İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   8   9   10   11   12   13   14   15   ...   96

 
36 
Bu dövrd
ə  ABŞ-ın  yeni  xarici  siyasət xətti «atom diploma-
tiyası» adını aldı.  ABŞ-la SSRİ arasındakı ixtilafları gücləndirən 
amill
ərdən biri də 1948-ci ildə baş vermiş Berlin böhranı idi.  ABŞ, 
İngiltərə  və  Fransanın  Almaniyanın  qərb hissəsində  seperat pul 
islahatı keçirmələri SSRİ-nin böyük narazılığına səbəb oldu.  Çin 
m
əsələsində də SSRİ ilə ABŞ arasında ixtilaf yarandı.  ABŞ tələb 
edirdi ki, Çin
ə Şanxayçı hökumət rəhbərlik etsin.  SSRİ isə bunun 
əleyhinə  idi. Yenə  ABŞ-ın  iştirakı  ilə  1951-ci ildə  yeni bir hərbi 
pakt olan ANZYUS t
əşkil edildi.   
1951-
ci  ilin  sentyabr  ayında  San-Fransisko  şəhərində  48 
dövl
ətin  iştirakı  ilə  Yaponiya ilə  sülh müqaviləsi  imzalandı.   
H
əmin müqaviləni Çin və  Koreya məsələsində  narazı  qaldığına 
gör
ə  SSRİ  və  onun təsiri  altında  olan  Polşa  və  Çexoslovakiya 
imzalamadılar.   
ABŞ-ın  xarici  siyasətində  bu dövrdə  3-A ölkələrinə, yəni 
Asiyanın,  Afrikanın  və  Latın  Amerikasının  inkişaf  etməkdə  olan 
ölk
ələrinə  «kömək etmək» məsələsi də  mühüm yer tuturdu.  
Əslində  bu kömək  altında  ABŞ  onları  öz  təsiri  altına  almağı 
planlaşdırırdı.  1949-cu ilin yanvarın 20-də Trumen asılı ölkələrə 
texniki-iqtisadi «köm
ək»  təklifini irəli sürdü.  Lakin belə bir şərt 
ir
əli sürüldü ki, əgər onlar inqilabi mübarizədən  əl çəksələr və 
ABŞ-ın «demokratik» ənənələrinə əməl etsələr, onlara bu «kömək» 
edil
əcəkdir.   
ABŞ-ın Koreyaya müdaxiləsi 
“Qarşısını alma” nəzəriyyəsi ilə ABŞ siyasət arenasında əsas 
r
əqibi olan SSRİ-yə qarşı özünün və bilavasitə ondan asılı ölkələrin 
malik  olduğu  bütün  təsir vasitələrindən istifadə  etməklə  “kainat 
üz
ərində  kommunizm təhlükəsini” məhv etmək,  “demokratik 
prinsipl
ər əsasında azad dünya” qurmaq ideyası pərdəsi altında öz 
siyas
ətini  reallığa  çevirmək,  dünyada yeganə  hegemon dövlətə 
çevrilm
ək istəyini  açıq  və  ya  dolayısı  yollarla  ortaya  qoymuşdu. 
Bu planların həyata keçilməsi üçün ABŞ, İkinci dünya müharibəsi 
qurtarandan 
sonra  Uzaq  Şərqdə  möhkəmlənmək və  orada hərbi 
bazalar yaratmaq v
ə  ən  əsası  isə  “soyuq müharibə”  zamanı 
sosializm  dünyasına  “zərbə”  vurmaq  üçün  ona  daha  yaxın  ölkə 
olan v
ə İkinci dünya müharibəsindən sonra Yaponiyanın təsirindən 


 
37 
çıxan  Koreyaya  “göz  dikmişdi”.  Özünün  “demokratik” 
prinsipl
ərini “Azad Koreya”ya bəxş  etmək  üçün  ABŞ  BMT-nın 
nüfuzundan v
ə  onun qərarlarının  qəbulunda “özünün sözsüz 
t
əsirindən” istifadə etmək niyyətində idi.  
  
Koreyada  ABŞ  hərbi  bazalarını  olması  və  ondan  asılı 
oyuncaq hakimiyy
ətin  yaradılması  gələcəkdə  SSRİ  ilə  baş  vermə 
ehtimalı olan müharibədə ABŞ-a əlverişli mövqe qazandıra bilərdi.  
  
İkinci  dünya  müharibəsinin  sonunda  Yaponiyaya  qarşı 
əməliyyatlarda  iştirak  edən  SSRİ  öz  ordularını  həm Yaponiyaya, 
h
əm də  Koreyaya  yeritmişdi  və  ABŞ-ın  burada  yeritdiyi  siyasətə 
bilavasit
ə Şimali Koreyada təşkil edilmiş hökumət vasitəsilə maneə 
tör
ədirdi.    ABŞ  tərəfi ilk öncə  burada  ABŞ,  SSRİ,  İngiltərə  və 
Homindan Çinin n
əzarəti  altında  5  il  müddətində  xüsusi nəzarət 
şurası yaratmaq fikrində idi. Lakin bu plan baş tutmadıqdan sonra 
ABŞ  hakim  dairələri xüsusi təyyarə  ilə  Vaşinqtondan  müharibə 
dövründ
ə  ABŞ-a  qaçmış  Koreyada  irticaçı  qüvvələrin təmsilçisi 
kimi tanınan Li Sın Manı yenidən Seula gətirdilər və onun başçılığı 
il
ə 1945-ci ilin oktyabrında oyuncaq hökumət quruldu. ABŞ  tərəfi 
özünün demokratik prinsipl
ərindən  çıxış  edərək Cənubda qurulan 
hökum
ətin bütün Koreyada hakimiyyətə yiyələnməsini və bununla 
da  Koreya xalqının öz müqəddəratını özü həll edərək ümumbəşəri 
demokratik d
əyərlərə  çox böyük töhfə  verəcəyini bildirdi. Lakin 
Sovet t
ərəfi bununla razı olmadı və Şimalda öz nüfuzundan istifadə 
ed
ərək burada BMT-nin 1948-ci il 31 mart tarixində  bütün ölkə 
üçün ümumi parlament seçkil
ərin keçirilməsini özündə  əks edən 
q
ərarına  (hansı  ki  bu  qərarın  qəbul edilməsində  ABŞ-ın  xidməti 
olmuşdu)  qarşı  etiraz  aksiyaları  təşkil  etdi.  Sovetlər, eləcə  də 
Şimali Koreya vətənpərvərləri bu qərarın icra olunmasının cənubun 
irticaçı hökumətinin bütün ölkədə tam nəzarəti əlinə keçirəcəyinə 
s
əbəb  olacağını  gözəl  başa  düşürdü.  Ona  görə  1948-ci ilin 
avqustun 25-d
ə  ölkənin hər  iki hissəsində  vətənpərvər qüvvələrin 
s
əyi ilə  parlamentə  seçkilər keçirildi. Parlamentə  seçilən 572 
deputatdan 360-
ı  cənubu təmsil edirdi. Parlament konstitusiya 
q
əbul edərək 1948-ci ilin sentyabrın 8-də Koreya Xalq Demokratik 
Respublikasının yarandığını elan etdilər. Lakin ABŞ yeni yaranan 
bu dövl
əti tanımadı və BMT-nin vasitəsi ilə qanuni hökumət kimi 


 
38 
C
ənubi  Koreya  Respublikasını  tanıdı.  Beləliklə,  ABŞ-ın  bölüş-
dürücü v
ə  antidemokratik siyasəti nəticəsində  38-ci paralel iki 
dövl
ət arasında müvəqqəti olaraq sərhəd kimi qaldı.  
 1949-
cu ilin yayında Koreya vahid xalq demokratik cəbhəsi 
bloku BMT-
nin  baş  katibinə  müraciət edərək 1945-ci ilin se-
ntyabrında bəri saxlanılan ABŞ qoşun hisslərinin Cənubi Koreya-
dan çıxarılmasını və Koreya xalqının öz  müqəddəratının özü həll 
etm
əsini tələb  etdi.    ABŞ  BMT-də  səs  çoxluğu  ilə  qəbul edilən 
q
ərar və ictimaiyyətin rəyi əsasında 1949-cu ilin iyununda öz ordu-
sunu ölk
ənin cənubundan çıxardı. ABŞ qoşunlarının çıxarılması Li 
Sın  Man  hökumətinin vəziyyətini  ağırlaşdırdı.  Artıq  hər yerdən 
demokratik prinsipl
ər  əsasında  seçkilərin keçirilməsi səsləri 
eşidilirdi.  
 1949-1950-ci ill
ərdə ABŞ-ın Asiya ölkələri ilə münasibətdə 
siyas
ət problemləri  araşdırılarkən Milli Təhlükəsizlik  Şurası  və 
Q
ərargah Rəislərinin Birləşmiş Komitəsi prezidentə göndərdikləri 
memorandum v
ə məruzələrində Asiyanın ABŞ-a strateji cəhətdən 
lazımlılığını  dönə-dönə  vurğulayırdılar.  Bunun  əsasında  da 
memorandumlarda göst
ərilirdi ki, ABŞ-ın bu ərazilərdə atdığı hər 
bir siyasi addım mütləq şəkildə onun burada nüfuzunun artmasına 
v
ə təsirinin güclənməsinə xidmət etməli idi. Bu məqsədlərə çatmaq 
üçün is
ə  təklif olunurdu ki, ABŞ  ilk növbədə  Asiya ölkələrində 
anti-kommunist qüvv
ələrin və  irticaçı  dövlət xadimlərinin 
maraqlarını müdafiə etməlidir. Bu təkliflər əsasında ABŞ hökuməti 
C
ənubi Koreya ilə “Qarşılıqlı müdafiə və yardım haqqında” 1950-
ci ilin yanvarında müqavilə imzalandı. Bu müqavilə ilə ABŞ artıq 
Şimal  ilə  müharibədə  Cənubun tərəfində  durduğunu  sübut  etmiş 
oldu.  
 Müqavil
ə  əsasında  ABŞ  cənub ordusunun təşkili  və  təchizi 
üçün general U.Robertsonun başçılığı altında Seula hərbi missiya 
gönd
ərdi. Bu missiya 500 nəfər hərbi mütəxəssisdən ibarət idi ki, 
onlar c
ənuba gələn kimi ilk növbədə  hərbi  –hava və  hərbi-dəniz 
limanlarının  tikilməsinə  göstəriş  verdilər. Çünki ABŞ    ehtiyac 
duyularsa c
ənub ordusunu məhz havadan və dənizdən qoruyacağını 
planlaşdırmışdı.  Bundan  əlavə, hələ  1949-cu ildə  ABŞ  ordusu 
C
ənubi Koreyadan çıxarılarkən dəyəri 190 milyon dollara bərabər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə