İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   2   3   4   5   6   7   8   9   ...   96

 

il
ə  nəşr  etdirdiyi  tədqiqat materialları  göstərirdi ki,  ABŞ  nüvə 
silahlarının istehsalı üçün də düşünülmüş ölçülər üzərində işləmiş 
v
ə müharibə olacağı təqdirdə əsas vəzifə sovet nüvə potensiallarına 
nüv
ə  silahları  vasitəsi ilə  ilk zərbə  vurmaqdır.  Bundan sonra 
İngiltərə və ABŞ-da SSRİ ilə münasibətdə amerikan hərbi-strateji 
planları  və  xüsusilə  də  sovetlərə  nüvə  zərbələrinin endirilməsi 
planlarını özündə əks etdirən sənədlər çap edilmişdi.   
Xirosima v
ə Naqasaki faciələrindən sonra ABŞ hərbi maşını 
v
ə  ona dəstək verən idarə  aparatı  “sovet  təhlükəsi”nə  qarşı 
qabaqlayıcı  tədbir kimi nüvə  silahları  vasitəsilə  aviozərbələr 
planını  özündə  əks etdirən direktivlər  hazırlamağa  başladı.  Onlar 
bel
ə adlanırdı: ”Amerika hərbi siyasətinin formalaşmasının əsasları 
(1492/2) ” v
ə “ABŞ hərbi qüvvələrinin istifadə edilməsi planları və 
strateji  konsepsiyası  (1518)  ”.  Bu direktivlər  ABŞ  qərargah rəis-
l
ərinin birləşmiş  komitəsi tərəfindən 1945-ci ildə  ayrı-ayrılıqda 
müvafiq olaraq 19 sentyabr v
ə  9 oktyabrda təsdiqləndi.  Direk-
tivl
ərin  hazırlanmasında  “əməyi keçənlər” birinci direktivə  əsa-
slanaraq bildirirdil
ər ki, ilk zərbə konsepsiyasını reallığa çevirmək 
mümkündür.  Onlar deyirdil
ər:  ”Biz heç bir vəchlə  icazə  verə 
bilm
ərik ki, bizim təcavüzkar davranışlarımıza mane olmağa zəmin 
yaradan yalan v
ə  təhlükəli ideyalar səbəbindən bizə  ilk zərbə 
endirilsin. 
Bunları  nəzərə  alaraq bizim hökumət  tez bir zamanda 
siyasi bir addım atmalıdır ki, bununla eyni bir zamanda ilk zərbə 
konsepsi
yası əsasında hazırlıq işləri görülmüş olsun” 
1945-
ci  ilin  oktyabrında  Qərargah rəislərinin birləşmiş 
komit
əsi  atom  silahı  istehsalının  sürətləndirilməsi barədə  idarə 
dair
əsinə  bir  sıra  təklif və  tələblər göndərdi.  Noyabrın  31-də  isə 
tam m
əxfi bir şəkildə atom silahlarının və digər nüvə silahlarının 
t
ətbiq  olunacağı  yerlər müəyyənləşdirildi.  Yaponiyanın  taleyini 
yaşayacaq  şəhərlər  bunlar  olmalı  idi:  Moskva,  Lelinqrad(indiki 
Sankt-Peterburq),  Qorki, 
Kuybişev,  Sverdlovsk,  Novosibirsk, 
Omsk,  Saratov,  Kazan,  Ba
kı  (göründüyü  kimi  ABŞ-ın  direk-
tivl
ərində təkcə nüvə potensiallı mərkəzlərin deyil, həm də neftlə 
z
əngin şəhərlərin məhv edilməsi məsələsi əks olunmuşdu ki, bu 
da bütün SSRİ ərazisində məhz Bakı idi. Bakını əhəmiyyəti hətta 
ABŞ  hökumət  dairələrində  belə  diqqət mərkəzində  idi-red), 


 
10 
Daşkənd,  Çelyabinsk,  Nijni-Taqil,  Maqnitaqorsk,  Perm,  Tiblisi 
(Tiflis-red)  , Novokuznetsk, 
Qroznı, İkutsk, Yaroslavl.  
1948-ci ild
ə atom silahı vasitəsilə təşkil olunacaq aviozərbə-
l
ərin umumi və konkret əməliyyat planları hazırlandı.  Onların şərti 
adları belə idi:”Broyler”, “Frolik”, “Xarrou” və s.  
Ümumiyy
ətlə, QRBK-nin sədlərində əks olunan direktivlərdə 
strateji planlaşdırma bu prizmadan qurulurdu: “Əgər ABŞ tezliklə 

əyyən  olunmuş  yerlərdə  hərbi  bazalar  yaradıb  onlar  arasında 
əlaqəni tənzimləyə  bilsə,  o zaman tezliklə  müharibəyə  başlamaq 
imkanı  artar  və  sonra  Rusiyanın  (SSRİ-red)həyati  əhəmiyyətli 
s
ənaye mərkəzlərinə  və  şəhər mərkəzlərində  hərbi-hava  əməliy-
yatları  icra  etmək  mümkün  olacaqdır. . . . . Strateji hərbi-hava 
uçuşlarını  və  hər  ehtimala  qarşı  böyük  yerüstü  əməliyyatlara 
başlamaq məqsədi ilə əhəmiyyətli regionların ələ keçirilməsi üçün 
mütl
əq  bir  şəkildə  piyada,  hərbi-hava və  hərbi-dəniz qüvvələrini 
seçib hazırlamaq lazımdır”.  
Direktivl
ərdə  qeyd edilirdi ki,  xüsusilə  sovet neft sənaye 
m
ərkəzlərini  (əsasən  Bakı  və  onun  ətraf  əraziləri-red)  Aralıq 
d
ənizinin  şərqində  və  yaxud Qahirə-Suveyş  regionunda  salınacaq 
h
ərbi bazalardan qalxacaq hərbi təyyarələr vasitəsi ilə bombardman 
edilm
əsi gərəklidir ki,  effektiv nəticələr verə  bilsin.  Moskvanın 
ətraf rayonlarının isə B-29 markalı təyyarələr vasitəsi ilə vurulması 
is
ə  əldə  olunacaq effektiv nəticələrin maddi və  mənəvi  dayağı 
olmalı  idi.    Buraya  aparılacaq  təyyarələrin bazasının  isə  həm 
Qahir
ə-Suveyş,  həm də  Britaniya adalarında  yerləşməsi  nəzərdə 
tutulurdu.  Ural v
ə  Kuzbas  kimi  regionları  isə  Hindistanda 
yerl
əşəcək bazalardan çətinlik çəkmədən zərbə  altında  qoymaq 
olar
dı.    Beləliklə,  keçiriləcək hərbi–hava  əməliyyatlarının  ABŞ 
üçün uğurlu olması üçün bazaların məhz Yaxın Şərqdə, Britaniya 
adalarında və Hindistanda yaradılması zəruri idi.  
H
ələ  bir neçə  il  əvvəl prezidentin köməkçisi K.  Klifford 
müharib
ə  kursunu özündə  əks etdirən  “Sovet  İttifaqı  ilə  müna-
sib
ətdə Amerika siyasəti” adlı məruzəsini prezidentə təqdim etmiş-
di.  M
əruzədə  deyilirdi: “Sovet  İttifaqının  əsas mərkəzlərinin, 
s
ənaye  mərkəzlərinin və  zəngin  faydalı  qazıntılarının  olduğu 
n
əhəng  ərazisi səbəbindən zəifliyi o dərəcədə  deyil.  Bu səbəbdən 


 
11 
ona qarşı təkcə atom yox, bioloji müharibə də aparmaq lazımdır. 
Bel
əliklə  ABŞ  SSRİ-ni  effektiv  bir  şəkildə  məhv etmək istəyirsə
özünü atom v
ə bioloji müharibəyə hazırlamalıdır. ” 
1947-ci ild
ə  C.Forrestolun  başçılığı  ilə  Müdafiə  Nazirliyi 
yaradıldı.  Onun nazir təyin edilməsi ilə anti-sovet kompaniya ölkə 
daxilind
ə yeni impuls aldı.  
Müdafi
ə  nazirliyi ilə  birgə  prezident  başda  olmaqla  Milli 
T
əhlükəsizlik  Şurası  da  (MTŞ)hərbi  planların  hazırlanmasında 
yaxından  iştirak  edirdi.  1947-ci ildən  başlayaraq  bu  iki  dövlət 
t
əşkilatı  tərəfindən  hazırlanan  planlar sonda QRBK (Qərargah 
R
əislərinin Birləşmiş  Komitəsi)  tərəfindən nəzərdən keçirilib 
t
əsdiqlənirdi.  Bu dövrdə  MTŞ-nin qəbul etdiyi 7,  20/1,  20/2,  58 
nömr
əli memorandumlar xüsusilə  əhəmiyyətlidir.  Bunlardan 7 
nömr
əli memorandum ən maraqlı idi.  
1947-1949-cu ill
ərdə  hərbi  planları  ümumi  şəkildə  belə 
hazırlanmışdır. Birincisi - ümumdünya sosializm quruluşunu “dəf 
etm
ək”, əgər mümkün olarsa, SSRİ ilə müharibə qaçılmaz reallıq 
idi. 
İkincisi--SSRİ və onun müttəfiqləri hərbi və iqtisadi cəhətdən 
ABŞ-ın  səviyyəsinə  çatmamalıdır.  Üçüncüsü--ABŞ  nüvə  silahını 
birinci olaraq istifad
ə etməyə hazır olmalıdır.   
1948-
ci ilin martında MTŞ-nın 7 nömrəli memorandumunda 
ABŞ-ın əsas hərbi və xarici siyasət məkanında vəzifələri öz əksini 
tapırdı. Bunun əsasında aşağıdakı tədbirlər görülməli idi: Ölkə da-
xilind
ə  ABŞ  hərbi  potensialını  gücləndirmək,  ABŞ-ın  atom 
bombası sahəsində şəriksiz monopoliyasını qorumaq, ölkə daxilin-
d
ə “sovet təhlükəsi” haqqında geniş təbliğat proqramı hazırlamaq, 
h
əmçinin,  geniş  informasiya vasitələrinin köməkliyi ilə  bizim 
xarici siyas
ətimizin ictimaiyyət tərəfindən dəstəklənməsini təşkil 
etm
ək, ölkə xaricində müharibə olacağı təqdirdə əks-hücumun təş-
kili  zamanı  diqqəti Qərbi Avropaya yönəltmək  də  nəzərdə 
tutulurdu.  
”D
əmir pərdə”nin şimal tərəfi Norveçdən başlayaraq cənubi-
şərqdə  Türkiyənin cənub sərhədləri  boyunca  uzanırdı  və  öz 
daxilind
ə  sosialist  Avropasını  birləşdirirdi. Bu ölkələrdə  mövcud 
quruluşlara  qarşı  təşkil  ediləcək müqavimət hərəkatına  kömək 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə