İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə93/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   88   89   90   91   92   93   94   95   96

 
281 
ərazilərdəndir. Çünki Azərbaycan  Rusiya, Türkiyə,  İran 
üçbucağında,  onların  strateji  maraqlarının  toqquşduğu  bir 
müst
əvidə yerləşir. Əlbəttə neft və qaz yataqları ilə zəngin olan bu 
rayon böyük dövl
ətlərin, ilk növbədə ABŞ-ın diqqətini cəlb etməyə 
bilm
əzdi. Bu Xəzər dənizi və Orta Asiyanın sərvətlərini sovurmaq 
yolunu saxlayan bir tıxacdır. Əgər Azərbaycan Moskvanın nəzarəti 
altında  olardısa,  Orta Asiya respublikalarının  dövlət müstəqilliyi 
heç bir 
əhəmiyyət kəsb etməzdi. Azərbaycanın xüsusi, son dərəcə 
əhəmiyyətli neft ehtiyatları Rusiyanın nəzarətinə tabe edilərdisə, o 
ölk
ələrin müstəqillikləri  sıfıra  enmiş  olardı.  Rusiyanın  nəzarəti 
altında  olmayan  ərazilərdən keçməyən neft kəmərləri ilə  Qərbə 
birl
əşən müstəqil Azərbaycan,  həm də  Orta  Asiyanın  qabaqcıl 
enerji  istehsalı  iqtisadiyyatı  və  enerji sərvətləri ilə  zəngin olan 
respublikaları üçün iri magistraldır. Gələcək Azərbaycanın və Orta 
Asiyanın da taleyi onun nə dərəcədə Ukrayna kimi Rusiyanın təsiri 
altında olub-olmamasından çox asılı olacaqdır. 
Türkiy
ə və İran ilk növbədə mühüm geosiyasi mərkəzlərdir. 
Türkiy
ə  Qara dəniz regionunun sabitləşməsində  əsas  rol  oynayır. 
Oradan Aralıq dənizinə çıxan yola nəzarət edir, Qafqazda Rusiya 
il
ə  bərabər nüfuza malikdir, islam fundamentalizmindən də  yeri 
g
əldikdə  istifadə  edir, NATO-nun üzvlərindən  biridir. Türkiyədə 
sabitliyin pozulması Cənubi Balkan xalqlarına böyük azadlıq verdi. 
Eyni zamanda Qafqaz respublikalarında öz nəzarətini bərpa etmək 
üçün Rusiya yenid
ən cəhdlərini artırmağa çalışmasına baxmayaraq 
Türkiy
ə Orta Asiyada yeni siyasi müxtəlifliyin sabitləşməsinə dəs-
t
ək göstərir. Həmçinin  İran  Trans  körfəzinin  Şərq sahilində  do-
minat rolunda çıxış edir. Baxmayaraq ki, onunla ABŞ arasında bu 
gün  düşmənçilik  mövcuddur,  İran  yenə  də  ABŞ-ın  bu  regiondakı 
maraq
larına  mane  ola  biləcək  Rusiyanın  istənilən gələcək təh-
lük
əsinin qabağını almaq üçün hasar rolunu oynayır. 
ABŞ-ın  Avroasiya  problemi  ilə  əlaqədar  beş  əsas məsələ 
mey
dana  çıxır  ki,  bunlar  hansı  Avropanın  Amerika  üçün  uyğun 
olması,  ABŞ-ın  maraqlarına  cavab  verən  Rusiyanın  necə  olması, 
v
ə bunun üçün nə etmək lazım olduğu, əsas təhlükəni minimuma 
endirm
ək  üçün  Avropada  yeni  bir  “Balkan”ın  meydana  gəlməsi 
üçün  ABŞ-ın  nə  etməli  olması,  Çinin  Uzaq  Şərqdə  hə  kimi rol 


 
282 
oynayacağı  və  bunun nəticələrinin  ABŞ  və  Yaponiya üçün necə 
olacağı,  ABŞ-ın  maraqları  üçün  təhlükə  təşkil  edən Avroasiya 
koalisiyasının imkanlarını aşkara çıxarmaqdır. 
ABŞ-da vahid Avropanın təşkil edilməsi tərəfdarı olduqlarını 
h
əmişə elan etsələr də, bu ancaq sadəcə ritorikadır. Çünki heç vaxt 
Vaşinqton,  məsələn,  Yaxın  Şərqdə  hökmranlığını  heç  kimlə 
bölüşmək  arzusunda  deyildir.  Avropanın  özündə  Vaşinqton  heç 
vaxt Londonun t
əcridçilik mövqeyinin əleyhinə  çıxmamışdır. 
H
əqiqi vahid Avropanın təşkilinin əsas şərtlərindən biri də NATO-
nun quruluşunda və fəaliyyətində mühüm dəyişikliklər edilməsidir. 
NATO  hazırda  təkcə  Avropanın  işlərində  ABŞ-ın  təsirini həyata 
keçir
ən başlıca mexanizm deyildir. Kritik hesab olunan hadisələrdə 
ABŞ hərbçilərinin iştirak etməsi də artıq faktdır. Hazırda, NATO-
da  ABŞ  hakim,  onun  digər  üzvləri isə  vassal vəziyyətindədir. 
Vahid Avropa o zaman mümkün ola bil
ər ki, NATO-da bərabər 
partnyorluq t
əmin edilsin. 
Rusiyanın strateji cəhətdən təhlili açıqca bildirir ki, Moskva 
SSRİ  tərkibində  olmuş  keçmiş  Sovet  respublikalarına,  onlar  indi 
imperiyanın tərkibinə daxil olmasalar da, öz geosiyasi ərazisi kimi 
baxır.  Kreml  yeni  təşkil  edilmiş  dövlətlərin  ərazilərində  öz hərbi 
iştirakını  saxlamağa  çalışır.  Abxaziyadakı  seperativ    hərəkatdan 
istifad
ə edərək Rusiya Gürcüstanda öz hərbi bazasını yaratdı. Er-
m
ənistan torpaqlarında  özünün  hərbi  iştirakını  qanunlaşdırdı. 
Qazaxıstana siyasi və maliyyə təzyiqi göstərdi ki, onun ərazisində 
h
ərbi  bazalarının  yaradılmasına  nail  olsun.  Tacikistanda  başlanan 
v
ətəndaş müharibəsi onun ərazisində öz qoşunlarını yerləşdirməyə 
ona imkan verdi. 
Moskvanın məqsədlərindən biri Orta Asiya respublikalarının 
suverenlikl
ərini məhdudlaşdırmaq və gələcəkdə onları MDB xətti 
il
ə  özündən  asılı  vəziyyətə  salmaqdır.  Bu  məqsədə  çatmaq üçün 
Rusiya yeni dövl
ətlərin özünün  xüsusi  Silahlı  Qüvvələri olmaq 
fikrind
ən daşındırmağa çalışır, onları öz doğma dillərindən imtina 
etdirm
ək istəyir,  birbaşa  Səudiyyə  Ərəbistanı  və  Aralıq  dənizinə 
çıxan yeni boru kəmərinin çəkilməsinə qarşı çıxır və xarici dünya 
il
ə  sıx  əlaqəsinə  mane  olmağa  çalışır.  Bu  siyasət  uğurla  aparılır. 
Rusiya ist
əyir  ki,  bu  respublikaların  xarici  əlaqələrində  dominat 


 
283 
rolunda çıxış etsin, gəlirlərin bölüşdürülməsində isə həlledici səsə 
malik  olsun.  Əslində  Orta Asiya ölkələrinə  və  Qafqaza  qarşı 
Rusiyanın  siyasəti  Afrikanın  fransız  dilində  danışan  ölkələrinə 
Fransanın münasibətini xatırladır. 
Əgər Rusiyanın bərpası regionda maksimum dərəcədə siyasi 
v
ə  iqtisadi nüfuzu gücləndirəcək ümumi məqsədə  xidmət edirsə, 
ancaq MDB-nin möhk
əmləndirilməsi Azərbaycan və Qazaxıstanın 
siyasi c
əhətdən  Moskvanın  ilk  növbədə  siyasi obyektlərinə  tabe 
edilm
əsi ilə nəticələnə bilər. Rusiyanın siyasi əks-hücumu müsbət 
n
əticə  verə  bilər.  Moskvanın    məqsədlərindən biri də  regionların 
coğrafi hasarlarını aradan qaldırmaqdır. 
Az
ərbaycan Rusiya üçün prioritet məqsəd  olaraq  qalır. 
Az
ərbaycanın  tabe  edilməsi  Orta  Asiyanı  Qərbdən, xüsusilə  Tür-
kiy
ədən qoparda bilər. Həmçinin Rusiyanın əsas halqalarından biri 
hesab etdiyi, h
ələ ümidini itirmədiyi Özbəkistan və Türkmənistana 
t
əsir göstərməsi üçün bu  əlverişlidir.  Xəzər dənizində  quyuların 
qazılmasına konsensiya vermək haqqında razılıq əslində ancaq bir 
m
əqsədə xidmət edir ki, Bakı Moskvanın arzularına cavab verməyə 
m
əcbur  edilsin.  Qazaxıstanın  özünün  də  etnik tərkibi Rusiya ilə 
münasib
ətləri kəskinləşdirməyə imkan  vermir. Moskva heç də Qa-
za
xıstanın  ona  sərhəd olan Çinlə  yaxınlaşması  ilə  barışa  bilməz. 
Ola bilsin ki, Rusiyanın nəzarəti altında Qazaxıstan Qırğızıstan və 
Tacikistana  açıq  şəkildə  təzyiqini  artırsın.  Rusiyanın  “Avrasiya 
Balkanı”  adlanan  Orta  Asiyada  öz  mövqeyini  möhkəmləndirmək 
başlıca məqsədlərindən biridir. 
Gürcüstan v
ə  Ermənistan öz xarici siyasətlərində  daha çox 
Avropaya  qovuşmaq  istəyirlər.  Orta  Asiya  respublikalarının  və 
Az
ərbaycanın  təbii sərvətləri  hesabına  bu  bölgəyə  qoyulan  ABŞ, 
Avropa, Yapon, Koreya kapitalından yararlanaraq onların köməyi 
il
ə öz iqtisadi inkişaflarını sürətləndirmək siyasəti yeridirlər. 
Az
ərbaycan Türkiyə və ABŞ-la daha çox hesablaşaraq nəinki 
Rusiyanın  onun  ərazisində  hərbi bazalar yerləşdirməsi təklifini 
q
əbul etmədi, həm də  açıqcasına  Rusiyanın  Qara dəniz liman-
larından  vahid  neft  kəməri çəkmək  haqqındakı  təklifini də  rədd 
etdi. Az
ərbaycan 1999-cu ilin noyabrında Gürcüstan və Türkiyənin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə