İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə95/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   88   89   90   91   92   93   94   95   96

 
287 
xidm
ət edir. Lakin Ukraynanın NATO-ya girmək istəyinə gəlincə
dem
ək lazımdır ki, bu böyük şahmat lövhəsindəki böyük fiqurların 
oyununda  piyadaların  vəziyyətinə  bənzəyir. Ukrayna dövləti 
“Avropaya yol” prinsipini 
əsas  götürür.  Lakin  Avropanın  ziyalı 
t
əbəqəsi özlərinin vətənlərini Köhnə  dünya  adlandırırlar.  Hazırkı 
dövrd
ə Ukraynanın NATO-ya girməsi ölkənin inkişafının ənənəvi 
hüququ v
ə  mənəvi prinsiplərinin  pozulması,  öz  vətəndaşlarının 
ümumi r
əyinin nəzərə alınmaması, onun yeni qlobal münaqişələrə 
c
əlb edilməsi, ölkənin siyasi müstəqililyinin itirilməsinə  doğru 
gedilm
əsi, ölkədaxili parçalanmasının güclənməsi deməkdir. 


 
288 
V
.ABŞ və Ərəb ölkələri 2011-ci ildə 
2011-ci ilin fevral-
martında  Misirdə  Hüsnü  Mübarək 
hakimiyyətinə  qarşı  çevrilən  hərəkat  ABŞ  başda  olmaqla  böyük 
dövlətlər tərəfindən dəstəkləndi. Bu hərəkat sonda qələbə çaldı və 
Hüsnü  Mübarək  30  illik  hakimiyyətindən  əl  çəkməli  oldu. 
“Müsəlman  qardaşları  cəmiyyəti”nin  rəhbərlik  etdiyi  belə 
hərəkatlar digər ərəb ölkələrində - Tunisdə, Yəməndə, Suriyada da 
baş  verdi.  Bu  hərəkatların  hamısı  mövcud  quruluşa  qarşı 
çevrilmişdi.  Nəticədə  Suriyada  fövqəladə  vəziyyət  ləğv  edildi. 
Digər  ölkələrdə  xalqa  bir  sıra  güzəştlər  edildi.  Bu  ölkələrdəki 
hərəkatlar liberalizmə, plüralizmə yönəlmiş hərəkatlar idi. 
Livi
ya  Afrikanın  şimalında  yerləşən  ərəb  ölkəsidir.  Ərazisinə 
görə  Afrikanın  ən  böyük  dövlətlərindən  biridir.  Liviya  Afrikada  
neft ehtiyatlarına görə birinci, qaz ehtiyatlarına görə dördüncü yeri 
tutur. 
Liviyada fevralın 17-nə kütləvi etiraz aksiyaları başladı. 
Benqazi şəhərində küçələrə çıxan minlərlə insan 1969-cu ildən 
ölkəni  idarə  edən  Liviya  Ərəb  Cümhuriyyətinin lideri, polkovnik 
Müəmmər  Qəddafinin  istefasını,  həbsdə  olan  siyasi  məhbusların 
azad  edilməsini  tələb  edirdilər.  Lakin,  Liviya  lideri  Müəmmər 
Qəddafi  Misir prezidenti Hüsnü  Mübarək  devrilməzdən  bir  həftə 
əvvəl  xalqa  müraciət  edərək  bildirmişdi  ki,  "qanuni  hakimiyyətə 
qarşı etiraz aksiyalarına dözmək niyyətində deyil". 
Əl-Bayda, Əz-Zintan şəhərində də etiraz aksiyası keçirilirdi.  
Hökumət  əleyhinə  aksiyalarla  yanaşı,  Tripoli,  Benqazi  və 
Liviya  lideri  Müəmmər  Qəddafinin  doğulduğu  Sirt  şəhərində 
hakimiyyətə dəstək xarakterli aksiyalar da keçirilməyə başladı.  
Nümayişçilər  ölkənin  şərqindəki  Əl-Bayda  şəhərini  ələ  keçir-
dilər.  Şəhər  təhlükəsizlik  qüvvələri  tərəfindən  mühasirəyə  alın-
mışdı.  
Liviya  liderinin  oğlu  bildirirdi ki,  ordu  Qəddafini  müdafiə 
etmək üçün son gülləyədək döyüşəcək: “Mən vətəndaş müharibə-
sindən ehtiyatlanıram, bu müharibə neft səltənətini məhv edə bilər. 
Bəziləri  Benqazidə  hökumət  yaratmaq,  digərləri  isə  Əl-Baydada 
islam əmirliyi təsis etmək istəyir. Hər kəsin öz çevriliş planı var”. 


 
289 
Liviyanın  Benqazi  şəhərində  kütləvi  etiraz  aksiyası  keçirən 
vətəndaşlarla  polisin  toqquşması  nəticəsində  200  nəfər  həlak 
olmu
ş, 800 nəfər yaralanmışdı. 
L
iviya Ərəb Cəmahiriyyəsinin lideri Müəmmər Qəddafi dövlət 
televiziyası  ilə  xalqa  müraciətində  demişdi  ki,  ölkədəki  yerli 
idarəetmə  orqanlarının  səlahiyyətləri  artırılacaq,  dövlət  büdcəsin-
dən xərcləmələrə nəzarət gücləndirildəcək. "Liviyada baş verənlər 
"Əl  Qaidə"  kimi  terror  təşkilatları  və  Qərbin  idarə  etdiyi  bəzi 
dəstələrin işləridir. Şəhərlərimizi xarabazara, xalqımızı zəlil insan-
lara, dövlətimizi isə parçalanmış ölkəyə çevirmək istəyən bu adam-
ların  məqsədləri  xain,  çirkin  və  murdardır.  Bu  murdar  köpəklər, 
əlləri qana batmış cəlladlar bilməlidir ki, Liviya xalqı müstəqilliyi 
və  stabilliyi  uğrunda  verdiyi  qurbanları  unutmayacaq.  Şəhidlərin 
qanı yerdə qalmayacaq. Mən Liviya inqilabının lideriyəm. İnqilab 
lideri isə prezident deyil ki, istefa versin. Hazırda Qərbin mediya 
vasitələri ölkəmizin dünyadakı imicini korlamağa çalışırlar. Lakin 
bu  insanlar  və  qüvvələr  bilməlidir  ki,  xaricdən  təzyiqlərə  boyun 
əyən,  geri  çəkilən  deyiləm.  Amerikaya  və  Böyuk  Britaniyaya 
müqavimət  göstərən  biz  liviyalılar  təslim  olmayacağıq.  Liviya 
inqi
lab  istəmir.  Muzdlu  köpəklərin  idarə  etdiyi  insanlar  Liviyaya 
yox, İblisə xidmət edirlər. Mən ölkəni tərk edən deyiləm və burada 
şəhid kimi dünyamı dəyişəcəyəm".  
ABŞ  Hərbi  Dəniz  Qüvvələri  dünyanın  ən  uzun  aviadaşıyıcısı 
olan “USS Enter
prise”si  Liviya  sahillərinə  göndərmişdi. Aviada-
şıyıcı Liviyadakı vətəndaş müharibəsi ilə əlaqədar, Somali quldur-
ları  ilə  mübarizə  tapşırığından  geri  çağırılmışdır. Penntaqon 
fevralın  28-də  Şimali  Afrika  sahillərində  Hərbi  Hava  və  Hərbi 
Dəniz qüvvələrinin yenidən qruplaşdırılacağını bildirilmişdir. ABŞ 
və Böyük Britaniya liderləri isə Liviyada müxalifəti qorumaq üçün 
hərbi gücə əl atacaqlarını istisna etməyiblər. Britaniyanın baş naziri 
Devid Kemeron Müəmmər Qəddafinin nümayişçilərə qarşı təyyarə 
və  vertolyotlardan  istifadə  etdiyi  təqdirdə,  onun  özünə  qarşı  da 
hava zərbələrindən istifadə olunacağını bəyan etmişdi.   
ABŞ, Britaniya və Fransa xüsusi təyinatlılarını Liviyaya yerit-
mişdilər.  Bu  3  ölkənin  xüsusi  təyinatlıları  Liviyanın  şərq  rayon-
larında yerləşdirilmişdi.  


 
290 
Qəddafi bildirirdi ki, “Qərb Liviyanı Böyük Britaniya, Fransa 
və  ya  ABŞ-ın  müstəmləkəsinə  çevirmək  istəyir.  Avropa  ölkələri 
artıq Fars körfəzi və İraqın neft yataqlarına nəzarət edir”.  
2011-ci ilin f
evralın  23-də  Liviya  iğtişaşları  ilə  bağlı  ilk  dəfə 
şərh  verən  ABŞ  prezidenti  Barak  Obama demişdi  ki, Liviya 
hakimiyyəti  Müəmmər  Qəddafi  rejimi  əleyhinə  etiraz  edənlərə 
qarşı  zorakılıq  işlədilməsinə  görə  məsuliyyət  daşımalıdır.  Onlar 
beynəlxalq  qurumlarla  birlikdə  Liviya  böhranına  qarşı  ümumi 
cavab 
yolunu  axtarmağı  planlaşdırıblar”.  ABŞ  prezidenti  göstəriş 
verib ki, onun milli təhlükəsizlik komandası Liviyada seçkilər üzrə 
təkliflər  hazırlasın.  Həmin  gün  Avropa  Birliyinin  rəsmiləri  də 
Qəddafi rejiminə mümkün cavab tədbirləri kimi sanksiyalar təklif 
e
tmişlər. 
Amerika 
Birləşmiş Ştatları Liviya lideri Müəmmər Qəddafinin 
öz  xalqının  inamını  itirdiyini  hesab  edirlər.  Liviya  hökumətinə 
qarşı  sanksiyalar  paketi  hazırladıqlarını  Ağ  Evin  mətbuat  katibi 
Cey Karni bəyan etmişdi. O deyirdi ki, «Belə görünür ki, Qəddafi 
xalqının  etimadını  itirib.  O  vətəndaşlara  qarşı  zorakılıq  tətbiq 
olunmasına sakit baxır, liviyalıların nəzərində onun hakimiyyətinin 
qanuniliyi sıfıra enib». 
ABŞ  prezidenti  Barak  Obama  Liviya  lideri  Müəmmər 
Qəddafiyə, onun ailə üzvləri və hökumətinə qarşı birtərəfli qayda-
da maliyyə sanksiyalarının tətbiq olunması barədə fərman imzala-
mışdı.  «Mən  ABŞ  prezidenti  Barak  Obama  hesab  edirəm  ki, 
polkov
nik  Müəmmər  Qəddafi,  onun  hökuməti  və  ən  yaxın  silah-
daşları silahdan, muzdlu əsgərlərdən və əsassız zorakılıqdan istifa-
də edərək Liviya xalqına qarşı yolverilməz addımlar atıblar. Mən 
həmçinin  hesab  edirəm  ki,  Qəddafi,  onun  ailəsinin,  hökumətinin 
üzvləri  və  ən  yaxın  silahdaşları  Liviyanın  dövlət  əmlakı  qorun-
masa,  onu  ələ  keçirə  bilərlər».  Fərmana  əsasən,  Qəddafi,  onun 
hökuməti və dörd qohumunun bütün əmlakı və bank hesabları don-
durulur,  Liviya  hökuməti  ilə  bütün  bank  əməliyyatlarına  qadağa 
qoyulurdu. 
«Bundan əlavə, ABŞ dövləti Liviyaya müdafiə sənayesi 
mallarının  idxalına  və  bu  ölkəyə  müdafiə  sahəsində  xidmət 
göstərməyə icazə verən bütün mövcud lisenziyaları dondururdu».  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə