İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   9   10   11   12   13   14   15   16   ...   96

 
39 
h
ərbi silah-sursatı  cənuba  vermişdi.  Hərbi infrastrukturlar  əsasən 
38-ci paralel
ə yaxın ərazilərdə tikilirdi və burada 5 Cənubi Koreya 
diviziyası  yerləşdirmişdi.  Bu  ABŞ–ın  işarəsi ilə  Cənubun  tezliklə 
müharib
əyə başlamaq fikrində olduğunu göstərirdi.   
 1950-ci il iyunun 13-d
ə  ABŞ  Cənubi  Koreyada  yarım 
fövqal
ədə  vəziyyət  elan  etdi.  Bu  böhranlı  günlərdə  Cənubu 
Koreyaya dövl
ət departamentinin məsləhətçisi Con Foster Dalles 
g
əldi. O, Uzaq Şərqdə Amerika qoşunlarına rəhbərlik edən general 
Makarturla,  ABŞ-ın  müdafiə  naziri L. Consonla və  qərargah 
r
əislərinin birləşmiş  komitəsinin rəhbəri O.Bredli ilə  Tokioda 
görüşdü  və  müşavirədən sonra Cənubi Koreyaya gəldi. O, 38-ci 
paraleli  yoxladıqdan  sonra  Milli  Müdafiə  ordusu  qarşısında  çıxış 
ed
ərək belə  bir fikir irəli sürdü ki, onlara ən  güclü  düşmən belə 
müqavim
ət göstərə bilməz.  
1950-ci il iyunun 25-d
ə  Cənub ordusu müharibə  elan 
etm
ədən 38-ci paraleli keçdi.  Şimal hökuməti dərhal bundan sonra 
C
ənub hökumətindən hücumu dayandırmağı tələb etdi. Lakin buna 
əməl  olunmadı.  Belə  olduğu  təqdirdə  şimal  hökumətinin  başçısı 
Kim  İr  Sen iyunun 26-da radio ilə  xalqa müraciət edərək ölkəni 
qorumağın  vaxtının  gəlib  çatdığını  bildirdi.  İyunun  27-də  ABŞ 
prezidenti Harri Trumen ordu v
ə  donanmaya    Şimali  Koreyaya 
müdaxil
əyə başlamaq və Tayvanı mühasirəyə almaq əmrini verdi. 
Bu t
ədbirlər BMT-nin razılığı ilə həyata keçirilirdi. Təhlükəsizlik 
Şurasının  1950-ci il 25 iyun tarixli qətnaməsi Koreyaya.  Hətta 
Çin
ə  və  Asiyanın  digər ölkələrinə  də  aid idi. Çin bu müharibə 
zamanı Şimalın hüquqlarını müdafiə edirdi və müharibə başlandığı 
zaman onun köm
əyinə  öz ordu hissələrini göndərmişdi.  Bu 
s
əbəbdən qətnamələr Çinə  də  aid edilirdi.  BMT-nin üzvləri 
C
ənubi Koreyaya hərbi hücumda mühüm rol oynayan 27 iyul 
tarixli q
ətnaməni, iyulun 7-də isə onu BMT qoşunları adlandırmaq 
v
ə  BMT  bayrağından  istifadə  etmək haqqında  qətnaməni qəbul 
etdil
ər.  Amerikan  generalı  Duqlas  Makartur  BMT  qoşunlarının 
r
əhbəri oldu.  
  BMT ordusunun t
ərkibində  ABŞ-ın  təşkilatçılığı  ilə  BMT-
y
ə  daxil olan ölkələr  ümumi  orduya  öz  silahlı  qüvvələrini 
gönd
ərdilər. Bu ölkələr ABŞ, Böyük Britanya, Fransa, Niderland, 


 
40 
Türkiy
ə,  Yunanıstan,  Lüksenburq,  Belçika  Kananda,  Kolumbiya, 
Avstraliya, Yeni Zelandiya, Tailand, Filippin, Efiopiya, CAR idi.  
  Müharib
ə başlanandan 2 ay ərzində KXDR ordusu əhalinin 
köm
əkliyi ilə Cənubi Koreya ordusunu bir sıra döyüşlərdə məğlub 
etdi. Xüsusil
ə  Seul,  Tedjon,  Mokpxo  uğrunda  gedən  döyüşlərdə 
c
ənub ordusu məğlub oldu. Cənub ordusunda ruh düşkünlüyünün 
olduğunu qeyd edən general Makartur öz məruzəsində bildirirdi ki: 
”Mübariz
ə  aparmaq  əzmi və  ya müqavimət göstərmək istəyi  bu 
orduda yox idi”.  
Buna  cavab  olaraq  oktyabrın  1-də  BMT  komandanlığı 
qiyamçı  ordunun  bütünlüklə  və  danışıqsız  təslim  olmasını  tələb 
etdi. H
əmin gün BMT orduları 38-ci paraleli keçdilər. Aksiya hərbi 
əməliyyatlara icazə  verən  BMT qətnaməsi  əsasında  aparılırdı. 
ABŞ  və  müttəfiqləri tələb edirdilər  ki,  BMT  Baş  Məclisinin 
sentyabrın 19-da işə başlayan 5-ci sessiyasında Açeson (o zamankı 
ABŞ  dövlət katibi) tərəfindən  hazırlanmış  Koreyanın  birləş-
dirilm
əsi üçün qüvvələrin tətbiq edilməsinə  və  Li  Sın  Man 
rejimi
nin Koreyanın bütün Şimal hissəsinə yayılmasına icazə verən 
8 dövl
ətin (İngiltərə.  Avstraliya, Brazilya, Kuba, Niderland, Pakis-
tan, Filippin v
ə  Norveç) qətnaməsini qəbul etsin.  Lakin bunun 
əleyhinə  SSRİ,  Polşa  və  Çexoslovakiya hərbi  əməliyyatların 
dayan
dırılması  və  Koreyadan  bütün  xarici  qoşunların  çıxarılması 
haqqında qətnamənin layihəsini irəli sürdülər.  
8-l
ərin layihəsinin  əleyhinə  3 sosialist dövləti və  Hindistan 
s
əs verdi, 7 dövlət isə bitərəf qaldı. Layihə oktyabrın 7-də səs çox-
luğu ilə təsdiq edildi. Qətnamə BMT ordularının Şimali Koreyanı 
mühasir
əyə almaq, BMT komissiyası isə hərbi mühasirə şəraitində 
v
ə Cənubi Koreyanın konstitusiyası əsasında Seul Milli Məclisində 
300 yerd
ən 100-nün Şimali Koreya üçün nəzərdə tutan seçkilərin 
keçirilm
əsinə  nəzarət etmək  tapşırığını  verdi.  Baş  Məclis Kore-
yanın bərpası və birləşdirilməsi üzrə komissiya da təsis etdi. Lakin 
Şimali Koreya SSRİ-nin təzyiqi ilə BMT qətnaməsinə tabe olmadı. 
Artıq 1950-ci il noyabrın 24-də BMT ordusu Makarturun başçılığı 
il
ə  cənub ordusuna dəstək verməklə  hücuma  başladı  və  bir  sıra 
uğurlar qazansa da  1950-ci il  oktyabrın 25-də general Pen Deuxa-
yanın başçılığı ilə Şimalım köməyinə gələn ÇXR-nın könüllü ordu 


 
41 
hiss
ələri  onun  tutduğu  mövqeləri  əlində  saxlamasına  kömək etdi. 
Şimal ordusuna bu vaxtlar SSRİ-də köməklik edirdi. SSRİ özünün 
MİQ-15 modelli hərbi təyyarələrindən  şimal  ordusunun  havadan 
qorunmasını təmin edirdi.  
  
ABŞ tərəfi də real vəziyyəti nəzərə alaraq buna qarşı özü-
nün F-86 modelli muasir t
əyyarələrini Koreya səmalarına  qaldır-
mışdı.  SSRİ-nin Şimali Koreyaya hər cür vasitələrlə kömək etmə-
sind
ən  ABŞ  xəbərsiz  deyildi.  Lakin  SSRİ  ilə  “üzbəüz qalmaq” 
ist
əməyən ABŞ ona qarşı başqa bir tədbir görmədi. Buna səbəb isə 
beyn
əlxalq aləmdə  o zamanlarda cərəyan edən nüvə  münaqişəsi 
idi.  
 1950-
ci  il  noyabrın  26-dan  dekabrın  13-nə  qədər Pxenyan 
yaxınlığındakı  Çxosin  su  anbarı  ətrafında  ÇXR  könüllüləri və 
Şimal ordusu ilə BMT ordusu (əsasən ABŞ VƏ İngiltərə ordusu) 
arasında şiddətli döyüşlər getdi. Döyüşün nəticəsində Şimal ordusu 
ABŞ-ın 7 piyada diviziyasını məhv etməklə özünə əlverişli mövqe 
qazandı. Belə bir vaxtda ABŞ BMT-nin Baş Məclisindən  KXDR-
ın  müdafiəsində  Çin könüllülərinin  iştirakına  görə  ÇXR-nı  təca-
vüzkar elan ed
ən qətnamənin dərhal qəbul  olunmasını  tələb etdi. 
1951 –ci i
l fevralın 1-də ABŞ-ın irəli sürdüyü qətnamə layihəsinə 
44 ölk
ə səs verdi.  SSRİ, Polşa, Çexoslovakiya, Birma, Hindistan 
bu q
ətnamənin əleyhinə səs verdilər. 9 dövlət isə bitərəf qaldı.    
 Lakin bu q
ətnaməyə əməl etməyən Çin tərəfi şimal ordusuna 
d
əstək verməkdə davam edirdi.  Çxosin müvəffəqiyyətindən sonra 
hücumları  davam  etdirən  şimal  ordusu  Çin  könüllüləri ilə  birgə 
1951-
ci  ilin  yanvarın  4-də  Seulu  tutdu.  Şəhəri  qoruyan  ABŞ  8-ci 
ordusu v
ə 10-cu korpusu ağır itkilər verə-verə geri çəkildi. Seul ələ 
keçirildikd
ən sonra şimal ordusu hücumları müvəqqəti dayandırdı. 
Bundan istifad
ə  edən  BMT  ordusunun  komandanlığı  tərəfindən 
“Canavarlar ovu”, “İldırım”, “Mühasirə” şərti adları altında planlar 
hazırlandı və 1951-ci ilin fevralın 21-də BMT ordusu Çin könül-
lül
əri və şimal ordusundan ibarət birləşmiş orduya ağır zərbə vura 
bildi.  
 1951-
ci  il  martın  7-də  BMT ordusu xüsusi əməliyyat ilə 
Xanqan çayı ətrafında döyüşə girməklə çətin bir şəraitdə Seulu geri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə