  razı  saldı.    Lakin 
NATO-nun gücünün son
rakı illərdə artırılmasına dair Amerikanın 
planı  Qərbi Avropanın  aparıcı  dövlətlərinin rəhbərləri tərəfindən 
sönük 
qarşılandı.    1980-ci  ilin  iyun  ayında  «Böyük  yeddilərin» 
növb
əti müşavirəsində (Venetsiyada keçirilib) ABŞ nümayəndələri 
özl
ərinin Qərbi Avropa müttəfiqlərini öz məqsədlərinə ram etməyə 
nail olmadılar.  
Karter hökum
ətinin Latın Amerikası ölkələri ilə münasibətinə 
dair siyas
əti böyük daxili ziddiyyətlərlə  xarakterizə  olunurdu.  
Yeni hökum
ət 
Latın 
Amerikası 
ölkələri məsələsinə 
respublikaçıların  münasibətindən fərqli münasibət bəsləyirdi.  
Karter hökum
ətinin bu məsələ ilə bağlı planları sırasında Panama 
kanalı  haqqında  yeni  müqavilənin  işlənməsi və  bağlanması 
dururdu. 
Vaşinqtonun rəsmi  nümayəndələrinin  fikrincə,  bu  Latın 
Amerikası  ölkələrində  Amerika  əleyhinə  əhval-ruhiyyənin 
z
əifləməsinə gətirib çıxarmalı idi.  1977-ci ilin sentyabr ayının 7-
d
ə Vaşinqtonda təntənəli şəraitdə Panama kanalının yeni statusu ilə 


 
70 
bağlı müqavilə imzalandı.  1978-ci ilin mart-aprel ayında keçirilən 
müzakir
ələrdən sonra senat müqaviləni təsdiq etdi.  Yeni 
müqavil
ədə  göstərilirdi ki,  Panama  kanalı  tədricən  Panamanın 
tabeçiliyi altına keçir.  Kanalın istismarından  alınan pulla kanalın 
işi  yaxşılaşdırılmalı  və  2000-ci ilədək  o  tam  şəkildə  Panamanın 
n
əzarəti  altına  keçməlidir.  Lakin  Panama  kanalı  haqqında  bu 
müqavil
ədə  Birləşmiş  Ştatlar  Panama  kanalı  ərazisində  özünün 
əsas hüquqlarını saxlamışdı.  
 Birl
əşmiş  Ştatlar  diktator  A.Somosaya 1979-cu ilin iyul 
ayında Nikaraqua xalqının onun hökumətinin devirməsi məqsədilə 
qaldırdığı üsyanının yatırılmasına çoxlu miqdarda iqtisadi və hərbi 
köm
əklik göstərmişdir.  Həmçinin  Vaşinqtonun  hakim  dairələri 
t
ərəfindən Salvodorun,Qvatemalanın,  Hondurasın  irticaçı  qüvvə-
l
ərinə,  xalqların  milli-azadlıq  hərəkatı  əleyhinə  hər cür  müba-
riz
əyə fəal köməklik göstərilirdi.  
70-ci ill
ərin sonlarında da Ağ evin sahiblərinin Yaxın və Orta 
Şərq siyasəti dəyişməmiş  qalmışdır.  Düzdür,  1977-ci ilin oktyabr 
ayında  dünyada  sülhün  qorunması  və  beynəlxalq gərginliyin 
azaldılması məqsədilə «Ərəb-İsrail ziddiyyətlərinin ədalətli həlli və 
qaydaya salınmasına dair» qarşılıqlı Sovet-Amerika bəyanatı dərc 
edilmişdir.    Lakin Birləşmiş  Ştatlar  bu  məsələdə  «hakim» rolunu 
oynamasına baxmayaraq yenə də imperialist mahiyyətini gizlətmir, 
ərəb  xalqlarının  vahid    cəbhəsini parçalamaq,  İsrailin  vəziyyətini 
möhk
əmlətmək  məqsədi güdürdü.  Bu işin ssenarisi Vaşinqtonda 
hazırlanırdı.  1978-ci ilin sentyabr ayında ABŞ prezidentinin iqa-
m
ətgahında, Kemp-Deviddə C. Karterin Misir prezidenti Ə.Sadatla 
v
ə İsrailin baş naziri M. Beginlə «Misir-İsrail» razılaşmasına dair 
görüşü keçirildi. Görüşdə bir sıra siyasi məsələlər, həmçinin İordan 
çayının Qərb sahilinə – Qəzzə ərazisinə muxtariyyət verilməsi və 
bu 
ərazidən  İsrail  ordularının  çıxarılması  məsələləri də  müzakirə 
edildi.  (H
əmin ərazi 1967-ci ildə İsrail işğalına  məruz qalmışdır).  
Karter hökum
ətinin  Yaxın  Şərq siyasəti  İsrailin  işğalçılıq  plan-
larının genişlənməsinə yardım edirdi.  
Karter hökum
ətinin sözü ilə  işi  arasında  ciddi  əlaqəsizlik 
başqa  xarici  siyasət  məsələlərində  də  özünü göstərirdi.    Belə  ki, 
m
əsələn,  1979-cu  ilin  yanvar  ayının  1-də  ABŞ  və  ÇXP  arasında 


 
71 
r
əsmi diplomatik əlaqələr  yaradılmış    oldu.    Həm də  prezident 
Karter, h
əm də Xua Qorenin rəhbərlik etdiyi Çin ABŞ və ÇXP ara-
sında  münasibətlərin  normalaşdırılmasına  can  atırdılar.    Bu 
normalaşdırma hər hansı bir üçüncü dövlət əleyhinə aparılmamalı, 
sülh  işinə,  beynəlxalq təhlükəsizliyə  xidmət etməli idi.    Lakin 
Amerika-Çin 
əlaqələrinin sonrakı  inkişafı  göstərdi  ki,  Birləşmiş 
ştatların  sağ  dairələri «Çin amilindən»  Sovet  İttifaqının  əleyhinə 
istifad
ə etməyə çalışmışlar.  
70-ci ill
ərin ikinci yarısında Sovet-Amerika münasibətlərinin 
inkişafı  böyük  çətinliklərlə  üzləşdi.    Düzdür,  C.  Karter  və  onun 
xarici siyas
ət üzrə müşavirləri özlərinin dünyanın iki sistemi arası-
nda münasib
ətlərin  normalaşdırılmasını  bəyanatlarla göstərirdilər. 
Bununla ABŞ-ın hakim dairələri sürətlə silahlanmada yeni imkan-
lar    qazınır  və  Birləşmiş  Ştatların  günahı  üzündən strateji hücum 
silahlarının məhdudlaşdırılmasına dair yeni uzunmüddətli razılığın 
əldə olunması və müqavilənin bağlanması gedişini ləngidirdilər.  
1979-cu ild
ə  SSRİ  və  ABŞ  arasında  strateji  hücum  silah-
larının  məhdudlaşdırılmasına  dair  saziş    imzalandı.    Bu sənəd də 
əvvəllər  imzalanmış  sənədlər kimi tərəflərin bərabərliyi və  eyni 
d
ərəcədə təhlükəsizliyi prinsipinə əsaslanırdı.Saziş müxtəlif ictimai 
quruluşlu  dövlətlərin  dinc  yanaşı  yaşaması  prinsipinə  müvafiq 
olaraq ikit
ərəfli  əməkdaşlığı  uzunmüddətli  əsas üzərində  inkişaf 
etdirm
ək üçün zəmin yarada bilərdi.  
1979-
cu  ilin  iyun  ayının  18-də  Vyanada Sov.İKP  MK-nın 
Baş katibi, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri L.İ.Brejnev və 
ABŞ prezidenti C. Karter arasında strateji hücum silahlarının məh-
du
dlaşdırılmasına  dair  müqavilə  imzalandı.    Hər iki tərəf strateji 
hücum  silahlarının  sayının  məhdudlaşdırılması  və  onların  təkmil-
l
əşdirilməsinin  saxlanılmasına  dair  razılaşma  əldə  etdilər.    Onlar 
h
əmçinin öz üzərlərinə strateji silahların yeni növlərinin təşkilinin  
m
əhdudlaşdırılması vəzifəsini də götürmüşdülər.1979-cu ilin Vya-
na görüşü özündə Sovet-Amerika münasibətlərinin və bütünlükdə 
beyn
əlxalq siyasi  iqlimin  yaxşılaşması  yolunda  irəliyə  mühüm 
addım  atıldığını  əks etdirirdi.  1979-cu ilin  dekabrında  SSRİ-nin 
Əfqanıstana qoşun yeritməsi bu sazişin ABŞ tərəfindən ratifikasiya 
edilm
əməsinə səbəb oldu.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə