İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   4   5   6   7   8   9   10   11   ...   96

 
24 
Buradan bel
ə  nəticə  çıxır  ki,  Sovet siyasi kursu onun 
s
ərhədlərindən kənardakı şəraitin obyektiv təhlilinə əsaslanmır. O 
daha çox 
əsasən daxili Rusiya tələblərinə söykənir.  
Kremlin nöqteyi-n
əzərində  beynəlxalq münasibətlərdə 
Rusiya üçün müdafi
ə olunmamaq hissi ənənəvi instinkt olaraq qalır. 
Bu s
əbəbdən o  xarici təhlükədən həmişə  ehtiyat edir və  öz 
t
əhlükəsizliyi üçün yollar axtarır. Məhz buna görə də marksizm ilk 
d
əfə  öz köklərini  Rusiyada  atdı.  Bu ölkə  heç  vaxt  dostcasına 
qonşuluq  etməyin nə  olduğunu  bilmir.  İqtisadi  münaqişələri sülh 
yolu il
ə həll etməyi bacarmır. Marksizm naminə onlar öz metod və 
taktikalarında  öz  mənəvi dəyərlərini qurban verdilər.  Bu gün də 
onlar bunsuz keçin
ə  bilmirlər.  Onların  öz müdafiələrini təşkil 
etm
ək üçün ən çox diqqət yetirdikləri sahə  hərbi qüdrəti  artır-
maqdır.  
Hiss
ə  3:  Sovet  dünyagörüşünün  rəsmi səviyyədə  real 
siyas
ətdə heyranediciliyi.  
İndi biz Sovet siyasi proqramının əsasları və təbiəti haqqında 
d
əqiq təsəvvür  əldə  edirik.  Onun  əməli olaraq  tətbiq edilməsi 
n
əticəsində biz nələri gözləyə bilərik.  
Sovet siyas
əti,  dövlət  departamentinin təsəvvürünə  görə  iki 
s
əviyyədə həyata keçirilirdi: Bunlardan biri, rəsmi səviyyədədir ki, 
bu s
əviyyədə  bütün  hərəkatlar  Sovet hökuməti  adından  rəsmən 
h
əyata keçirilir.  İkincisi  isə,  gizli səviyyədir ki,  burada hökumət 
heç bir m
əsuliyyət daşımadan hərəkat həyata keçirir.  
R
əsmi səviyyədə  aşağıdakı  vəzifələri nəzərdən keçirmək 
vacibdir: 
a)  Daxili siyas
ət Sovet dövlətinin imicinin və potensialının 
h
ərtərəfli  artımına  həsr  edilmişdir.  Bunlar  intensiv hərbi sənaye; 
Silahlı  Qüvvələrin maksimum inkişaf  etdirilməsi,  digər tərəflərin  
müşahidəçiləri  qarşısında  yüksək nailiyyətləri  nümayiş  etdirmək; 
daxili işlərə münasibətdə sədaqətli gizlilik, zəif tərəfləri gizlətmək 
v
ə opponentləri görünməz saxlamaq.  
b)  Sovet t
əsirinin rəsmi sərhədlərini genişləndirməyə xüsusi 
s
əy göstərmək.  İndiki  zamanda  bu  səy  əsasən  konkret  qonşu 
ərazilərə  yönəldilmişdir.  Bu məsələ  ilk növbədə  birinci dərəcəli 
strateji z
ərurətdən irəli gəlmişdir.  Bu  Şimali  İran,  Türkiyə  və 


 
25 
Bornholm adalarıdır. Ola bilər ki, İranın “dost” hökuməti Rusiyaya 
İran körfəzində yeni liman təqdim etsin. Əgər İspaniya kommunist 
n
əzarətinə  düşərsə,  Cəbəllütariq  boğazında  Sovet  bazaları 
yaratmaq m
əsələsi qalxacaq.  Bu növ tələblər Almaniya üçün də 
gözl
ənilir.  
v)  Rusiya r
əsmən beynəlxalq təşkilatlarda iştirakı qəbul edir. 
Bu ona başqa dövlətlər üzərində onun təsiri üçün imkan yaratmış 
olur. 
SSRİ  BMT-nin üzvüdür.  SSRİ  BMT-yə  onun məqsədlərini 
reallaşdıran bir  təşkilat kimi  baxır. SSRİ-nin BMT-yə  münasibəti 
praqmatikdir v
ə taktiki xarakter daşıyır.  
q)  Müst
əmləkə  ərazilərinə,  geridə  qalmış  və  asılı  xalqlara 
münasib
ətdə  Sovet siyasəti rəsmi səviyyədə  Qərbin  qabaqcıl 
ölk
ələrinin nüfuz və  hakimiyyətini bu ölkələrdə  zəiflətməyə 
yön
əldilmişdir. Hələlik bu siyasət müvəffəqiyyətlə həyata keçirilir. 
Bel
ə  getsə,  Sovet kommunizminin müvəffəqiyyətlə  daxil  olması 
üçün göz
əl bir vakuum təşkil ediləcək.  
d)  Ruslar s
əylə  çalışırlar  ki,  Sovet nümayəndəliyini o 
ölk
ələrdə  genişləndirsinlər ki,  o ölkələrdə  (məsələn Almaniya, 
Argentina, 
Yaxın  Şərq ölkələri)Qərb dövlətlərinə  qarşı  durmaq 
üçün real imkan mövcuddur.  
e)  
Dünya iqtisadiyyatı sferasında SSRİ çalışır ki, Sovet təsiri 
altında olan qonşu ölkələri özünə tabe etməsin. Bu əsaslandırılmış 
siyas
ətdir.  Rəsmi səviyyədə  bu  mövqe  tam  aydın  deyil.  Xarici 
ticar
ət məsələlərində  dünyəvi münasibətlər yaranan andan Sovet 
hökum
əti özünü fövqəladə  dərəcədə  qapalı  aparır.  Hazırda  da  o 
özünü yen
ə də qeyri-səmimi aparır.  
j)  M
ədəni əməkdaşlığa gəldikdə yenə də bu barədə xalqlar 
arasında  mədəni  əlaqələrin dərinləşməsinə  münasibətdə  yalan 
v
ədlərdən bir başqa  şeyə  rast gəlinmir.  O praktikada heç vaxt 
h
əyata keçirilmir. Bu əməkdaşlıq quru rəsmi şərtlər və tədbirlərlə 
m
əhdudlaşır.  
z)
Bundan  başqa  onların  ayrı-ayrı  xarici  hökumətlərə  rəsmi 
münasib
əti “düzgün kurs” adlandırılır.  
Hiss
ə  4:  Sovet  hökuməti məsuliyyəti öz üzərinə  götür-
m
ədiyinə  görə  biz Sovet siyasətindən qeyri-rəsmilik, gizlilik 
gözl
əyə də bilərik. Bununla əlaqədar aşağıdakıları söyləmək olar: 


 
26 
1.  
Kommunist  partiyalarının  başqa  ölkələrdə  mərkəzləşmiş 
r
əhbərliyi,  xarici ölkələrdəki  kommunist  partiyalarının  çoxunun 
Moskvanın  rəhbərliyi  altında  çalışdığı  məlumdur.  Bu  partiyaların 
yuvası gizli rejimdə işləməkdə yenə də davam edirlər.  
2. 
Kommunist partiyalarının sıravi üzvləri.  
Bu üzvl
ər arasında da müxtəliflik nəzərə çarpır.  
3.  Milli assosiasi
yalar  kommunist  partiyalarının  nəzarəti 
altına düşə bilərlər.  
4.  Beyn
əlxalq təşkilatlar  da  Moskvanın  təsiri  altına  düşə 
bil
ərlər.  
5.  Rus  pravoslav  kils
əsi  ,onu  xarici  filialları  bütün  Şərqi 
Avropa pravoslav kils
ələrini öz təsirləri altına ala bilərlər.  
6.  Panislamizm v
ə  başqa  hərəkatlar və  digər  SSRİ-ni 
t
ərkibində olan qruplara da təsir göstərilir.  
7. Hökum
ət və hakim qruplar bu və ya digər dərəcədə Sovet 
rejimin
ə tabedirlər.  Məsələn, hazırkı Bolqar və Yuqoslaviya höku-
m
əti,  Şimali  İranın  siyasi rejimi,  Çin kommunistləri və  b.    bu 
t
əbliğatın təsiri altındadır.  
Bu  geniş  aparatın  tərkib hissələrindən  aşağıdakı  şəkildə 
istifad
ə edilir: 
a)  
Qabaqcıl  kapitalist  ölkələrinin siyasi və  strateji po-
tensialını  zəiflətmək üçün ən çox bu ölkələrdə  siyasi sabitliyi 
pozmağa  diqqət yetirilir,  sosial  narazılıqlar  yaradılmasına  cəhd 
edilir.  
b)  Q
ərb dövlətlərinin geridə  qalmış  və  müstəmləkə  ölkə-
l
ərinə güc və təsirini zəiflətmək üçün qeyri-rəsmi formada konkret 
zorakılıq hərəkətləri həyata keçirilir.  
v)Bu  v
ə  ya digər xarici hökumət Sovet adamlarının 
nailiyy
ətlərini inkar etsə,  bütün gücündən istifadə  edilir ki,  o 
istefaya gönd
ərilsin. Türkiyə, İran, İsveçrə, Portuqaliya buna misal 
ola bil
ər.  
q)  Xarici ölk
ələrdə kommunistlər özlərinin bütün fəaliyyəti 
il
ə  şəxsi  azadlığın  bütün  formalarını  pozmağa  çalışırlar.  SSRİ-də 
h
ətta yerli məmurların tez-tez yerləri dəyişdirilir ki, onlar bir yerdə 
m
əskən salmasınlar.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə