İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   7   8   9   10   11   12   13   14   ...   96

 
33 
Marşall  planı  əsasında  Qərbi  Almaniyaya  yardım  edilməsi 
ondan  İkinci  dünya  müharibəsindən sonra məğlub  dövlət kimi 
alınan  təzminat (təzminat  zərər görən ölkələrə  verilirdi) ilə  birgə 
müşayiət edilirdi.  
 Bu plan sonra 1951-ci ild
ə  “qarşılıqlı  təhlükəsizliyin təmin 
edilm
əsi” qanunu ilə  əvəz edildi. Qanun qəbul edildikdən və 
prezident t
ərəfindən təsdiqləndikdən  sonra  plana  uyğun  şəkildə 
1948-ci  ilin aprelin 4-d
ən 1951-ci  ilin  dekabrınadək  ayrılan  12,4 
milyard dollar v
əsait  plana  qoşulan  ölkələrə  müşavirədəki 
müzakir
ələrə  uyğun  olaraq  paylandı.  Belə  ki,  İngiltərəyə-2,8 
milyard, Fransaya-
2,5  milyard,  İtalyaya-1,3 milyard, Qərbi 
Almaniyaya  1,8 milyard dollar, Hollandiyaya  1 milyard dollar 
m
əbləğində yardım edildi.    
  
ABŞ etdiyi yardımın müqabilində yardım alan dövlətlərdən 
t
ələb etdi ki, onların  hakimiyyət  orqanlarında  1 dənə  də  olsun 
kommunist partiyasından nümayəndə olmasın. Bunun əsasında da 
1948-
ci  il  araşdırılmalarında  müəyyən olundu ki, hakimiyyət 
orqanlarında heç bir dənə də olsun kommunist yoxdur.  
  
İkinci  dünya  müharibəsi nəticəsində  Avropada  dağıdılmış 
t
əsərrüfatı  bərpa etməyə  bu köməyi etməzdən  əvvəl  ABŞ-ın 
özünün h
əmin ölkələrdəki daxili vəziyyəti öyrənməyi bir şərt kimi 
ir
əli sürülürdü.  1948-1952-ci illərdə  Avropanın  16  ölkəsi 12,5 
milyard d
əyərində  olan  Marşal  planına  qoşuldu.    Ancaq  Finlan-
diya,  İspaniya  və  Avropanın  «sovet  modeli»  əsasında  qurulmuş 
sosialist ölk
ələri bu plana qoluşmadılar.   
Marşall  planının  verdiyi  nəticələr  ABŞ  üçün  əsasən özünün 
tarix  boyu  qarşısına  qoyduğu  məqsədlərə  çatmaq üçün gördüyü 
t
ədbirlərdən  ən  uğurlusu  hesab  olunur.  Beləliklə  planın  reallaş-
dırılması ilə ABŞ-da sənaye istehsalı artdı. Halbuki bu vaxta qədər 
keçiril
ən ölkə  daxilində  bu sahə  üzrə  islahatlar  səmərəli  nəticələr 
verm
əmişdi.  Bu  hadisədən sonra ölkənin milli iqtisadi siyasəti 
d
əyişdirilmədən  qısa  müddət  ərzində  ölkə  iqtisadi həyatında 
canlanma müşahidə olundu; Avropa ölkələri (yardım almış ölkələr) 
özl
ərinin  xarici  borclarını  ödəyə  bildilər;  yardım  alan  ölkələrə 
kommunistl
ərin və SSRİ-nin təsiri zəiflədi; 


 
34 
Avropada siyasi stabilliyin  v
ə  daimi  inkişafın  qarantı  olan 
“orta sinif statusu” b
ərqərar olunub mövqeyi möhkəmləndirildi;  
NATO-
nun yaradılması 
Marşall  planının  qüvvəyə  minməsindən dərhal sonra 
amerikan  diplomatiyası  ABŞ-ın  rəhbərliyi  altında  hərbi blok 
yaratmaq üçün Q
ərbi Avropa dövlətləri ilə danışıqlara başladı.  Bir 
növ  ABŞ    bununla  həyata keçirdiyi və  uğur  qazandığı  Marşall 
planı və Trumen doktrinasını hərbi və siyasi cəhətdən möhkəmlət-
m
ək və genişləndirmək arzusunda idi.  
Əvvəlcə  ABŞ  tərəfi Kanada və  Brussel  paktına  qoşulan 
ölk
ələrin(1948-ci il martın 17-də Çörçillin Fultonda çıxışı zamanı 
ir
əli sürdüyü “Birləşmiş  Avropa”  ideyası  əsasında  yaradılmış  və 
Marşall  planına  qoşulan  Avropa  ölkələrini özündə  birləşdirən 
“Q
ərb İttifaqı”) ABŞ-dakı səfirlikləri ilə dövlət katibinin nümayən-
d
əsi  R.Lovett  gizli  danışıqlara  başladı.  Artıq  1948-ci ilin sentya-
brında  ölkələr  arasında  razılıq  əldə  olundu və  gələcək bloka 
Portuqaliya v
ə İtalyanın da daxil olunmasına razılıq verildi.  
Marşall planında iştirak edən bəzi dövlətlər-Avstriya.  İrlan-
diya, İsveçrə, İsveç hərbi ittifaqda da iştirak etmək istəmədiklərini 
bildirdil
ər.  Türkiyə və Yunanıstanın hərbi bloka qəbulu məsələsi 
is
ə  müvəqqəti olaraq təxirə  salındı,  amma  onların  üzvlük  haqları 
saxlanılırdı.  
M
əqsəd isə tam aydın idi. Trumen doktrinası və Marşall planı 
əsasında  ABŞ  tərəfindən maliyyə  yardımı  və  siyasi dəstək alan 
Türkiy
ə və Yunanıstanı dərhal bu bloka üzv kimi daxil etmək çox 
t
əhlükəli və cəsarət tələb edən bir iş idi. ABŞ beynəlxalq arenada 
mövcud v
əziyyəti nəzərə  alaraq bu cür qorxulu riskə  hələlik 
getm
ədi. Bu iki ölkə  NATO-nun “1-ci səviyyədə  genişlənməsi” 
əsasında 1952-ci ilin  fevralın 18-də bu bloka qoşuldular. 
Bel
əliklə, ilkin mərhələdə  blok iştirakçılarının sayı 12 dövlət 
oldu.  Blok bel
ə adlanırdı: Şimali Atlantika İttifaqı-NATO.  (North 
Atlantic Treaty Organization). 1949-cu il aprelin 4-d
ə  Belçika, 
İslandiya,  Danimarka,  Kanada,  Lüksenburq, Niderland, Norveç, 
Portuqaliya, İtaliya, Böyük Britanya, Fransa və ABŞ-ın xarici işlər 
nazirl
əri  Vaşinqtonda  Şimali  Atlantika  Paktını  imzaladılar.  Mü-
qavil
ə 20 il müddətinə nəzərdə tutulurdu.  Blokun baş qərargahının 


 
35 
Brüssel  şəhərində  yerləşməsi qərarı  alındı.  Onun  keçirdiyi  kon-
frans
ların isə rəsmi dil ingilis və fransız dilləri oldu. Vaşinqtonda 
bu  pakt  bağlanarkən onu imzalayan dövlətlər öz üzərilərinə 
öhd
əçilik kimi götürdükləri aşağıdakıları qəbul edilir: 
Müqavil
əni imzalayan tərəflər özlərinin  əsas məqsəd, 
prinsip v
ə inamlarını BMT nizamnaməsi əsasında və özlərini digər 
ölk
ə  və  xalqlarla birgə  yaşamağa  razılıq  baxımından  bu 
müqavil
əni təsdiq edirlər.  
Müqavil
ə  imzalayan tərəflər qanuni, hüquqi və  demokratik 
prinsipl
ərdən  qaynaqlanan  öz  xalqlarının  azadlığını  və  siviliza-
siyasını qorumağa qərarlıdır.  
  Müqavil
ə  imzalayan tərəflər  Şimali  Atlantika  regionunun 
stabilliyinin v
ə  ümumi  rifahının  gücləndirilməsinə  öz töhfələrini 
verirl
ər.  
 Müqavil
ə imzalayan tərəflər dünyanın hər cür fəlakətlərdən 
qoru
nması  və  təhlükəsizliyi naminə  kollektiv  şəkildə  öz səylərini 
birl
əşdirməyə qərarlıdırlar”   
Aprelin 5-d
ə NATO-nun üzvü olan Avropa dövlətləri onlara 
v
əd edilmiş hərbi və maliyyə köməkliyini almaq məqsədi ilə ABŞ-
a müraci
ət etdilər. Buna müvafiq olaraq proqram  ABŞ  hökuməti 
t
ərəfindən hazırlandı və “ Xarici dövlətlərə hərbi yardım haqqında” 
qanun layih
əsi kimi 1949-cu il iyulun 25-də təsdiq üçün konqresə 
t
əqdim olundu. Qanun layihəsi bəyənildi və qüvvəyə mindi.  
Bu siyas
əti davam etdirən ABŞ hökuməti” NATO üzvü olan 
dövl
ətlərin hərbi qüvvələri  haqqında  status”  konvesiyasını 
(beyn
əlxalq  saziş)  işləyib  hazırlayaraq  Şimali  Atlantika  blokunun 
şurasında  qəbul etdirdi. Konvensiya 1951-ci ilin iyunun 19-da 
imzalandı  və  1953-cü ilin avqustun 23-də  qüvvəyə  mindi. Kon-
vensiyaya 
əsasən  ABŞ  blok  üzvlərinin  ərazilərində  özünün hərbi 
bazalarını yarada bilərdi, bu hüquq Avropa dövlətləri üçün də sabit 
idi.  
Bel
əliklə,  “Qarşısını  alma  doktrinası”  NATO-nun rəhbər 
h
ərbi  doktrinasına  çevrildi.  1949-cu  ilin  payızında  Sovet  İttifaqı 
ABŞ-ın  atom  silahı  üzərində  inhisarını  ləğv  edərkən bu doktrina 
daha 
əvvəlki əhəmiyyətini xeyli itirmiş oldu. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə