İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə92/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   88   89   90   91   92   93   94   95   96

 
278 
üçün “yaxın xaric” ləhcəsi geosiyasi qərar deyil, geosiyasi yanlışlıq 
rolunu oynadı. 
1996-
cı  ilin  əvvəllərində  Yeltsin Qərb  meylli  xarici  işlər 
naziri Kozerevi v
əzifəsindən azad etdi və  həmin vəzifəyə  daha 
t
əcrübəli, ortodoksal mövqeli Yevgeni Primakovu təyin etdi. Bir 
çox siyas
ətçilər belə hesab edirdilər ki, bu yeni “antihegemoniya” 
koalisiyasının təşkili cəhdlərini gücləndirəcək. Bu məsələdə Rusiya 
ən çox Çin və İrana ümid edirdi. Lakin ancaq nəzəriyyədə nəticə 
alındı,əməli isə heç bir addım atılmadı. Əlbəttə dünyanın ən böyük 
slavyan dövl
əti,  dünyanın  hərbi cəhətdən güclü islam dövləti, 
əhalisinə görə dünyanın ən böyük Asiya dövləti ilə belə bir ittifa-
qın yaradılmasına cəhdlər edildi. Əslində həm Rusiya, həm Çinin 
siyasi  elitası  ABŞ-ın  dünyada  hegemonluq  siyasətindən  narazı 
idil
ər. 1996-cı ilin əvvəllərində Yeltsin Çinə səfər etdi və Pekində 
imzalanan b
əyannamədə  qlobal “hecemonluq” meyli mühakimə 
edilir, h
ər iki dövlət ABŞ-ı qarşı bir ititfaqda çıxış edirdilər. 
1996-
cı  ilin  dekabrında  Çinin  baş  naziri  Li  Pen  Moskvaya 
r
əsmi səfər etdi. Hər iki dövlət təsdiq etdilər ki, dünyadakı mövcud 
beyn
əlxalq sistemin əleyhinədirlər.  Onlar  ABŞ-ın  dünyada 
“dominat” rolunda  çıxış etməsinə qarşı çıxırdılar. Onlar həmçinin 
birg
ə alyans təşkil etmək işini sürətləndirməyi vacib hesab etdilər. 
bu  alyans  ABŞ-ın  NATO-nu  genişləndirmək xəttinə  qarşı  təşkil 
edilm
əli idi. lakin bu o halda  mümkün  idi  ki,  ABŞ  Çin  ilə  İran 
arasında antoqonizm yaratmasın. Məhz 1995-1996-cı illərdə ABŞ-
ın  xarici  siyasətinin  əsas vəzifələrindən biri Tehran ilə  Pekin 
arasında ziddiyyət yaratmaqdan ibarət idi. Eyni zamanda nə İran, 
n
ə Çin zəif və qeyri-sabit Rusiya ilə strateji cəhətdən öz talelərini 
bağlamağa  hazır  deyildilər. Hər iki dövlət  başa  düşürdülər ki, 
ist
ənilən koalisiya daha inkişaf etmiş dövlətlərin təhlükəsi altında 
qala bil
ərdi. Həmçinin bu alyansın təşkil edilməsi həm Rusiyaya, 
h
əm də Çinə olan investisiya axınını azalda bilərdi. Həmçinin bu 
dövl
ətlər Qərbin kapital və  texnologiyasından  kənarlaşdırıla 
bil
ərdilər ki, bu da  onların iqtisadi inkişafını ləngidə bilərdi. 
Rusiya  ancaq  genişlənən Avropa ilə  eksnansionist Çin 
arasında bufer rolunu oynayan vəziyyətdə idi. 


 
279 
Rusiyanın  Ukrayna  ilə  əlaqədar rolunu belə  izah eitmək 
olar
dı  ki,  Ukrayna  Avroasiya  şahmat  lövhəsində  yeni və  mühüm 
dövl
ətlərdən biridir, geosiyasi mərkəzdir. Ona görə ki, o müstəqil 
dövl
ət kimi mövcud olduğu gündən Rusiyada dəyişiklik edilməsinə 
köm
ək edirdi.  Ukraynasız  Rusiya  Avroasiya  imperiyası  ola 
bilm
əzdi.  Ukraynasız  Rusiya  imperiya  statusu  uğrunda  mübarizə 
apara bil
ər, lakin onda ancaq Asiya imperiya dövləti kimi qala 
bil
ər. 
Ukraynanın itirilməsi mərkəzi geosiyasi hadisə idi, həmçinin 
SSRİ-nin dağılmasında və Rusiyanın son zəifləməsində “geosiyasi 
katalizator”  rolunu  oynadı.  Rusiyanın  Rusiya  və  ABŞ-ın  kamil 
partnyorluq  v
ə dünyanı birlikdə idarə etmək siyasəti irəli sürməsi 
sad
əcə bir xülyadır, çünki ABŞ heç vaxt dünyadakı hökmranlığını 
Rusiya il
ə  bölüşdürməyə  hazırlaşmır.  ABŞ  birinci  və  sonuncu 
fövq
əl dövlətdir. Ola bilsin ki, zaman gələcək ki, dünya siyasətinə 
r
əhbərlik bir dövlətin əlində mərkəzləşsin.  
Soyuq müharib
ənin  qurtarması    ABŞ-ın  “azad  dünyanın” 
lideri kimi mövqeyini 
əhəmiyyətli dərəcədə  mürəkkəbləşdirdi. 
SSRİ-nin məğlubiyyəti və dağılması artıq iki qütblü dünyanın son 
final akkordunu vurdu v
ə  ABŞ-ın  yeganə  və  həqiqətən birinci 
qlobal dövl
ət  kimi  mövcudluğunu  bir  daha  sübut  etdi.  Avroasiya 
h
əmişə olduğu kimi, ABŞ-ın siyasətində yenə də mərkəzi yer tut-
du.  Avropanı, həmçinin  dünyanın  iqtisadi  və  siyasi qüdrətinin 
əhəmiyyətli hissəsini Qərb öz əlində  saxlamaqdadır.  Dünyanın 
Şərq hissəsi, yəni Asiya da son zamanlar iqtisadi inkişafın və artan 
siyasi t
əsirin mühüm mərkəzinə  çevrilməkdədir. Bu isə  ABŞ-ın 
dünya  ağalığı  siyasətində  nəzərə  alınmalı  mühüm  cəhətlərdən 
biridir. R
əqibinin, yəni  SSRİ-nin    süqutu  ABŞ  üçün  unikal  (yəni 
nadir) v
əziyyəti yaratdı.  
ABŞ-ın  dünyada  öz  liderliyini  saxlamağın  və  genişlən-
dirm
əyin  əsas səbəbi  yeni elmi kəşflərdən hərbi məqsədlər üçün 
istifad
ə  edilməsi,  silahlı  qüvvələrə  texniki münasibətdə  rəqibsiz 
olması ilə bağlıdır. Onun informasiya texnologiyası iqtisadiyyatın 
inkişafı  üçün  həlledici  rol  oynayır.  ABŞ  texnologiyada  üstünlüyə 
gör
ə Qərbi Avropa və Yaponiya kimi rəqiblərini çox qabaqlayır. 


 
280 
Şübhəsiz, Rusiya və  Çin  ABŞ-ın  hegemonluğunu  etiraf 
etm
əyə bilməzlər. 1996-cı ilin əvvəllərində B.Yeltsin Çində rəsmi 
s
əfərdə olarkən Rusiya və Çinin dövlət başçıları öz birgə bəyanat-
larında ABŞ-ın mühüm həyati maraqlarını nüvə arsenalı ilə hədə-
l
əsə də, aydın olan budur ki, onların hər ikisi birləşsə də, bu sahədə 
ABŞ-a  qalib gələ  bilməzlər.  Bu  acı  da  olsa,  həqiqətdir. Hərbi, 
iqtisadi, texnologiya, m
ədəniyyət sahəsindəki üstünlükləri onu 
dün
yanın vahid fövqəl dövləti kimi təsdiq edir. Bu isə onun dün-
yada dominat mövqeyini 
əsaslandırır. 
Harvard siyas
ətçisi  Semyuel  P.Hantinston  yazırdı  ki, 
“Dünyanın hansı yerində ABŞ-ın rəhbərliyi olmayacaq, orada daha 
çox zorakılıq, intizamlılıq və daha az demokratiya olacaq. O yerdə 
iqtisadi  artım  da  müşahidə  edilməyəcək.  Hansı  yerdə  ki,  ABŞ 
qlobal m
əsələlərin həllinə daha çox təsir göstərir, ora əvvəlkindən 
tamamil
ə  fərqlənir.  ABŞ-ın  daimi  beynəlxalq rəhbərliyi həm 
amerikanlıların  ümumrifah  tərzi, təhlükəsizliyi və  həm də  Yer 
üzünd
ə  gələcək  azadlıq,  demokratiya,  iqtisadi  kəşflər və  beynəl-
xalq qayda-qanun, nizam-intizam üçün çox vacibdir”. 
Arvoasiya kimi yer üzünd
ə  ən böyük kontinetlərdən  inkişaf 
et
miş regionlarından birinə nəzarət edən dövlət həm Afrikaya, həm 
Q
ərb yarımkürəsinə və həm də okeanlara sahib olmuş olur. Avroa-
siyada dünya 
əhalisinin 75%-ə  qədəri  yaşayır  və  əmək ehtiyat-
larının, yeraltı və yerüstü sərvətləri xeyli hissəsi bu regionda yerlə-
şir.  Dünya  ümumi  milli  məhsulunun  60%-ə  qədəri  Avroasiyanın 
payına  düşür.  Dünya  enerji  ehtiyatlarının  ¾  hissəsi də  onun  əra-
zisind
ə  yerləşir”.  Avroasiyada  siyasi  cəhətdən aktiv və  dinamik 
olan dünya dövl
ətləri də  yerləşir.  Beləliklə, Avroasiya,  üstündə 
qlo
bal  hökmranlıq  uğrunda  mübarizəsinin  davam  etdiyi  şahmat 
lövh
əsinə  bənzəyir.  Bu  şahmat  taxtasında  Lissabondan 
Vladivostoka q
ədər “oyunlar” üçün fiqurlar yerləşdirilmişdir. 
“ABŞ-ın”  qlobal  hegemonluğunun  miqyası  böyükdür,  lakin  dərin 
deyildir. Onu daxili v
ə  xarici məhdudiyyətlər dərinləşməyə 
qoymur. Geostrateji t
əsiredici şəxs dedikdə, ilk növbədə mühüm və 
qüdr
ətli dövlətlər nəzərdə  tutulur.  Ərazisinin  kiçikliyinə  və 
əhalisinin  azlığına  baxmayaraq Azərbaycan özünün böyük enerji 
ehtiyatları ilə geosiyasi planda mühüm əhəmiyyət kəsb edən əsas 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə