İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   2   3   4   5   6   7   8   9   ...   96

 
15 
gönd
əriləcək 10 sutka müddəti olan ultimatumdur ki,  burada biz 
Hind-Çin
ə  qədər Çin sərhədlərini Koreya sərhədlərindən  ayırmaq 
v
ə  Mancuriyada olan bütün hərbi  bazaları  məhv etmək 
niyy
ətindəyik”.  
Bel
ə  direktivlərin  işlənib  hazırlanması  Trumenin  hakimiy-
y
ətindən sonra  da D.  Eyzenhauerin prezidentliyi dövründə  də 
davam etdi.  
ABŞ və Latın Amerikası ölkələri: 
40-
cı  illərdə  Qərb  yarımkürəsində  regional  təşkilat  olan 
Amerika    Dövl
ətləri   Təşkilatının  yaradılması beynəlxalq müna-
sib
ətlər üçün mühüm hadisə oldu. 1947-ci il sentyabrın 2-də Rio-
de-Janeyroda (Braziliya) qa
rşılıqlı  yardım  haqqında  Latın  Ameri-
kasının 29 dövləti və ABŞ müqavilə imzaladılar. Çoxtərəfli hərbi, 
siyasi, iqtisadi v
ə  digər  əlaqələri nəzərdə  tutan bu müqavilənin 
imzalanması  Amerika  dövlətlərarası  sisteminin  yaradılmasının 
əsasını qoydu. Müqaviləyə   əsasən təşkilat  üzvü  olan  dövlətlər 
qarşılıqlı  müdafiə, siyasi, iqtisadi və  b. sahələrdə  əməkdaşlıq 
etm
əli idilər.  1948-ci il aprelin 30-da  Kolumbiyanın  paytaxtı 
Boqotada IX Amerikan ölk
ələri  arası  konfrans  iştirakçıları 
Amerika Dövl
ətləri Təşkilatının  nizamnaməsini təsdiq etdilər. 
Nizamnam
ə  1951-ci  il  dekabrın  13-də  qüvvəyə  mindi.  ADT-nin 
nizamnam
əsinə  Rio-de-Janeyro  paktının  əsas müddəaları  daxil 
edildi. T
əşkilatın  xərclərinin təxminən 70%-i    ABŞ    ödəyirdi.  
ADT-
nin      ali    orqanı  Baş    Məclis idi. Təşkilatın  baş  qərargahı 
Vaşinqtonda yerləşirdi. 
BMT-
nin yaradılması və ABŞ 
Faşizm  üzərində  qələbədən sonra 1945-ci ilin aprelin 25-də 
San-Fransiskoda müharib
ədən  sonra  sülhün  qorunub  saxlanması, 
beyn
əlxalq təhlükəsizliyin təmin edilməsi və  ölkələrarası  əmək-
daşlığı  genişləndirib möhkəmləndirmək  üçün  konfrans  açıldı. 
Konfransın işində 1942-ci il yanvarın 1-də anti-hitler koalisiyasının 
üzvl
ərinin qəbul etdiyi “Birləşmiş  millətlər”  bəyannaməsi  əsas 
aparıcı sənəd idi. Bu sənəd əsasında BMT-nın gələcək strukturu və 
v
əzifələri hələ 1944-cü il avqustun 21-dən sentyabrın 28-nə qədər 
davam ed
ən ABŞ, SSRİ və İngiltərənin iştirak etdiyi Dumbarton-
Oks  konfransında  müzakirə  edilib bəyənilmişdi.  Konfransa 


 
16 
ümumilikd
ə  50 dövlət  qatılmışdı.  Konfransın  sədrləri V.  M. 
Molotov (onu sonra A.A.
Qromıko əvəz etdi, E.Stettinius, A. İden, 
Sun  Çzı-Ven seçildilər.  Amma  konfransın  gedişinə  nəzarəti  ABŞ 
diplomatı Elqar Hiss edirdi.  
Konfransın  gündəliyində  BMT-nin nizamnaməsini  işləyib 
hazırlamaq  dururdu.  Konfransın  gedişində  dörd komissiya yara-
dıldı: 1)Ümumi məsələlər. 2)  Baş məclis, iqtisadi və sosial şura, 
q
əyyumluq şurası məsələləri.  3)Təhlükəsizlik Şurası məsələləri. 4)  
Beyn
əlxalq məhkəmə  və  digər hüquqi məsələlər.  Bundan  başqa 
nümay
əndələr heyəti  başçılarının  müntəzəm  olaraq  müşavirəsi də 
keçirildi.  Layih
ələrə düzəlişlər bir neçə qrup üzrə sistemləşdirildi: 
birinci qrup düz
əlişlərdə  Baş  Məclisin  hüquqlarının  genişlən-
dirilm
əsini nəzərdə tuturdu.  İkinci qrup düzəlişlərdə Təhlükəsizlik 
Şurasının, onun daimi üzvlərinin hüquqlarının məhdudlaşdırılması  
v
ə  onun üzvlərinin  sayının  artırılmasını  nəzərdə  tuturdu.  Üçüncü 
qrup düz
əlişlər beynəlxalq məhkəmənin  hüquqlarının  genişlən-
dirilm
əsi barədə  idi.  Digər düzəlişlər texniki xarakter  daşıyırdı. 
Konfrans iştirakçılarının əsas diqqəti birinci iki qrup düzəlişlər idi.   
T
əhlükəsizlik  Şurasında  səsvermə  məsələsində  Krım  kon-
fransında  irəli sürülən daimi üzvlər  arasında  yekdillik  prinsipi 
q
əbul olundu.  Qəyyumluq məsələsində  dövlətlərin ümumi fikir 
birliyi 
əsasında  himayədə  olan  ərazilərin  əhalisinin  inkişafı  üçün 
q
əyyum sistemi yaratmaq irəli sürüldü.  Konfrans beynəlxalq 
m
əhkəməni təsis etdi.  BMT-nin  baş  iqamətgahı  kimi  Nyu-York 
seçildi.   
Onun konfranslarında işlədiləcək rəsmi dillər qarşılıqlı ra-
zılaşmaya əsasən ingilis, rus, ərəb, fransız, ispan və çin dilləri oldu.   
Bel
əliklə  1945-ci il iyunun 26-da BMT-nin  yaradılması 
haqqında  nizamnaməni  onun  konfransında  iştirak  edən 51 dövlət 
imzaladı. Bu dövlətlər bunlar idi: Avstraliya, Argentina, Belarus 
SSR,  Belçika,  Boliviya,  Brzilya,  Böyük Britanya,  Venesuela, 
Haiti, Qvatemala, Honduras, 
Yunanıstan, Danimarka, Domini-
kan  Respublikası,  Misir,  Hindistan,  İraq,  İran,  Kanada,  Çin, 
Kalumbiya,  Kosta-Rika,  Kuba,  Liberiya,  Livan,  Lüksenburq, 
Meksika,  Nikaraqua,  Niderland,  Yeni Zellandiya,  Norveç, 
Panama,  Paraqvay,  Peru,  Salvador,  S
əudiyyə  Ərəbistanı, 
Suriya, 
SSRİ, ABŞ, Türkiyə, Ukrayna SSR, Uruqvay, Filippin 


 
17 
respublikası,  Fransa,  Çexoslovakiya,  Çili,  Ekvador,  Efiopiya, 
Yuqoslaviya,  CAR, 
Polşa.  Həmin  ilin  oktyabrın  24-də 
T
əhlükəsizlik  Şurasının  üzvləri bunu ratifikasiya etdikdən sonra 
b
əyannamə qüvvəyə mindi. Bu tarix 1945-cil 24 oktyabr BMT-nin 
yaradılması günü kimi qeyd olundu.  
ABŞ-ın BMT-yə olan münasibəti məsələsinə gəlincə, onu biz 
qeyd ed
ə bilərik ki, bu təşkilatın yaradılmasına bilavasitə məhz o 
s
əbəbkar olmuşdu. Bununla da ABŞ gələcəkdə beynəlxalq arenada 
onun siyas
ətinə  dəstək verəcək və  ona maksimum səviyyədə 
effektiv t
əsir edə  biləcək bir təşkilatın  yaradılmasına  səbəbkar 
olacağına çox böyük ümidlər bəsləyirdi. BMT-nin yaradılması və 
o
nda  ABŞ-ın  rolunu  əks etdirən  “Ultra”  şərti  adı  altında  məxfi 
proqramı ilk dəfə Franklin Ruzvelt 1944-cü ildə hazırlamış və qeyd 
etdiyimiz m
əsələlər orada əks  olunmuşdu.  Bundan  başqa,  ABŞ 
tarixçisi Stiven Şlezinqerə görə Təhlükəsizlik Şurasının 5 üzvünün 
“veto” qoymaq hüququ m
əsələsini də  ilk dəfə  məhz Franklin 
Ruzvelt bu proqramda ir
əli sürmüşdü. Bunu irəli sürməklə Ruzvelt 
ABŞ  konqresinə  BMT üzərində  istənilən halda nəzarətin  ABŞ-ın 
əlində olacağına təminat verirdi. Maraqlı bir faktdır ki, SSRİ veto 
hüquq
una qarşı çıxmışdı.  
BMT yarandıqdan sonra ABŞ ona beynəlxalq siyasi arenada 
t
əsir gücünə malik olmayan  2-ci dərəcəli beynəlxalq təşkilat kimi 
baxırdı.  Bunun  əsas səbəbi isə  “soyuq müharibə”nin  başlanması 
idi. 
ABŞ  –SSRİ  münasibətlərinə  Təhlükəsizlik  Şurası,  ümumiy-
y
ətlə,  təsir edə  bilmirdi.  BMT o zaman  baş  verən siyasi-hərbi 
münaqişələrə  elə  də  təsir edə  bilmirdi.  Bundan  əlavə  bəzi məsə-
l
ələrdə  bu təşkilat  ABŞ-ın  maraqları  dairəsinə  daxil olmayan 
q
ərarlar verirdi.  Ona görə  də  bu təşkilat  ABŞ  üçün  o  qədər  də 
böyük 
əhəmiyyətə malik deyildi. Bir məsələni qeyd edək ki “soyuq 
müharib
ə”nin  ən gərgin məqamlarından  olan  Berlin  və  Kuba 
böhranları  zamanı  BMT  məsələyə  əsaslı  surətdə  təsir edə 
bilm
əmişdi.  
Soyuq Müharib
ə  və  ABŞ-ın  geosiyasi  planları.  Soyuq 
müharib
ə XX əsrin II yarısının ən kədərli hadisələrindən biri hesab 
olunur. 
Onun  başlanması  səbəblərindən  danışarkən Xirosima və 
Naqasaki faci
əsini,  1946-cı  il  martında  Fultonda  U.  Çörçillin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə