İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   6   7   8   9   10   11   12   13   ...   96

 
30 
q
ədər potensiala malik deyil ki hərbi qüvvənin köməkliyi ilə 
dünyanı idarə edə bilsin” . 
Konqresd
ə  doktrinanın  müqavimətlə  rastlaşmasına  baxma-
yaraq 1947-ci il may
ın 22-də “Trumen doktrinası” qüvvəyə mindi. 
Konqres  ABŞ  –ın  Yaxın  Şərq ölkələrinin  daxili  işlərinə 
qarışmasına bu doktrinanı qəbul etməklə rəsmi şəkildə icazə verdi. 
Bununla da veril
ən bu qərar  Vaşinqtonda  və  dünyada olan bütün 
irticaçı qüvvələr tərəfindən dəstəkləndi  
  Bel
əliklə,  doktrina  əsasında  ABŞ  Türkiyə  və  Yunanıstana 
silahlar, amerikan h
ərbi və  mülki heyəti göndərdi. SSRİ-nin Tür-
kiy
əyə  böhtanlar  atması  və  ərazi  iddiaları  irəli sürməsi Türkiyəni 
ABŞ-la  daha  da  yaxınlaşdırmışdı.  ABŞ  bu  iki  ölkədə  öz hərbi 
bazalarını  yaratdı.  Bu doktrina Qafqaza qədər olan ərazini  əhatə 
edirdi.  Bu doktrina il
ə  ABŞ  Yaxın  Şərq neftinə  də  sahib olma 
imkanlarını  genişləndirmiş  olurdu.  Əgər 1938-ci ildə  ABŞ 
inhisarlarının  payına  Yaxın  Şərq neftinin 14%-i (3,2 mln. ton) 
g
əliri  düşürdüsə, 1951-ci ildə  bu rəqəm 57,8%-i (56,6 mln. 
ton)t
əşkil etdi.  
  
ABŞ  özünün  Yaxın  Şərqdə  həm də  neft monopoliya möv-
qeyini möhk
əmlətmək  baxımından    da  Yunanıstan  və  Türkiyə 
h
ərbi-strateji və iqtisadi cəhətdən onun məqsədlərinə tam bir şəkil-
d
ə  cavab verirdi. Lakin “soyuq  müharibə”  prizmasından  Trumen 
doktrinasına  baxdıqda  bu  ərazilərdən  gələcəkdə  müharibə  olacağı 
t
əqdirdə  qabaqcadan keçiriləcək  əməliyyatların  hazırlanmasında 
istifad
ə  olunacağını  aydın  şəkildə  görmək çətin  deyildi.  ABŞ  
müharib
ə olacağı təqdirdə Qərbi Avropanı əsas əməliyyat meydanı 
hesab edirdi.  
Trumen doktrinasının elan edilməsindən 1 gün sonra 1947-ci 
ilin mart 13-d
ə elan edildi ki, amerikan kompaniyaları 227 milyon 
dollar h
əcmində  Səudiyyə  Ərəbistanına  investisiya  qoyacaqdır  və 
uzunluğu  1050  mil-ə(1736,7 km) çatacaq neft mədənlərindən 
Aralıq  dənizinə  neft kəməri çəkəcəklər. Beləliklə,  ərəb neftinə 
qarşı ABŞ monopoliyasının maraqları artmaqda idi. Burada geniş 
şəkildə  ABŞ  korporasiyalarının  “işgüzarlıqla”  məşğul  olmasına, 
1948-ci il  iyulun 6-da Kuveyt 
neft rayonları üzərində konsensiya 
hüququnun alınması da böyük rol oynadı.  


 
31 
Marşall planı 
1947-
ci  il    mayın  23-də  “Trumen  doktrinası”    qüvvəyə 
mindikd
ən  bir  gün sonra Avropa ölkələrinə  “iqtisadi  yardımı” 
n
əzərdə tutan dövlət katibi Corc Ketlett Marşall tərəfindən işlənib 
hazırlanan  “Marşall  planı”  irəli  sürüldü  ki,  bu  planın  rəsmi  adı 
“Avropanın dirçəldilməsi proqramı” idi. Bu plana görə Avropanın 
17 ölk
əsi belə  bir  “yardım  kampanıyasında”  iştirak  etməli idi. 
Lakin  planın  ideyası  heç  bir  yeniliklə  fərqlənmirdi. Onun kökləri 
1919-1923-cü ill
ərdə 
“ARA”-dan (“Amerikan Relief 
Administration”- 
“Amerika  Yardım  Təşkilatı”)irəli gəlirdi. Bu 
birinci  dünya müharib
əsində  zərər çəkmiş  Avropa  ölkələrinə 
yardım  göstərməyə, amerikan iqtisadi və  siyasi mövqelərinin 
gücl
ənməsinə  və  sovet təsirinə  qarşı  mübarizə  siyasətini həyata 
keçirm
əyə xidmət edirdi.  
1945-ci ild
ə  Lend-Liz  qanunun  icrasına  xitam  verildikdən 
sonra 1949-cu il
ə  kimi  ABŞ  hökuməti xarici dövlətlərə  borc və 
subsidiya (maliyy
ə  yardımı)  şəklində  20 milyard dollar vəsait 
x
ərcləmişdi.  Buna  baxmayaraq  ABŞ  –ın  həmin illərdə  kapital 
ixracı cəmisi 1,5 milyard dollar təşkil edirdi. Həm iqtisadi poten-
sialını  artırmaq,  həm də  Avropada özünə  siyasi dayaq yaratmaq
xüsusil
ə  də  “soyuq müharibə  “ ilə  əlaqəli olaraq Avropa dövlət-
l
ərini  SSRİ-yə  qarşı  vahid  cəbhədə  birləşdirmək  üçün  “Marşall 
planı”  ən  səmərəli  bir  silah  idi.  Marşall  planı  özündə  bir  sıra 
iqtisadi v
əzifələri  əks etdirməklə  Trumen  doktrinası  kimi  hərbi-
siyasi xarakterini qoruyub saxlayırdı.  
1947-
cı  il  iyunun  5-də  Kembricdə  Harvard universitetinin 
keçmiş  tələbələri-cəmiyyət üzvləri  qarşısında  Marşall  nitq 
söyl
əyərək  yeni  plan  haqqında  məlumat verdi. Bu nitq amerikan 
diplomatiyasının  ənənəvi üslubunda söylənildi. Yeni plan nitqin 
q
əfil  improviziyası  (improvizasiya-hazırlaşmadan  niyq  söyləmək) 
kimi t
əqdim  olundu.  Əsasən ümumi ifadələrlə  çıxış  edən və 
konkretl
əşmədən  qaçan  Marşall  müharibədən zərər çəkmiş 
Avropanı  bərpa etmək  üçün  amerikan  yardımının  göstərilməsinin 
z
əruriliyini bəyan etdi. Harvard universitetində  Marşall  alovlu 
nitqind
ə  söylədi ki, ”Bizim siyasətimiz hər  hansı  ölkəyə  və 


 
32 
doktrinaya  qarşı  deyil,  aclığa,  yoxsulluğa  və  xaosa  qarşı 
yön
əldilmişdir”.  
Konqresd
ə bu plan da Trumen doktrinası kimi böyük müqa-
vim
ətə rast gəldi. Axı söhbət burada daha nəhəng təxsisatdan(pul 
ayırması) gedirdi. Konqresin ilk sessiyası bu məsələyə dair heç bir 
q
ərar qəbul etmədən işinə yekun vurdu.  
 1947-ci il iyunun 17-18-d
ə  Parisdə  görüşən  İngiltərə  və 
Fransa nümay
əndə heyətləri amerikan planının həyata keçirilməsi 
üçün 
ən zəruri tədbirlər haqqında danışdılar və müşavirəyə Sovet 
İttifaqını da dəvət etdilər. Dəvət qəbul olundu. İngiltərə, Fransa və 
SSRİ xarici işlər nazirlərinin Marşall planına dair müşavirəsi 1947-
ci il iyunun 27-d
ən iyulun 2-dək Parisdə keçirildi. ABŞ nümayəndə 
hey
əti  burda  iştirak  etmirdi.  Lakin  az  sonra  SSRİ  və  onun təsiri 
altında olan Şərqi Avropa ölkələri onun təzyiqi ilə bu planda iştirak 
etm
əkdən imtina etdilər.  
 
SSRİ  iştirak  etməməsini  əsas səbəbini belə  izah edirdi ki, 
onda  dig
ər ölkələr kimi, büdcə  defitsiti-infilyasiya o dərəcədə 
qorxulu h
əddə çatmamışdır. Şərqi Avropa dövlətləri isə SSRİ –nin 
t
əsiri ilə  bu  planın  onların  maraqlarına  uyğun  olmadığını  bil-
dirm
əklə  planda  iştirakdan  imtina  etdilər.    Sovet  İttifaqının    və 
onun t
əsiri ilə  Şərqi Avropa dövlətlərinin plandan imtina etməsi 
ABŞ-ın  planlarına  uyğun  gəlmirdi. Bu da,  əlbəttə, konqresin 
n
əzərindən qaçmadı. Məhz bu səbəbdən, xüsusilə də Şərqi Avropa 
ölk
ələrinin plandan imtina etməsindən sonra konqres bu məsələyə 
yenid
ən  baxdı  və  vaxt itirmədən bu plan üzrə  ayrılacaq  maliyyə 
v
əsaitini təsdiq etdi.  Konqres 1948-ci ilin aprelin 4-də Avropaya 4 
illik yardımı özündə ehtiva edən  “İqtisadi əməkdaşlıq haqqında” 
adı ilə bu planı qəbul etdi.   
  1947-ci ilin iyulun 12-d
ə ABŞ-da iştirak etməklə Avropanın 
16 dövl
əti Parisdə çağırılmış konfransda iştirak etdi. Bu konfransda 
planda  iştirak  edən hər bir dövlətə  ayrılacaq  vəsaitin həcmi 
bar
əsində  müzakirələr  aparıldı.  Bunun  əsasında  da  vəsaitin 
köçürüm
ə  əməliyyatını  asanlaşdırmaq  üçün  ABŞ-da ölkələrin 
iqtisadi v
əziyyətini öyrənən və  bunu  əsasında  da  ona  ayrılacaq 
v
əsaitin həcmini müəyyən edən xüsusi dövlət təşkilatı yaradıldı.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə